Məhkəmə qərarları › İş №2(002)-465/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-465/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-465/2024 22.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, nisyə alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy SM-A035FZKDCAU Black 32 GB modelli **********78376 İmei kodlu mobil telefondan 172 manat və modelli Samsung Galaxy SM- A032FZKDCAU Black modelli **********74240 imei kodu mobil telefondan 68 manat əsas borcun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən "xxxx" mağazasında ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin mağaza telefon və məişət əşyaları satışı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə Cavabdeh nisyə olaraq 353 manat dəyərində Samsung Galaxy SM- A035FZKDCAU Black 32 GB modelli **********78376 İmei kodlu mobil telefon almışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh nisyə olaraq 312 manat dəyərində Samsung Galaxy SM- A032FZKDCAU Black modelli **********74240 imei kodu mobil telefon almışdır və buna görə aralarında həmin tarixlərdə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin 396 gün keçsə də cavabdeh müqavilə üzrə puldan ödəniş etməmiş və aralarında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırdığı üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir və iddia tələbinin təmin olunması xahiş edliir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş ərizədə göstərilən ünvana göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir və iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab olunaraq təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilənin və həmin müqavilənin tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Samsung Galaxy SM-A035FZKDCAU Black 32 GB modelli **********78376 İmei kodlu mobil telefon Cavabdeh (müştəri) ilkin ödəniş 40 manat olmaqla, 9 ay müddətinə hər ay 34.78 manat hissə-hissə ödəniş etmək şərtilə 313 manat dəyərində Samsung Galaxy SM-A035FZKDCAU Black 32 GB modelli **********78376 İmei kodlu mobil telefon satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilənin və həmin müqavilənin tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Samsung Galaxy SM-A032FZKDCAU Black modelli **********74240 imei kodu mobil telefon Cavabdeh (müştəri) ilkin ödəniş 0 manat olmaqla, 9 ay müddətinə hər ay 34.67 manat hissə-hissə ödəniş etmək şərtilə 312 manat dəyərində Samsung Galaxy SM-A032FZKDCAU Black modelli **********74240 imei kodu mobil telefon satmışdır. İşdə olan 03 mart 2022-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy SM-A035FZKDCAU Black 32 GB modelli **********78376 İmei kodlu mobil telefonu təhvil almışdır. İşdə olan 08 iyun 2022-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy SM- A032FZKDCAU Black modelli **********74240 imei kodu mobil telefonu təhvil almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlində göstərilir ki, 03 mart 2022-ci il tarixli müqavilə üzrə cavabdehin 84 manat məbləğində ödənilməmiş borc, 08 iyun 2022-ci il tarixli müqavilə üzrə cavabdehin 208 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Pretenziya məktubunun surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən “Real Eletronics” mağazasında ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 mart 2022 və 08 iyun 2022-ci il tarixli müqavilə mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqaviləsidir. Ona görə də, hazırkı mübahisənin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında 03 mart 2022 və 08 iyun 2022-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulun dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş sübutlardan aydın olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malın dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Hazırda cavabdehin alğı-satqı müqaviləsi üzrə 172 manat və 68 manat məbləğində qalıq borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə, Samsung Galaxy SM-A035FZKDCAU Black 32 GB modelli **********78376 İmei kodlu mobil telefon üçün 172 manat ödənilməmiş borc və xx.xx.2022-ci il tarixli müqavilə üzrə, Samsung Galaxy SM-A032FZKDCAU Black modelli **********74240 imei kodu mobil telefon üçün 68 manat ödənilməmiş borc olmaqla cəmi, 240 manat pul vəsaiti İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar