Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-536/2022 09.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, X7 qızının katibliyi, İddiaçı Azərbaycan Avtomobil X5 nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Avtomobil X3 Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Avtomobil X5 Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına vurulmuş 1179,20 (bir min yetmiş doqquz manat 20 qəpik) manat zərərin Cavabdeh tutularaq Azərbaycan Avtomobil X5 bank hesabına tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, 28 aprel 2021 -ci il tarixində, Bakı-Ələt- Qazax-Gürcüstan avtomobil yolunun 24-cü kilometrliyində Cavabdeh idarə etdiyi “FORD CARGO 2530 D Yük markalı, 99VT858 dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yolnəqliyyat hadisəsi nəticəsində yolun 68 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmışdır. Fləmin hadisə nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6179,20 (altı min yüz yetmiş doqquz manat 20 qəpik) manat məbləğində zərər vurulmuşdur.Faktla bağlı Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən inzibati xəta haqqında İXP ******* nömrəli qərar qəbul edilmiş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dəymiş zərər barəsində məlumat verilmişdir.Tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemində və sürücünin izahatlarında avtomobilin metal təhlükəsizlik səddinə dəyməsi nəticəsində maddi zərərin vurulması qeyd edilmişdir.İddia ərizəsinə əlavə olunmuş 30 aprel 2021 -ci il tarixli arayışdan görünür ki, Bakı dairəvi avtomobil yolunun 24-cü kilometrliyində “FORD CARGO 2530 D Yük markalı, 99VT858 dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yolun 68 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmaqla, dövlət vəsaiti hesabına inşa edilmiş yol təsərrüfatına 6179,20 (altı min yüz yetmiş doqquz manat 20 qəpik) manat məbləğində zərər vurulmuşdur.Qəza törədən FORD CARGO 2530 D Yük markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığortalandığı “Atəşsığorta” tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ümumi dəymiş zərərin 5000 (beş min) manatı ödənillmişdir.Lakin hal-hazıradək cavabdeh tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dəymiş ziyanın qalan 1179,20 (bir min yetmiş doqquz manat 20 qəpik) manatın ödənilməsi təmin edilməmişdir.Qeyd edirik ki, ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və digər təyinatlı yol qurğularının, həmçinin Bakı şəhərində və respublikanın digər şəhər və rayon mərkəzlərində yerləşən avtomobil yollarının, prospekt və küçələrin qorunmasını tabeliyində olan xüsusi tanınma nişanlı nəqliyyat vasitələri və texnikalarla təmin olunmuş Azərbaycan Avtomobil X5 “X4 Xidməti” MMC vasitəsi ilə həyata keçirilir. İddiaçı Azərbaycan Avtomobil X5 nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ümumilikdə 6179,20 manat məbləğində ziyan dəydiyini, onun 5000 manat məbləğ hisəssinin sığorta şirkəti tərəfindən ödənildiyini, qalan məbləğin 1179,20 manat təşkil etdiyini bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə malumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Azərbaycan Avtomobil X5 “X4 Xidməti” MMC tərəfindən tərtib edilmiş 30.04.2021-cu il tarixli aktın məzmunundan görünür ki, 28.04.2021-ci il tarixdə saat 19:00 radələrində Bakı-Ələt- Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 24-cü kilometrliyində, FORD CARGO 2530 D Yük markalı, 99VT858 dövlət qeydiyyat nişanlı avtomombil ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil X5 balansında olan yol təsərüfatına dəyən zərərin cəmi məbləği 6179,20 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 01.05.2021-ci il tarixli İXP № ******* saylı inzibati xəta haqqında protokoldan da görünür ki, 28.04.2021-ci il tarixdə saat 19:00 radələrində Cavabdeh oğlu tərəfindən idarə olunan FORD CARGO 2530 D Yük markalı, 99VT858 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi törədilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 6-cı tağım Yol patrul xidmətinin 036011 nömrəli arayışından görünür ki, 28.04.2021-ci il tarixdə saat 19:00 radələrində Cavabdeh oğlu tərəfindən idarə olunan FORD CARGO 2530 D Yük markalı, 99VT858 dövlət qeydiyyat nişanlı avtomombil tərəfindən yol nəqliyyat hadisəsi törədilərkən Azərbaycan Avtomobil X5 balansında olan yol təsərüfatına(dəmir çəpər və bir ədəd işıq dirəyi) maddi ziyan vurulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 28.04.2021-ci il tarixli Cavabdeh oğlunun izahatından da görünür ki, 28.04.2021-ci il tarixdə saat 19:00 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 24-cü kilometrliyində özü tərəfindən idarə olunan “FORD CARGO 2530 D Yük markalı, 99VT858 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi törədilmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, Bakı-Qazax yolunun 22.8 km-də yolun orta zolağı ilə Ələt istiqamətində hərəkətədə olarkən avtomaşının qəflətən sol qabaq təkəri partlayaraq sıradan çıxmışdır və o, avtomaşını saxlaya bilmədiyindən idarəetməni itirərək yolun solunda quraşdırılmış metal çəpərə cırplaraq yol nəqliyyat hadisəsi törədilmişdir.Hadisə nəticəsində bədən xəsarəti alan olmayıb. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh oğlu tərəfindən idarə olunan “FORD CARGO 2530 D Yük markalı, 99VT858 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi törətmişdir. Həmçinin, məhkəmə araşdırması zamnaı müəyyən edilmidşir ki, cavabdeh tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil X5 balansında olan yol təsərüfatına(dəmir çəpər və bir ədəd işıq dirəyi) maddi ziyan vurulmuşdur. Bununla əlaqədar Cavabdeh İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə, barəsində İXH-da Protokol(AP 3934565) tərtib etmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması, vurulmuş maddi ziyanla cavabdehin hərəkətləri nəticəsində səbəbli əlaqənin olması halı aşkar olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin qanuni sahibliyində olan avtomobilin idarə edilməsi nəticəsində iddiaçıya maddi zərərin vurulması halı müəyyən edildiyindən, cavabdeh Cavabdeh törətmiş olduğu inzibati xəta nəticəsində iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus yol təsərüfatına (dəmir çəpər və bir ədəd işıq dirəyi) nəqliyyat hadisəsi nəticəsində ziyanın vurulması müəyyən edildiyindən, cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs kimi mülki hüquq məsuliyyəti daşımalı və iddiaçının əmlakına vurduğu zərərin əvəzini ödəməlidir.Həmçinin, məhkəmə cavabdeh tərəfindən vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ona məxsus əmlaka dəymiş maddi ziyanın məbləğinin 6179,20 manat məbləğ təşkil etdiyini, həmin məbləğin 5000 manat məbləğinin sığorta şirkəti tərəfindən ödənildiyini qeyd etmişdir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq, ekspert rəyini və digər sübutları əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus əmlaka vurulmuş ziyana görə Cavabdeh oğlundan 1179,20 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xeyrinə ödənilməlıdır.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus olan əmlaka vurulmuş ziyanın əvəzi olaraq Cavabdeh 1179(bir min bir yüz yetmiş doqquz) manat 20(iyirmi) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Avtomobil X5 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-536/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-536/2022
09.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver