Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-387/2021 09.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh X2 vərəsəsi Cavabdeh qızının iştirakı ilə, İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cavabdeh X2 vərəsəsi Cavabdeh qızına qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərək, cavabdeh mərhum X2 vərəsəsi Cavabdeh qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə 18.11.2019-cu il tarixli, BPM**********21 saylı müqavilə üzrə 1955.38 manat əsas borc, 1.84 manat faiz, cəmi 1957.22 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin «Qaradağ» filialı ilə X4 arasında bağlanmış 18.11.2019-cu il tarixli, BPM**********21 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X3 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 2000 manat məbləğində kredit verilmişdir. X1 17.12.2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin 16.07.2020-ci il tarixli, 2V-235 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X2 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçının nümayəndəsi X8 03.03.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını, iddia tələbini müdafiə edərək və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında cavabdeh X2 vərəsəsi Cavabdeh qızı iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Cavabdeh qızının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18.11.2019-cu il tarixli, BPM**********21 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Qaradağ filialı ilə X4 arasında kredit müqaviləsi bağlanmış, müqavilə üzrə cavabdehə 2000 manat məbləğində kredit ayrılmış və sonuncu tərəfindən kreditin vaxtı-vaxtında ödənilməsi və müvafiq olaraq müqavilənin yerinə yetirilməsi öhdəliyi götürülmüşdür. İş materiallarında olan 18.11.2019-cu il tarixli, BPM**********21 nömrəli kredit müqaviləsinə 1 №-li əlavənin kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, X2 "xxxx" ASC-yə 2000 manat borcu vardır. İş materialarında olan AZ-İİ № 042990 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 17 dekabr 2019-cu il tarixdə çoxsaylı mieloma xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinın 16.07.2020-ci il tarixli, 2V-235 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən ölənin vərəsəsi olan arvadı Cavabdeh qızına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan 16.10.2020-ci il tarixli, 22-6016/2020 №-li bildirişdən görünür ki, X5 vərəsəsi Cavabdeh qızı "xxxx" ASC-yə 18.11.2019-cu il tarixli, BPM**********21 nömrəli kredit müqaviləsi üzrə mövcud olan 1955.38 manat əsas borc və bu borca müvafiq olaraq hesablanmış faiz məbləğinin ödənilməsi, yəni müqavilə üzrə yaranmış öhdəliyi tam şəkildə yerinə yetirməli olması barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, X4 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin 17 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Borclunun vəfatından sonra onun arvadı Cavabdeh qızının vərəsəlik hüququ tanınaraq ona vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 vərəsəsi Cavabdeh qızı miras qoyanın kreditoru qarşısında məsuliyyət daşıdığından ondan 1957.22 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1957.22 manat pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı cavabdeh X2 vərəsəsi Cavabdeh qızından "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-387/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-387/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver