Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-439/2021 15.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə İddiaçı oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 36800 manat borcun, iddia ərizəsinin yazılması və hüquqi yardım göstərilməsi üçün ödədiyi 200 manat pulun, 30 manat dövlət rüsumunun cəmi 37030 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki,o, Cavabdeh ilə aralarında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ondan 5000 manat faizsiz borc almışdır. Kredit müqaviləsi həmin tarixdə xx.xx.2016- ci il tarixdə Bakı şəhəri 8 saylı kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiqlənmşdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı borcu xx.xx.2016-cı il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin o, öz öhdəliyini bu günə qədər tam yerinə yetirməmişdir.Belə ki, cavabdeh iddiaçıya xx.xx.2018-ci il tarixdə 10000 manat, həmin tarixdən bu günədək müxtəlif vaxtlarda ayda 200-300 manat olmaqla cəmi 3200 manat pul ödəmişdir.Onun axırıncı ödənişi poçt vasitəsi ilə ona 2020-ci ilin noyabr ayının 25-də ödədiyi 200 manat olmuşdur. Beləliklə, cavabdeh ona olan 50000 manat borcundan cəmi 13200 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 742-ci maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı oğlu məhkəmə iclasında məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2015-cı il tarixdə Bakı şəhəri 08 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı oğlu 50000 manat pulu Cavabdeh borc verməyi, Cavabdeh krediti xx.xx.2016-ci il tarixədək N. Lələyeva qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş mədaxil qəbzinin məzmunundan görünür ki, İddiaçı hüquqi yardım üçün X3 oöluna 200 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı və cavabdeh arasında notarial qaydada kredit müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 50000 (əlli min) manat pul verməyi, cavabdeh isə müqavilədə müəyyən edilmiş müddət ərzində borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin öhdəliyi tam və vaxtında icra etməmişdir və nəticədə 36800 (otuz altı min səkkiz yüz) manat borcu yaranmışdır. Bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etmədiyindən iddiaçının borcun qaytarılması tələbinə dair iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 36800 manat borcun, iddia ərizəsinin yazılması və hüquqi yardım göstərilməsi üçün ödədiyi 200 manat pulun, 30 manat dövlət rüsumunun cəmi 37030 manat alınıb İddiaçı oğluna ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 36800 (otuz altı min səkkiz yüz) manat borcun, iddia ərizəsinin yazılması və hüquqi yardım göstərilməsi üçün ödədiyi 200 (iki yüz) manat pul, 30 (otuz) manat dövlət rüsumunun cəmi 37030 (otuz yeddi min otuz) manat alınıb İddiaçı oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-439/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-439/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver