Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-394/2021 02.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı Baxşaliyeva (Rzayeva) Nərmin Azim qızının Cavabdeh X4 oğlunun iştirakları ilə İddiaçı Baxşaliyeva (Rzayeva) Nərmin Azim qızının cavabdeh X4 oğluna qarşı “evdə yaşama və istifadə etmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Baxşaliyeva (Rzayeva) Nərmin Azim qızının cavabdeh X4 oğluna qarşı evdə yaşama və istifadə etmə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , Qaradağ rayon,Lökbatan qəsəbəsi, Park yaşayış kompleksi, bina 11, ev107-də yerləşən binadan istifadə və yaşama hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı Baxşaliyeva (Rzayeva) Nərmin Azim qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində 803 saylı akt qeydi ilə nikahları bağlanmış və nikahdan bir müddət sonra dövlət tərəfindən məcburi köçkün olduqları üçün Bakı şəhər,Qaradağ rayon Qobu qəsəbəsində dövlət tərəfindən məcburi köçkün və birgə təsərrüfatı olduqları üçün bizə 2 otaqlı binadan mənzil verilmişdir Həmin evin ünvanı Qaradağ rayon,Lökbatan qəsəbəsi,Qobu park yaşayış kompleksi, bina 11, ev 107-dir. O, həmin evdə çox az bir müddətdə yaşayıb, çünki,cavabdeh onui itələyərək,ayağının qırılmasına da səbəbkar olmuşdur. Hal-hazırda bu günki gündədə o, ayağının şikəst olması ilə əziyyət çəkir.Onun cavabdeh ilə nikahı xx.xx.2020-ci il tarixdə Bakı şəhər, Qaradağ Rayon Məhkəməsində, hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi ilə pozulmuşdiır. Hal-hazırda o, müvəqqəti olaraq Bakı şəhər,Binəqədi rayon, Fatmai-bağları,Muğam istirahət evində müvəqqəti olaraq yaşayır. Dövlət tərəfindən verilmiş evdə onun da yaşama və istifadə etmə hüququ məqsədə uyğundur. AR MPM, MM və Mənzil Məcəlləsinin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Daha sonra iddiaçı iddianını dəqiqləşdirilməsi barədə erizə təqdim edərək, onun Qaradağ rayon,Lökbatan qəsəbəsi,Qobu park yaşayış kompleksi, bina 11, ev 107 ünvanına istifadə hüququ tanınmaqla köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Baxşaliyeva (Rzayeva) Nərmin Azim qızı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və yaşamağa yeri olmadığını, yataqxanada yaşadığını bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, dövlət tərəfindən məcburi köçkün kimi həmin ev verilərkən onun da adı həmin müqavilədə yazılmış və həmin evdə onunda istifadə hüququ var. Cavabdeh X4 oğlu məhkəmə iclasında iddianı qəbul etmədiyini, Qaradağ rayon,Lökbatan qəsəbəsi,Qobu park yaşayış kompleksi, bina 11, ev 107 ünvanında yoldaşı ilə yaşadığını və uşağının da olacağını bildirərək, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il №11/107 saylı Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Qaradağ rayon,Lökbatan qəsəbəsi,Qobu park yaşayış kompleksi, bina 11, ev 107 ünvanında yerləşən mənzil müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verilmişdir. Müqavilədə cavabdeh X4 oğlu müqavilədə kirayəçi kimi, iddiaçı Baxşaliyeva (Rzayeva) Nərmin Azim qızı kirayəçinin ailə üzvü kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ № 349955 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, cavabdeh X4 oğlu ilə iddiaçı Baxşaliyeva (Rzayeva) Nərmin Azim qızı arasındakı nikah xx.xx.2020-ci il tarixində № 65 aktı ilə Qaradağ rayon qeydiyyat şöbəsində pozulmuşdur.Nikah pozulduqdan sonra arvada Rzayeva soyadı verilmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən mübahisəsiz hallarından görünür ki, Qaradağ rayon,Lökbatan qəsəbəsi,Qobu park yaşayış kompleksi, bina 11, ev 107 ünvanında olan mənzil Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə cavabdeh arasında bağlanmış sosial kirayə müqaviləsinə əsasən tərəflər birgə nikahda olan dövrdə verilmiş, iddiaçı müqavilədə cavabdehin ailə üzvü kimi qeyd edilmişdir. Hazırda həmin mənzildə cavabdeh yaşayır. Tərəflər arasında nikah pozulmuşdurş Tərəflər hər ikisi məcburi köçkündür. O, müəyyən müddətində həmin evdə cavabdehlə birlikdə yaşamış, sonradan aralarında mübahisələr olduğu üçün evdən çıxmışdır. İşin mübahisəli halı: iddiaçı mübahisəli mənzilə istifadə hüququnun və köçürülməsinin tanınmasını tələb edir, cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı qanunvericilik normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.3-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 68.4-ci maddəsinə əsasən Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Qanunvericiliyin təhlilindən aydın olur ki, dövlət mənzil fonduna daxil olan mənzilə dair bağlanılmış sosial kirayə müqaviləsi kirayəçinin və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin mənzilə sahiblik və istifadə etmək hüququnun yaranmasının əsası qismində çıxış edir. Həmçinin, qanunvericiliyin qeyd olunan normasının məzmunundan aydın olur ki, kirayəçinin ailə üzvləri onunla birlikdə həmin mənzildən istifadə etmək hüququna malik olmaqla, onunla bərabər eyni hüquq və vəzifələrə malik olur. Bununla yanaşı, şəxsin kirayəçinin ailə üzvləri tərkibindən çıxması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Həmçinin, qanunvericiliyin qeyd olunan normasına əsasən ailə tərkibindən çıxan şəxs kirayəçi və onun ailə üzvlərinə məxsus olan hüquqlara malik olmaqla, özü həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına görə müstəqil məsuliyət daşıyır. Göründüyü kimi, iddiaçı cavadehin keçmiş ailə üzvi olmaqla, nikah pozulduqdan sonra cavabdehin ailə üzvləri tərkibindən çıxmış və hazırda da cavbdehin ailə üzvi deyildir. Buna baxmayaraq, məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, mənzil qanunvericiliyinin tələbinə əsasən iddiaçı cavabdehin ailə üzvləri tərkibindən çıxsa da, mübahisə predmeti olan mənzilə dair cavabdehlə eyni hüquqlara malik olmaqla, həmin mənzildə yaşamaq hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmaqla, iddia tələbi təmin edilməli, iddiaçı istifadə hüquqları tanınmaqla, mübahisə predmeti olan mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Baxşaliyeva (Rzayeva) X6 rayon,Lökbatan qəsəbəsi, Park yaşayış kompleksi, bina 11, ev107-də yerləşən binadan istifadə, yaşama hüququnun tanınması və köçürülməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Baxşaliyeva (Rzayeva) X5 rayon,Lökbatan qəsəbəsi, Park yaşayış kompleksi, bina 11, ev 107-də yerləşən binadan istifadə və yaşama hüququ tanınsın. İddiaçı Baxşaliyeva (Rzayeva) X5 rayon,Lökbatan qəsəbəsi, Park yaşayış kompleksi, bina 11, ev 107-də mənzilinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-394/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-394/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver