Məhkəmə qərarları › İş №2(002)-57/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-57/2021

03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-57/2021 03.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı qızının nümayəndəsi Nümayəndə, Cavabdeh X2 iştirakı ilə İddiaçı qızının cavabdeh X8 oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızının cavabdeh X8 oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 oğlundan vurduğu ziyana görə 8000 manat məbləğində pulun və 30 manat dövlət rüsumu, cəmi 8030 manat pul alinaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi 19 saylı evin 3 saylı mənzili tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzil üç otaqdan ibarət olmaqla təmirsiz olmuş və o, həmin evi təmir etmək məqsədi ilə usta axtaran zaman qonşusu X7 onu Cavabdeh Nobatali oğlu ilə tanış etmiş və həmin şəxsin usta olmaqla bütün işləri bacardığını bildirmişdir. O və onun atası cavabdehlə danışaraq evin təmir etdirilməsini ona həvalə etdiklər. Cavabdeh evin bütün işıq sistemini, santexnik işlərini və təmir üçün lazım olan bütün işləri etməyi öhdəsinə götürmüşdür. İlkin olaraq cavabdeh ondan 500 manat pul almış və evin təmir işlərinə başlamışdır. Sonradan o, cavabdehe hər 3-5 gündən bir 50 və ya 100 manat olmaqla cəmi 2200 manat pul vermişəm. Cavabdeh ona məxsus evdə müəyyən təmir işləri gördükdən sonra evə oboy, döşəməyə laminad vurmaq istəyərkən və evə qapıları qoymaq istəyərkən müəyyən edildi ki, cavabdeh evdə təmir işlərini bərbad vəziyyətdə etməklə təmir işlərini tam keyfiyyətsiz etmişdir Cavabdehin təsqiri üzündən mənə xeyli miqdarda ziyan dəymiş, evin yenidən təmirə ehtiyacı vardır. Cavabdehin təqsiri üzündən o, cavabdehin etdiyi təmir işlərini yenidən etdirməklə mənə 8000 manat məbləğində ziyan vermişdur. Belə ki, o, cavabdehə 2200 manat nağd verməklə qalan pula da materiallar alıb. Cavabdehin təqsiri üzündən aldığı bütün tikinti üçün lazım olan materiallar zay edilmişdir. Hazırda o, həmin evi yenidən təmir etdirib. Bu barədə çəkiliş etməklə evin əvvəlki vəziyyətini diskə köçürüb. Həmin ünvanda yerləşən MKİS-nin işçiləri gələrək bu barədə akt tərtib etmişlər. Tikinti materialları almağına dair müvafiq sənədlər də mövcuddur. İddiaçı qızının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək, cabadehe 2200 manat ödədiyini, evin təmirinə xərclənmiş pulla bağlı ekspert rəyi ilə razı olduğunu bildirərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini, iddiaçının ona 1555 manat verdiyini bildirmişdir. Bunu məhkəməyə ünvanlandığı ərizəsi ilə də təsdiqləmişdir ki,onlarin arasında müqavilə olmamış, iddiaçı ona yalnız 1555 manat xidmət haqqını ödəmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı xüsusi mülkiyyət hüququ əsasında İddiaçı qızına məxsusdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri,Nəsimi rayonu 33 saylı MKİS-in xx.xx.2019-cu il tarixli aktdından görünür ki, İddiaçı qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 19 ev, 3 mənzilinə təmir işləri apararkən təmir ustası X6 tərəfindən küllü miqdarda ziyan vurulmuşdur İş materiallarına əlavə olunmuş “Mətanət A” şirkəti tərəfindən xx.xx.2019-cu il tarixli AKT-dan görünür ki, usta X6 tərəfindən “Ak dəniz siva” məhsulunu İddiaçı qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 19 ev, 3 mənzilinə təmir işləri apararkən düzgün istifadə olmadığından həmin material sıradan çıxıb. İş materiallarına əlavə olunmuş “FERSAM” şirkəti tərəfindən xx.xx.2019-cu il tarixli AKT-dan görünür ki, usta X6 tərəfindən “Fersam BetonKontakt” məhsulunu İddiaçı qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 19 ev, 3 mənzilinə təmir işləri apararkən düzgün istifadə olmadığından həmin material sıradan çıxıb, bütün səth qoparaq yerə tökülüb. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021cu il tarixli 10/2924 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, tədqiqatın nəticəsi olaraq İddiaçı qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 19 ev, 3 mənzili faktiki təmir vəziyyətindədir.Ama mülki iş materialına əlavə olunmuş 33 saylı MKİS-in xx.xx.2019-cu il tarixli aktın, “Mətanət A” şirkəti tərəfindən xx.xx.2019-cu il tarixli aktın, “FERSAM” şirkəti tərəfindən xx.xx.2019-cu il tarixli aktın məlumatlarını nəzərə alaraq, cavabdeh X6 tərəfindən keyfiyyətsiz təmir nəticəsində İddiaçı qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 19 ev, 3 mənzilin divarları, tavanı,elektrik,santexnika və döşəmənin taxtası üzrə keyfiyyətsiz işlərin aparılması səbəbindən əmələ gəlməsi müəyyən olunur. Beləliklə mənzildə aparılan keyfiyyətsiz təmir nəticəsində mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 2505,0 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2021cu il tarixli 10/2924 nömrəli ekspert rəyinə əsasən keyfiyyətsz təmir nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görüləcək təmir-tikinti işlərinə sair smetadan da görünür ki, mənzilə dəymiş ziyan hesablanaraq tələb olunan summa kimi 2505,0 manat müəyyən edilmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında təmir xidmətlərin göstərilməsi üzrə podrat müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 771-ci maddəsinə əsasən podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Həmin 772.1-ci maddəsinə əsasən görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı qızı ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 19 ev, 3 mənzilin təmir olunması ilə bağlı cavabdeh X6 ilə şifahi formada razılığa gələrək, cavabdeh X6 iddiaçıya məxsus mənzili təmir etməyi, iddiaçı isə görülmüş işin müqabilində şərtləşdirilmiş haqqı ödəməyi öhdəsinə götürmüşdür.İddiaçı öhdəsinə götürdüyü öhdəliyi icra edərək, şərtləşdirilmiş muzd qismində cavabdehə ümumilikdə 1555 (cavabdehin məhkəmə iclasında və məhkəməyə təqdim etdiyi ərizədə etiraf etdiyi məbləğ)manat pul vəsaitini ödəmiş ,cavabdeh isə öz üzərinə götürdüyü iddiaçıya məxsus mənzili təmir etməkdən ibarət işin görülməsinə dair öhdəliyi keyfiyyətsiz icra etmiş, iddaçı sonradan evini başqa ustalara təmir etdirmiş, nəticədə iddiaçıya ziyan vurmuşdur ona görə də iddiaçı ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Həmçinin, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh X8 iddiaçının ona xidmət haqqı kimi 1555 manat pul verdiyini bildirmiş, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspertiza rəyində mənzildə aparılan keyfiyyətsiz təmir nəticəsində mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 2505,0 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdənxidmət haqqı olaraq ödənilmiş 1555 manat və mənzilə dəymiş zərər olaraq 2505 manat ümumilikdə 4060 manat ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında şıfahi formada olmuş razılığa əsasən görüləcək işlərin müqabilində şərtləşdirilmiş muzdun miqdarının 1555 manat məbləğində iddiaçı tərəfindən cavabdehə ödənilməsi halınıcavabdeh təsdiq etmişdir. İddiaçı əlavə olaraq, muzd qismində 2200 manat məbləğində pul vəsaitini cavabdehə ödədiyini bildirsə də, həmin halın təsdiq olunmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. ona görə də məhkəmə hesab edr ki, bu halda tərəflər arasında şıfahi razılaşma üzrə şərtləşdirilmiş və cavabdehə görüləcək işlərin müqabilində ödənilmiş muzdun miqdarının 1555 manat məbləğində olduğu əsas götürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzildə cavabdeh tərəfindən müqavilə ilə şərtləşdirilmiş görülümüş keyfiyyətsiz işlər nəticəsində vurulmuş ziyanın miqdarı müəyyən edilərkən ekspert rəyi əsas götürülməli və görülümş işlərin ümumi dəyəri bu rəylə müəyyən edilmiş 2505 manat məbləğində müəyyən olunmalıdır.Beləliklə cavadeh tərəfindən şifahi razılaşma (podrat müqavilıəsi) əsasında keyfiyyətsiz işlər görməklə iddiaçıya vurulan ziyanın ümumi miqdarı 4060 manat(1555+2505) müəyyən edilməlidir. Məhkəmə bununla əlaqədar qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "X3rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Həmçinin, iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 4060 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı qızına ödənilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 100 manat məbləğində ekspertiza xərci cavabdehə aid edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 ümumilikdə 4060 (dörd min altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı qızına ödənilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar