Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-43/2023 03.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə tüklü edilmiş. əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" QSC BOKT Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş. əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 4500.79 (dörd min beş yüz AB dolları, 79 sent) ABŞ dolları, faiz borcu üzrə 2294.38 (iki min iki yüz doxsan dörd ABŞ dolları, 38 sent) ABŞ dolları olmaqla, cəmi 6795.17 (altı min yeddi dolları, 38 sent) ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 124.66 (bir yüz iyirmi dörd manat, 66 qəpik) manat və iddianın təmin tədbirinə dair ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsi, mülkiyyətində olan **-GH-*** dövlət qeydiyyat nömrəli “GEELY EMQRAND” minik markalı (buraxılış ili 2013, ban - L6F7844Z3DN022298,rəngi - gümüşü metalik) avtomobilinə yönəldilərək açıq hərracda satılması vəsatışdan əldə edilən vəsaitin "xxxx" QSCnin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub "xxxx" QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC BOKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Beynəlxalq Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququ "Aqrarkredit” QSC-yə keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində Yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 10İS saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2212 saylı, 04 may 2018-ci il tarixli təhviltəslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir."xxxx" ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borclan”) arasında xx.xx.2013-cü il tarixdə, № 01343 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə avtomobil almaq məqsədi ilə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 15.675 (on beş min altı yüz yetmiş beş) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir.Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-GH-*** dövlət qeydiyyat nömrəli “GEELY EMQRAND” minik markalı (buraxılış ili 2013, ban - L6F7844Z3DN022298, rəngi - gümüşü metalik) avtomobil xx.xx.2013-cü il tarixdə, JN° 1343 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X4 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013cü il tarixli, AA seriyalı, 112719 JV2-İİ «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir.Kredit Müqaviləsinin 2.1 -ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 15.675 (on beş min altı yüz yetmiş beş) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2 bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür.Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”m ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.3.bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 60 (altımış) aydır.Qeyd olunan kredit müqaviləsinin 6.1 -ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə kredit verənə illik 18 (on səkkiz) faiz ödəyir.Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 4500.79 (dörd min beş yüz ABŞ dolları, 79 sent) ABŞ dolları, faiz borcu üzrə 2294.38 (iki min iki yüz doxsan dörd ABŞ dolları, 38 sent) ABŞ dolları olmaqla, cəmi 6795.17 (altı min yeddi yüz doxsan beş ABŞ dolları, 17 sent) ABŞ dolları məbləği təşkil edir.Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu, ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq məhkəmə iclasında elan edilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasında bankdan kredit götürdüyünü, ekspertiza rəyi ilə razı olduğunu bildirərək, əlavə etdi ki, maşın yararsız vəziyyətdədir, maddi imkanı yoxdur, məhkəmədən güzəşt edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia ərizəsi ilə eyni zamanda işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbdbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq) "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə çörə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Aqrarkredit” QSC-yə keçmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Aqrarkredit” QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********* saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum "X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 10İS saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2212 saylı, 04 may 2018-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, № 01343 saylı “kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə avtomobil almaq məqsədi ilə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 15.675 (on beş min altı yüz yetmiş beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2013-cü il tarixdə, № 1343 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh(alıcı və ipoteka qoyan) xx.xx.2013-cü il tarixdə, № 01343 saylı kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, özünün mülkiyyətində olan **-GH-*** dövlət qeydiyyat nömrəli “GEELY EMQRAND” minik markalı (buraxılış ili 2013, ban - L6F7844Z3DN022298, rəngi - gümüşü metalik) avtomobil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AA seriyalı 112719 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixdə, № 1343 saylı İpoteka Müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013cü il tarixli, AA seriyalı, 112719 nömrəli «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh edilmiş xx.xx.2013-cü il tarixdə, № 1343 saylı kredit müqaviləsi üzrə banka 4500,79 ABŞ dolları əsas borcu, 2294,38 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6795,17 ABŞ dolları kredit borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh aylıq 398,04 ABŞ dolları olmaqla, 60 aya 15.675 ABŞ dolları kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2015-ci il tarixli məxaric orderindən görünür ki, iddiaçı Cavabdeh hesabına xx.xx.2013-cü il tarixdə, № 01343 saylı kredit müqaviləsi üzrə 15.675 ABŞ dolları məbləğində kredit köçürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, "xxxx" QSC BOKT pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-3689/2021 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2031 saylı ekspert rəyindən görünür ki, internet(sayt: az.turbo) məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına görə “GEELY EMQRAND” minik markalı, 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin hazırkı orta bazar qiyməti təxminən 10000 manat, likvid qiyməti 9000 manat müəyyən olunur. Aparılmış tədqiqatın qiyməti 100 manat təşkil edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-231/2022 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4754 saylı ekspert rəyindən görünür ki, “GEELY EMQRAND” minik markalı, 2013-cü il buraxılışlı, **-GH-*** dövlət qeydiyyat nömrəli avtomobilin hazırkı orta bazar qiyməti nəzəri qaydada təxminən 10000 manat, likvid qiyməti 9000 manat müəyyən olunur. Aparılmış tədqiqatın qiyməti 100 manat təşkil edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-231/2022 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8793 saylı ekspert rəyindən görünür ki, ekspert baxışına təqdim edilmiş “GEELY EMQRAND” minik markalı, 2013-cü il buraxılışlı, **-GH-*** dövlət qeydiyyat nömrəli avtomobilin hazırkı orta bazar qiyməti nəzəri qaydada təxminən 1500 manat, likvid qiyməti 1200 manat müəyyən olunur. Aparılmış tədqiqatın qiyməti 100 manat təşkil edir İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 124,66 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin mövqeyi: Beləliklə, işdə olan sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən Cavabdeh xx.xx.2013-cü il tarixdə, № 01343 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 15675 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh isə iddiaçıya 60 ay müddətinə hər ay 398,04 ABŞ dolları pulu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixdə, № 01343 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx.xx.2013-cü il tarixdə, № 01343 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, cavabdehin mülkiyyətində olan «GEELY EMQRAND” minik markalı, 2013-cü il buraxılışlı, **-GH-*** dövlət qeydiyyat nömrəli avtomobil kredit verən iddiaçının xeyrinə yüklü etmişdir. Cavabdeh kredit müqavilələrinin şərtlərini pozaraq və ödəniş cədvəlləri üzrə dövri olaraq ödəməli olduğu kreditin və faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə kredit alanın banka borcu yaranmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borcun tutulması barədə iddia tələbi təmin edilməli, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, daşınar əmlaka tutma yönəldilməli və həmin avtomobil açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına borc ödənilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin fikirləri, həmçinin maşının işlək vəziyyətdə olmamasının işin mübahisəsiz halı olmasını nəzərə alaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8793 saylı ekspert rəyi ilə müəyyən olunmuş likvid qiyməti yəni 1200 manat müəyyən olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" QSC BOKT-nin xeyrinə xx.xx.2013-cü il tarixdə, № 01343 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 4500.79 ABŞ dolları, faiz borcu üzrə 2294.38 ABŞ dolları olmaqla, cəmi 6795.17 ABŞ dolları məbləğində kredit borcu,həmçinin ödənilmiş 124.66 (bir yüz iyirmi dörd manat, 66 qəpik) manat və iddianın təmin tədbirinə dair ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu tutulmalı, xx.xx.2013-cü il tarixdə, № 01343 saylı ipoteka müqaviləsinə əsasən tələb üzrə tutma Cavabdeh, mülkiyyətində olan “GEELY EMQRAND” minik markalı, 2013-cü il buraxılışlı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməli, həmin avtomobil açıq hərracdan satılmalı, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına xx.xx.2013-cü il tarixdə, № 01343 saylı kredit müqaviləsi üzrə 6795.17 ABŞ dolları məbləğində kredit borcu , həmçinin ödənilmiş 124.66 (bir yüz iyirmi dörd manat, 66 qəpik) manat və iddianın təmin tədbirinə dair ödənilmiş 50(əlli) manat məbləğində dövlət rüsumu "xxxx" QSC BOKT-nin xeyrinə ödənilməli, xx.xx.2013-cü il tarixdə, № 01343 saylı kredit müqaviləsi üzrə bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehə qaytarılmalı, avtomobilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğ Cavabdeh tutularaq "xxxx" QSC BOKT-nin xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş üç ekspertiza tədqiqatının hər birinin dəyəri 100 manat olmaqla cəmi 300(üç yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq dövlət nəfinə ödənilməlidir. Tətbiq edilən hüquq normaları: AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" QSC BOKT-un xeyrinə xx.xx.2013-cü il tarixdə, № 01343 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 4500(dörd min beş yüz) ABŞ dolları 79(yetmiş doqquz) sent, faiz borcu üzrə 2294(iki min iki yüz doxsan dörd) ABŞ dolları 38(otuz səkkiz) sent olmaqla, cəmi 6795(altı min yeddi yüz doxsan beş) ABŞ dolları 17(on yeddi) sent məbləğində kredit borcu (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 124(bir yüz iyirmi dörd) manat, 66(altmış altı) qəpik və iddianın təmin tədbirinə dair ödənilmiş 50(əlli) manat məbləğində dövlət rüsumu tutulsun. xx.xx.2013-cü il tarixdə, № 01343 saylı kredit müqaviləsi əsasən tələb üzrə tutulma Cavabdeh mülkiyyətində olan GEELY EMQRAND” minik markalı, 2013-cü il buraxılışlı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. Həmin avtomobil açıq hərracdan satılsın. Avtomobilin ilkin satış qiyməti 1200(bir min iki yüz) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına xx.xx.2013-cü il tarixdə, № 01343 saylı kredit müqaviləsi üzrə 6795(altı min yeddi yüz doxsan beş) ABŞ dolları 17(on yeddi) sent borc məbləği "xxxx" QSC BOKT-a ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Avtomobilin satışından əldə edilmiş vəsait xx.xx.2013-cü il tarixdə, № 01343 saylı kredit müqaviləsi üzrə 6795(altı min yeddi yüz doxsan beş) ABŞ dolları 17(on yeddi) sent borc məbləğinin tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğ Cavabdeh tutularaq "xxxx" QSC BOKT-a ödənilsin. İş üzrə keçirilmiş üç ekspertiza tədqiqatının hər birinin dəyəri 100 manat olmaqla cəmi 300(üç yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-43/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-43/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver