Məhkəmə qərarları › İş №2(002)-587/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-587/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-587/2021 31.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı «xxxx» QSC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» QSC cavabdeh Cavabdeh oğluna qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 477 manat ödənilməmiş, 71.55 manat cərimə, ümümilikdə 548,55 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun,0,40 azn dövlət rüsumunun ödənilməsi ilə bağlı haqqın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-587/2021 saylı qərardadı ilə sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilmişdir. İddiaçı «xxxx» QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” ilə Cavabdeh oğlu aeasında bağlanmış nisyə- alqi müqaviləsinə əsasən cavabdeh 1065 manat dəyərində nisyə aldığı malın 100 manatını ilkin ödəniş olaraq ödəmiş, qalıq 965 manatını müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq, hər ay ödəmək şərtilə 11 ay müddətində ödəməyi öhdəsinə götürüb. “xxxx” MMC ilə “xxxx” arasında imzalanan Faktoring müqaviləsinə və həmin Faktoring müqaviləsinə əlavə olunan Sazişə əsasən “xxxx”-un Cavabdeh oğluna qarşı olan 965 manat məbləğindəki tələb hüququ xxxx» MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxx» MMC-yə keçməsi barədə Cavabdeh oğluna bildiriş təqdim edilmişdir. “xxxx» MMC xx.xx.2020-ci ildə təşkilati hüquqi formasını dəyişərək, QSC-yə keçmişdir. Müqavilənin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. İddiaçının nümayəndəsi X1 məhkəməyə xx.xx.2021-ci il tarixdə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə “xxxx” arasında bağlanmış xx.xx.2020-ci il tarixli WFK001145 nömrəli müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 1065 manat olan olan əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyanın qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən edilmiş ilkin ödəniş 100 manatdır. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 0,5% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə Əlavəyə və ödəniş cədvəlinə əsasən müqaviləyə müvafiq olaraq cavabdeh 965 manat əsas borc məbləğini 11 ay müddətində hər ay 88 manat (axırıncı ay 85 manat olmaqla) ödəmiyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-ci il tarixli R-268/19 nömrəli faktorinq müqaviləsinin surətindən görünür ki, “xxxx” (müştəri) ilə “xxxx” QSC (faktor) arasında tələbetmə hüququnun güzəşt edilməsinə dair Faktoring müqaviləsi bağlanmış və müqaviləyə əsasən “xxxx” (müştəri) özünün Borcluya- Cavabdehya olan pul tələbini (borcludan 965 manatı tələb etmək hüququnu) “xxxx” MMC(faktora)-yə güzəşt edir. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş “xxxx” (müştəri) ilə “xxxx” QSC (faktor) arasında tələbetmə hüququnun güzəşt edilməsinə dair xx.xx.2019-ci il tarixli R-268/19 nömrəli Faktoring müqaviləsinə əlavə olunan xx.xx.2020-ci il tarixli Sazişə əsasən Cavabdehydan borcu tələbetmə hüququ “xxxx” MMC-dən “xxxx” QSC-yə ötürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “xxxx” QSC– nin Cavabdeh borcu üzrə hesablanmış çıxarışdan görünür ki , borclu 965 manatdan 488 manatı (xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində hər dəfə 200 manat,xx.xx.2020-ci il tarixində isə 88 manat olmaqla) ödəmiş, hal –hazırda əsas borcdan qalıq 477 manat, cərimə 71,5 manat olmaqla cəmi 548,55 manat borcu yaranmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020 -ci il tarixli Maliyə arayışından görünür ki , Cavabdeh “xxxx” QSC-yə əsas borcdan 477 manat, cərimə 71,5 manat olmaqla cəmi 548,55 manat borcu var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktına əsasən Cavabdeh müqavilədə göstərilən malı qüsursuz halda təhvil almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıqdan görünür ki, «xxxx» QSC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar-iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında müəyyən edildi ki, cavabdeh Orucov Fikrət Niyazi oğlu yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müvafiq əşyanı almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə müqaviləyə əsasən 477 manat ödənilməmiş, 71.55 manat cərimə, ümümilikdə 548,55 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun,0,40 azn dövlət rüsumunun ödənilməsi üçün haqq olmaqla borc hesablanmışdır. xx.xx.2019-ci il tarixli R-268/19 nömrəli Faktoring müqaviləsinə əsasən iddiaçının cavabdehdən alı-satqı müqaviləsinə əsasən yaranmış borca tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467.1-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilə üzrə 10(on)manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 10 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh alğı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etməyərək aldığı əşyaların əvəzini tam ödəmədiyindən iddiaçının pul tələbinə dair iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh «xxxx» QSC-nin xeyrinə 477 manat əsas borc, 10 manat cərimə, ümümilikdə 487 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu,0,40 azn dövlət rüsumunun ödənilməsi ilə bağlı haqq ödənilməlidir. Digər tərəfdən, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqavilə üzrə 477(dörd yüz yetmiş yeddi) manat əsas borc, 10 (on) manat cərimə, ümumilikdə 487 (dörd yüz səksən yeddi) manat borc, 30 (otuz) manat 0,40(qırx) qəpik dövlət rüsumu cavabdeh Orucov Fikrət Niyazi oğlundan alınaraq iddiaçı «xxxx» QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar