Məhkəmə qərarları › İş №2(002)-3949/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3949/2025

17.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3949/2025 17.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyan» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyan 3500 manatın, iddianın qiyməti-məhkəmə dövlət rüsumu olaraq ödədiyi 55 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh tanışı X1 vasitəsi ilə tanımışdır. Həmin şəxslərlə əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O epilepsiya xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi almağı üçün dəfələrlə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyinə baxmayaraq ona xəstəliyi ilə əlaqədar müvafiq əlillik dərəcəsi verilməmişdir. O xəstəliyi ilə əlaqədar əlillik almağı üçün tanışlarından bu məsələnin həllində ona köməklik edə biləcək şəxsin olub-olmamasını soruşdu. Onunla qonşuluqda yaşayan X3 bu məsələnin həllində ona köməklik edə biləcək tanışının olduğunu bildirdi. X3 ona Cavabdeh Qarabağ Müharibəsi iştirakçısı, qazi olaraq təqdim etdi. Cavabdeh işgüzar və şəxsi əlaqələrinin geniş olduğunu, istənilən şəxsə xəstəliyinə görə əlillik pensiyası təyin etdirdiyini bildirdi. O X2 etibar etdiyi üçün inanaraq 4000 manat pulumun olduğunu, xəstəliyinə görə əlillik pensiyası təyin etdirməkdə ona köməklik göstərməsi üçün onu Cavabdeh ilə görüşdürməsini xahiş etdi. O, 14 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazi dairəsi olan Abşeron rayonu, Məhəmmədli kəndi, Zabrat-Kürdəxanı şossesi, ünvan 1 ünvanında, yəni X2 məxsus mənzildə Cavabdeh ilə görüşdü. Aralarında olan söhbət zamanı Cavabdeh ona geniş əlaqələrə malik olduğunu, əlillik pensiyası almaqda ona köməklik edə biləcəyini bildirdi. O Cavabdeh inanaraq X1 iştirakı ilə 4000 manat pulu Cavabdeh verdi. Cavabdeh pulu aldıqdan sonra 36 iş günü ərzində əlilliyə görə pensiya almağı üçün sənədləşmə işlərini tamamlayacağını, ona əlilliyə görə pensiya təyin ediləcəyini bildirdi. O 2022-ci ilin yanvar ayınadək gözlədi, lakin ona əlilliyə görə pensiya təyin edilmədiyi üçün Cavabdeh ilə əlaqə saxladı. Cavabdeh müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışdı. Lakin Cavabdeh verdiyi vədə əməl etmədiyini görərək onun və X1 barəsində şikayət ərizəsi ilə polisə müraciət etdi. Şikayəti əsasında Cavabdeh və X1 barəsində dələduzluq faktına görə cinayət işi başlanıldı. Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1., 178.2.2. və 178.2.4.-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verildilər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş № 1(008)-111/2024, xx.xx.2024-cü il tarixli hökmünə əsasən X3 Azərbaycan Respublikasının Cinayət Məçəlləsinin 178.2.1., 178.2.2. və 178.2.4.-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1., 178.2.2. və 178.2.4.-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Təqsirləndirilən şəxs X3 özünə aid hissədə ona vurduğu ziyanı ödədiyi üçün, onunla barışdıq, ona görə də ərizə ilə məhkəməyə müraciət edərək barəsində şikayət və tələbinin olmamasını, dəymiş ziyanın İlham Quliyevə aid hissədə ona ödənildiyini bildirdi. Təqsirləndirilən şəxs Cavabdeh aid hissədə isə ona vurulmuş ziyan, 3500 (üç min beş yüz) manat təşkil edir və bu günədək ona ödənilməmişdir. Cavabdeh və qohumları bu günədək ona vurulmuş ziyanı, 3500 (üç min beş yüz) manatı könüllü olaraq ödəmədiyindən mübahisənin məhkəmədən kənar həlli qeyri-mümkündür. Ona görə də o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək və vurulmuş ziyanın, 3500 (üç min beş yüz) manatın cavabdehdən alınaraq ona ödənilməsini tələb etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh ondan aldığı puldan 500 manat geri qaytarmışdır. Daha sonra isə cavabdehin qohumu məhkəmə prosesi zamanı 1000 manat ödəniş etdiyini bildirmişdir. Cavabdeh hal-hazırda həbsdədir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qüvvəyə minmiş 1(008)-111/2024 saylı xx.xx.2024-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh tutulduğu 03 (üç) gün müddət azadlıqdan məhrumetmə cəzasının 03 (üç) gününə bərabər tutulmaqla, onun cəzasından 03 (üç) gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, İş üzrə maddi sübut, təqsirləndirilən şəxslər Cavabdeh və X1 əlillik pensiyası düzəltmək adı ilə aldıqların pulun miqdarı və zərərçəkmiş şəxslərin adları qeyd olunmuş 01 ədəd vərəq cinayət işinin materiallarında saxlanılsınması hökm edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qüvvəyə minmiş 1(008)-111/2024 saylı xx.xx.2024-ci il tarixli hökmündən görünür ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək İddiaçı özünü Qarabağ müharibəsi iştirakçısı, qazi və digər bu kimi statuslara malik olan şəxs kimi təqdim edib işgüzar və şəxsi əlaqələrinin geniş olmasından istifadə etməklə onu 36 iş günü müddətində epilepsiya xəstəsi kimi rəsmiləşdirməklə həmin xəstəliyinə görə əlillik pensiyası verdirəcəyinə inandıraraq biləbilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, hər hansı səlahiyyətə malik olmadığı halda 14 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisi olan Abşeron rayonu, Məhəmmədli kəndi, Zabrat- Kürdəxanı şossesi, ünvan 1 ünvanda 4000 manat pulunu alıb zərərçəkmiş şəxs İddiaçı 4000 manat məbləğində pulunu ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qüvvəyə minmiş 1(008)-111/2024 saylı xx.xx.2024-ci il tarixlihökmünün məzmunundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməklə İddiaçı 4000 manat məbləğində pul götürməklə dələduzluq cinayətini törətmişdir. Hazırda iddiaçı həmin hökmə əsaslanaraq müvafiq məbləği cavabdehdən tələb etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatının məzmunundan, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının məzmunundan görünür ki, iddiaçı hazırda Cavabdeh tərəfindən iddiaçıya 4000 manat ziyan vurulmuş və həmin ziyandan 1500 manat ödənilmişdir. Hazırda iddiaçı maddi ziyan kimi 2500 manat məbləğində pulu cavabdehdən tələb edir. Məhkəmə iddiaçı tərəfindən cavabdehə verilən pulun 4000 manat məbləğində olması məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqləndiyindən və cavabdehin həmin məbləğdən 1500 manat ödəniş etməsindən hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2500 manat məbləğində pul və 55 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2500 manat məbləğində pul və 55 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01(bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar