Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-4091/2025 19.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «podrat müqaviləsinin ləğv edilməsi və pulun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «podrat müqaviləsinin ləğv edilməsi və pulun ödənilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 22 avqust 2024-cü il tarixli podrat müqaviləsinin ləğv edilməsi və ödənilmiş 6.500 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanda yaşayan xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh ilə aralarında əldə olunmuş razılığa əsasən ƏMDKnın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus ünvan 2 ünvanında yerləşən tam mülkiyyət üzrə 0,02 ha torpaq sahəsi üzərində 1 ədəd 2 mərtəbəli 93 m2 A-frame tipli, sadə təmirli, fərdi yaşayış evi, 5 x 3 ölçüdə daşdan hovuz, su çəni (plastik), kölgəlik, sanitar qovşağı, həyətyanı sahədə sadə landşaftlı qazon, 24 m2 hissəsində kermoqranit metlax tikib təhvil verilməsi ilə əlaqədar onun Cavabdeh 38.000 manat məbləğində pul vəsaiti ödəməyi öhdələrinə götürmüşlər. Müqaviləyə əsasən Cavabdeh həmin torpaq sahəsi üzərində 1 ədəd 2 mərtəbəli 93 m2 A-frame tipli, sadə təmirli, fərdi yaşayış evi, 5 x 3 ölçüdə daşdan hovuz, su çəni (plastik), kölgəlik, sanitar qovşağı, həyətyanı sahədə sadə landşaftlı qazon, 24 m2 hissəsində kermoqranit metlax tikib xx.xx.2024-cü il tarixədək ona təhvil verilməsini öhdəsinə götürmüşdür. Nəzərdə tutulan məbləğin 6.500 manatını notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Cavabdeh ödəməyi, qalan 31.500 manatı isə 10 ay müddətində tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Lakin Cavabdeh verdiyi vədləri yerinə yetirməyərək, onu aldatmış, onun 6.500 manat pulunu mənimsəyərək, ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. O, bu barədə ərizə ilə Sumqayt şəhər Polis İdarəsinə də müraciət etmişdir. Həmin orqan tərəfindən ona göndərilən cavab məktubunda onun məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. O da, bu işin məhkəmə qaydasında həll olunması ilə əlaqədar müraciət etmək qərarına gəlmişdir. O, dəfələrlə cavabdehlə əlaqə saxlayıb təklif etmişdir ki, sonuncu müqavilə üzrə öhdəliklərini icra etsin. Bundan başqa, qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehin yaşadığı ünvana poçt vasitəsi ilə pretenziya məktubu da göndərmişdir. Lakin müqavilənin şərtlərinə cavabdeh tərəfindən riayət olunmamışdır. Cavabdeh verilən vədləri yerinə yetirməmiş, onu aldatmışdır. Bu da, müqavilənin ləğv edilməsi və 6.500 manat pul vəsaitinin geri qaytarılmasını tələb etmək üçün əsasdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən müqavilə üzrə ödədiyi pulun 350 manat hissəsi qaytarılmış, 6.150 manatı isə qaytarılmamışdır. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən: - Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli podrat müqaviləsinin görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış podrat müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixədək İddiaçı üçün Bakı şəhəri Binəqədi rayonu Goradil bağ massivi, 281K saylı bağ sahəsində 2 mərtəbəli, 93 kv. metr sahədə A-frame evi tikib təhvil verməyi, İddiaçı isə ilkin ödəniş kimi 6.500 manat pulu, 10 ay müddətində isə evinin ümumi dəyərindən qalacaq 31.500 manat pulu hissə-hissə qarşı tərəfə ödəməyi öhdələrinə götürmüşlər. - Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən qəbul edilmiş 13 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı müraciəti üzrə toplanmış HK-1/2038 saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş; İddiaçı Cavabdeh qarşı mülki iddia qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı pretenziya qaydasına riayət etməklə Cavabdeh müraciət ünvanlayaraq, aralarında bağlanmış podrat müqaviləsinin şərtlərinin sonuncu tərəfindən icra etmədiyini nəzərinə çatdırmış, ödənilmiş 6.500 manat pul vəsaitinin geri qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə onu xəbərdar etmişdir. - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan xx.xx.2024-cü il tarixli podrat müqaviləsi üzrə İddiaçı qarşısında öhdəlik götürmüş, lakin podrat müqaviləsinin şərtlərini icra etməmiş, müqavilə üzrə üzərinə götürdüyü işləri icra etməmişdir. Bu səbəbdən, iddiaçı müqavilə üzrə ödədiyi pul məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh hüquq-mühafizə orqanında verdiyi izahatda işlərin görülməsinə iddiaçının qonşusunun hasar çəkməyə mane olması səbəbindən müqavilə öhdəliklərini icra edə bilmədiyini, RF-də olan zaman isə telefon danışığında podrat müqaviləsi üzrə iddiaçıdan aldığı 6.500 manat pul vəsaitini qaytardığını bildirsə də, qeyd edilən halları təsdiq edə biləcək heç bir mötəbət sübutu hüquq-mühafizə orqanına təqdim etməmiş, eləcə də, hazırki mülki işə baxılması zamanı məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, müqavilə öhdəlikləri məhz Cavabdeh tərəfindən pozulduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli podrat müqaviləsi ləğv edilməli, müqavilə üzrə 6.150 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının bildirdiyinə görə, cavabdeh 6.500 manat pul vəsaitinin 350 manat hissəsini ona ödəmişdir. Lakin iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin həcminin azaldılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli podrat müqaviləsi ləğv edilməli, həmin podrat müqaviləsi üzrə 6.150 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 81,50 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli podrat müqaviləsi ləğv edilsin. Həmin podrat müqaviləsi üzrə 6.150 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 81,50 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-4091/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-4091/2025
19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver