Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-629/2024 22.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X35 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, iddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X2, Cavabdeh4 (eyni zamanda cavabdeh X7 qanuni nümayəndəsi), müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X19, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1*, Cavabdeh11 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1*) qarşı “mənzildən istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2, X19, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1*, Cavabdeh11 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1*) qarşı “mənzildən istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2*, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1* Gəncə şəhəri, 3-cü mikrorayon, 19 nömrəli binanın 7 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X2 məhkəmənin 18.*1.2*24-cü il tarixində keçirilən hazırlıq iclasında “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək bildirmişdir ki, iddia ərizəsində səhvən cavabdehlərin “istifadə hüquqlarına xitam verilməsi” kimi qeyd edilmiş, cavabdeh qismində X19 əvəzinə Cavabdeh3 göstərilmiş, iddia ərizəsinin “xahiş etdi” hissəsində Cavabdeh4 adı iki dəfə qeyd edilmiş və cavabdehlərdən Cavabdeh11 adı göstərilməmişdir. Odur ki, iddia ərizəsinə düzəlik edərək Cavabdeh1, Cavabdeh2, X19, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1* və Cavabdeh11 Gəncə şəhəri, 3-cü mikrorayon, 19 nömrəli binanın 7 nömrəli mənzilindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, 3-cü mikrorayon, 19 nömrəli binanın 7 nömrəli mənzili MKTİB-nin balansına aiddir. Həmin binanın 7 nömrəli 77,36 kvadratmetr yaşayış sahəli 5 otaqlı mənzili Kirovabad şəhəri, X6 İcraiyyə Komitəsinin 19 sentyabr 767 nömrəli orderi ilə X1 istifadəsinə verilmişdir. X4 *4 noyabr 2**3-cü ildə vəfat etmişdir. Hazırda həmin mənzildə mərhumun oğlu X1* ailəsi ilə birlikdə yaşayır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X19, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X8 və Cavabdeh11 15 ildən artıqdır ki, həmin mənzildə yaşamırlar. Onlar uzun illərdir ki, ayrı ünvana köçüb yaşayırlar. Hazırki vaxtda X1* mərhum atasından qalan mənzili özəlləşdirmək istəsə də, cavabdehlər mənzildə qeydiyyatda olduqları üçün mənzili özəlləşdirmək mümkün deyildir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın dəqiqləşdirilməsi hissəsi nəzərə alınaraq təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 (eyni zamanda cavabdeh X7 qanuni nümayəndəsi) iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 1989-cu ildən mübahisəli ünvan olan Gəncə şəhəri, 3-cü mikrorayon, 19 nömrəli binanın 7 nömrəli mənzilində yaşayır. X25 2**5-ci ildə vəfat etmişdir. Özü 2**7-ci ildə ailə həyatı qurmuş və həmin vaxtdan mübahisəli ünvanda yaşamır. Hal-hazırda qeydiyyata düşməyə başqa yeri yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1* izahatında bildirdi ki, 2* ildən artıq müddətdir ki, cavabdehlər Gəncə şəhəri, 3-cü mikrorayon, 19 nömrəli binanın 7 nömrəli mənzilində yaşamırlar. Gəncə şəhəri, 3-cü mikrorayon, 19 nömrəli binanın 7 nömrəli mənzili onun atasına ayrılmış və atası *4 noyabr 2**3-cü ildə vəfat etmişdir. Həmin ünvanda o, ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlər uzun müddətdir həmin mənzildə yaşamamaqlarına baxmayaraq, pasport qeydiyyatındadırlar. Buna görə də o, mənzili özəlləşdirə bilmir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1*, Cavabdeh11 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1* və Cavabdeh11 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan SSR Kirovabad şəhər zəhmətkeş deputatları Soveti tərəfindən verilmiş 19.*9.1978-ci il tarixli, 767 nömrəli orderin surətindən görünür ki, Gəncə şəhəri, 3-cü mikrorayon, 19 nömrəli binanın 7 nömrəli 77,36 kvadratmetr yaşayış sahəli 5 otaqlı mənzili X1 istifadəsinə verilmişdir. AZ-İ seriyalı, *53485 nömrəli, Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 *4 noyabr 2**3-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *4 noyabr 2**3-cü ildə 766 nömrə ilə qeyd edilmişdir.Ölümün səbəbi qəfləti koronar ölüm qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, *9 avqust 2*23-cü il tarixli arayışından görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X1*, *6.*8.1999-cu il təvəllüdlü Cavabdeh9, *7.11.1969-cu il təvəllüdlü Cavabdeh1, *2.*3.2*11-ci il təvəllüdlü X11, *8.*4.1995-ci il təvəllüdlü Cavabdeh2, 19.*5.2*15-ci il təvəllüdlü X19, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh4, 27.*2.2**2-ci il təvəllüdlü X15, 1*.*3.1968-ci il təvəllüdlü Cavabdeh8, 21.11.199*-cı il təvəllüdlü Cavabdeh5, 1*.*5.1975-ci il təvəllüdlü X12, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh6, *8.*7.1986-cı il təvəllüdlü Cavabdeh7, 13.*5.2*12-ci il təvəllüdlü Cavabdeh11, 11.*3.2**1-ci il təvəllüdlü Cavabdeh1* ünvan 2 ünvanında qeydiyyatdadırlar. AZ-İİİ seriyalı, 687189 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 19 may 2*15-ci il tarixdə doğulmuşdur. Atası – X9, anası – Cavabdeh4dır. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 noyabr 2*23-cü il tarixli, 231*6*****53* nömrəli (dövlət) şəxsi hesabdan çıxarışdan görünür ki, X4 (m/s ölüb), X15 (yaşayır), X1* (yaşayır), X11 (yaşayır), X12 (yaşayır), Cavabdeh1, Cavabdeh2, X19, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1* və Cavabdeh11 ünvan 2 ünvanında qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. *1 noyabr 2*23-cü il tarixli 3-cü mikrorayon, bina 19, mənzil 2 ünvanında yaşayan qonşu X23, 3-cü mikrorayon, bina 19, mənzil 4 ünvanında yaşayan qonşu X5, 3-cü mikrorayon, bina 19, mənzil 9 ünvanında yaşayan qonşu X13 tərəfindən tərtib edilmiş aktdan görünür ki, qonşuları olan X3 yaşadığı 3-cü mikrorayon, bina 19 mənzil 7 ünvanında aşağıda adları yazılmış 15 nəfər ailə üzvləri və yaxın qohumları qeydiyyatdadırlar. Həmin qeydiyyatda olan ailə üzvlərindən mənzildə yaşayanlar aşağıdakılardır: özü - X1*, qızı – X15, oğlu – X11, qardaşı – X12, yoldaşı – X16 (qeydiyyatsızdır). Lakin, mənzildə qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir mənzildə yaşamayanlar aşağıdakılardır: Cavabdeh1, Cavabdeh2, X19, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1* və Cavabdeh11dur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb məhkəmə isclasında tədqiq olunmuş sübutlara hüquq normalarına uyğun olaraq qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 3* mart 2**6-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. *1.1*.2**9-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 6*-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi alanadək və ya bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş uçotdan çıxarmaq üçün əsaslar aşkar edilənədək saxlanılır. Həmin Məcəllənin 6*.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Gəncə şəhəri, 3-cü mikrorayon, 19 nömrəli binanın 7 nömrəli mənzili Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Binanın 7 nömrəli mənzilində Cavabdeh1, Cavabdeh2, X19, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1* və Cavabdeh11 qeydiyyatda olsalar da, orada xeyli vaxtdır ki, yaşamırlar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli ünvana olan ehtiyacları xeyli vaxtdır ki, aradan qaldığından, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, ünvan 2 ünvanında qeydiyyatda olanlar Cavabdeh1, Cavabdeh2, X19, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1* və Cavabdeh11 istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-22*, 227, 233, 358 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X19, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1* və Cavabdeh11 ünvan 2 ünvanından istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-629/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-629/2024
22.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver