Məhkəmə qərarları › İş №2(002)-529/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-529/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-529/2022 28.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürcaiət edərək,Cavabdeh ödəniləcək olan 13000(on üç min) manat pulun və ödənilmiş 129 (yüz iyirmi doqquz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdehn 2017-ci ilin may ayında onun bacısı oğlu X2 Ukrayna Respublikası Regionlararası X1 hüquq fakultəsini bitirib bakalavr ixtisas dərəcəsinin alması barədə diplomunun Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınıb vertifikasiya etdirəcəyini vəd edərək ondan 6000(altı min) manat,2018-ci ilin sentyabr ayında isə X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəltmək bəhanəsi ilə 7000(yeddi min) manat pul almışdır və vəd olunanların heç birini yerinə yetirməmişdir.Ümumilikdə Cavabdeh tərəfindən 13000(on üç min) manat pul verilmişdir.Cavabdeh verdiyi vertifikasiya şəhadətnaməsinin saxta olduğu bildikdən (2019-cu ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadrlar İdarəsinin əməkdaşı Əmrahzadə Muradın diplomu vertifikasiya olunmadığını bildirdi) və X5 rəsmi olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə qəbulundan imtina alındıqdan sonra,o verilmiş pulların qaytarılmasını tələb etdi.Tələb etməyinə baxmayaraq Cavabdeh ona heçnə qaytarmamış və müxtəlif bəhanələrlə pullarını qaytarmağı ertələmişdir.O 2019-cu ildə Cavabdeh qanunsuz hərəkətlərindən Nərimanov RPİ-ə müraciət edib və onun barəsində ********* nömrəli cinayət işi açıldı və hal-hazırda Nərimanov RPİ-in İŞ-də icraatdadır.Həmin iş üzrə 01 oktyabr 2021-ci il tarixdə “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərar qəbul edildi.Odur ki,o həmin işlə bağlı pulunun qaytarılması ehtimalının qeyri müəyyən vaxta uzana biləcəyini nəzərə alaraq,mülki qaydada vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, öz izahatında cavabdeh şəxsə 6000 manat bir dəfə, 7000 manat bir dəfə pul veridyini, həmin pulu cavabdehin ona lazım işi yerinə yetirməli odluğundan veridyini, lakin sonradan o pulu alsa da, heç bir iş görməmiş, ona söz verdiyi işi yerinə yetirməmiş, həmçinin indiyə kimi də aldığı pulu qaytarmamışdır, o yalnız cavabdehi tanıyr çüncü şəxs heç kimi tanımadığını, pulu da məhz cavabdehə veridyini, bunu cavabdehin istintaq orqanında veridyi izahatında da aşkar göründüyünü, onun özü də bunu etiraf etdiyini, pulu ona qyatarcağını desə də, indiyə kimi heç bir manat da qaytamadığını, pulun da miqdarı az pul deyil ona görə də narahatdı, məhkəməyə müraciət edərək, pulunun ona qaytarılmasını istədiyini bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddiaçının izahatının məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətanmə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsini izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir Belə ki, məhkəmə iclasında şahid qimsində dindirilmiş X6 ifadə verərək, öz ifadəsində cavabdehə özü şəxsən pul vermədiyini, 13000 manat məbləğində pulu xalası Könülün verdiyini, ancaq cavabdehlə neçə dəfə görüşdüyünü hər dəfəsində də narahat olmamağı, işini düzəldəcəyini bildiridyini, ancaq onun özünün başqa şəxs vasitisəli əlaqəli olduğunu onların iş polisə düşdükdən sonra bildiklərini, onlara ancaq cavabdehin söz veridiyini, pulu da cavabdehin özü aldığını, ona görə də əgər veridyi sözü yerinə yetirməyibsə, aldığı pulu da qaytarmağını istəyirik, cavabdehin onları aldatdığını bildirdi. İş materiallarında n görünür ki, Cavabdeh istintaq orqanında veridiyi izahatında İddiaçı diplomun təsdiq edilməsi üçün 6000 manat məbləğində, daha sonra 7000 manat məbləğində olmaqla, ümumilikdə 13000 manat məbləğində pul aldığını, həmin pulu üçüncü şəxsə veridyini, üçnücü şəxsin işi görməli olduğunu, lakin işin görülmədiyini, Könülə 13000 manat pulu hissə-hissə qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdirki, Cavabdeh İddiaçı məxsus olan 13000 manat məbləğində pul vəsaitini müəyyən işin görülməsi müqabilində əldə etmiş, lakin həmin işi yerinə yetirməmiş, habelə əldə etdiyi pul vəsaitini iddiaçıya geri qaytamamışdır. Bu hal müvafiq cinayət işinin materialları üzrə cavabdehin özünün izahatında olan etirafedici ifadəsi əsasında öz təsdiqini tapmışdır. Bununla da, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində (iddiaçıya məxsus pul vəsiatini əsassız olaraq özündə saxlamaqla, geri qaytarmamaqla) ozünə məxsus olan qeyd edilən məbləğdə pul vəsaitindən məhrum olmuşdur. məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Azərbaycan Respublikası MM-nin 1091-ci maddəsinin dispozitiv şərtləri mövcud olmuşdur. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 129 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbi təmin edildiyindən, iddia tələbi ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi də əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13000 manat məbləğində pul vəsaiti və 129 (yüz iyirmi doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13000 (on üç min) manat məbləğində pul vəsaiti və ödənilmiş 129 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01(bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar