Məhkəmə qərarları › İş №2(002)-608/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-608/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-608/2025 12.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4810 manat pul vəsaitinin tutulması və ona ödənilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, daimi qeydiyyatı Ağdam rayonu Qasımlı ərazi dairəsi Qurdlar kəndindir. Ağdam rayonundan məcburi köçkün olduğuna görə Bakı şəhəri Xətai rayonunda məcburi köçkün kimi məskunlaşmışdır. Rəsmi iş yerimdən Minimal maaş aldığına görə axşamları Nizami rayonu ərazisində yerləşən səkkizinci km bazarında da işləyir. Məhkəməyə müraciət edərək bildirir ki, işlədiyi Bakı şəhəri Nizami rayon ərazisində yerləşən 8-ci kilometr bazarından tanıdığı tanışı hazırda cavabdeh olan Cavabdeh 2024 cü il 21 Avqust tarixində ona zəng edərək vatsapla göndərdiyi öz adına Leobank kartına 5000 manat pul vurmağını ondan xahiş ermişdir. O zəng edərək ona bildirdiki işlədiyi polkalarda mal çatışmır, işlətdiyi polkada məktəb ləvazimatları satmağa malı az olduğuna görə alver edə bilmir. Bu səbəblə ona dost kimi 5000 manat pul tapmağını xahiş etmişdir. O, ona kartla 4200 manat nağd olaraq verdİ. Qalan 500 manatla nağd verdi. Bundan sonra cavabdeh ona zəng edərək bazara öz polkalarına bitişik polka götürdüyünü dedi və əlavə olaraq dostundan özünə şərik etdiyini bildirərək 2 alver polkası işlətdiyini bildirdi. Məktəb ləvazimatları sezonu bitdi. lakin onda götürdüyü pulu qaytarıb verə bilməmişdilər. Aradan aylar keçdi. Bundan sonra o ona dost olduğunu bildirərək alver etmək üçün mal olmadığını bildirərək ondan əlavə 2500 manat pul istəmişdir. O, ona 2500 manat pulu onun leobank kartına.göndərdi. Bundan sonra ölkədə keçirilən kop 29 ilə əlaqədar 8-ci km bazardakı orta polkalar bağlandığına görə ona pulu ödəyə bilmiyəcəyini söylədi. Cavabdeh əvvəlki ondan götürdüyü xx.xx.2024-cü il tarixdəki 5000 manat puldan 2100 manatını qaytarmış, əlavə 2900 borcu qalmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixdə ikinci dəfə götürdüyü 2500 manat puldan 12 günə 690 manat qaytarmışdlr. İkinci götürdüyü puldan 1810 manat qalmışdır. Cavabdeh ümumilikdə sentyabr oktyabr aylarında ondan götürdüyü bütün pulları 1 ay içində qaytaracağını könüllü öhdəliyə götürmüşdür. Cavabdehə ümumilikdə ödədiyi 7500 manat puldan bu günədək ona 2700 manat qaytarmışdır. Cavabdehin ödəmədiyi qalan, borcu 4810 manat təşkil edir . Aradan bir neçə gün vaxt keçdi pullarımı tələb etsəmdə bazarın açılmadlğını bəhanə gətirərək pullarını qaytarmamışdır. Bundan sonra oktyabr 2024-cü il tarixdə təkrar ona zəng edərək bazarın bağlı olduğunu bildirərək yaxın günlərdə ödəniş edəcəyini bildirdi. Hazırda cavabdeh ona olan 4800 manat borcunu işləyib qaytaracağını bildirsə də pullarını qaytarmır. vaxtı uzadır. Cavabdeh ona 4810 manat pul borcu olduğunu etiraf edərək ona olan borcu 4810 manat olduğunu təsdiq edir. Cavabdehə bir neçə dəfə zəng etsə də telefon və votsap zənglərini açmamış və ödəniş etməkdən yayınmışdır, cavabdehdən vatsapa yazaraq pullarını tələb edəndə ona əlavə vaxt verməyini bildirərək qalan borcunu işləyərək qaytaracağının bildirmişdir. O, anlayış göstərərək cavabdehə inandı və pullarını qaytaracağını gözlədi. Əvvəllər arada mehriban münasibət olduğuna görə və utandığına görə cavabdeh telefonu açmırdı. Sonradan ümumiyətlə telefon zənglərinə cavab verməmişdir. Cavabdehin hal hazırda ondamn götürdüyü 7500 manat pul borcundan qaytarmadığı borcu 4800 manat təşkil edir. Cavabdeh ondan götürdüyü pulları tez bir zamanda, geri qaytarmağı barədə şifahi könüllü öhdəlik götürmüş, lakin öhdəliyi düzgün icra etməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə göndərərək, bildirir ki, cavabdeh ümumilikdə ödədiyi 7500 manat puldan məhkəməyə müraciət edənə kimi 2700 manat pul qaytarmışdır, lakin onun məhkəməyə müraciətindən sonra əlavə olaraq 410 manatda ödəniş etmişdir. Hazırda cavabdehin ona cəmi 4400 manat borcu qalmışdır. Bu səbəbdən iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh 4400 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, İddiaçı 4400 manat borcunun olduğunu bildirərək, iddia tələbini etiraf etmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh qeydiyyatı Bakı şəhəri,Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 58, mənzil 38-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[761] Həmin məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İşin faktiki hallarından və işin materillarından göründüyü kimi, iddiaçı cavabdehə pul borc vermiş, cavabdeh isə razılaşdırılmış müddət ərzində borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi tam və vaxtında icra etməmişdir. Nəticədə iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən 4400 manat borc pulunu tələb edir, cavabdeh isə iddia tələbini qəbul edərək, borcunu etiraf etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iş üzrə cavabdehin etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi halları müəyyən edilmədiyindən iddianın etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırda məhkəmə yuxarıda sadalanan normaları, cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4400 manat tutularaq İddiaçının xeyrinə ödənilməlidir. Həmçinini məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçı məcburi köçkün olmaqla dövlət rüsumunun ödəməkdən azaddır. Beləliklə, iş materiallarından göründüyü kimi, cavabdeh dövlət rüsumunu ödəməkdən azad olmadığından və iddia tələbi təmin edildiyindən iddia tələbinin qiymətinə(4400 manat) uyğun olaraq-64 manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət nəfinə alınmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4400 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4400(dörd min dörd yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 64(altmış dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar