Məhkəmə qərarları › İş №2(002)-443/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-443/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-443/2021 03.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı «xxxx» MM QBKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MM QBKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 2235.39 AZN, faiz borcu üzrə 184.00 AZN, cərimə borcuna görə 24.94 AZN olmaqla cəmi 2444.33 (iki min dörd yüz qırx dörd manat, otuz üç qəpik) AZN məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “xxxx” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» MM QBKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı “xxxx” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********4766 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 8000 (səkkiz min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 774 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1 -ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********4766 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********2101 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2235.39 AZN ,faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 12.11,2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 borc məbləği əsas borc üzrə 2235.39 AZN, faiz borcu üzrə 184.00 AZN, cərimə borcuna görə 24.94 AZN olmaqla cəmi 2444.33 (iki min dörd yüz qırx dörd manat, otuz üç qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz.Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə iddia müddətinin tətbiqi barədə məhkəmənin ünvanına ərizə göndərərək, iddiaçı ilə bağladığı kredit müqaviləsinin bitmə tarixinin xx xxxxxx 2017-ci olmasına baxmayaraq, kreditorun xx xxxxxx 2020-ci ildə, yəni müqavilənin bitmə tarixindən 3 il sonra məhkəməyə müraciət etdiyini əsas gətirərək, iddiaçı «xxxx» MM QBKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borc tutulması» tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdeh2 müxtəlif vaxtlarda ödəniş etdiyini, sonuncu dəfə isə xx.xx.2020-ci il tarixdə 10 manat məbləğində ödəniş etdiyini, ödənişlərin elektron qaydada edildiyini, həttaxx.xx.2018-ci il traixdə cavabdeh tərəfindən 100 manat ödəniş edildiyini, buna görə də müvafiq mübahisəyə iddia müddətinin tətbiq edilə bilməyəcəyini bildirərək, bu barədə məhkəmənin ünvanına müvafiq səənəd təqdim edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə iddiaçı «xxxx» MM QBKT-dən kredit götürmüşdür, lakin həmin müqavilənin bağlanılmaısndan xeyli müddət keçmiş, o heç bir ödəniş etməmişdir, və kredit aldığı filialın bağlanmasını əsas gətirərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilməklə, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxx 2015-ci il tarixli, **********4766 saylı kredit və zaminlik müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh2 28% faiz dərəcəsi ilə 12 ay müddətinə 8.000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Zamin Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. İş materaillarına əlavə edilmiş kassa-məxaric orderinə əsasən, Cavabdeh2 8000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş **********4766 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən Cavabdeh2 aylıq 774 manat olmaqla, cəmi 9.287.00 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materialalrında olan xx.xx.2016-ci il tarixli Kredit müqaviləsinin restrukzisayisaına dair Sazişin məzmunundan aydın olur ki, Cavabdeh2 ilə “xxxx” MMC arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin restrukzisaya olunması barədə razılıq əldə olunmuş və buna dair Saziş imzalanmışdır. İş materialalrında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışının məzmunundan aydın olur ki, Cavabdeh2 cəmi qalıq borcu 2444,33 manat, cəmi ödənilən məbləğ 218,50 manat təşkil edir. İş materialalrında olan hesabdan çıxarışın məzmunundan aydın olur ki, Cavabdeh2 aid hesab nömrəsi **********8566 üzrə xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 99 manat, xx.xx.2018-ci il üzrə 19,5 manat, xx.xx.2020-ci il tarixdə 10 manat olmaqla, cəmi 228,5 manat ödəniş edilib. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli **********4766 saylı kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə 8000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini müqavilədə göstərilən müddətdə və qaydada ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli **********4766 saylı zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müvafiq kredit müqaviləsinin restrukzisayisanıa dair xx.xx.2016-ci il tarixdə Saziş imzalanmışdır. Həmçinin, məhkəmə iclasında cavabdehin verdiyi izhatından aydın olur ki, o iddiaçı qarşısında borc öhdəliyinin olduğunu qəbul etmiş, lakin həmin müqavilə üzrə xeyli müddət keçidyindən, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 iddiaçı qarşısında götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə şərtlərini pozmuş, bununla da bank qarşısında onun mülki hüquqi məsuliyyətinə səbəb olan borc öhdəliyi yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid olan hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi Cavabdeh1 aid olan hissədə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin məzmunundan aydın olur ki, xx.xx.2015-ci il tarixli **********4766 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli **********4766 saylı zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsində onun qüvvədə olma müddəti qeyd olunmamış, kredit müqaviləsində isə kredit borcunun qaytarılması müddəti 12 ay nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminlik müqaviləsinə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, iş materiallarından göründüyü kimi, zaminlik müqaviləsində onun qüvvədə olma müddəti müəyyən edilməmiş, həmin müqavilənin təmin etdiyi öhdəliklərin icrası vaxtının çatmasından 1 ildən çox müddət keçmişdir bu səbəbdən Cavabdeh1 zaminliyinə xitam verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid olan hissədə təmin edilə bilməz. Həmçinin, məhkəmə cavabdeh tərəfindən hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülmədiyindən, müvafiq ərizə tətbiq edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ilə iddiaçı arasında bağlanılmış müvafiq kredit müqaviləsi üzrə (hesab nömrəsi **********8566) xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 99 manat, xx.xx.2018-ci il üzrə 19,5 manat, xx.xx.2020-ci il tarixdə 10 manat olmaqla, cəmi 228,5 manat ödəniş edilmişdir.Göründüyü kimi, cavabdeh tərəfindən öz borcunun etiraf olunmasına dair hərəkətlər edilərək, müvafiq kredit müqaviləsi üzrə ödənişlər edilmiş, həmin ödənişlərin həyata keçirildiyi vaxtdan isə mülki qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti keçməmişdir. ona görə də məhkəmə mülki qanunvericiliyin qeyd olunan normalarının tələini rəhbər tutaraq, hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti ötürülməmişdir. Həmçinin, iş materialalrından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, iddiaçı tərəfindən hesablanmış iddia tələbinin əsas borc, faiz borcu və cərimə borcu hissəsinin hər birini ayrılıqda nəzərdən keçirdərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2015-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 2235.39 manat məbləğində əsas borcu, 184,00 manat məbləğində faiz borcu, 24.94 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2444,33 manat məbləğində borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MM QBKT-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2015-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 2235.39 manat məbləğində əsas borcu, 184,00 manat məbləğində faiz borcu, 24.94 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2444,33 manat məbləğində borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MM QBKT-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar