Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3943/2023 26.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yanında qalan yetkinlik yaşına çatmamış xx.xx.2014-cü il təvəllüdlü oğlu X3 və xx.xx.2018-ci il təvəllüdlü qızı X1 üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 250 manat, xx.xx.2014-cü il təvəllüdlü oğlu X3 xəstəliyi ilə əlaqədar müalicəsi üçün 200 manat olmaqla, cəmi 700 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi qaydada xx.xx.2011-ci il tarixdə Laçın rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahları dövründə doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 adlı iki övladları var. Hal-hazırda o, azyaşlı uşaqları ilə Laçın rayonundan məcburi köçkün kimi ünvan 1 ünvanda müvəqqəti olaraq məskunlaşmaqla yaşayır. Cavabdehlə bir müddət mehriban yaşamışlar. Lakin aralarında narazılıqların artması onların tamamilə başqa-başqa adamlar olmalarını sübut etmişdir. İddiaçı olaraq o, Cavabdeh qarşı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmışdır. İddiası Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1973/2021 saylı qətnaməsinə əsasən qismən təmin edilərək, nikahları pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018ci il təvəllüdlü X4 onun yanında saxlanılmaları və cavabdehdən hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdehlə ayrıldıqdan sonra uşaqları onun himayəsində qalmışdır. Uşaqlarını özü saxlamışdır və cavabdeh olan Cavabdeh məhkəmənin təyin etdiyi alimenti gecikdirməklə də olsa ödəyir. Buna görə də, uşaqlarının maddi cəhətdən təmin olunması üçün çətinlik çəkir. Çünki uşaqların gündəlik tələbatlarını, sağlamlıqlarını və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişmələri üçün kifayət qədər vəsait tələb olunur. Bütün öhdəliklər onun üzərində qalmışdır. Halbuki, uşaqlarının saxlanılması üçün onların tələbatlarını ödəmək bir valideyn kimi cavabdehin də üzərinə düşür. İndi həmin miqdarda olan pula uşaqları saxlamaq və onların tələbatlarını ödəmək çox çətindir. Uşaqların tələbatını ödəməyə çətinlik çəkir. O, bir ana kimi uşaqların arzularını həyata keçirə bilmir. Cavabdehin isə imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin. Əlavə olaraq bildirir ki, xx.xx.2014-cü il təvəllüdlü oğlu X6 «Sinus artemiyası» xəstəliyindən əziyyət çəkir və hər ay müalicəsi və dərmanlarını almaq üçün 200 manat pul tələb olunur. Hazırki şəraitdə həmin pulla uşaqlarının tələbatlarını ödəməkdə çətinlik çəkir. Uşaqların saxlanmasına maddi imkanı çatmır. Odur ki, alimentin məbləğinin artırılmasına ehtiyacı var və bu səbəbdən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtə və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə dsalınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə İddiaçıı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi, ondan övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün uşaqların hər birinə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulmasına razıdır. Qeyd olunan məbləğdən artıq aliment ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdeh X5 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-1973/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş; Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Laçın rayon Qeydiyyat şöbəsində 150 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş; xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 anaları İddiaçı himayəsində və yanında saxlanılmış; xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay bir uşağa görə 150 manat, iki uşağa görə 300 manat sabit pul məbləğində alimentin tutulması; aliment tutularkən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-1973/2021 saylı qərardadına əsasən müvəqqəti alimentin tutulmasının nəzərə alınması; alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi; ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 2 uşaqlarının olması, tərəflər arasında olan nikahın pozulması, uşaqların ananın yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hazırki iş üzrə cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-01875 saylı arayışdan görünür ki, iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixə saat 13:30-a təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh isə həmin sessiyada iştirak etməmişdir. İddiaçının nümayəndəsi tərəfindən həmin sessiyanın keçirilməsi ilə bağlı nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərc müvafiq hesaba ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. İddianı qismən təmin etmək qərarına gələn məhkəmə cavabdehin kifayət qədər gəlirə malik olmamasını, iddiaçı tərəfin cavabdehin əlavə gəlirləri olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməməsini, iddiaçının tələb etdiyi – hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulacağı təqdirdə iddiaçıya bir ay ərzində öz güzəranını təmin etmək üçün hər hansı vəsait qalmayacağını, bunun isə qeyri-mümkün olmasını, uşaqların təminatının hər iki valideynin vəzifəsi olduğunu və bütün xərclərin yalnız bir valideynin üzərinə qoyulmasının ədalətsiz və qanunsuz olduğunu nəzərə alır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş tibbi sənədlərdən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 aritmiyasından əziyyət çəkmkələ, sağlamlıq durumu qənaətbəxş deyil, daim kardioloqun və pediatorun nəzarətindədir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1973/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar müalicəsi üçün hər ay 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. xx.xx.2014-cü il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar müalicəsi üçün əlavə xərcin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Məhkəməyə ərizə verilməsi ilə bağlı 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. İddianın təmin edilmiş hissəsinə münasib olaraq Cavabdeh 75 manat 20 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-1973/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar müalicəsi üçün hər ay 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. xx.xx.2014-cü il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar müalicəsi üçün əlavə xərcin tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Məhkəməyə ərizə verilməsi ilə bağlı 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq Cavabdeh 75 manat 20 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3943/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3943/2023
26.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver