Məhkəmə qərarları › İş №2(002)-546/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-546/2022

24.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-546/2022 24.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı X4, Cavabdeh iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X11 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X11 iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12.10.2015-ci il tarixli, 2(002)-4980/2015 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan övladları X5 və X6 onun yanında saxlanılması, 18 iyul 2006-cı il təvəllüdlü X5 və 06 yanvar 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 12 oktyabr 2015-ci il tarixdən başlayaraq cəmi 216 manat məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi, həmçinin 06 yanvar 2010-cu il təvəllüdlü X6 müalicəsi üçün hər ay əlavə olaraq 130 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Bildirir ki, övladı X12 hazırda da serbral iflic xəstəsidir. Onu hər ay müalicə və müayinəyə aparır, dərmanlarına və xəstəliyi ilə bağlı müəyyən ləzamitlara pul xərcləyir. Cavabdehin ödədiyi aliment məbləği isə çox azdır. Onsuz da uşaqların ehtiyaclarını demək olar ki, təkbaşına ödəyir. Bu isə onun üçün çox çətindir. Uşaqlar böyüdükcə onların tələbatları da artır. Göstərilənləri nəzərə alaraq, 18 iyul 2006-cı il təvəllüdlü X5 və 06 yanvar 2010-cu il təvəllüdlü X2 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, ondan hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi, həmçinin 06 yanvar 2010-cu il təvəllüdlü X6 müalicəsi üçün hər ay əlavə olaraq, tutulan alimentin miqdarının artırılaraq 200 manat məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X11 iddianı müdafiə edib onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiaz təqdim edərək, iddianı tələbini qəbul etmədiyini, hər uşaq üçün ayda 200 manat olmaqla, cəmi 600 manat alimenti ödəmək iqtidarında olmadığını, məhkəmə qaydasında müəyyən edilmiş ayda 346 manat məbləğində alimenti çox böyük çətinliklərlə ödədiyini bildirərək, taksi kimi fəaliyyət göstərmək üçün hər ay dövlətə vergi və avtomobil üçün sığorta pulu ödədiyini, bütün bu ödənişləri də qazandığı ümumi məbləğ hesabına ödədiyini, buna görə də iddiaçı tərəfindən tələb olunan məbləği hər ay qazanmaq mümkün olmadığını, iddiaçının 06.01.2010-cu il təvəllüdlü oğlu X6 müalicəsi üçün ondan tutulan alimentin də tamamilə əsassız olduğunu bildirmişdir. 06.01.2010-cu il təvəllüdlü X12 anadan gəlmə iflic olduğu üçün bu uşağa görə aylıq 220 manat əlillik pensiyası və uşağa baxmağa görə dövlətdən aylıq 80 manat olmaqla, cəmi 300 manat müavinət aldığı və onun bütün müayinə və müalicələrinin xərcləri sığorta orqanı tərəfindən qarşılanır. O, hal-hazırda yenidən ailə həyatı quraraq 16.12.2016-cı il tarixdə rəsmiləşdirilmiş nikahla X8 ilə nikaha daxil olmuşdur, həmin nikahdan iki övladı dünyaya gəlmişdir. Uşaqlardan biri dünyasını dəyişmişdir, hazırda həyat yoldaşı və 17.10.2017-ci il təvəllüdlü oğlu X9 onun himayəsindədir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli, 2(002)-4980/2015 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X7 qarşı nikahın pozulması tələbinə dair ilk iddiası təmin edilərək, X10 və Cavabdeh arasında 02 fevral 2007-ci il tarixdə bağlanmış və Sabunçu rayon Qeydiyyat şöbəsində 152 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, həmin nikahdan olan X5 və X6 anaları Əsgərova (Kərimova) Aytən Rüstəm qızının yanında qalmaları müəyyən edilmiş, cavabdeh X3 iddiaçı Cavabdeh qarşı aliment tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, 18 iyul 2006-cı il təvəllüdlü X5 və 06 yanvar 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 12 oktyabr 2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat miqdarında aliment tutularaq X7 verilməsi, 06 yanvar 2010-cu il təvəllüdlü X6 müalicəsi üçün hər ay əlavə olaraq 130 manat miqdarında aliment Cavabdeh tutularaq X7 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, həmin nikahdan 2 uşaqlarının olması, həmin uşaqların ananın yanında qalması, onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 18 iyul 2006-cı il təvəllüdlü X5 və 06 yanvar 2010-cu il təvəllüdlü X1 üçüb hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pil məbləğində alimentin tutulması hazırda uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün tələbatı ödəyir. Məhkəmə iddia tələbinin 06 yanvar 2010-cu il təvəllüdlü X17 oəlunun müayinə və müalicəsi üçün hər ay əlavə xərc kimi 130 manat tutulmasına dair hissəsinə qiymət verərkən qeyd edir ki, göstərilən məbləğ həmin uşağın müalicəsinə əlavə xərclərin çəkilməsi üçün yetərlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmim Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, və sosial təminatlarla bağlı digər meyarlar, həmçinin tərəflərin övladları 18 iyul 2006-cı il təvəllüdlü X5 və 06 yanvar 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları xərcləri iddiaçının və cavabdehin təqdim etdikləri sübutlar nəzərə alınmaqla, iddia qismən təmin edilməli, 18 iyul 2006-cı il təvəllüdlü X5 və 06 yanvar 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4980/2015 saylı, 12 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh X3 xeyrinə hər ay hər bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin kifayət qədər gəlirlər əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X4 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilsin. 18 iyul 2006-cı il təvəllüdlü X5 və 06 yanvar 2010-cu il təvəllüdlü X2 üçün hər ay hər bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. 06 yanvar 2010-cu il təvəllüdlü X6 müalicəsi ilə bağlı alimentin tutulması Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4980/2015 saylı, 12 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş qaydada davam etdirilsin. Qalan hissədə iddia təmin edilməsin. Hazırkı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq miqdarı artırılmış alimentin tutulması hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar