Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-525/2025 12.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.268 manat pul vəsaitinin və ödənilmiş 139 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 1(011)-14/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 ay müddət ona təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılması və üzərində 1 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzasının əvvəlinin 23 fevral 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxs İddiaçı istintaqa təqdim etdiyi qızılların alğı-satqısı ilə əlaqədar qeydiyyat dəftərindən çıxarılmış 03 ədəd vərəqin kserosurətinin cinayət işi materiallarında saxlanılması, X2 ona dəymiş zərəri mülki qaydada tələb etmək hüququnun izah edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)-1110/2024 saylı qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 1(011)-14/2024 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh törətdiyi etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə zərər çəkmiş şəxs kimi ona münasibətdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə ondan Bakı şəhəri Xətai rayonu «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında yerləşən «Orxideya» gözəllik salonunda 08 mart 2021-ci il tarixdə 2.170 manat dəyərində 9,96 qram çəkidə qızıl boyunbağı və 1.370 manat dəyərində 9,79 qram çəkidə sırğa olmaqla ümumi 3.540 manat dəyərində bir dəst qızıl-zinət əşyasını, yaşadığı ünvan 1 ünvanda isə 09 mart 2021-ci il tarixdə qohumu kimi təqdim etdiyi X5 vasitəsi ilə 11,25 qram çəkidə bir ədəd qızıl qolbaq, 8,51 qram çəkidə bir cüt qızıl sırğa, 6,47 qram çəkidə bir ədəd qızıl boyunbağı və 3,86 qram çəkidə bir ədəd qızıl üzük olmaqla ümumi 3.500 manat dəyərində 1 dəst qızıl-zinət komplektini, 358 manat dəyərində 3,25 qram çəkidə 1 ədəd qızıl qolbaq, 2.490 manat dəyərində 7,13 qram çəkidə 1 ədəd qızıl üzük və 9,50 qram çəkidə 1 cüt sırğa olmaqla ümumi 2.848 manat dəyərində 1 dəst qızıl-zinət əşyasını, iş yoldaşı kimi təqdim etdiyi X1 vasitəsi ilə 2.930 manat dəyərində 19,53 qram çəkidə bir dəst «Feodorra» adlı qızıl-zinət komplektini və 980 manat dəyərində 8,90 qram çəkidə 1 ədəd qızıl kulonu nisyə alaraq 3 ay ərzində pulu verəcəyini yalandan vəd verib aldadaraq, onun vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 13.598 manat dəyərində əmlakını ələ keçirərək vədinə əməl etməyib ona həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan suiistifadə etmə və aldatma yolu də özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 31 mart 2021-ci il tarixdə ünvan 2 ünvanda isə şəxsiyyəti istintaqa məlum olmayan Rəna kimi adını təqdim etdiyi şəxsin adına 3,07 qram çəkidə bir ədəd qızıl üzük, 7,55 qram çəkidə bir cüt qızıl sırğa, 6,83 qram çəkidə bir ədəd qızıl boyunbağı, 14,59 qram çəkidə bir ədəd qızıl qolbaq olmaqla ümumi 3.520 manat dəyərində 1 dəst qızıl-zinət əşyasını və şəxsiyyəti istintaqa məlum olmayan Məryəm kimi təqdim etdiyi şəxsin adına isə ümumi 3.300 manat dəyərində olan hər biri 10,55 qram, 10,25 qram və 9,26 qram çəkidə üç ədəd qızıl qolbaqları nisyə alaraq 3 ay ərzində pulu verəcəyini yalanılan vəd verib aldadaraq ümumi 6.820 manat dəyərində əmlakını ələ keçirərək vədinə əməl etməyib ona həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Beləliklə də, Cavabdeh tərəfindən ona 20.418 manat miqdarında maddi ziyan dəymişdir. Həmin ziyandan ümumilikdə ona 4.150 manat pul qaytarılmışdır. 2.650 mantı polisə ərizə verənədək ödənilmiş, 1.500 manat isə ərizə verdikdən sonra ödənilmişdir. Məhkum olunmasına baxmayaraq hazırkı vaxta kimi heç bir məbləğ ödəməmişdir. Beləliklə də, hesab edir ki, cavabdeh, hazırda məhbus həyatı yaşayan Cavabdeh etibarından sui-istifadə etməklə, eləcə də, aldatma yolu ilə əldə etdiyi, hazırki vaxta kimi ona qaytarmadığı 16.268 manat məbləğində pulunun cavabdeh tərəfindən ona qaytarılması üçün məhkəmə müdafiəsi hüququndan istifadə etməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsindən məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, cinayət işi ilə bağlı iştirak etdiyi bütün məhkəmə proseslərində, habelə indi də borcunu danmır, ödəmək niyyətindədir. Sadəcə məbləğ çox olduğundan hissə-hissə ödənişlə qısa zaman ərzində borcu bağlamaq niyyətindədir. Borcunun müəyyən hissəsini ödəmişdir. Sadəcə olaraq şikayətçi onu tutdurmaqla, həm onun iş karyerasına ziyan vurmuş, həm himayəsində olan xəstə anasının baxımının qabağını almış, həm də şikayətçiyə olan borcunu ödəyə bilməmişdir. Xahiş edir ki, qərar qəbul edilərkən himayəsində olan xəstə valideynlərinin baxım xərcləri nəzərə alınsın. Ona göndərilən məktubdakı bəzi maddələrlə razı deyil. Həbsdən çıxan kimi bacardığı qədər ödəniş edəcək. Qəti şəkildə borcu danmır. Şikayətçinin özü də yaxşı bilir ki, o, həbsdə olduğu müddət ərzində ödəniş edə bilmir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 1(011)-14/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 ay müddət ona təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində 1 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(103)- 1110/2024 saylı qərarından görünür ki, məhkum edilmiş şəxsin müdafiəçisi, zərər çəkmiş şəxs və onun nümayəndəsi və vəkili tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 1(011)-14/2024 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda qeyd olunan, qanun qüvvəsini almış hökmlə təsbit edilmişdir ki, cavabdeh tərəfindən törədilmiş cinayət əməli nəticəsində iddiaçıya ümumilikdə 16.268 manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırki mülki iş üzrə məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın bir hissəsi ödənilmiş, qalan 16.268 manat pul vəsaiti isə ödənilməmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia əsaslı olmaqla, təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 139 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın qalan hissəsi olan 16.268 manat pul vəsaiti və ödənilmiş 139 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın qalan hissəsi olan 16.268 manat pul vəsaiti və ödənilmiş 139 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-525/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-525/2025
12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver