Məhkəmə qərarları › İş №2(002)-519/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-519/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-519/2023 27.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, oz izahatında bildirdi ki, o, yaxın tanışı olan Akif adlı şəxsin vasitəsi ilə əvvəllər “Binə” Ticarət Mərkəzində mühafizəçi işləyən Cavabdeh ilə tanış olmuşdur. 2022-ci ilin yanvar ayında həmin şəxs ona müraciət edərək demişdir ki, Rusiya Federasiyasında yaşayan qızının səhhətində ciddi problemlər var və o, onu təcili Bakıya gətirdib, əməliyyat etdirmlidir. Ona görə ondan 30.000 manat məbləğində borc pul istəmişdir. O isə Fariz adlı şəxsə onda qeyd etdiyi məbləğdə pulun olmadığını bildirmişdir. Həmin söhbətin üstündən bir neçə ay keçdikdən sonra, yəni təxminən may, iyul aylarında Fariz ona yenidən müraciət edərək, Rusiyada yaşayan qızının vəziyyətinin ağırlaşıb, xərçəng xəstəliyinə tutulduğunu, təcili Bakıya gətirib əməliyyat edilməli olduğunu bildirmişdir. Bu səbəbdən ona üç ay müddətinə 30.000 manat məbləğində borc pul lazımdır. Əvəzində isə Qaradağ rayonu ərazisində olan ona məxsus torpaq sahəsini satıb pulunu qaytaracaqdır. Daha sonra isə onu həmin əraziyə aparıb satmaq istədiyi torpaq sahəsini ona göstərmişdir. Həmçinin bildirmişdir ki, yaşadığı evin sənədləri və pensiya kartını girov kimi ona verəcək. O, cavabdehə həmin məbləğdə pulunun olmadığını bildirmiş, lakin xəstə uşağına görə çalışıb ona bu pulu bir yerdə işlədiyi ticarət dostlarından bir neçə aylığa xahiş edib alacağını vəd etmişdir. Ancaq mütləq dediyi vaxta kimi, pulu ona qaytarmalıdır ki, o, aldığı pulu pul sahiblərinə qaytarsın. Bundan sonra həmin şəxs öz xətti ilə iltizam yazaraq qoymuşdur ki, bu pulu cavabdeh ondan 3 ay müddətinə alır və həmin müddətdə də pulu ona qaytaracaqdır. O, Farizin səmimiyyətinə inanmış, onun düşdüyü vəziyyətə acıyaraq yaxın dostlarına müraciət etmiş və həmin məbləği tam şəkildə dostlarından yığıb ona vermişdir. Pulu ona verəndən sonra Fariz qızını Bakıya gətirmiş və ankoloji xəstəlikdən əməliyyat etdirmişdir. O, pulu Farizə verdikdən üç ay sonra vaxtın tamam olduğunu və pulları həmin adamlara qaytarmağın lazım olduğunu demiş, lakin buna baxmayaraq Fariz ondan aldığı pulları bu vaxtadək geri qaytarmamışdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Cavabdeh bildiriş göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək, məhkəmə prosesində səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini nəzərə alıb işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixidə İddiaçı 30.000 manat pulu 3 ay müddətinə borc olaraq almışdır. Götürdüyü borc pulu qaytarmadığı təqdirdə 3 ay müddətində məhkəmə yolu ilə İddiaçı ondan pulu tələb etməsinə etiraz etmir. O, İddiaçı aldığı 30.000 manat pula görə verdiyi qəbzi öz xətti ilə yazmış və öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh iddia tələbini bütünlüklə qəbul edir və iddiaçıya borclu olduğu pulu onun hər ay aldığı pensiyasına yönəldilməsini xahiş edir. Məhkəmə cavabdehin iddiaçıya borclu olduğu pulun onun pensiya kartına yöməldilməsi ilə bağlı dəlilləri ilə bağlı belə qənaətə gəlir ki, cavabdeh həmin pulu iddiaçıdan alarkən götürdüyü borc pulu qaytarmadığı təqdirdə 3 ay müddətində məhkəmə yolu ilə İddiaçı ondan pulu tələb etməsinə etiraz etmədiyini qəbzdə xüsusi olaraq qeyd etmiş, xx.xx.2022-ci il tarixdə ödəniş müddəti başa çatdığına görə iddiaçı cavabdehə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Digər tərəfdən cavabdeh tərəfindən tərtib edilmiş qəbzdən də görünür ki, tərəflər arasında həmin borc məbləğinin cavabdehin pensiya kartına yönəldilməsi ilə bağlı onlar arasında hər hansı müqavilə və ya razılaşma olmamışdır. Deməli, iddiaçı cavabdehdən həmin pul məbləğini tam şəkildə tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələbinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 30.000 manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin edildiyindən məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh aid edilməli, həmin məbləğ ondan tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 30.000 (otuz min) manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. Məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh aid edilsin, həmin məbləğ ondan tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar