Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-57/2024 16.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X5 maraqlı şəxs qismində İddiaçı qeyd etməklə, Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtoqəza nəticəsində onun idarə etdiyi **-LP-*** dövlət qeydiyyat nişanlı Mercedes E-class markalı avtomaşına dəyən 2604 manat maddi ziyanın və ödədiyi 46 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, o yuxarıda göstərdiyi ünvanda yaşayır. **-LP- *** dövlət qeydiyyat nişanlı Mercedes E-class markalı avtomaşın ona məxsusdur. O, onu etibarnamə əsasında idarə edir. Maşının mülkiyyətçisi anası İddiaçıdır. xx.xx.2023-cü il tarixdə o, qohumun Salyan şəhər sakini Fəqan ilə birlikdə Fəqana məxsus olan avadanlığı düzəltdirmək məqsədi ilə Salyan şəhərində yaşayan ustanın yanına gedirdilər. Onlar Salyan şəhəri, Ə.Hüseynov küçəsi ilə hərəkətdə idilər. Saat təxminən 18:30 radələrində Ə.Hüseynov və Ə.Hüseynzadə küçələrinin kəsişməsində quraşdırılmış işıqforun yaşıl işığı yanırdı. O, həmin zaman təxminən 50-60 km sürətlə hərəkətdə idi. Bununla belə yol ayrıcına az qalmış sürəti azaltdı. Yolayrıcına daxil olan zaman sol tərəfdən gələn Salyan RMX-ya məxsus olan təcili tibbi yardım maşınının ön sağ tərəfi ilə ona məxsus avtomaşının sol ön hissəsi toqquşdu. Nəticədə avtomaşını yolun kənarında olan daş hasara çırpıldı. Ətrafdan gələn şəxslərin köməyi ilə o və Fəqan avtomaşından aşağı endilər. O və Fəqan xəsarət aldığı üçün onları Salyan rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Həmin zaman qohumu Fəqan huşunu itirmişdi. O hərəkətdə olan zaman işıqforun yaşıl işığı yanırdı. Salyan rayon Polis Şöbəsinin 24 iyun 2023cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardada Cavabdeh qırmızı işıqda keçməsi öz əksini- tapmışdır. Cavabdeh Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Toqquşma nəticəsində idarə etdiyim avtomaşının qabaq, arxa və yan tərəfləri əzilmiş, nəticədə avtomobilinə 7604 manat məbləğində ziyan dəymişdir. Bu fakt İnam 93 İstehsal kommersiya kiçik müəssisəsinin verdiyi ziyan aktında da öz əksini tapmışdır. Dəymiş ziyanın 5000 manat məbləğini siğorta qarşılamış, ödənişi hesabıma köçürmüşdür. Qalan 2604 manat maddi ziyan cavabdeh tərəfindən ona ödənilmir. Cavabdeh ona heç bir maddi cəhətdən köməklik etməmişdir. Ona görə də, məcbur olub məhkəmədə iddia qaldırır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında X5 ərizə təqdim edərək, onun əsl İddiaçı ilə əvəz edilməsinə etiraz etməmişdir. . Tərəflərin və prosesin digər iştirakçılarının izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, ekspertiza rəyi ilə razıdır. Maşına vurulmuş zərər görə 5000 manat sığorta şirkəti tərəfindən ödənilib, qalan 2604 manat məbləğini cavabdeh tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən-təmin edilməlidir. Mülki işin halları:. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7937 saylı ekspert rəyindən görünür ki, İnam- 93” k/m tərəfindən 2023-cü ilin iyun ayında tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən 2000-ci il buraxılışlı, qızılı metallik rəngli, “Mercedes E220 CDİ” markalı **-LP-*** dövlət qeydnişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 6704,00 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 4940,00 manat; təmir- bərpa işlərinin qiyməti - 1764,00 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın təsviri hissəsində göstərilənlərə əsasən 04 iyun 2023-cü il tarixdə təxminən günorta saatlarında Salyan şəhəri A.Həsənov küçəsi ev 91 -də yaşayan Cavabdeh idarə etdiyi Mercedes markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Salyan şəhəri Ə.Hüseynzadə küçəsi və Salyan şəhəri Ə.Hüseynov küçəsinin kəsişməsində olan yol ayrıcında olan işıqforun tələbini pozarae X3 idarə etdiyi Mercedes E-class markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq sonuncu ilə toqquşması nəticəsində sonuncu ilə toqquşmuş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı X2 qulaq seyvanının qançırı ilə nəticələnə və X1 saidin, sağ qasıq nahiyəsinin sol bud nahiyələrinin qançırları, sağ əlin 3-cü barmağının arxa səthinin sıyrığı ilə nəticələnən dərəcələri olunmayan xəsarətlər almışdırlar. Odur ki, toplanmış materialda Cavabdeh oğlnun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş,Salyan şəhəri A.Həsənov küçəsi ev 91-də yaşayan Cavabdeh idarə etdiyi Mercedes markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Salyan şəhəri Ə.Hüseynzadə küçəsi və Salyan şəhər 9.Hüseynov küçəsinin kəsişməsində olan yol ayrıcında olan işıqforun tələbini pozaraq X3 idarə etdiyi Mercedes E-class markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq sonuncu ilə toqquşması nəticicəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Salyan RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır... İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “İnam-93” k/m”-nin Avyoservisin qiymətləndirmə aktından görünür ki, **-LP-*** dövlət qeydiyyat nişanlı Mercedes E-class markalı avtomaşına dəymiş zərərin məbləği 7604 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AD-N 055034 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-LP-*** dövlət qeydiyyat nişanlı Mercedes E-class markalı avtomaşın İddiaçı mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ƏN-İV seriyalı 561933 saylı nəqliyyat etibarnamədən görünür ki, İddiaçı **-LP-*** dövlət qeydiyyat nişanlı Mercedes Eclass markalı avtomaşın idarə etmək və istifadə etmək hüququ xx.xx.2027-ci il tarixədək X4 etibar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İXP ******* saylı, xx.xx.2023cü il tarixli İnzibati xəta haqqında protokolundan və TP ******* saylı İnzibati tənbehvermə haqqında qərardan görünür ki, Cavabdeh tərəfindən Mercedes Vito markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu səbəbdən 60 manat cərimə edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosesual-Məcəlləsinin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflər arasında mübahisəsiz hal: Cavabdeh idarə etdiyi « Mercedes Vito markalı **-JN- *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı məxsus **-LP-*** dövlət qeydiyyat nişanlı Mercedes E-class markalı minik avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətməsi tərəflər arasında işin mübahisəsiz halıdır. Tərəflər arasında mübahisəli hal isə nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyanın məbləği ilə əlaqədar olaraq yaranmışdır. Beləki, iddiaçı cavabdehdən dəymiş zərər görə 2604 manat məbləğində maddi ziyan tələb edir, cavabdeh isə iddia tələbində qeyd olunun məbləğin çox olduğunu qeyd edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi “Mercedes Vito” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən İddiaçı məxsus **-LP-*** dövlət qeydiyyat nişanlı Mercedes E-class markalı minik avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmidşir ki, cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “**-LP-*** dövlət qeydiyyat nişanlı Mercedes E-class markalı minik avtomobilə maddi ziyan vurulmuşdur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması, vurulmuş maddi ziyanla cavabdehin hərəkətləri nəticəsində səbəbli əlaqənin olması halı aşkar olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin qanuni sahibliyində olan avtomobilin idarə edilməsi nəticəsində iddiaçıya maddi zərərin vurulması halı müəyyən edildiyindən, Cavabdeh törətmiş olduğu inzibati xəta nəticəsində İddiaçı məxsus avtomobilə nəqliyyat hadisəsi nəticəsində ziyanın vurulması müəyyən edildiyindən, cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs kimi mülki hüquq məsuliyyəti daşımalı və iddiaçının əmlakına vurduğu zərərin əvəzini ödəməlidir.Həmçinin, məhkəmə cavabdeh tərəfindən vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə təyin edilmiş ekspertiza rəyindən görünür ki, iddiaçıya-zərərçəkmişə dəymiş maddi ziyanın məbləği avtomobilin salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 6704 manat müəyyən edilmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində və məhkəmə iclasında olan izahatlarında etiraf edir ki, avtomobilə vurulmuş ziyanın 5000 manat məbləğində sığorta şirkəti tərəfindən ödənilmişdir. Bekləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, ekspertiza rəyindən sığorta şirkəti tərəfindən ödənilmiş müvafiq məbləğ (5000 manat) nəzərə alınmaqla, 1704 manat(6704-5000=1704) məbləğ hissəsində maddi ziyana dair iddia tələbi əsaslı olmaqla, həmin hissədə təmin olunmalıdır. Ancaq iddiaçı iddia tələbinin məhkəməyə verilməsinə dair ödəmiş olduğu 46 manat məbləğində dövlət rüsumunun tələbinə dair hissədə məhkəmə qeyd edir ki, hazırki iş üzrə təmin edilmiş 1704 manat məbləğində iddia tələbinə mütənasib olaraq, 37,04 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq, ekspert rəyini və digər sübutları əsas götürərək, hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı İddiaçı məxsus əmlaka vurulmuş ziyana görə Cavabdeh 1704 manat məbləğində pul vəsaiti və 37,04 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tutularaq 1704(bir min yeddi yüz dörd) manat məbləğində maddi ziyan və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 37(otuz yeddi) manat, 04(dörd) qəpik dövlət rüsumu İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-57/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-57/2024
16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver