Məhkəmə qərarları › İş №2(002)-542/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-542/2025

26.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-542/2025 26.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 iyun 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarı dəyişilərək hər ay cavabdehin əmək haqqı və digər gəlirlərinin, qazancının ¼ hissəsi miqdarnda müəyyən olunmasına və mediasiya üçün ödənilmiş 60 manat xərcin tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 30 dekabr 2014-cü il tarixdə nikah bağlanmışdır. Birgə nikahdan 05 iyun 2015-ci il təvəllüdlü X5 anadan olmuşdur. Münasibətləri korlandığı üçün nikahı Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan doğulmuş 05 iyun 2015-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra onun yanında qalması və uşağın saxlanması üçün hər ay 170 manat alimentin tutulması müəyyən edilmişdir. Məhkəməyə məlumat vermək istəyir ki, həmin vaxtdan artıq 5 ildən çox zaman keçməsinə baxmayaraq, cavabdeh alimentin miqdarını artırmaq istəmir. Halbuki, uşaq böyümüş və onun məsrəfləri də artmışdır. Cavabdeh işləyir və aylıq gəliri alimentin məbləğinin artırılmasına imkan verir. Belə olan halda hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan alimentin məbləği dəyişilərək, hər ay cavabdehin bütün qazancı və bütün digər gəlirlərinin (o cümlədən əmək haqqının) ¼ hissəsində tutulması uşağın mənafeyinə uyğun olacaqdır. xx.xx.2024-cü il tarixində baş tutmuş ilkin mediasiya iclasında cavabdeh iştirak etsə də, mübahisə ilə bağlı aralarında razılıq olmamışdır. İddiaçı məhkəmə iclasında qeyd etdi ki, kirayədə qalır, hazırki vəziyyətdə uşağın saxlanması üçün 170 manat kifayət etmir. Cavabdeh işləyir, əmək haqqı aylıq 1400-1500 manat təşkil edir. Cavabdehin digər ailələrindən neçə uşağı olduğu və onların necə yaşamağı onun maraqlandırmır. Cavabdeh heç bir ildir ki, uşağı görmür və uşaq iki aydır ki xəstədir. O alimentin sabit məbləğdə arırılmasını istəmədiyini bildirərək əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan alimentin məbləği dəyişilərək, hər ay cavabdehin bütün qazancı və bütün digər gəlirlərinin (o cümlədən əmək haqqının) ¼ hissəsində tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahatında qeyd etdi ki, cavabdehin digər faktiki nikahından bir oğlu da var və ona da ayda 180 manat olmaqla aliment ödəyir. Çox güman ki həmin xanım da iddia məbləğinin əmək haqqında münasibətdə dəyişdirilməsinə dair ərizə verəcəkdir. Bu səbəbdən məhkəmədən şəxsin iki uşağının olmasını nəzərə alaraq, qanunvericiliyə əsasən iki uşaq üçün cavabehin qazan və gəlirlərinin 1/3 hissədə aliment tutulmasını xahiş etdi. Cavabdehin əmək haqqı 984 manat təşkil etsə də onun da müəyyən məbləği sosial və digər vergilər üçün də çıxılır. Bununla belə cavabdeh hər dəfəsində 6 aylığına müqavilə müddəti uzadılmaqla işləyir, yəni cavabdehin işi daimi deyildir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən iddia ərizəsinə etiraz ərizəsi göndərilərək, bildirilmişdir ki, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 iyun 2015-ci il təvəllüdlü övladları X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilərək, hər ay cavabdehin əmək haqqı və digər gəlirlərinin, qazancının % hissəsi miqdarında müəyyən olunmasına və mediasiya üçün ödənilmiş 60 manat xərcin tutulmasım xahiş etmişdir. Bildirmək istəyir ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində gəmi gövdəsi qaynaqçısı vəzifəsində işləyir və onun müvafiq tutmalar olmadan aylıq əmək haqqısı 984 manat təşkil edir. Hər ay əmək haqqı olaraq kartına təxmini 820 manat pul köçürülür.Həmçinin qeyd etmək istəyir ki, cavabdehin başqa nikahdan 17 mart 2022-ci il təvəllüdlü Rəşad adlı övladları vardır. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində hər ay 180 manat miqdarında alimentin tutulması qət edilmişdir. Cavabdehin aylıq əmək haqqı 820 manat təşkil edir. Həmin məbləğin 1/4 hissəsi 205 manat edir. Digər övladı üçün də, ödədiyi 180 m manatı nəzərə alsaq, 385 manat pul edir. Həmçinin digər uşaq üçün də, alimentin artırılması tələbi ilə müraciət edilməsi istisna deyil. Belə olan halda Cavabdeh tam əlverişsiz vəziyyətə düşəcəkdir. Qanunun tələbinə əsasən də, uşaqların qayğısına qalmaq hər iki valideynin borcudur. Həmçinin qanunvericilik iki uşaq üçün qazancın 1/3 hissəsi miqdarında aliment müəyyən etmişdir. Cavabdehin əmək haqqısının 1/3 hissəsi təxmınən 273 manat təşkil edir. Həmin məbləği də, iki uşaq üçün hesablasaq, ayda 136 manat 50 qəpik pul edir. Halbuki, cavabdehin hazırda ödədiyi aliment məbləği daha yüksəkdir. Hər bir halda cavabdeh hazırda alimentin sabit məbləğdə, hər ay 200 manat olmasına razıdır. Bir daha bildiririr ki, imkanı olsa, öz doğma övladına qat-qat artıq məbləğdə pul ödəyər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən, iddia tələbinin qismən təmin edilərək, cavabdehdən hər ay 200 manat aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-223/2020 xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 30 dekabr 2014-cü il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində 2613 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, 05 iyun 2015-ci il təvəllüdlü X5 İddiaçı himayəsində və yanında saxlanılması, Cavabdeh 05 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməsi, aliment xx.xx.2019-cu il tarixdən tutulması, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Qusar Rayon Məhkəməsinin 2(029)-603/2023 xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ərazi dairəsi, Sahil qəsəbəsi Rövşən Rzayev küçəsi, ev 20, mənzil 50 ünvanında yaşayan Cavabdeh X1 xeyrinə 17 mart 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində hər ay 180 (yüz səksən) manat miqdarda aliment tutulması, alimentin tutulması 23 iyun 2023-cü il tarixdən hesablanması, Cavabdeh 41.60 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi və qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixdə verilmiş, AZ-İİİ 568334 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 05 iyun 2015-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş və tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. İş materiallarına əlavə edilmiş və tədqiq edilmiş 10994 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 16 saylı Mediasiya Təşkilatının hesabına 60 manat məbləğində rüsum ödənilmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflərin bir övladlarının olması, uşaqların iddiaçının yanında olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir:-aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda (170 manat) aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə qeyd edilənləri, uşağın əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh əmək haqqına dair elektron sistemdən çıxarışdan görünür ki, o 984 manat əmək haqqı alır. İddiaçı isə məhkəmə qətnaməsi ilə tutulan 170 manat alimenti dəyişdirərək əmək haqqı və digər gəlirlərinin, qazancının ¼ hissədə tutulmasını istəyir. Cavabdehin nümayəndəsi isə bildirir ki, cavabdehin başqa bir faktiki nikahdan da bir uşağı vardır ki, onada qətnamə ilə 180 manat alimentin tutulması qət olunub. Bu səbəbdəndə alimentin əmək haqqı və digər gəlirlərinin, qazancının 1/3 hissədə tutulması məqsədə müfafiqdir. Bununla bağlı məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdehə qarşı digər faktiki nikahdan olan uşağa münasibətdə alimentin əmək haqqı və digər gəlirlərinin, qazancının tutlmasına münasibətdə tələb yoxdur hazırkı halda dəyişdirilən alimentin məbləğinin əmək haqqı və digər gəlirlərinin, qazancının 1/3 hissədə tutulması yolverilməz haldır. Belə ki, 984 manatın 1/3 hissəsi 328 manat təşkil edir ki, bu məbləğidə iki uşaq arasında böləndə hər uşağa 164 manat pul düşər ki, bu da əvvəlki qətnamə ilə müəyyən olunmuş sabit pul məbləğindən az miqdarda təşkil edir ki, bu da uşaqların mənafeyinə xidmət etmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 05 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-223/2029 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay Cavabdeh qazancın (başqa gəlirlərin) ¼ (dördə bir) hissəsi məbləğində aliment tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 05 iyun 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-223/2029 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay Cavabdeh qazancın (başqa gəlirlərin) ¼ (dördə bir) hissəsi məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar