Məhkəmə qərarları › İş №2(102)-293/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-293/2023

07.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-293/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və İddiaçı2 adından İddiaçı3 Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız sayılması və miras əmlakda payın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 sentyabr 2022-ci il tarixli, 2(105)-1550/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 verdiyi kassasiya şikayəti üzrə işə 07 fevral202 2-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Quba şəhər X14 İcraiyyə Komitəsinin 18 iyun 1980-cı il tarixli, 7 nömrəli protokolu ilə İddiaçı1 X Quba şəhərində fərdi ev tikintisi üçün 24-cü kvartaldan 400 kvadrat metr torpaq sahəsi verilmişdir. İddiaçıların babaları olan İddiaçı1 X 05 iyul 2002-ci ildə, ataları olanX10 isə 30 aprel 2005-ci ildə vəfat etmişdir. 25 oktyabr 2007-ci ildə Quba şəhəri, 24-cü məhəllə, Qaqarin küçəsində mülkiyyətdə olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 88 kv.metr yaşayış sahəsi, 60 kv.metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı1 Əhəd oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı1 X miras qalmış Quba şəhəri, 24-cü məhəllə, Qaqarin küçəsində mülkiyyətdə olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 88 kv.metr yaşayış sahəsi, 60 kv.metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə arvadı X4 adına 13 dekabr 2007-ci il tarixli, 2V-171 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmiş və qeyd edilən miras əmlak 02 fevral 2008-ci ildə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X8 17 sentyabr 2008-ci il tarixli vəsiyyətnamə ilə Quba şəhəri, 24-cü məhəllə, Qaqarin küçəsində yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh2 vəsiyyət etmişdir. Daha sonra, X8 13 yanvar 2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 148 kv.metr, yaşayış sahəsi 88 kv.metr, yardım çı sahəsi 60 kv.metrdən ibarət fərdi yaşayış evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. Sonuncunun hüququları 07 mart 2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı1 və İddiaçı2 adından İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Əhəd oğluna məxsus olmuş ünvan 2 ünvanında yerləşən ikimərtəbəli, dörd otaqlı, yaşayış sahəsi 87,9 kv.metr, köməkçi sahəsi 59,1 kv.metr, cəmi 147 kv.metr olan yaşayış evinin və evin yerləşdiyi 394 kv.metr həyətyanı torpaq sahəsinə dair Quba rayonu Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2007-ci il tarixli, 2V-171 reyestr nömrəli qanun üzrə v ərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, bu şəhadətnamə əsasında aparılmış sonrakı əməliyyatlar ləğv olunmaqla, X4 adına verilmiş xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, xx.xx.2015-ci ildə Quba Notariat Kontorunda təsdiq olunmuş daşınmaz əmlakın bağışlanmasımüqaviləsinin, Cavabdeh2 adına verilmiş xx.xx.2015-ci il tarixli, evə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ barədə RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 2 ünvanında yerləşən ikimərtəbəli, dörd otaqlı, yaşayış sahəsi 87,9 kv.metr, köməkşi sahəsi 59,1 kv.metr, cəmi 147 kv.metr olan yaşayış evinin və evin yerləşdiyi 394 kv.metr həyətyanı torpaq sahəsinin ¼-nə onların vərəsəlik üzrə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanındakı fərdi yaşayış evi evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə İddiaçı1 x xüsusi mülkiyyətində olmuşdur. İddiaçı1 X xx.xx.2002-ci ildə vəfat etmişdir. xx.xx.2007-ci il tarixli, 2V-171 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən göstərilən daşınmaz əmlak X4 mülkiyyətinə keçmiş və ona bu barədə xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı daşınmaz əmlakin dövlət reyestrindən çıxarış verilmişdir. X8 xx.xx.2015-ci ildə vəfat etmişdir. xx.xx.2015-ci ildə X8 gö stərilən evi Quba Notariat Kontorunda Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 xx.xx.2015-ci ildə evə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ barədə RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Quba rayon Dövlət Notariat Kontoru səlahiyyət həddini aşaraq, mirasın qəbulu müddətinin uzadılması barədə məhkəmə qərarı olmadan miras üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. İddiaçı1 x və X4 dörd uşağı olmuş və onlardan biri də iddiaçıların atası X6. X10 xx.xx.2005-ci ildə vəfat etmişdir. İddiaçı1 X vəfatından sonra onun oğlu, iddiaçıların atası X3 olmuş və İddiaçı1 X vərəsələri sırasına daxil olmuşdur. X5 vəfatından sonra iddiaçılar Bəhram İsmayılovun vərəsələri sırasında olmuşdur. xx.xx.2007-ci ild ə X4 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilərkən X5 vərəsəsi atalarının vərəsələri kimi iddiaçıların vərəsəlik hüquqları təmin olunmamışdır. Bununla da onların qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüquqları pozulmuşdur. Miras əmlak xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 Əhəd oğlunun xüsusi mülkiyyətində olmuş ünvan 2 ünvanındakı fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi qanun üzrə vərəsəlik hüququ əsasında vərəsələr arasında bərabər şəkildə bölünməlidir. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)882/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddianın təmin edilməsi, ünvan 3 ünvanında yer ləşən yaşayış evi və evin yerləşdiyi 0,0394 ha həyətyanı torpaq sahəsinə dair Quba rayonu Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2007ci il tarixli, 2V-171 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X4 adına verilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, Quba Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2015-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən x x.xx.2015-ci il tarixli, MH seriyalı ******* saylı çıxarışının ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən yaşayış evinin və evin yerləşdiyi 0,0394 ha həyətyanı torpaq sahəsinin 1/4-nə İddiaçı1 və İddiaçı2 vərəsəlik üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı1 və X11 babaları İddiaçı1 Əhəd oğlundan miras qalmış əmlakdan məcburi pay almaq hüququ olan birinci növbəli vərəsələr sırasına daxildirlər. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1246-cı maddələrinə, “Notariat haqqında” Qanunun 41, 55, 59-ci maddələrinə, Mülki Prosessual Məcəllənin14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cava bdeh2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tərtib edilərkən ümumiyyətlə cavabdeh şəxs kimi onun iddia tələbi üzrə izahatı qeyd olunmamış və sadəcə olaraq iddia tələbinin təmin edilməməsigöstərilmişdir. Ona görə də, iddia tələbi ilə əlaqədar bildirir ki, mübahisəli ünvan 2 ünvanındakı evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi 1980-ci ildə mərhum atasının müraciəti əsasında həyətyanı torpaq sahəsi kimi ayrılaraq ona verilmiş, fərdi yaşayış evi isə 1990-ci illərdən tikilməyə başlanılmış və 2007-ci ildə tam olaraq tikintisi başa çatdırılmışdır. Mübahisəli fərdi yaşa yış evi onun vəsaiti hesabına, yəni həmin vaxtlarda Rusiya Federasiyasında işləyərək göndərdiyi pullar hesabına tikilmişdir. Həmin evdə mərhum qardaşı X hər hansı bir əməyi olmamış,heç vaxt ya özü, ya da ailəsi həmin evdə yaşamamışdır. Fərdi yaşayış evi tam tikilərək təmir olunduqdan sonra hal-hazıradək həmin evdə ailəsi ilə birlikdə yaşayır.Digər tərəfdən valideynlərinə ata və anasına özü baxaraq qulluq göstərmiş və vəfat etdikləri zaman da dəfn xərcləri onun tərəfindən qarşılanaraq həyata keçirilmişdir. Mərhum qardaşı Bəhramın və ailəsinin valideynlərinə qarşı münasibəti yaxşı olmamış, hətta mərhum anasına qarşı nəlayiq hərəkət etdiyinə görə barəsində inzibati həbs tənbeh tədbiri görülmüş, anası isə özünə məxsus digər fərdi yaşayış evindən onun çıxarılması barədə Quba Rayon Məhkəməsinin 2003-cü il tarixli qətnaməsini də qəbul etdirmiş, valideynlərinə qarşı demək olar ki, ləyaqətsiz vərəsə kimi davranmışdır. Mərhum atası İddiaçı1 X xx.xx.2002-ci ildə vəfat etmiş, adına ünvan 2 ünvanındakı 0,04 ha həyətyanı torpaq sahəsindəki fərdi yaşayış evi miras qalmışdır ki, həmin xüsusi mülkiyyətə xx.xx.2007-ci il tarixində MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Fərdi yaşayış evi ərlə-arvadın birgə evlilik dövründə inşa edildiyindən hər ikisinin mülkiyyəti hesab olunaraq miras əmlak üzrə vərəsəlik işi açılanda mərhum atasının vərəsələri anası X, qardaşı X və bacısı X olmuşlar, digər qardaşı x isə xx.xx.2005-ci ildə vəfat etdiyindən və mirası nə faktiki, nə də ki atası vəfat edəndən altı ay ərzində notariat kontoruna müraciət edərək qəbul e tmədiyindən vərəsələr sırasında olmamışdır. Ona görə də Quba rayon Dövlət Notariat Kontorunda vərəsəlik işi açılaraq xx.xx.2007-ci il tarixli, 2V171 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə anası X4 adına verilmiş, digər vərəsələr isə onun xeyrinə mirasdan imtina etmişlər. Lakin iddiaçılar hesab edir ki, notariat kontoru səlahiyyət həddini aşaraq mirasın qəbulu müddətinin uzadılması barədə məhkəmə qərarı olmadan miras üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, mərhum ataları X5 vərəsələri kimi notariat kontoruna dəvət olunmamışlar. Göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizələrində notariusun hərəkət və hərəkətsizliyindən narazılığını bildirirlər və bu barədə ilkin olaraq inzibati qaydada müvafiq inzibati məhkəməyə müraciət etməmişl ər. Həmçinin, onlar mərhum ataları X10 xx.xx.2005-ci il tarixində vəfat etdiyindən xx.xx.2002ci ildə vəfat etmiş babaları İddiaçı1 X miras qalmış ünvan 5 ünvanındakı 0,04 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsindəki fərdi yaşayış evini nə faktiki, nə də ki altı ay ərzində notariat kontoruna müraciət edərək qəbul etməsinə dair məhkəməyə hər hansı subut təqdim etməmişlər. Ümumiyyətlə, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini qanunvericiliyin tələbinə uyğun qaldırmamış, Mülki Məcəllənin 1159.1.3cü və 1159.1.4-cü maddələrinə əsasən nəvələr o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın, onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Quba Rayon Məhkəməsini n 25 aprel 2022-ci il tarixli, 2(027)-882/2022 nömrəli qətnaməsi tərtib olunarkən hər hansı subutlara istinad edilmədən, əsaslandırma aparılmadan yalnız müvafiq Məcəllənin maddələri qeyd edilmiş, mülki iş tam, hərtərəfli, obyektiv araşdırılmamış və qanunsuz qərar çıxarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra– apellyasiya instansiya məhkəməsi) 2(105)-1550/2022 nömrəli, 02 sentyar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, İ.K.Dəmirov və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Quba Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(027)-882/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçıların cavabdehlərə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadət namənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və bağışlanma müqaviləsinin ləğv edilməsi, yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı1 X 05 iyul 2002-ci il tarixdə vəfat edərkən iddiaçıların ataları X3 olmuş, lakin onun qanunvericiliklə müəyyən edilmiş müddətdə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik və idarə etməsi, bununla da mirası qəbul etdiyini təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyildir və iddiaçı tərəf həmin halları sübuta yetirə bilməmişdir.Bundan əlavə mübahisələndirilən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin tərtib olunduğu tarixdən 15 il müddət keçmişdir. İddiaçı tərəf mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmənin səbəbini üzrlü sayılaraq uzadılmasına dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Cavabdeh2 isə birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək mübahisə üzrə iddia müddətinin tətbiq edilib, iddianın rədd olunmasını xahiş etmişdir. İdddia ərizəsi ilə müəyyən olur ki, Bakı şəhəri, 5 saylı Vəkil Bürosu xx.xx.2021 ci il tarixdə Cavabdeh3nə sorğu ilə müraciət edərək 13 dekabr 2007-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas olmuş vərəsəlik işini istəmiş və 17 noyabr 2021-ci il tarixli məktubla iddiaçılara cavab verilmişdir. Bu halın özü bir daha təs diq edir ki, iddiaçılar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan əvvəldən məlumatlı olmuşlar. Birinci intansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə ümumiyyətlə heç bir münasibət bildirməmiş, iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, düzgün təfsir etməmiş və nəticədə cavabdehin mülkiyyət hüquqlarının pozulmasına səbəb olan qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab etmişdir ki, mübahisə üzrə iddia müddətinin keçməsi iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin verdiyi ərizə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.2, 385.1.1-385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçılar kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə çıxarılarkən kobud prosessual pozuntulara yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsi apellyasiyansiyası məhk əməsi tərəfindən qüvvədə saxlanılmalı olmasına baxmayaraq ləğv edilmiş, məhkəmə qətnaməsi tərtib edilərkən iş materiallarında olan sənədlərdəkitəhrif olunmuşdur Halbuki, keçirilmiş məhkəmə iclaslarında nümayəndəmiz Bəybalayev X7 məhkəməsinin hakimlərinin diqqətini dəfələrlə bu hallara cəlb etmişdir. Hakimlər kollegiyası isə nümayəndənin izahatlarını nəzərə almadan, absurd qətnamə çıxarmışdır. Məhkəmə prosesində nümayəndənin qaldırdığı məsələlər müzakirəsiz və cavabsız qalmışdır. Hakimlər kollegiyasının cavabdehlərin məhkəməyə mövqeləriniqeyd edən heç bir tutarlı sübut təqdim etməmələrinə baxmayaraq, onların xeyrinə qərar verməsi kollegiya üzvlərinin işin nəticələrində “maraqlı” olmalarına və işə tərəfli qaydada baxmalarına sübutdur. Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının 02 sentyabr 2022ci il tarixli qətnaməsini qəbul etmiş hakimlər kollegiyasının üzvləri T.O.Quliyev və L.M.Məmmədova eyni tərəflər arsında mərhum babamız İddiaçı1 Əhəd oğluna məxsus olmuş əmlaklar barədə vərəsəlik işinə əvvəl də apellyasiya instansiyasında baxıblar və bu işdə Cavabdeh2 xeyrinə qərar qəbul ediblər. Bu halda onlar Mülki Prosessual Məcəllənin 21.1-ci maddəsinə əsasən özü-özlərinə etiraz verməli idilər ki, bunu etməməklə onlar Mülki Prosessual Məcəllənin 19.1.3-cü maddəsini pozmuşlar. Həmin Məcəllənin 418.4.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq işə məhkəmıə tərəfindən qeyri-qanuni tərkibdə baxılmışsa, ləğv edilməlidir. Bundan başqa, qətnamədə göstərilir ki, “iddiaçıların ataları X1 Məmm ədəli Əhəd oğlu 05 iyul 2002-ci ildə vəfat edərkən sağ olmuş, qanunvericiliklə müəyyən olunmuş müddətdə notariat ofisinə miras barədə ərizə verməmişdir”. Çox maraqlıdır ki, İddiaçı1 Əhəd oğlu 05 iyul 2002-ci ildə vəfat etdikdən sonra onun vərəsələrindən heç biri qanunvericiliklə müəyyən olunmuş müddətdə notariat ofisinə miras barədə ərizə verməmişdir. Lakin 2007ci iltarixli mübahisələndirilən “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” rəsmiləşdirilərkən, İddiaçı1 bütün vərəsələri bu prosesə cəlb olunmuş,2005-ci ildə vəfat etmiş Bəhram İsmayılovun varisləri isə bu prosesə cəlb olunmamışdır. Apellyasiya Məhkəməsi Məmmədəli 2002-ci ildə vəfat edərkən sağ olmuş Bəhramın notariat ofisinə ərizə vermədiyinə əsaslanır, ancaq qalan vərəsələrin də qanunvericilikdə müəyyən edilmiş müddətdə no tariat ofisinə ərizə verməmələrininüzərindən sükutla keçir. X17 artıq bu dünyada olmayan Bəhram İsmayılovun mirasın qəbulu üçün müddətin bərpası üçün məhkəməyə müraciət etmədiyinə əsaslanır, ancaq bu dünyada sap-sağlam yaşayan, xeyrinə qərar çıxardığı Cavabdeh2 mirasın qəbulu üçün müddətin bərpası üçün məhkəməyə müraciət etməməsini araşdırmır.Qətnamədə iddia müddətinin buraxılmasının göstərilməsi də əsassızdır. Belə ki, bizim atamız Bəhram vəfat edərkən biz azyaşlı olmuşuq. Təbii ki, həmin dövrdə nə vərəsəlik, nə də ki, babamızın mülkiyyəti barədə təsəvvürümüz yox idi. Biz bu barədə məlumat alan kimi, iddia qaldırmışıq.Apellyasiya məhkəməsi işə tez-tələsik baxaraq, məhkəmə baxışında işdə olan və tərəfimizdən təqdim olunmuş sübutlara düzgün qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı eti razın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onu n barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. MülkiMəcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yeri nə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisna lar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, mi ras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.1.2 Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Maddə 1159.1.3 Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1159.1.4 Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığ ı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir süb utun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və k assasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxark ən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Quba şəhər XDS-nin İcraiyyə Komitəsinin 18 iyun 1980-cı il tarixli, 07 nömrəli protokolundan çıxarışa əsasən Quba şəhərində fərdi ev tikintisi üçün torpaq almaqdan ötrü ərizə vermiş vətəndaşlara torpaq sahəsi verilməsi haqqında qərar ilə İddiaçı1 X 24-cü kvartaldan fərdi ev tikintisi üçün 400 kvadrat metr torpaq sahəsi verilmişdir. 25 oktyabr 2007-ci il tarixli Çıxarışa əsasən, Quba şəhəri, 24- cü məhəllə, Qaqarin küçəsində mülkiyyətdə olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 88 kv.metr yaşayış sahəsi, 60 kv.metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı1 X adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabında qeydə alınmışdır. Quba rayon VVADQ şöbəsi tərəfindən verilmiş 24 may 2005-ci il tarixli “Ölüm haqqında” Şəhadətnaməsinə əsasən, X10 30 aprel 2005-ci il tarixdə “Toksiki şok intihar” səbəbindən ölmüşdür. 13 dekabr 2007-ci il tarixli “Qanun üzrə vərə səlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, Quba şəhəri, 24-cü məhəllə, Qaqarin küçəsində mülkiyyətdə olan 0,04 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 88 kv.metr yaşayış sahəsi, 60 kv.metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi X4 mülkiyyətinə keçmişdir. 02 fevral 2008-ci il tarixli Çıxarışa əsasən Quba şəhəri, 24- cü məhəllə, Qaqarin küçəsində mülkiyyətdə olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 88 kv.metr yaşayış sahəsi, 60 kv.metr köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabında qeydə alınmışdır. 17 sentyabr 2008ci il tarixli Vəsiyyətnaməyə əsasən, X2 şəhəri, 24-cü məhəllə, Qaqarin küçəsində yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh2 v əsiyyət etmişdir. 13 yanvar 2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən, hədiyyə verən X8 xüsusi mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 148 kv.metr, yaşayış sahəsi 88 kv.metr, yardımçı sahəsi 60 kv.metrdən ibarət fərdi yaşayış evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0.04 ha torpaq sahəsini hədiyyə alan Cavabdeh2 bağışlamışdır. 07 mart 2015-ci il tarixli Çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 147.0 kv.metr, yaşayış sahəsi 87.9 kv.metr, yardımçı sahəsi 59.1 kv.metrdən ibarət fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0394 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabında qeydə alınmışdır. Həmçinin, 08 iyun 2020-ci il tarixli Çıxarışa əsasən, ünvan 8 ünvanında yerləşən ümumi s ahəsi 0,0537 kv.metrdən ibarət torpaq sahəsində yerləşən 72.9 kv.metrdən ibarət fərdi yaşayış evinin 1/4 hissəsi, torpaq sahəsi ümumi birgə olmaqla- İddiaçı1, 1/4 hissəsi, torpaq sahəsi ümumi birgə olmaqla- İddiaçı2 və 1/2 hissəsi, torpaq sahəsi ümumi birgə olmaqla Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi, sadalanan sübutları araşdırıb, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, İddiaçı1 Əhəd oğlu 05 iyul 2002-ci il tarixdə, iddiaçıların ataları X10 2005-ci ildə vəfat etmiş, X4 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” 2007-ci il tarixdə və “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” isə 2015-ci il tarixdə notariat kontorunda rə smiləşdirilmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçı1 X 05 iyul 2002-ci il tarixdə vəfat edərkən iddiaçıların ataları X3 olmuş, lakin onun qanunvericiliklə müəyyən edilmiş müddətdə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədəərizə verməsi, əmlaka sahiblik və idarə etməsi, bununla da mirası qəbul etdiyini təsdiq edən heç bir sübut iş material larında mövcud deyildir və iddiaçı tərəf həmin halları sübuta yetirə bilməmişdir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mübahisələndirilən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin tərtib olunduğu tarixdən 15 il müddət keçmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsində işə baxılarkən 22 aprel 2022-ci il tarixli ərizə ilə müraciət edərək mübahisə üzrə iddia müddətinin tətbiq edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Qanunvericiliyin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müd dət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (Mülki Məcəllənin 373.1 və 373.2-ci maddələri). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizəəsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədəərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( Mülki Məcəllənin 375.1 və 375.2 madd ələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001 -ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla hə ll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013- cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraq larının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər (Mülki Məcəllənin 1272-ci maddəsi). İdddia ərizəsi ilə müəyyən olur ki, Bakı şəhəri, 5 saylı Vəkil Bürosu 06 oktyabr 2021 ci il tarixdə Cavabdeh3nə sorğu ilə müraciət edərək 13 dekabr 2007-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas olmuş vərəsəlik işini istəmiş və 17 noyabr 2021-ci il tarixli məktubla iddiaçılara cavab verilmişdir. Bu halın özü bir daha təsdiq edir ki, iddiaçılar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan əvvəldən məlumatlı olmuşlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respub likası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinəəsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ( bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, pozulmuş hüquqların bərpası ilə bağlı müraciət yalnız həmin mübahisələrə tətbiq olunan iddia müddətləri ərzində edilə bilər. Mülki qanunvericiliyin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizəəsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədəərizə verdiyi idd ia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçıların kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edi lməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 sentyabr 2022-ci il tarixli, 2(105)-1550/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar