Məhkəmə qərarları › İş №2(002)-3793/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3793/2023

19.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3793/2023 19.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan 03 fevral 2016-ci il təvəllüdlü X3, 16 iyul 2018-ci il təvəllüdlü X4 və 07 mart 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanması ücün tutulmalı olan alimentin məbləği hər ay üçün 660 (altı yüz altmış) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Mən Cavabdeh ilə 2012-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşam. Birgə nikahdan bizim üç azyaşlı övladımız var: 03 fevral 2016-ci il təvəllüdlü X7, 16 iyul 2018-ci il təvəllüdlü X8 və 07 mart 2020-ci il təvəllüdlü X9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(002)- 855/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından anadan olmuş 03 fevral 2016-ci il təvəllüdlü X3, 16 iyul 2018-ci il təvəllüdlü X4 və 07 mart 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanması üçün Cavabdeh hər ay üçün 450 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(002)- 855/2022 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün 150 manat olmaqla, üç uşaq üçün cəmi 450 manat məbləğində aliment tutlması qət edilmişdir. Həmin məbləğ üç uşağın saxlanması üçün kifayət etmir. Uşaqlar balaca olduğundan onun işləməyi qeyri mümkündür, beləliklə, hazırki vəziyyətdə Bu səbəbdən alimentin artırılmasını və iddianın təmin edilməsini xahiş etmişir .Həmçinin əlavə edir ki, 2012-ci il tarixdə cavabdehlə evlənmişdilər, 2016-ci ildə birgə təsərrüfat hesabına mənzil almışdılar. Cavabdeh ona şiddət göstərdiyindən boşanmışdılar. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini,qazancının 600-700 manat olduğunu, hətta bəzən bu məbləğin 200-300 manat təşkil etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdur ki, boşandıqdan sonra birgə nikah dövründə əldə olunmuş evi sataraq iki otağın qiymətini yarısını iddiaçıya vermiş, hal-hazırda alimentə görə borcu olduğundan və özünün Naxçıvan rayonun qeydiyyatından olduğundan, onu 5 ay Naxçıvandan çıxmağına məhdudiyyət qoyulmuşdur. Hal-hazırda təxminən 1200 manata qədər aliment borcu vardır, yəni təyin edilmiş alimenti tam ödəyə bilmədiyi təqdirdə tələb olunun alimenti heç cür ödəyə bilməyəcəyini qeyd edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(002)- 855/2022 tarixli qətnaməsinin surətindən görünür ki, İddia qismən təmin edilməsi, X6 ilə Cavabdeh arasında 28 iyul 2012-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış və 480 nömrəsi ilə qeydə alınmış nikah pozulması,nikah pozulduqdan sonra 03 fevral 2016-cı il təvəllüdlü X3, 16 iyul 2018-ci il təvəllüdlü X4 və 07 mart 2020-ci il təvəllüdlü X5 anaları X1 yanında qalmaları müəyyən edilməsi, 17 fevral 2022-ci il tarixindən başlayaraq 03 fevral 2016-cı il təvəllüdlü X3, 16 iyul 2018-ci il təvəllüdlü X4 və 07 mart 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş AZ-İV seriyalı № 178038 nömrəli, AZ-İV seriyalı 162119 nömrəli, AZ-İV seriyalı 407537 nömrəli doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, 03 fevral 2016-ci il təvəllüdlü X3, 16 iyul 2018ci il təvəllüdlü X4 və 07 mart 2020-ci il təvəllüdlü X5 atası Cavabdehdur, anası İddiaçıdır.. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. Tətbiq edilən hüquq normaları:. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflərin üç övladlarının olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki,tərəflərin üç övladlarının olması, uşağların iddiaçının yanında olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması işin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda (üç uşağa görə 450 manat məbləğində) aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə qeyd edilənləri, həmçinin hər iki tərəfin maddi vəziyyətini, uşaqları saxlamanın hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-855 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 165(yüz altmış beş) manat, üç uşağa görə cəmi 495(dörd yüz doxsan beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. İddianın qalan hissəsi rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X3,xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-855 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşağa görə 165(yüz altmış beş) manat olmaqla, üç uşağa görə cəmi 495(dörd yüz doxsan beş) manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar