Məhkəmə qərarları › İş №2(002)-611/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-611/2022

20.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-611/2022 20.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Cavabdeh və onun vəkilinin iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «rekonstrukisiya işləri dayandırılması,quraşdırılmış qapının sökülməsi,pəncərələrin bərpası,pəncərə alt divar hissəsinin tikilməsi,üzlük (aqlay) daşın vurulması və dəyən maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «rekonstrukisiya işləri dayandırılması,quraşdırılmış qapının sökülməsi,pəncərələrin bərpası,pəncərə alt divar hissəsinin tikilməsi,üzlük (aqlay) daşın vurulması və dəyən maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,28 May küçəsi,3 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən 38 saylı mənzildə rekonstruksiya işləri dayandırılması,quraşdırılması qapının sökülməsi,pəncərələrin bərpası,pəncərələrin alt divar hissəsinin tikilməsi,üzlük (aqlay) daşın vurulması Cavabdeh üzərinə qoyulması, 100 (yüz) manat məbləğində ödənilən dövlət rüsumunun və 416 manat məbləğində dəyən maddi ziyanın Cavabdeh tutularaq Qaradağ Mənzil-Kommunal Təsərrüfat Birliyinin xəzinəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.201 1-ci il tarixli. 435s nömrəli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli. 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosiai İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilməsi qərara alınmışdır. Balansa verilən mənzil fondunun istismarı və sakinlərə yüksək səviyyədə kommunal xidmətlərin göstərilməsini təmin etmək məqsədilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdində 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi yaradılmış və qeyd edilən mənzil fondu, o cümlədən ünvan 1 ünvanında yerləşən yaşayış binası 1 saylı XT MKTB-nin balansına və istismar edilməsi üçün həmin Biriyin 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. Bakı Şəhər Mənzil-Kommunal TəsərrüfatıDepartamentininxx.xx.2015-ciiltarixli.83saylı sərəncamına əsasən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan,Qaradağ rayonunun ərazisində yerləşən və 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinin istismarındakı yaşayış binaları,invertarları daxil olmaqla bütün aktivləri ilə birlikdə qeyd olunan sərancamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə verilmişdir.(xx.xx.2015-ci il tarixli təhvil-təslim aktı əlavə olunur).Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilən “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqə"lərindəünvan 2 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binası Qaradağ rayon MKTB-nin balansında olan daşınmaz dövlət əmlakı kimi hər il Xidmət tərəfindəntəsdiqedilir. Tərəfimizdən müəyyən olunmuşdur ki. xx.xx.2021-ci il tarixdə balansımızda olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi. 28 May küçəsi. 3 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən 38 saylı mənzilin sahibi Cavabdeh tərəfindən heç bir əsas olmadan rekonstruksiya işləri aparılmışdır. Qəsəbənin mərkəzi yoluna. 28 May küçəsinə baxan mənzilin iki pəncərəsi sökülərək, yerinə bir giriş qapısı və bir vitrin şüşə qoyulmuşdur. Söküntü zamanı binanın fasadında olan bir neçə kvadrat metr üzlük (aqlay) daşı dağıdılmışdır. Beləliklə binanın ümumifasadgörünüşüpozularaq.QaradağMənzil-KommunalTəsərrüfatıBirliyinə maddi ziyan vurulmuşdur. Belə birhalaşayışbinasınındayanıqlığınazərərxurmaqlaarzuolunmaz qəza vəziyyəti yarada bilər. Bakı şəhəri. Qaradağ rayonu. Lökbatan qəsəbəsi. 28 May. 3 saylı evin.38saylımənzil(yaşayış sahəsi) Azərbaycan Respublikası ƏMDKyanındaDƏDRXtərəfindənHüquqlarınDövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh xüsusimülkiyyətindədir. Vətəndaş Cavabdeh özbaşına olaraq, ona məxsus yaşayış sahəsini qeyriyaşayış sahəsinə keçirilməsini istəyir, bu da qanuna ziddir. 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi. 10-cu PolisBölməsi.QaradağrayonPolisİdarəsi. Qaradağ rayon İcra Hakimiyyəti və tərəfimizdən ona edilən xəbərdarlıqdan(27.12,2021-ci il tarixli, 1042 saylı xəbərdarlığın surəti əlavə olunur) sonra metal jalüz qapıları çıxarılmış, açılmış qapı tikilərək qismən əvvəlki vəziyyətinə qaytarılmışdır. Məsələnin qanunauyğun formada həlli istiqamətləri vətəndaşa dəfələrlə izah edilmişdir, özbaşına etdiyi hərəkətlərdən çəkinməsi üçün ona edilən xəbərdarlıqlara baxmayaraq Cavabdeh dağıdaraq qapını yenidən açmışdır. Bu isə dövlət şəhərsalma haqqında qanunvericiliyin tələblərinin və dövlət mənzil fondunun balans sahibi olaraq hüquqlarının pozulmasıdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, 12 yanvar 2022-ci il tarixdə Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 38-ci mənzildə yaşayan Cavabdeh yaşadığı mənzildə rekonstruksiya işlərini özbaşına aparmaqla nəticədə guya Qaradağ Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ümumilikdə 416 manat zərər vurmuşdur. Həmçinin iddia ərisəzinin dəlillərində göstərilir ki, Cavabdeh özünə məxsus və onun şəxsi mülkiyyətində olan göstərilən ünvanda yerləşən 38 saylı mənzili yaşayış sahəsindən qeyri yaşayış sahəsinə çevirmək üçün həmin mənzildə müvafiq rekonstruksiya işlərini guya özbaşına aparmağa başlamışdır. Bu tamamilə yanlışdır. Belə ki, Cavabdeh ona məxsus və onun xüsusi mülkiyyətində olan yuxarıda göstərilən mənzilin yaşayış sahəsindən qeyri yaşayış sahəsinə çevrilməsi üçün AR Mənzil Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə müvafiq olaraq icazə almaq üçün rəsmi qaydada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov cənablarına müraciət etmişdir. Rayon İcra hakimiyyəti Başçısının müavini Nadir Muradovun imzaladığı 26 oktyabr 2021-ci il tarixli Ə-159-019 saylı məktubda AR Fövqaladə Hallar Nnazirliyinə və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müracicət etmək Cavabdeh tövsiyə olunmuşdur. Qaradağ Rayon Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılovun imzası ilə 29.şXİ.2021-ci il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə müraciət olunmuş və qeyd olunan mənzilə baxış keçirilməsini onlardan xahiş etmişdir. Bu barədə Cavabdeh özü də Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət etmişdir. Həmin Agentliyin rəis müavini Zenfira Rzayevanın 15 dekabr 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, qüvvədə olan qanunvericiliyə əsasən rekonstruktiv dəyişiklik etmədən qeyri-yaşayış sahəsinə çevrilməsi üçün hər hansı rəyin alınması tələb olunmur. Eyni zamanda göstərilir ki, AR Mənzil Məcəlləsinin 21-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazənin verilməsi müvafiq yerli icra hakimiyyəti orqanının saləhiyyəti daxilindədir. Cavabdeh bütün icra qramlarına, o cümlədən Polis Bölməsinə dəfələrlə mübahisəli məsələ barəsində müraciət etsə də naməlum səbəbdən onun müraciətinə baxılmaqda süründürməçiliyə yol verilmiş və rekonstruksiya üçün konkret qərar qəbul edilməmişdir. İddianın dəlillərində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istfadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Bəli qanunun müdaəsı belədir, mübahisəli mənzil Cavabdeh şəxsi mülkiyyətindədir və onun öz mənzilində apardığı tikinti təmir işlərinə görə heç kimə maddi ziyan vurmur və bunun üçün o heç kimə və hər hansı bir təşkilata təzminat ödəməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycanda mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İş materiallarından göründüyü kimi Cavabdeh 29 iyun 2021-ci il tarixdə Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən 38 saylı mənzilə mülkiyyət hüququ əldə etmişdir. Ona qarşı törədilən qanunsuzluqların qarşısını almaq məqsədilə Cavabdeh Hürməhəmməd oğlu Bakı İnzibati Məhkəməsinə 17.01,2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək ona məxsus mənzildə rekonsruksiya işlərinin aparılmasına icazə verilməsi ilə əlaqədar Qaradağ rayon İcra Hakimiyyəti üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahi etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, öz izahatında cavabdehə qarşı heç bir qərəzin olmadığını, sadəcə qanunvericiliyin tələbinə əməl eidlmədiyindən, indiki halda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün heç bir qanuni əsas olmadığından, bu barəəd heç bir icazə olmadığından, cavabdehin hərəkətləri qanunsuz olmuşdur, bu hal isə onların hüquqlarını pozduğunu, müvafiq ekspert rəyi ilə razı olduqlarını bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinə etiraz edərək,izahatda iddia tələbinin tamamilə əsasız olduğunu, cavabdehin bununla bağlı müvafiq qurumlara dəfələrlə mürcaiət etdiyini, lakin heç bir cavab almadığından məcbur qalın həmin yaşayış sahəsini qeyri yaşayış sahəsinə çevirdiyini, həmin yerə görə vergi öəddiyini, onların onu nəqədər ziyana saldığını, onların etdiyinin tamamilə qanunsuz olduğunu, ona qarşı qərəzli yanaşdıqlarını, ondan başqa həmin yerdə neçə belə sahə var, eç kimlə işləri yoxdur, ancaq ona imkan vermirlər ki, həmin sahədə işləsin, indi onları inzibati məhkəməyə veridyini, həmin məhkəmə də ona xeyir qərar versə də, yenə də ona əməl etmədiklərini bildirərək, iddianın rədd olunması barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili məhkəmə iclasında iştirak edərək,etiraz ərizəsinin məzmununa və cavabdehin izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2015-ci il tarixli təhviltəslim aktının məzmunundan aydın olur ki, Qaradağ rayonund yerləşən 1 saylı Xüsusi Təyinatlı Kommunal Təsərrüfat Birliyinin balansında olan 150,152, 156 saylı MKİS-nin xidməti dairəsində olan mənzil fondunun Qaradağ rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansına cədvəl üzrə təhvil verildiyi qeyd eidlmişdir, həmin əlavə cədvəl üzrə 28 May küçəsi 3 saylı bina qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,28 May küçəsi 3 saylı yaşayış sahəsi daşınmaz əmlakın ümumi sahəsi 42.20 kvadratmetr torpaq sahəsinin ölçüsü olmaqla xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur, bu hüquq xx.xx.2021ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, 3 gün müddətində aparılan qeyri-qanuni rekonstrukisya işlərinin dayandırılması, quraşdırlmış qapıların sökülməsi, pəncərələrin bərpası, pənəcərəaltı tikilməsi, üzlük aqlay daşın vurulması və dəyən maddi ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş çəkilən xərclə bağlı Qaradağ rayonu MKTB-nin məlumatından görünür ki, Lökbatan qəsəbəsi 28 May küçəsi 3 saylı ev 38 saylı mənzilin mərkəzi küçəyə baxan pəncərələrinin bərpası ilə bağlı çəkilən xərclər 416 manat təşkil edir. İş materialalrında olan və məhkəmə iclasında tədqiq edilmiş MN №0657520 saylı inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, Cavabdeh Nurməhəmməd oğlu tərəfindən İXM-nin 395.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, bu barədə protocol tərtib edilmişdir. İş materialalrında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ Rayon İcra HAkimiyyətinin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, Cavabdeh oğıuna yaşayış sahəsinin qeyriyaşayış sahəsinə çevirilməsi zamanı yenidənqurma işləri ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğu olaraq layihə, müvafiq rəylər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları və Azərbaycan Respubliksı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdqi olunduqdan sonra məsələyə yenidən baxılacağı bildirmişdir. İş materialalrında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar NAzirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, Cavabdeh ünvanlanmış məktubda ona məxssu mənzilin qeyr-yaşayış sahəsinə keçirirlməsi üçün Nazirılik tərəfindən rəy verilməsinin tələb olunmadığı, icazənin verilməsinin müvafiq yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olduğu qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2022-ci il tarixli 10/1610 nömrəli ekspert rəyindən görünür ki,Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,28 May küçəsi 3 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən 38 saylı mənzilin texniki pasportunun məlumatlanrında göstərilən pəncərə əvəzinə rekonstruksiya işləri aparılaraq küçədən giriş-çıxış qapısı quraşdırılmışdır, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,28 May küçəsi 3 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən 38 saylı mənzildə aparılmış rekonstruksiya işləri nəticəsində binaya vurulmuş üzlük aqlay daşlarına və 2,0-3,0 kv.m sahədə mişar daşına ziyanın vurulduğu müəyyən edilmişdir, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,28 May küçəsi 3 saylı yaşayış binasına dəymiş ziyanın aradan qaldırılması üçün görülməli tikintitəmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 146 manat məbləğində olduğu müəyyən olunur, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,28 May küçəsi 3 saylı yaşayış binasında yerləşən 38 saylı mənzildə görülmüş rekonstruksiya işlərindən əvvəlki vəziyyətə qaytarılması üçün yaşayış binasının ön fasad hissəsində pəncərə boşluğunun əvəzidə açılan qapı boşluğu əvvəlki vəziyyətə gəritilməlidir.Aparılmış tədqiatın dəyəri 100 manat təşkil edir. Məhkəmə bununla əlaqədar bir sıra hüquq normalarının qeyd olunmaını zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllənin 20.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı kimi sənədləri təqdim edir. Həmin Məcəllənin 21.3-cü və 21.4-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 21.5-ci maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. Azərabyacn Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən eidlmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi cavabdehə xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. Həmin mənzilin yerləşdiyi bina iddiaçının balansındadır.Cavabdeh həmin yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirmişdir,bununla bağlı heç bir razılıq (icazə) sənədi yoxdur.Qeyd edilən hallar işin mübahisəsiz hallarıdır. İddiaçı cavabdehin yaşayış sahəsini qanunvericiliyin tələbinə zidd olaraq qeyri-yaşayış sahəsinə keçirdiyini əsas gətirərək, belə bir iddia tələbini irəli sürmüşdür. Cavabdeh isə iddia tələbinə etiraz edərək, etirazını yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirdiyini qəbul etdiyini, lakin bun ona vaxtında mürcaiətlərinə cavab verilmədiyindən, icazə verilmədiyindən, heç bir cavab verilmədiyindən etməsi halı ilə əsaslandırmışdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdeh özünə məxsus olan yaşayış sahəsini qeyr-yaşayış sahəsinə keçirilməsi zamanı mənzil qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, mənzil qanunvericiliyin tələbinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçrilməsi üçün mülkiyyətçi və ya səlahiyyət verilmiş şəxs qanunvericilikdə siyahısı aydın, dəqiq və birmənali şəkildə qeyd edilmiş sənədlər və ərizə ilə müvafiq orqana mürcaiət etməli və müvafiq icra hakimiyyəti orqanının bu barədə qərarı əsasında həyata keçirilməlidir. İndiki halda isə mübahisə predmeti olan yaşayış sahəsinin qeyri yaşayış sahəsində keçirilməsi ilə bağlı qeyd edilən qərarın olması halı aşkar edilməmişdir. Həmçinin, məhkəmə cavabdehin etirazının əsaslrı ilə bağlı onu qeyd edir ki, müvafiq səlahiyyətli orqan tərəfindən qeyd edilən qərarın qəbul edilməməsi və ya bundan imtina olunması və ya ümumiyyətlə cavab verilməməsi halı cavabdehə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə qanunveriicliyin tələbinə zidd olaraq keçirilməsi hüququnu yaratmır. Bu halda cavabdehin qeyd edilən məsələlərlə bağlı hüququnun pozulduğunu hesab etdiyi halda inzibati məhkəmə icraatı qaydasında pozulmuş hüququnun bərpa eidlməsi ilə bağlı məhkəməyə mürcaiət etmək hüququ yaranmış olardı. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və iddia tələbi cavabdeh tərəfindən yaşayış sahəsinə əvvəlki vəziyyətinin bərpa edilməsi (ekspert rəyində qeyd eidlmiş rekonstruksiya işləri görməklə) hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı onu qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində həmin yaşayış binasına 416 manat məbləğində maddi ziyan vurulduğunu bildirsə də, qeyd edilən halla bağlı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı yalnız özü tərəfindən hesablanmış məlumat təqdim edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müvafiq məhkəmə ekspertizası təyi eidlmiş, həmin ekspert rəyi əsasında dəymiş ziyanın məbləğinin 146 manat olduğu müəyyən edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində yaşayış binasına vurulmuş ziyanın məbləği məhz ekspert rəyi əsas götürülməklə müəyyən edilməli, iddia tələbi qeyd eidlən hissədə təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 117.2-ci maddəsinə əsasəm bu Məcəllənin 117.1-ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlar məcmuəsinə hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh tərəfindən ona məxsus olan Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,28 May küçəsi 3 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən 38 saylı mənzilin texniki pasportuna uyğun olaraq yaşayış binasının ön fasad hissəsində pəncərə boşluğunun əvəzində açılan qapı boşluğu əvvəlki vəziyyətə gətirilməklə, 38 saylı mənzil görülmüş rekonstruksiya işlərindən əvvəlki vəziyyətə qaytarılmalı (texniki pasportuna uyğun olaraq), rekonstruksiya işlərinin görülməsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 146 manat məblğində pul vəsaiti və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iş üzrə çəkilmiş ekspertiza xərcinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən ona məxsus olan Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,28 May küçəsi 3 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən 38 saylı mənzilində yaşayış binasının ön fasad hissəsində pəncərə boşluğunun əvəzində açılan qapı boşluğu əvvəlki vəziyyətə gətirilməklə (mənzilin texniki pasportuna uyğun olaraq), 38 saylı mənzil (texniki pasportuna uyğun olaraq) həmin mənzildə görülmüş rekonstruksiya işlərindən əvvəlki vəziyyətə qaytarılsın Cavabdeh rekonstruksiya işlərinin görülməsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 146 manat məblğində pul vəsaiti və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə çəkilmiş ekspertiza xərcinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar