Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-414/2021 07.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-102/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il tarixdən başlayaraq əmək haqqına yönəldilməklə hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilmiş alimentin miqdarının artırılaraq, əlavə olaraq 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin nikahdan xx.xx.2014-cü il təvəllüdlü X10 adında bir uşaqları anadan olmuşdur. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonradan aralarındakı münasibət pisləşmiş və ailəni qorumaq mümkün olmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-102/2017 saylı qətnaməsi ilə nikahın pozulması, xx xxxx 2014-cü ildə doğulmuş X5 anası X2 himayəsində saxlanılması, Cavabdeh xx xxxxxx 2016-cı il tarixdən başlayaraq əmək haqqına yönəldilməklə hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulub xx xxxx 2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 ödənilməsi qət edilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh qərəzli olaraq qətnaməni qismən icra etmişdir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-102/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi Qaradağ rayon İcra şöbəsi tərəfindən icra edilməsi üçün cavabdehin əmək funksiyalarını yerinə yetirdiyi iş yerinə göndərilməmiş, onun əmək haqqı, həmçinin əlavə gəlirləri müəyyən edilməmiş, cavabdeh gəlirlərini düzgün bəyan etməmiş və icra sənədi borclu tərəfindən qismən icra edilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən hər ay ödənilən 109 manat məbləğində aliment övladının maddi ehtiyaclarının ödənilməsi üçün kifayət etmir. Hazırda işləmədiyinə görə təkbaşına uşağın layiqli həyat səviyyəsini, təhsilinə sərf edilən vəsaiti təmin etmək onun üçün çox çətindir. Ona görə də məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı, habelə onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Cavabdeh tərəf isə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə istinad edərək, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, iddiaçı tərəf dəfələrlə təyin olunmuş məhkəmə iclaslarına üzrsüz səbəbdən gəlməmişdir, bu səbəbdən mülki işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmasını xahiş edir. Eyni zamanda iddia tələbinə etiraz edərək bildirir ki, o, “xxxx” ASC-də kredit şöbəsinin mütəxəssisi vəzifəsində işləyir və aylıq əmək haqqı 2016-cı ilin may ayından 500 manat təşkil edir. Aliment 2017-ci ildə müəyyən edilmiş, indiyə kimi onun iş yerində və aylıq qazancında hər hansı dəyişiklik olmamışdır, təyin edilmiş alimentin artırılması üçün heç bir əsas yoxdur. Əksinə, ötən dövr ərzində onun ailə və maddi vəziyyəti daha da ağırlaşmışdır, belə ki, ikinci dəfə ailə qurmuşdur və həmin nikahdan iki azyaşlı uşağı vardır, uşaqlar körpə olduğundan həyat yoldaşı da işləmir. Aylıq qazancının ¼ hissəsini iddiaçıya ödədikdən sonra qalan məbləğ heç özünün və digər uşaqlarının təminatı üçün kifayət etmir, belə vəziyyətdə alimentin artırılması tələbi tamamilə əsassızdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İ No 264440 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikahın pozulması xx xxxx 2017-ci il tarixində qeydə alınmışdır, nikah pozulandan sonra qadına Rəsulova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 374861 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qurbanlı Ayanın atası Cavabdeh, anası X4r. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-102/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında xx xxxxx 2010-cu il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində 254 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxx 2014-cü ildə doğulmuş X5 anası X2 himayəsində saxlanılması, Cavabdeh xx xxxxxx 2016-cı il tarixdən başlayaraq əmək haqqına yönəldilməklə hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulub xx xxxx 2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh “xxxx” ASC-nin “Mərkəz” Filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsində çalışır və bu müddət ərzində aylıq vəzifə maaşı 2016-cı ilin may ayından 500 (beş yüz) manat müəyyən edilmişdir. Əmək haqqından hər ay ümumilikdə 55 manat (DSMF ayırmaları, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta üçün) tutulmalar həyata keçirilir. İş materiallarında olan AZ-İV seriyalı, 325792 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxx 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qurbanlı Elcanın atası Cavabdeh, anası X1r. İş materiallarında olan AZ-İV seriyalı, 183661 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qurbanlı Elcanın atası Cavabdeh, anası X1r. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. bir uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarının tələblərinə əsasən müəyyən edildi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 102/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçının himayəsində olan bir uşağa görə cavabdehin aylıq qazancının ¼ hissəsi miqdarında təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi üçün hazırda qanuni əsas yoxdur. Belə ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduğu vaxtdan hal-hazıradək cavabdeh eyni iş yerində əmək fəaliyyətini davam etdirməklə eyni məbləğdə aylıq qazanca malikdir. Bundan əlavə, ötən dövr ərzində cavabdehin ailə və maddi vəziyyəti bir qədər də çətinləşmişdir, belə ki, iddiaçının yanında olan uşaqdan başqa hazırda onun himayəsində iki azyaşlı övladı da vardır. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: F. HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(002)-414/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-414/2021
07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver