Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-55/2021 10.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər X4 və Paşayev Emil Arkadi oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər X4 və Paşayev Emil Arkadi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və Cavabdeh2 birgə qaydada 1056.72 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 04.12.2016-ci il tarixinə 449.35 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 156 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 936.95 ABŞ dolları cərimə borcunun, cəmi isə 2599.02 ABŞ dollar borcun və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, 04.06.2015-ci il tarixli, KİM 238 saylı istehlak kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Təbriz filialı tərəfindən cavabdeh X4 18 ay müddətinə illik 30 % ödəmək şərti ilə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan kredit məbləğini tərəflər arasında müəyyən edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 04.06.2015-ci il tarixli, İKM 238 saylı istehlak müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş, beləliklə də müqavilə şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə isə Bank arasında 04.06.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi daxil olmaqla, borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda X5nun kredit müqaviləsi üzrə banka olan əsas borcu 1056.72 ABŞ dolları, öhdəliklərin icra müddətinin bitdiyi 04.12.2016-ci il tarixinə faiz borcu 449.35 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesabanmış faiz borcu 156 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyə görə hesablanmış cərimə borcu 936.95 ABŞ dolları, cəmi isə 2599.02 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər X5 və Paşayev Emil Arkadi oğlu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehlər X5nun və Paşayev Emil Arkadi oğlunun iştirakı olmadan baxılmasını mümkün sayir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 iyun 2015-ci il tarixli istehlak krediti müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-nin Təbriz filialı tərəfindən cavabdeh X4 18 ay müddətinə illik 30 % ödəmək şərti ilə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İKM 238 saylı, 04 iyun 2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 04 iyun 2015-ci il tarixli saylı zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 30 oktyabr 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış 04 iyun 2015-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə 24 oktyabr 2019-cu il tarixinə əsas məbləğ üzrə 1056,72 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz məbləği üzrə 449.35 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyə görə hesablanmış və tələb olunan cərimə məbləği üzrə 936.95 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 156 ABŞ dolları, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc məbləği isə 2599,02 ABŞ dolları təşkil edir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Bank tərəfindən cavabdehlərə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onlar tərəfindən lazımi qaydada icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan müqavilədən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə X5 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, X5 yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdeh X2 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh X2 04 iyun 2015-ci il tarixli, İKM 238 saylı istehlak kredit müqaviləsinə əsasən 1056.72 ABŞ əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 04.12.2016-ci il tarixinə 449.35 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 156 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 93,00 ABŞ dolları cərimə borcunun, cəmi isə 1755,07 ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 30 manat dövlət rüsumu tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı “Ləğv prosesində olan İddiaçı ASC cərimə pulunun tutulmasına dair tələb irəli sürərkən, cərimə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 93 ABŞ dolları məbləğində cərimə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borc və faizin tutulması ilə yanaşı, 93 ABŞ dollar məbləğində cərimə pulunun tutulması “Ləğv prosesində olan İddiaçı ASC-yə dəymiş real zərəri kompensasiya edir. Bundan başqa, məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə iddia müddəti tətbiq edilməklə, ona aid hissədə iddia rədd edilməlidir. Çünki, tərəflər arasında bağlanmış 04.06.2015-ci il tarixli zaminlik haqqında müqavilənin 5.2-ci bəndində həmin müqavilənin “Borclunun 1.1-ci bəndində göstərilən müqavilə üzrə “Kreditor” qarşısında öz öhdəliklərini tam həcmdə icra edənədək qüvvədə olması göstərilmişdir. Halbuki, kreditin verilmə müddəti nəzərə alındıqda zaminlik müqaviləsinin müddəti bitmiş, ötən müddət ərzində kreditor zaminə qarşı idda irəli sürmədiyinə görə zaminliyə xitam verilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia zaminə qarşı yönəlmiş tələb hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 04 iyun 2015-ci il tarixli, İKM 238 saylı istehlak kredit müqaviləsinə əsasən 1056.72 ABŞ əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 04.12.2016-ci il tarixinə 449.35 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 156 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 93,00 ABŞ dolları cərimə borcunun, cəmi isə 1755,07 ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-55/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-55/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver