Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-488/2023 16.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs-Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs-X8 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-ə qarşı “bədbəxt hadisə nəticəsində dəymiş zərərə görə müavinət tələbi”-nə dair iddia ərizəsinə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh ASC-ə qarşı “bədbəxt hadisə nəticəsində dəymiş zərərə görə müavinət tələbi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunan ödəncin ədalətli qaydada hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1976-cı il avqust ayının 23-də Qaradağ Tikinti Materiallarİ Kombinatına (hazırda Qaradağ ASC adlanır.) işə daxil olmuşdur. İstehsal sahəsində maşinist köməkçisi, daşkəsən maşinisti və növbə rəisi vəzifələrində işləmişdir. O, daşkəsən maşinisti işləyərkən 1993-cü ildə həmin idarənin günahı üzündən işdə bədbəxt hadisə baş vermiş və nəticədə o, xəsarət almışdır. X15 Komissiyasının rəyi ilə ona 20 faiz əmək qabiliyyətini itirməklə 3-cü dərəcə ilə əlillik statusu verilmişdir. 1993-cü ildən əmək xəsarəti ilə əlaqədar əmək haqqının 20 faiz məbləğində ödəncin ödənilməsinə qərar verilmişdir. Hal-hazırda hər ay ödəncin məbləği 50 (əlli) manat təşkil edir. Əslində ödəncin hesablanması orta aylıq əmək haqqına uyğun aparılmalıdır. İdarə qanunlara məhəl qoymayaraq heç həmin 50 (əlli) manatı da ödəmək istəmir. Məlumat üçün bildirirəm ki, mənə 2019-cu ilin noyabr və dekabr ayları, 2020-ci ilin beş ayı istisna olmaqla bu günə qədər təyin olunmuş ödənci ödəməmişlər. Bu barədə o, X11 Xidmətinin Bakı şəhər idarəsinə ərizə ilə müraciət etmişdir. Onlar müəyyən yoxlamalar apararaq Qaradağ ASC-nin rəhbərliyini inzibati qaydada cərimə ediblər. Buna baxmayacaq ona veriləcək ödənci Qaradağ ASC-nin rəhbərliyi ödəməkdən imtina edirlər. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh ASC tərəfindən iş zaman baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ödənilməli olan ödəncin yenidən hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxış və izahatları: İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.Əlavə olaraq qeyd etdi onun “Qaradağ" ASC-ə təqdim etdiyi “istehsalatda bədbəxt hadisə haqqında” aktının əsli cavabdeh tərəfindən ona təqdim edilərsə o portalda adını qeyd etdirə biləcək, həmçinin qeyd etdi ki, onun əlil kimi tanınması üçün “istehsalatda bədbəxt hadisə haqqında” akt mövcuddur və buna görə cavabdeh müəssisə tərəfindən ona bir müddət pensiya ödənilib. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs-Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, öz izahatında bildirmişdir ki,şəxsin əlilliyi barədə məlumatı TSEK verir.Hazırda köhnə işlərlə bağlı,yəni 2003-cü il 01 oktyabrdan əvvəlki illərdə baş vermiş bədbəxt hadisələrlə bağlı şəxslərin əlillik dərəcəsi haqqında məlumatlar elektron portalda yoxdur. iddianın təmin edilməsini məqsədəmüvafiq hesab edərək, iddianın təmin ediməsinə etiraz etmədiklərini bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs-X8 nümayəndəsi X10 məhkəmə iclasında bildirmişdir ki, mübahisə ilə bağlı münasibətlərini cavabdeh barəsində tərtib edilmiş inzibati protokoldan və inzibati tənbeh vermə qərarında ifadə etmişdilər, beləki, Cavabdeh ASC-nin sədri X1 Əbdülkərim Cami oğluna münasibətdə “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli Qərarını pozaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi əsası ilə barəsində 1200 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Əlavə olaraq qeyd etdi ki, hazırki mübahisə ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında sənədlər təqdim etdi və iddianın əsassız olduğunu, təmin edilməməli olduğunu bİldirdi, həmçinin qeyd etdi ki, iddiaçının iş zamanı xəsarət almasına etiraz etmir buna görə iddiaçıya cavabdeh tərəfdən ödəniş olunub, lakin dekabrda VTB banka cavabdeh tərəfindən ödəniş edilsə də, nəinki iddiaçıya, onunla bərabər bır neçə şəxsə ödənişlər edilməyib. Əsaslandırma hissəsi: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının(Keçmiş ВТЕК) xx.xx.1997-cü il tarixli 172 nömrəli çıxarışdan görünür ki, İddiaçı 27 oktyabr 1993-cü il tarixli aktına əsasən əmək qabiliyyətinin 20%-ni itirdiyindən müddətsiz olaraq çıxarış verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 27 oktyabr 1993-cü il tarixli 01 № li istehsalatda bədbəxt hadisə haqqında Aktın məzmunundan görünür ki, 27 oktyabr 1993-cü il tarixdə Qaradağ Tikinti Materialları Kombinatında(Cavabdeh ASC) maşınist İddiaçı bədbəxt hadisə nəticəsində yaralanmış və nəticədə əmək fəaliyyətinin 20%-ni itirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhəri İdarəsindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh ASC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X11 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır.Müraciətini “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq araşdırılması ilə bağlı Sizə aid olan sənədlərin təqdim olunması məqsədi ilə Cavabdeh ASC-nin rəhbərliyinə tərəflərindən **********8 nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmış, lakin bu günə qədər sənədlər (əmək müqaviləsinin surəti və xəsarətə görə ödənc pulunun ödənilməsini təsdiq edən sənədlər) tam təqdim edilməmişdir.Qeyd olunanları nəzərə alaraq, həmin sənədlərin təqdim olunmasına köməklik göstərilməsi məqsədilə tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır.Bildirir ki, sənədlər tam təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılacaqdır.Eyni zamanda Cavabdeh ASC-nin rəhbərliyinin 01 nömrəli 05.01,2022-ci il tarixli məktubunda xəsarət görə ödəncin cəmiyyətin maliyyə vəziyyətinin qənaətbəxş olmaması səbəbinə görə xəsarətə görə ödəncin ödənilmədiyi bildirilmişdir.Həmçinin xəsarətə görə ödəncin hesablanıb ödənilməsi ilə bağlı Cavabdeh ASC-nin rəhbərliyinə məktub göndərilmişdir. Qeyd olunanlarla razılaşmadığınız halda məhkəməyə müraciət etmək hüququnuz vardır.” İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhəri İdarəsindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh ASC-də əmək hüquqların pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhaiİnin Sosiai Müdafiəsi Nazirliyinə ünvanlanmış müraciətə X11 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır.Müraciətlə əlaqədar Cavabdeh ASC-nin rəhbərliyinin 05 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda xəsarətə görə ödəncin ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən də, Cavabdeh ASC-nin direktoru Ə.Abbasov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN1064229 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.Həmçinin xəsarətə görə ödəncin hesablanıb ödənilməsi ilə bağlı Cavabdeh ASC-nin rəhbərliyinə məktub göndərilmişdir.Razılaşmadığınız halda məhkəməyə müraciət etmək hüququnuz vardır” olaraq bildirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhəri İdarəsininin Qaradağ Rayon Məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli MN1064229 nömrəli inzibati tənbeh vermə haqqında qərarından və xx.xx.2022-ci il tarixli MN ******* saylı protokoldan Cavabdeh ASC-nin sədri X1 Əbdülkərim Cami oğluna münasibətdə “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli Qərarını pozduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi əsası ilə barəsində 1200 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il məktubdan görünür ki, Qaradağ Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdeh "xxxx" ASC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə" xəsarətlə bağlı ödəncin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2(002)- 488/2023nömrəlimülkiişvardır.İddiaçı 1993-cü il tarixdə "Qaradağ” Açıq Səhmdar Cəmiyyətində işlədiyi dövrdə əmək xəsarəti aldığını qeyd etmişdir. Həmin dövrdən iddiaçıya müəssisə tərəfindən orta aylıq əməkhaqqı nəzərə alınmaqla aylıq ödəncin ödənilməsinə qərar verilmişdir.Lakin İddiaçı qeyd etdiyinə görə təyin olunan ödənc 2020-ci il tarixdən etibarən ödənilmir. Qeyd olunan səbəbdən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2003-cü il tarixli 920 saylı Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydalarının "2-ci bəndinə əsasən bu Qaydalar:2.1.1."Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyəminənədəkyaranmışborclarına;2.1.2. idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir.Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya busəbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"na əsasən bu Qaydalar dövlət müəssisələrinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Yuxarıda qeyd olunan fərmanın 5-ci bəndində qeyd edilir ki: Aylıq müavinət onu almaq hüququ yarandığı günden tez olmamaq şərtilə, 2003-cü il onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün çatmış (başaçatma tarixi gösterilmeklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərarverilir.Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumat Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş, Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə formasının 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının 1.3-cü bəndinə əsasən aşağıdakı sənədlər olduqda,təqsirkar işəgötürən əmək xəsarətinə gör dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə (qətnaməsi, məhkəmənin hökmü, qərarı), b) işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə. TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), orqanizmin funksiyalarının pozulması faizini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri(qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarına əsasən təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir.Belə ki, hazırki iş üzrə İddiaçı xəsarətə görə aylıq ödənc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməlidir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ Rayon Məhkəməsinə ünvanlandığı 16 may 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş 3 may 2023-cü il tarixli 2(002)- 488/2023 nömrəli məktubunuza baxılmışdır.Bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydalarının 5-ci hissəsinin 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixindən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Nazirliyin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və ödənilir. Həmin Qaydaların 5.5-ci və 5.6-cı bəndlərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Nazirliyə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir.Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir.İcraatınızda olan İddiaçı Azərbaycan RespubiNazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 7 nömrəli əlavənin 2.18-ci bəndinə uyğun olaraq, müvafiq sənədləri (istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və ya peşə xəstəliyinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y.Axundov adına X2 İnstitutunun arayışı və işəgötürən tərəfindən ən-mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənir verməsi barədə məhkəmənin qərarının surəti; işçinin peşə əmək qabiliyyətinin itirilməbarədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış; aylıq ödəncin tarixədək ödənilməsini təsdiq edən sənəd) təqdim etdiyi təqdirdə sözügedən müavalmaq hüququna baxılacaqdır.Qeyd etmək istərdik ki, Nazirliyin “Əlillik” altsisteminin məlumat bazasında İddiaçı əlilliyinə dair hər hansı məlumat aşkar edilməmişdir Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 195-ci maddəsinin c) bəndinə əsasən, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə, işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 196-cı maddəsinin 1-ci bəndinə əsasən, Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.2-ci maddəsinə əsasən İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 239.3-ci maddəsinə əsasən İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294.5-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 1.2.1-ci bəndinə əsasən bu Qaydalar əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin ailələrinə, əmək zədəsi almış və peşə xəstəliyinə tutulmuş işçilərə zərərin əvəzinə görə ödənişlərlə bağlı dövlət müəssisələrinin borclarının ödənilməsinə şamil edilir. Qaydaların 4.1-ci bəndinə əssən borclar Fondun yerli orqanları ilə dövlət müəssisələri arasında tərtib edilmiş üzləşmə aktlarına əsasən ödənilir. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydaları Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Qaydalar özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aşağıdakı məbləğlərdə aylıq müavinət verilir: 3.1.1. peşə əmək qabiliyyəti itirildikdə – minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq); 3.1.2. həlak olduqda – minimum aylıq əmək haqqı məbləğində.(bənd 3.1). Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrindən istehsalat qəzası və yaxud peşə xəstəliyi üzrə, eləcə də bu səbəbdən ailə başçısını itirməyə görə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə müvafiq qaydada aylıq müavinət almaq hüququna malikdirlər (bənd 4.1). İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvü, yaxud himayəsində olan digər şəxs aylıq ödəncin əvəzinə aylıq müavinət almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinət təyin edən orqana ərizə ilə müraciət edir və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müvafiq müqavilə bağlayır (bənd 4.2). Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir (bənd 5.1). Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qiiwəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir (bənd 5.2). Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya "DOST" mərkəzləri tərəfindən həyata keçirilir (bənd 5.3) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Mülki işin məhkəmə iclasıda tədqiq edilmiş sübutlarla müəyyən olunan araşdırılmış hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri olmuş, işçi 1993ci ildə baş vermiş bədbəxt hadisə nəticəsində müddətsiz əmək xəsarəti almış, 20% əmək qabiliyyətini itirərək İİİ qrup əmək əlillik dərəcəsi verilmiş, buna görə işçiyə hər ay üzrə işəgötürən tərəfindən 50 manat ödəniş həyata keçirilmişdir, lakin iddia tələbində göstərilmiş aylar üzrə ödəniş həyata keçirilməmiş, cavabdeh tərəf məhkəmədə bunun səbəbini izah etməmiş, iddia tələbində göstərilmiş halların əksini sübut edən sənədlər təqdim olunmamışdır. Cavabdeh ödənişləri verməkdən boyun qaçırır. Bu səbəbdən də iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, iddiaçıya cavabdeh tərəfindən ödənilməli olan müavinətin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ödənilmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh ASC tərəfindən iş zaman baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ödənilməli olan ödəncin yenidən hesablanaraq ona ödənilməlidir. Nəticə hissəsi: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh ASC tərəfindən iş zaman baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ödənilməli olan ödənc yenidən hesablanaraq ona ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-488/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-488/2023
16.06.2023 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver