Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-6/2024 05.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X1 ilə, İddiaçı X2 cavabdeh “X4” ASC-yə və maraqlı tərəf Əmək və Əhalinin Sosial Müdafiəsi nəzdində X3rşı əmək xəsarəti nəticəsində təyin edilmiş zərərə görə ödəncin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinə və Əmək və Əhalinin Sosial Müdafiəsi nəzdində X3rşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X4” ASC-dən 2008-ci ilin noyabr ayından başlayaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtadək sağlamlığına vurulmuş ziyana görə təyin edilmiş ödəncin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-10/2023 saylı, 11 dekabr 2023-ci il tarixli qərardadı ilə iddiaçı X2 cavabdeh “X4” ASC-yə və maraqlı tərəf Əmək və Əhalinin Sosial Müdafiəsi nəzdində X3rşı əmək xəsarəti nəticəsində təyin edilmiş zərərə görə ödəncin ödənilməsi tələbinə dair mülki iş üzrə icraat xx.xx.2022-ci il tarixdə ölmüş X2 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-10/2023 saylı, 11 dekabr 2023-ci il tarixli qərardadı ilə iş üzrə icraat dayandırıldıqdan sonra məhkəmə tərəfindən mərhum X2 vərəsələrinə vərəsəlik haqqında şəhadətnamənin verilib-verilməməsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində xidmətlər baş idarəsinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində xidmətlər baş idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, məktubla müəyyən edilmişdir ki, mərhum X2 adına vərəsəlik işinin açılıb-açılmaması barədə müraciət baxılmış və “elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində adı çəkilən şəxsin adına vərəsəlik işinin açılması faktı aşkar edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəməyə gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilmədiyinə görə bu əsasla iş üzrə icraata xitam verilməlidir. Məhkəmə dövlət rüsumunun geri qaytarılması ilə bağlı məsələyə gəlincə isə onu qeyd edir ki, iş üzrə tərəf olan şəxs öldüyünə görə ödənilmiş dövlət rüsumu geri qaytarıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 261.0.7, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı X2 cavabdeh “X4” ASC-yə və maraqlı tərəf Əmək və Əhalinin Sosial Müdafiəsi nəzdində X3rşı əmək xəsarəti nəticəsində təyin edilmiş zərərə görə ödəncin ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-6/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-6/2024
05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver