Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-61/2022 12.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı1, Cavabdeh1 və Cavabdeh2 iştirakları, İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 oğlu Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 vurduğu ziyana görə 1000 manat və dövlət rüsumuna görə ödənilmiş rüsümunun yarısı olan 15 manat cəmi 1015 manat pulun alınaraq İddiaçı1 ödənilməsi, cavabdehlər Cavabdeh1 və X1 vurduğu ziyana görə 1000 manat və dövlət rüsumuna görə ödənilmiş rüsümunun yarısı olan 15 manat cəmi 1015 manat pulun alınaraq İddiaçı2 ödənilməsi, cavabdehlər Cavabdeh1 və X2 üzərinə kanalizasiya sisteminin təmir edilməsi vəzifəsi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 və İddiaçı2 oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 saylı mənzilin 58 saylı mənzili o- İddiaçı1, Sahil qəsəbəsi. Ə.Gülbabayev küçəsi 16 saylı mənzilin 60 saylı mənzili, o-İddiaçı2 məxsusdur və biz həmin mənzildə yaşayırlar. Həmin ünvanda yuxarı mərtəbədə olan 62 saylı mənzildə Cavabdeh2 və 64 saylı mənzildə isə Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşayırlar. Cavabdehlərə məxsus mənzillərdən onların evə su axıdılması nəticəsində onların hamam və qapının giriş hissəsinə su axaraq yararsız hala düşmüşdür. Cavabdehlərdən Cavabdeh2 dördüncü, Cavabdeh1 isə beşinci mərtəbədə yaşayırlar. Biri digərinin boynuna ataraq suyun axıdılmasında təqsiri olmamasını iddia edirlər. Beşinçi mərtəbədə şaxta bağlandığından divar tamamilə sıradan çıxmışdır. Hazırda bizim mənzillərin təmirə ehtiyacı vardır. Bu barədə dəfələrlə cavabdehlərə məlumat versə də lakin heç bir nəticəsi olmamışdir. Hətta bu barədə MKİSyə də şikayət etmiş, onlar da gəlib vəziyyətlə tanış olub bu barədə akt tərtib etmişlər. Cavabdehlərə bu barədə bildirsə də buna laqeydlik edərək suyun axıdılmasnın qarşını almırlar. Cavabdehlərin təqsirlərinə görə onlar həm maddi, həm də mənəvi əziyyət çəkirlər.AR MM və MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 və Cavabdeh2 oğlu məhkəmə iclasında verdiyi izahatlarında ekspertiza rəyi ilə razı olduqlarını bildirdirərək, iddianı qəbul etmədiklərini və iddianın rədd edilməsini xahiş etdilər. Əlavə olaraq qeyd etdilər ki, su sızmanın səbəbi ümumi nasazlıq olmuşdur. Cavabdeh1 25.08.2021-ci il tarixli məhkəmə iclasında təqdim etdiyi izahatındaərizədə bildirmişdir ki, 1990-cı ilin dekabr ayından Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi ev 16, mənzil 64-də yaşayır. Yaşadıqları bina 9 mərtəbəlidir. O, 5-ci mərtəbədə yaşayır. İndiyə kimi heç bir qonşu ilə mübahisəsi, heç bir fikir ayrılığı olmayıb. Ümumilikdə binada nə iş görmüşlərsə, həmişə canla-başla fikirlərini bir-biri ilə razılıq şəraitində görmüşlər.Belə ki 2 il olar ki, mənzil 58-ə təzə qonşular köçüb (yəni 2-ci mərtəbəyə). Köçən gündən təmir işləri aparırlar, bütün narahatçılığı qonşuluq kimi qəbul etmişlər.Təmir prosesində nə iş görüblərsə (yəqin şaxtanın ümumi kanalzasiya xəttini zədələyiblər). Ondan sonra dedilər su axır. Kanal-su idarəsinin işçisi Rəşid və bir usta gəlib onların evnidə şaxtaya baxıb şəklini çəkdilər və dedilər sizdən heç bir axıntı yoxdur.İndidə məlum oldu ki, onları (yəni 4 və 5 mərtəbəni), 58 və 60-cı mənzilin sakinləri (yəni 2 və 3 mərtəbə) məhkəməyə veriblər. Əgər ümumi kanalizasiya xəttində problem varsa 9 mərtəbənin sakinlərin hamısına aiddir. Niyə 4 və 5-ci mərtəbədə yaşayan sakinlərdən şikayət olunur? Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 saylı mənzilin 58 saylı mənzili tam mülkiyyət hüquqi ilə İddiaçı1 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 07.12.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin MH seriyalı 130734 nömrəli qeydiyyat vəsiqəsindən görünürki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi. Ə.Gülbabayev küçəsi 16 saylı mənzilin 60 saylı mənzili-İddiaçı2 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 28.11.1997-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş və tədqiq olunmuş Qaradağ rayon 109 saylı MKİSin əməkdaşları tərəfindən tərtib edilmiş 28.04.2021-ci il tarixli aktından görünür ki, ünvan 1 saylı mənzilin 58 və 60 saylı mənzillərdə yaşayan sakinlərinin ərizələri əsasında həmin binanın 5-ci mərtəbəsi 64 saylı mənzildə yaşayan Cavabdeh1 mənzilinə baxış keçirmək istədilər,amma qapı bağlı idi.Dəfələrlə telefon əlaqəsi saxlanılsa da qapını açmadılar. Su kanal işçiləri həmin mənzilə baxış keçirmişdilər. Aşağı mərtəbələrə suyun axıdılması həmin mənzilinin şaxtasından olduğu müəyyən edilib.Həmin mənzilin sahibi evin təmirli olduğunu əsas gətirərək, şaxtanın təmin olunmasına icazə verməmiş və suyun 4-cü mərtəbə 62-ci mənzildən axmasını iddia edir. Su isə aşağıdakı mənzillərə axır və bu 4-3-2 mərtəbədəki mənzillərin təmirini sıradan çıxarıb. Mənzillərə külli miqdarda ziyan vurub. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-cu il tarixli 10/4791 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 58 və 60 saylı mənzillərə, binanın ümumi istifadəsində olan kanalizasıya borusunda yaranan nasazlıq nəticəsində su sızdığı müəyyən olunur. ünvan 1 ünvanın yerləşən 58 saylı mənzildə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 506.00 manat məbləğində müəyyən olunur.ünvan 1 ünvanı yerləşən 60 saylı mənzildə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 272.00 manat məbləğində müəyyən edilir.Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, tərəflərin izahatları, iş materialları ilə müəyyən olunan mübahisəsiz hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 58 və 60 saylı mənzillərə su sızma nəticəsind maddi zərər dəymişdir. Tərəflər arasında mübahisəli hal isə ünvan 1 ünvanında yerləşən 58 və 60 saylı mənzillərə su sızmasının səbəbi və həmin zərərin cavabdehlərin təqsiri nəticəsində olub olmaması ilə bağlıdır.. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-cu il tarixli 10/4791 nömrəli ekspert rəyindən göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 58 və 60 saylı mənzillərə binanın ümumi istifadəsində olan kanalizasıya borusunda yaranan nasazlıq nəticəsində su sızmışdır.Beləliklə, məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 58 və 60 saylı mənzillərə vurulmuş ziyanın səbəbi binanın ümumi istifadəsində olan kanalizasıya borusunda yaranan nasazlıq olduğundan və eyni zamanda iddiaçılar vurulmuş ziyanın cavabdehlər tərəfindən vurulması halını sübuta yetirə bilmədiyindən(sübutetmə yükü iddiaçıların üzərinə düşür) hazırki iş üzrə ”vurulmuş maddi ziyanın ödənilməsi” tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-61/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-61/2022
12.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver