Məhkəmə qərarları › İş №2(002)-579/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-579/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-579/2024 16.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, İddiaçı ASC-in cavabdehlər X1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-in cavabdehlər X1 və Cavabdeh2 tələbinə dair kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə 925.2 manat əsas borc, 0.81 manat faiz borcu və 0.22 manat cərimə olmaqla, ümumilikdə cəmi 926.23 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehlər X1 və Cavabdeh2 alınaraq İddiaçı ASC-ə ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş icraata qəbul edilmiş, müvafiq məhkəmə bildirişi tərəflərə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. İddiaçı "xxxx" MMC xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən, İddiaçı ASC-in cavabdehlər X1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı ASC-in cavabdehlər X1 və Cavabdeh2 qarşı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 925.2 (doqquz yüz iyirmi beş manat, iyirmi qəpik) manat əsas borc və 0.81 (sıfır manat, səksən bir qəpik) manat faiz borcu, 0.22 (sıfır manat, iyirmi iki qəpik) manat, ümumilikdə 926.23 (doqquz yüz iyirmi altı manat, iyirmi üç qəpik) manat pul vəsaitinin cavabdehlər X1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İş üzrə xx.xx.2023-cü il tarixdə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (təyinatı: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi, ödəyicinin adı:"xxxx" ASC, mədaxil qəbzinin nömrəsi: **********, Ödəniş Tarixi: xx.xx.2023, Büdcə təsnifat kodu:142211, Büdcə təsnifatı səviyyə kodu:1, Xəzinə hesabı: AZ17CTRE********************:) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən ödənişi edən şəxsə İddiaçı ASC-yə geri qaytarılsın. Qərardad ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar