Məhkəmə qərarları › İş №2(002)-590/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-590/2021

19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-590/2021 19.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili və nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdeh X7 oğluna qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdeh X7 oğluna qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-NTS nöqtəsini-qurğusunu yararsız hala salmaqla DİN-ə vurduğu ziyana görə 2776 manat məbləğində pulun Daxili İşlər Nazirliyinin nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, 25.10.2019-cu il tarixdə saat 18:10 radələrində Xətai rayonu,Babək prospekti, “Babək Plaza”nın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində,həmin ərazidə quraşdırılmış,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus “NTS” nöqtəsinə Cavabdeh tərəfindən idarə olunan “HUNDAY” markalı AZ ** OH *** dövlət nömrə nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi zamanı maddi ziyan dəymişdir.Ümumilikdə video müşahidə nöqtəsinə dəyən zərərin ödənilməmiş məbləği 7176 manatdır(ƏDV daxil deyil).Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə, barəsində İXH-da Protokol(AP 0148309) tərtib etmişdir.Ekin Texnoloji A.Ş.şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 29.10.2019-cu il tarixli акт dəymiş ziyanın məbləğini təsdiq edir. Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkil və nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ümumilikdə 7176 manat məbləğində ziyan dəydiyini, onun 4900 manat məbləğ hisəssinin sığorta şirkəti tərəfindən ödənildiyini, qalan məbləğin 2776 manat təşkil etdiyini bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə malumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Ekin” Texnoloji A.Ş şirkəti tərəfindən tərtib edilmiş 29.10.2019-cu il tarixli aktın məzmunundan görünür ki, 25.10.2019-cu il tarixdə saat 18:10 radələrində Xətai rayonu,Babək prospekti, :abək Plaza”nın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində,həmin ərazidə quraşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus “NTS” nöqtəsinə dəyən zərərin məbləği 7176 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 26.12.2019-cu il tarixli AP № 014309 saylı inzibati xəta haqqında protokoldan da görünür ki, 25.10.2019-cu il tarixdə saat 18:10 radələrində Cavabdeh tərəfindən idarə olunan “HUNDAY” markalı AZ ** OH *** dövlət nömrə nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi törədilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir.Hadisə nəticəsində “HUNDAY” markalı AZ ** OH *** dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsi əzilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus “NTS” nöqtəsinə zərər vurulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 26 oktyabr 2019-cu il tarixli Cavabdeh izahatından da göüünür ki, 25.10.2019-cu il tarixdə saat 18:10 radələrində Xətai rayonu,Babək prospekti, ”Babək Plaza”nın qarşısında özü tərəfindən idarə olunan “HUNDAY” markalı AZ ** OH *** dövlət nömrə nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi törədilmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, sıxlıq yarandığından idarəni itirərək işıq və kamera dirəyinə dəyərək maşın əzilmış və kamera dirəyinə maddi zərər vurulmuşdur.Hadisə nəticəsində bədən xəsarəti alan olmayıb. Cavabdeh Cavabdeh özünün idarə etdiyi HUNDAY” markalı AZ ** OH *** dövlət nömrə nişanlı avtomobil icbari sığorta olunduğu üçün (Xalq sığorta tərəfindən) aktda göstərilən 7176 manat maddi zərərin bir hissəsinin sığorta tərəfindən ödənilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 aprel 2021-ci il tarixli 9\1350 nömrəli ekspert rəyindəndə görünür ki,”Ekin” Texnoloji A.Ş şirkəti tərəfindəntərtib edilmiş 29.10.2019-cu il tarixli Akta əsasən yol-nəqliyyat hadisəsi nəticəsində, zədələnmiş “NTS” nöqtəsinə dəyən zərərin ümumi məbləği 7176 manatdır. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən idarə olunan “HUNDAY” markalı AZ ** OH *** dövlət nömrə nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi törətmişdir. Həmçinin, məhkəmə araşdırması zamnaı müəyyən edilmidşir ki, cavabdeh tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus “NTS” nöqtəsinə maddi ziyan vurulmuşdur. Bununla əlaqədar Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə, barəsində İXH-da Protokol(AP 0148309) tərtib etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, HUNDAY” markalı AZ ** OH *** dövlət nömrə nişanlı avtomobilin sahibi, Cavabdeh həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edirdi. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması, vurulmuş maddi ziyanla cavabdehin hərəkətləri nəticəsində səbəbli əlaqənin olması halı aşkar olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin qanuni sahibliyində olan avtomobilin idarə edilməsi nəticəsində iddiaçıya maddi zərərin vurulması halı müəyyən edildiyindən, cavabdeh Cavabdeh törətmiş olduğu inzibati xəta nəticəsində iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus “NTS” nöqtəsinə nəqliyyat hadisəsi nəticəsində ziyanın vurulması müəyyən edildiyindən, cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs kimi mülki hüquq məsuliyyəti daşımalı və iddiaçının əmlakına vurduğu zərərin əvəzini ödəməlidir. Həmçinin, məhkəmə cavabdeh tərəfindən vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ona məxsus əmlaka dəymiş maddi ziyanın məbləğinin 7176 manat məbləğ təşkil etdiyini, həmin məbləğin 4900 manat məbləğinin sığorta şirkəti tərəfindən ödənildiyini qeyd etmişdir. Həmçinin, müvafiq ekspert rəyi əsasında da əmlaka vurulmuş ziyanın ümumi məbləğinin 7176 manat məbləğ olduğu müəyyən edilmişdir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, müvafiq ekspert rəyini nəzərə alaraq, hesab edir ki, ddia tələbi əsaslı olmaqla, təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq, ekspert rəyini və digər sübutları əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məxsus əmlaka vurulmuş ziyana görə Cavabdeh 2776 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xeyrinə ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məxsus olan əmlaka vurulmuş ziyanın əvəzi olaraq Cavabdeh 2776 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xeyrinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar