Məhkəmə qərarları › İş №2(002)-4110/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-4110/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-4110/2025 14.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Babayeva Nərmin Sahib qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-in Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC-in Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı "xxxx" ASC-in nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məkhəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, 2023-cü ildə iddiaçıdan 10000 manat kredit götürdü. Bir hissəsi köhnə borcuna, bir hissəsi kart borcuna yerdə qalan 2500-2800 arası məbləğ isə onun özünə qaldı. 20 ay ödəniş etdiyini bildirdi.O həmçinin bildirdi ki, onun barəsində Qaradağ rayon Məhkəməsinin 2(002)-3441/25 saylı qətnaməsi ilə həmin kredit müqaviləsi üzrə iddia qismən təmin olunmuşdur. Yenidən həmin kredit müqaviləsi üzrə pulun tutulmaını xahiş edirlər.Artıq barəsində bir dəfə qətnamə qəbul olunub. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmiş işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul olunmaını xahuş etmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə artıq üçüncü hazırlıq iclasıdır ki, iddiaçı cavabdeh ilə aralarında olan kredit müqavilələrin aydınlaşdırılması üçün məhkəmə proseslərində iştirak etməmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyin normalarına riayət etməmişdir. Məhkəmə tərəfindən cavabdehə aşağdakı məzmunda məktub ünvanlamışdır: 2(002)- 4110/25 saylı mülki işlə əlaqədar olaraq Cavabdeh bildirmişdir ki, onun barəsində Qaradağ rayon Məhkəməsinin 2(002)-3441/25 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Hazırkı işin 2(002)-3441/25 saylı mülki işlə əlaqəli olub olmamasına (restrukzasiya), və ya eyni müqavilə üzrə tələb oub-olmamasına aydınlıq gətirilməsinin zəruri olduğu göstərilmişdir. Lakin həmin məktuba cavablandırılmamış və nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Belə olan halda məhkəmə qeyd edir ki, MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizəni baxılmamış saxlayır: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 №-li Qərarının 5-ci bəndində “ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək “məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarından görünür ki, məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. İddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPMnin 114.1.5-ci maddələrinə müvafiq olaraq ərizə baxılmamış saxlanıldıqda dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" ASC-in Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 86.63 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar