Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-49/2023 20.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Qaradağ rayonu 45 saylı Notariat Ofisinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Qaradağ rayonu 45 saylı Notariat Ofisinə qarşı “mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Qaradağ rayonu 45 saylı Notariat Ofisinə qarşı “mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili X3 məhkəməyə şifahi vəsatət verərək, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 45 saylı Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-472/2022 saylı işin iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Qaradağ rayonu 45 saylı Notariat Ofisinə qarşı “mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi” tələbinə dair 2(002)-428/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdeh Qaradağ rayonu 45 saylı Notariat Ofisinin nümayəndəsi X4 iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili X1 2(002)-472/2022 saylı mülki işin məhkəmənin icraatında olan digər, yəni 2(002)-428/2022 saylı işlə bir icraatda birləşdirilməsinə etirazlarının olmadığını bildirdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 45 saylı Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-472/2022 saylı işin və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Qaradağ rayonu 45 saylı Notariat Ofisinə qarşı “mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi” tələbinə dair 2(002)-428/2022 saylı işin bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.3-cü maddəsinin tələbləri əsas götürülməklə həmin iddialar üzrə mülki işlər bir icraatda birləşdirilməlidir. Göstərilən Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu məcəllədə göstərilən halllarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. İstinad edilən Məcəllənin 395.1.1 və 395.1.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Adı çəkilən Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 45 saylı Notariat Kontoruna qarşı bağışla müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair Qaradağ Rayon Məhkəməsinin icraatlnda olan 2(002)-472/2022 saylı mülki iş həmin məhkəmənin icraatında olan digər, yəni iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Qaradağ rayonu 45 saylı Dövlət Notariat Kontoruna qarşı “mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi” tələbinə dair 2(002)-428/2022 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 45 saylı Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraarında olan 2(002)-472/2022 saylı mülki iş həmin məhkəmənin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Qaradağ rayonu 45 saylı Dövlət Notariat Kontoruna qarşı “mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi” tələbinə dair 2(002)-428/2022 saylı mülki işlə bir icraatda birləşdirilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-49/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-49/2023
20.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver