Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-453/2021 25.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏ N ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 04.08.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən (İMEİ kodu **********71770) Meizu C9 Pro markalı telefon üçün 147 manat məbləğində ödənilməmiş hissə, 14 manat cərimə, 13.08.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən (İMEİ kodu **********33257) Samsung galaxy A10 markalı telefon üçün 317 manat məbləğində ödənilməmiş hissə, 31 manat cərimə, 27.08.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən (İMEİ kodu **********21311) Samsung galaxy A20 markalı telefon üçün 288 manat məbləğində ödənilməmiş hissə, 28 manat cərimə, cəmi 825 manat, həçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış 04.08.2019-cu il tarixli, 00823894 №-li olan alğı-satqı müqaviləsinə əsasən, ona ümumi qiyməti 339 manat (12 ay x 28 manat + 3 manat ilkin ödəniş) dəyərində olan (İMEİ kodu **********71770) Meizu C9 Pro markalı telefon satılmışdır. Həmçinin 13.08.2019-cu il tarixli 00844272 №-li alğı-satqı müqaviləsinə əsasən ona ümumi qiyməti 390 manat (9 ay x 43 manat + 3 manat ilkin ödəniş) dəyərində olan (İMEİ kodu **********33257) Samsung galaxy A10 markalı telefon satılmışdır. Bundan başqa, 27.08.2019-cu il tarixli, 00872729 №-li alğı-satqı müqaviləsinə əsasən ona ümumi qiyməti 484 manat (12 ay x 24 manat + 196 manat ilkin ödəniş) dəyərində olan (İMEİ kodu **********21311) Samsung galaxy A20 markalı telefon satılmışdır. Cavabdeh aldığı malın dəyərindən ilkin ödəniş 3 manat etməklə, məbləği hissə-hissə ödəmək şərti ilə 12 aya, hər ay üçün 28 manat olmaqla, cəmi 339 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh aldığı malın dəyərindən ilkin ödəniş 3 manat etməklə, məbləği hissə-hissə ödəmək şərti ilə 9 aya, hər ay üçün 43 manat olmaqla, cəmi 390 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh aldığı malın dəyərindən ilkin ödəniş 196 manat etməklə, məbləği hissə-hissə ödəmək şərti ilə 12 aya, hər ay üçün 24 manat olmaqla, cəmi 484 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən “Müştəri” “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. Lakin cavabdeh alğı-satqı müqavilələrində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 825 manat borcu ödəməmiş, bununla da alğı-satqı müqavilələrinin tələblərini pozmuşdur. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04.08.2019-cu il tarixli, 00823894 №-li alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04.08.2019-cu il tarixli, 00823894 №-li müqaviləyə əsasən İddiaçı Cavabdeh hissə-hissə ödəniş etmək şərti ilə, 339 manat məbləğində (İMEİ kodu **********71770) Meizu C9 Pro markalı telefonu 12 ay müddətinə, ilkin ödəniş 3 manat, aylıq 28 manat ödəniş etməklə satmışdır. İş materiallarında olan 13.08.2019-cu il tarixli, 00844272 №-li alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13.08.2019-cu il tarixli, 00844272 №-li müqaviləyə əsasən İddiaçı Cavabdeh hissə-hissə ödəniş etmək şərti ilə, 390 manat məbləğində (İMEİ kodu **********33257) Samsung galaxy A10 markalı telefonu 9 ay müddətinə, ilkin ödəniş 3 manat aylıq 43 manat ödəniş etməklə satmışdır. İş materiallarında olan 27.08.2019-cu il tarixli, 00872729 №-li alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27.08.2019-cu il tarixli, 00872729 №-li müqaviləyə əsasən İddiaçı Cavabdeh hissə-hissə ödəniş etmək şərti ilə, 484 manat məbləğində (İMEİ kodu **********21311) Samsung galaxy A20 markalı telefonu 12 ay müddətinə, ilkin ödəniş 196 manat aylıq 24 manat ödəniş etməklə satmışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04.08.2019-cu il tarixli, 13.08.2019-cu il tarixli və 27.08.2019-cu il tarixli alğı-satqı müqavilələri mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alğı-satqı müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan müqavilə üzrə aldığı əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuş, lakin iddiaçı qarşısında pul öhdəliyini icra etməmişdir. Buna görə də, İddiaçı-nin əşyanın dəyərindən ödənilməmiş məbləği tələb etməsi əsaslıdır. Bundan əlavə, müqavilələrin 3.7-ci bəndinə əsasən “Müştəri” “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı-yə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1 - 284- 6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 04.08.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən (İMEİ kodu **********71770) Meizu C9 Pro markalı telefon üçün 147 manat məbləğində ödənilməmiş hissə, 14 manat cərimə, 13.08.2019-cu il tarixli müqaviləsinə əsasən (İMEİ kodu **********33257) Samsung galaxy A20 markalı telefon üçün 317 manat ödənilməmiş hissə, 31 manat cərimə və 27.08.2019-cu il tarixli müqaviləsinə əsasən (İMEİ kodu **********21311) Samsung galaxy A20 markalı telefon üçün 288 manat ödənilməmiş hissə, 28 manat cərimə, ümumilikdə 825 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 855 manat pulun, İddiaçı-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-453/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-453/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver