Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-392/2021 15.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək bir uşaq üçün «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə müəyyən edilmiş məbləğdə alimentin hər ay cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin və uşağın əlavə xərclərinin ödənilməsi üçün 100 manat sabit pul məbləğində vəsaitin, ümumilikdə 300 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə ailə həyatı qurmuşdur. xx.xx.2015-ci il tarixdə oğulları X14 doğulmuşdur. Onlar qeyri-rəsmi ailə qurmuşlar. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-911/2016 saylı, xx xxx 2016-cı il tarixli qətnaməsinə əsasən hər ay birgə nikahdan doğulmuş övladları X7 100 manat aliment kəsilmişdir. Uşaq böyüdükcə tələbatı da böyüdüyü üçün xx.xx.2019-cu il tarixdə yenidən məhkəməyə müraciət edərək, alimentin artırılması barədə müraciət etmiş və hakim Fuad Hüseynovun sədrliyi ilə iddia qismən təmin edilmiş, 130 manat aliment təyin olunmuşdur. Hazırda Yusif məktəbə (hazırlığa) getdiyi üçün həmin 130 manat heç cürə çatmır və nəzərə alınmasını xahiş edir ki, uşağı məktəbə taksi aparıbgətirir, yemək pulu, geyim pulu hamısı onun üzərindədir. Həmçinin, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi X3 izahat verərək bildirdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(002)-977/2019 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, xx xxxx 2019-cu il tarixdən başlayaraq, xx xxx 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Lakin, iddiaçı hazırda həmin məbləğlə uşağı saxlamaqda çox çətinlik çəkir. Belə ki, iddiaçı özü işləmir, heç bir əlavə gəlir mənbəyi yoxdur, hər ay uşağın bağça, məktəbəhazırlıq, digər ehtiyacları üçün 300 manat xərc tələb olunur. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi X4 izahat verərək bildirdi ki, Cavabdeh İddiaçı ilə 2014-cü ildə qeyri-rəsmi ailə həyatı qurmuş və bir ay sonra ayrılmışlar. Qaradağ Rayon Məhkəməsinin 2(002)-911/2016 saylı qətnaməsinə əsasən, Cavabdeh xx xxx 2015-ci il təvəllüdlü Yusifin atası olması faktının müəyyən edilməsi, xx xxx 2015-ci il təvəllüdlü Yusifin Yetkinlik yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(002)-977/2019 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, xx xxxx 2019-cu il tarixdən başlayaraq, xx xxx 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh həmin alimenti çətinliklə ödəyir. Cavabdehin maddi vəziyyəti aşağı olmaqla yanaşı, hazırda o, ailəlidir və himayəsində iki övladı vardır, aylıq əmək haqqı 290 manat təşkil edir. Uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artdığını başa düşür, lakin tələb edilən məbləğdə aliment ödəməyə imkanı yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(002)-977/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, xx xxxx 2019-cu il tarixdən başlayaraq, xx xxx 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qeyd olunan qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh X8 ilə xx.xx.2018-ci il tarixdə ailə qurmuşdur və həmin nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X11 adlı bir övladı var. İş materiallarına əlavə edilmiş AZ-İV 383706 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hüseynli Cəsurun atası Cavabdeh, anası X5r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin faktiki ailə münasibətindən 1 uşaqlarının olması, həmin uşağın ananın yanında yaşamaqla, onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. xx xxxxxx 2021-ci il tarixli, 01 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən fiziki şəxs S.Şiraliyevə məxsus Kərpic Zavodunda sobaçı vəzifəsində işləyir və aylıq əmək haqqı 290 manat təşkil edir. Göründüyü kimi, Cavabdeh aldığı əmək haqqından 130 manatını aliment şəklində iddiaçıya ödəyir, qalan 160 manatla özünün və hazırkı ailəsinin, övladlarının qayğılarını həll etməyə çalışır. İşin faktiki hallarından görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmamışdır, cavabdehin əvvəllər əldə etdiyi gəlirlərin artmasına, yaxud maaşdan əlavə digər gəlirlərinin olmasına dair sübutlar təqdim olunmamışdır. Qanunvericiliyə görə uşağa valideynlərinin hər ikisi baxmalı, qayğı göstərməli, maddi tələbatlarını təmin etməlidir. Uşağın saxlanılması üçün maddi xərclərin hamısının yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil. Cavabdeh rəsmi şəkildə Kərpic Zavodunda sobaçı işləməklə əmək haqqı alır və onun əmək haqqından övladı üçün tutulan 130 manat vəsaitlə, iddiaçının övladı üçün sərf etməyə imkanı çatan məbləğ ümumilikdə 5 yaşlı uşağın saxlanılması üçün məqbul imkan yaradır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM:KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-392/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-392/2021
15.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver