Məhkəmə qərarları › İş №2(002)-399/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-399/2023

09.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-399/2023 09.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qanuni nümayəndəsi X6 qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qanuni nümayəndəsi X6 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun yetkinlik yaşına çatmayan uşağı Cavabdeh ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmaqla, istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, X4 yetkinlik yaşına çatmayan uşağı Cavabdeh ünvan 1 ünvana istifadə hüququnun olmamasının müəyyən ediməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1216/2017 saylı, 26 aprel 2017-ci il tarixli qətnaməsi ilə onun X6 və X2 qarşı kompensasiya ödənilməklə ümumi paylı mülkiyyətdən istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin iclasında tərəflər barışıq sazişi bağlamış, barışıq sazişinə əsasən cavabdehlərə 10.000 manat kompensasiya verməklə paylı mülkiyyət hüquqlarına xitam verilməsi barədə razılığa gəlmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(103)-11351/2017 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişi qanuni qüvvəsini almış, cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməklə mübahisəli ünvandan qeydiyyatdan çıxarılmışlar. Ona forma 2 arayışı lazım olduğundan bu ilin avqust ayında Qaradağ RİHB-nin Lökbatan İƏB üzrə nümayəndəsinə müraciət etmişdir. Aldığı forma 2 arayışından müəyyən edilmişdir ki, cavabdehlərdən X4 xx.xx.2018-ci il tarixdə doğulmuş uşağı Cavabdeh yaşadığı ünvana qanunsuz qeydiyyata alınmışdır. Qeyd edir ki, Cavabdeh anası X4 mübahisəli ünvandan istifadə hüququna məhkəmə qətnaməsi ilə xitam verildiyi halda onun uşağının yenidən yaşadığı ünvana qeydiyyata alınması əsassız və qanunsuzdur. Cavabdeh onun, ailə üzvü deyildir və onun formal olaraq yaşadığı ünvana passport qeydiyyatına alınması gələcəkdə mülkiyyət hüquqlarının pozulmasına səbəb olacaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X9 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X4 qanuni nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh qanuni nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı nümayəndəsi və vəkili X3 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1216/2017 saylı, 26 aprel 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən cavabdehlər X6, X2 hər birinə 2000 manat kompensasiya verilməklə, X4 və X1 Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, 22 saylı evdə yerləşən A tikilidə ümumi sahəsi 53,4 yaşayış sahəsi 17,3 kv.m olan bir otağın ¼ hissəsinə olan paylı mülkiyyət hüquqlarına xitam verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1216/2017 saylı, 26 aprel 2016cı il tarixli qətnaməsindən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-113512017 saylı, 29 noyabr 2017-ci il tarixli qərardadı ilə tərəflər arasında barışıq sazişi imzalanaraq İddiaçı cavabdehlər X10 və X1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi 22 saylı evin 22 saylı evin “A” tikilisidə ümumi sahəsi 53,4 kv.m yaşayış sahəsi 17,3 kv.m olan bir otağın ¼ hissəsinə olan paylı mülkiyyət hüquqlarına xitam verilməsi müqabilində onlara 10.000 manat kompensasiya verməyi öhdəsinə götürmüş, cavabdehlər X10 və X7 İddiaçı onlara 10.000 manat kompensasiya verməsi müqabilində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi 22 saylı evin “A” saylı evin “A” tikilisində ümumi sahəsi 53.4, yaşayış sahəsi 17,3 kv.m olan bir otağın ¼ hissəsinə olan paylı mülkiyyət hüquqlarına xitam verilməsinə razılıq vermiş, barışıq sazişi tərəflər arasında həmin şərtlərlə təsdiq edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1216/2017 saylı, 26 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi 22 saylı ev İddiaçı mülkiyyətindədir və bu barədə reyestr kitabında ******* nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 284 saylı, 29 avqust 2022 saylı arayışdan görünür ki, İddiaçı və X5 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cavanşir Qəhrəmanov küçəsi 22 V saylı evdə daimi qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, cavabdeh X4 xx.xx.2018-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı Cavabdeh qanuni nümayəndəsi X4 mübahisəli yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verildiyi halda onun uşağının iddiaçının mülkiyyətində olan yaşayış sahəsində formal olaraq qeydiyyatda qalması qanunvericiliyin tələblərinə uyğun deyildir, gələcəkdə iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması və pozulmasına səbəb olacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, iş üzrə sübutlara məcmu halıda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. X4 yetkinlik yaşına çatmayan uşağı Cavabdeh ünvan 1 ünvana istifadə istifadə hüququnun olmaması müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar