Məhkəmə qərarları › İş №2(002)-524/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-524/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-524/2025 15.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Yalçin qızı (borc verən) ilə Cavabdeh (borc alan) arasında xx.xx.2024-cü il tarixdə yazılı bağlanılmış və notarial təsdiq edilmiş borc müqaviləsinə əsasən, “Borc verən” notariusun bankda açılan depozit hesabı vasitəsilə “Borc alana” 12000 manat pul borc verir. “Borc alan” borcu xx.xx.2024-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)- 1506/2024 saylı qətnaməsinə əsasən, cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli 8İ-2417 reyestr nömrəli icra qeydinin ləğv edilməsi qət edilmişdir. İddia tələbi

3. İddiaçı Yalçin qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli, reyestrdə 3M-26 nömrə ilə qeyd edilən kredit müqaviləsinə əsasən, Cavabdeh 12000 manat məbləğində pulun və 126 manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 8 saylı notariat kontorunda xx.xx.2024-cü il tarixli, reyestrdə 3M-26 nömrə ilə qeyd edilən borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən “Borc verən” “Borc alana” 12000 manat məbləğində pul notariusun depozit hesabı vasitəsilə borc verir. Həmin müqavilənin 2-ci maddəsinə əsasən “Borc alan” krediti xx.xx.2024-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən “Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər”. Həmin müqavilənin 8-ci maddəsinə əsasən, “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Lakin cavabdeh müqavilə öhdəliklərini qərəzli yerinə yetirməmiş, xx.xx.2024-cü il tarixədək 12000 manat pulun iddiaçıya ödənilməsindən yayınmışdır. İddiaçı tərəfindən, həmçinin anası vasitəsilə Cavabdeh dəfələrlə borcun geri qaytarılması tələb edilməsinə baxmayaraq cavabdeh onun tərəfindən pulun ödənilməsi ilə bağlı hər-hansı hərəkət edilməmişdir. Cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi, iddiaçının vəziyyətini olduqca ağırlaşdırdığından, hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

5. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

6. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə edərək, cavabdehin puldan heç bir ödəniş etmədiyini, işi uzatmaq üçün cavabdehin vəsatət təqdim etdiyini və vəsatətin təmin olunmamasını xahiş etmişdir.

7. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini, iddiaçıya 12000 manat borcu olmadığını, iddiaçının onu aldatdığını, başqa şəxsləri də belə qaydada aldatdığını və bununla bağlı şahidlərini olduğunu, iddiaçının kartına pul göndərdiyini, hətta bir dəfə 2700 manat ödəniş etdiyini və qəbzləri olduğunu bildirmişdir.

8. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə Rəfail oğlu məhkəməyə ərizə ünvanlayaraq, mülki iş materialları ilə tanış olmaq istədiyini və işin təxirə salınmasını xahiş etmişdir.

9. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. b) Əsaslandırma

13. İddia əsaslıdır.

14. İşin mübahisəsiz halı budur ki, tərəflər arasında xx.xx.2024-cü ildə yazılı və notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə, borc verən borc alana 12000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc vermişdir; 2-ci bəndinə görə, “Borc alan” borcu xx.xx.2024-cü il tarixədək “Borc verənə” notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürür.

15. Məhkəmə iddiaçının üzərində düşən sübutetmə yükünü icra etməsini, cavabdehin müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməsi barədə etiraz və etirazının əsaslarına dair sübut təqdim etməməsini, eyni zamanda, tərəflərin ümumi borc məbləğindən ödəniş etmədiyini nəzərə alaraq, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 12000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 126 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə

18. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia təmin edilməli, Cavabdeh borclu olduğu 12000 manat pul vəsaiti və tələbin təmin edilmiş hissəsinə uyğun 126 məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Yalçin qızınun xeyrinə ödənilməlidir.

19. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 12,000 manat pul vəsaiti və tələbin təmin edilmiş hissəsinə uyğun 126 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar