Məhkəmə qərarları › İş №2(002)-613/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-613/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-613/2024 25.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********32 saylı kredit müqaviləsinə əsasən, Azərbaycan Beynəlxalq Bankı ASC İddiaçı 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 10,000 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi Əlavə olan ödəniş qrafikindən görünür ki, qeyd edilən kreditin aylıq ödəniş məbləği 376.76 manat təşkil edir.

2. "xxxx" ASC ilə borclu İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10210***- *******01L saylı girov müqaviləsinə əsasən, girov qoyan xüsusi mülkiyytə hüququ ilə özünə məxsus olan və müqavilənin ayrılmaz hissəsi olan “Daşınar Əmlakın Qiymətləndirmə Aktı”nda (girov predmetini təşkil edən əmlakın siyahısı) və ya Əlavədə göstərilən əmlakı 10210***-*******01L saylı xx.xx.2022-ci iltarixli əsas kredit limiti razılaşması və bu razılaşma çərçivəsində SMS vasitəsilə “Borclu”ya verilən kreditlər üzrə kreditlər üzrə öhdəliklərin təmin edilməsi məqsədilə “Girov Saxlayan” qarşısında Grioc ilə yüklü edir. Həmin tərəflər arasında bağlanmış 10210***-*******01L saylı xx.xx.2022-ci iltarixli əsas kredit limiti razılaşmasına əlavə aktı olan Ödəniş Cədvəlinə əsasən İddiaçı 3500 manat pul vəsaitini qızıl-zinət əşyalarını girov qoymaqla, 18 ay müddətində hər ay 243.97 manat ödəmək şərtilə götürmüşdür.

3. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-ci il tarixli EE000836058 saylı kredit müqaviləsinə əsasən, Azərbaycan Beynəlxalq Bankı ASC İddiaçı 48 ay müddətinə illik 18.9 faiz dərəcəsi ilə 11,498 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi Əlavə olan ödəniş qrafikindən görünür ki, qeyd edilən kreditin aylıq ödəniş məbləği 343.19 manat təşkil edir.

4. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixədək ödənilmiş əsas borcu: 2516.96 manat, ödənilmiş faiz borcu 2305,55 manat, ödənilmiş cərimə faizi 0 manat təşkil etmiş, eyni zamanda ödənilməmiş boruc 8981.04 AZN əsas; 103.76 manat faiz; cəmi 9084.8 manat təşkil etmişdir. İddia tələbi

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən 2022-ci ilin əvvəllərində Cavabdeh verilmiş 3656 manat nağd pul vəsaitinin, cavabdehin şəxsi ehtiyacları üçün götürülmüş xx.xx.2022-ci il tarixli kredit borcu üzrə Cavabdeh əvəzinə onun tərəfindən ödənilmiş 752 manat pul vəsaitinin, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən girov qoyulmuş qızıllar üçün tərəfindən ödənilmiş 1900 manat məbləğdə pul vəsaitinin, xx.xx.2022-ci il tarixli, EE000836058 nömrəli kredit müqaviləsi üzrə tərəfindən ödənilmiş 3787 manat məbləğdə pul vəsaitinin, ödəniş cədvəlinə uyğun olaraq hər ay 343 manat 19 qəpik olmaqla, xx.xx.2027-ci il tarixədək ümumilikdə qalan 9619 manat məbləğdə pul vəsaitinin və iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 180 manat məbləğdə pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı tərəfindən 2022-ci ilin əvvəllərində Cavabdeh verilmiş 2904 manat nağd pul vəsaitinin; cavabdehin şəxsi ehtiyacları üçün götürülmüş xx.xx.2022-ci il tarixli kredit borcu üzrə Cavabdeh əvəzinə onun tərəfindən ödənilmiş 752 manat pul vəsaitinin; xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən girov qoyulmuş qızıllar üçün tərəfindən ödənilmiş 1900 manat məbləğdə pul vəsaitinin; xx.xx.2023ci il tarixli, EE000836058 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən mənimsənilmiş 3498 manat vəsaitinin və sonuncu kredit müqaviləsi üzrə tərəfindən ödənilmiş 4822 manat məbləğdə pul vəsaitinin, ümumilikdə 13876 manat məbləğdə pul vəsaitinin; və sonuncu kredit müqaviləsi üzrə ödəniş cədvəlinə uyğun olaraq hər ay 343 manat 19 qəpik olmaqla, xx.xx.2027-ci il tarixədək ümumilikdə qalan 9042 manat məbləğdə pul vəsaitinin və iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 180 manat məbləğdə pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində birlikdə çalışmışlar. Cavabdeh 2022-ci ilin əvvəllərində onun yanına gələrək anasının onkoloji xəstə olduğunu və müalicəyə ehtiyacı olduğunu, eyni zamanda bir neçə şəxsə borcunun olduğunu bildirmiş və həmin borcları ödəmək üçün ondan kömək istəmişdir. Bu məqsədlə o əvvəlcə nağd əlbəəl şəkildə ümumilikdə 3656 manat borc pul vəsaiti vermiş, daha sonra isə öz adına, lakin Cavabdeh vermək üçün "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixdə aylıq 376 manat ödənilməsi şərti ilə, ümumilikdə 12.496 (on iki min dörd yüz doxsan altı) manat məbləğdə kredit götürmüş və Cavabdeh ilə həmin kredit məbləğinin aybaay onun tərəfindən ödənilməsinə dair razılığa gəlmişlər. Cavabdeh həmin kredit borcunun hər ay 376 manat olmaqla fevral-noyabr ayları ərzində, 9 ay davamlı şəkildə ödəyərək 3384 manat məbləğdə hissəsini ödəmiş, kredit borcunun növbəti noyabr-yanvar ayları üzrə 2 aylıq, yəni 752 manat məbləğdə hissəsi iddiaçı tərəfindən ödənilmiş, ümumi kredit borcundan 8360 manat məbləğdə pul vəsaiti qalmışdır. Daha sonra, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də yenidən onun adıma, lakin Cavabdeh ehtiyacları üçün aylıq nəzərdə tutulmuş ödəniş məbləği 343 manat 19 qəpik və illik faiz dərəcəsi 18.9 % olmaqla ümumilikdə 11.498 manat məbləğdə yeni kredit rəsmiləşdirilmişdir. Sonuncu kredit məbləğinin bir hissəsi əvvəlki kredit borcu üzrə ödənilməmiş hissənin əvəzinə tutulmuş, qalan 3138 manat məbləğdə hissəsi isə Cavabdeh tərəfindən götürülmüş və o, həmin pul vəsaiti ilə özü tərəfindən işlədiyi yerdən edilmiş oğurluqla bağlı vurulmuş ziyanın əvəzi kimi dövlət nəfinə ödəyəciyini bildirmişdir. Belə ki, Cavabdeh tərəfindən işlədiyi AR Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmidən oğurluq etdiyinə, eyni zamanda qanında narkotik müəyyən edildiyinə görə barəsində cinayət işi başlanmışdır və Cavabdeh tərəfindən sözügedən 3138 manat məbləğdə pul vəsaiti həmin cinayət işi üzrə təqsirləndirildiyi əməl üzrə vurulmuş zərərin əvəzinin dövlət nəfinə ödənilməsi üçün istifadə olunmuşdur. Sonuncu kredit üzrə aylıq ödənişlərin Cavabdeh tərəfindən ediləcəyi ilə bağlı da həmin şəxslə razılığa gəlsə də, bu günə qədər onun tərəfindən hər hansı ödəniş edilməmiş, kreditin götürüldüyü gündən hazırki tarixədək, üzərinə gəlinmiş faiz ödənişi də nəzərə alınmaqla, ümumilikdə borcun 3787 manat məbləğ hissəsi tərəfindən ödənilmiş, 9619 manat məbləğ hissəsi ödənilməmiş qalmışdır. Ona məxsus qızıl-zinyət əşyaları xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən borc pul məbləği əldə etmək məqsədilə girov qoyulmuş, onun əvəzində 4668 manat məbləğdə pul vəsaiti əldə edilmişdir. Cavabdeh dəfələrlə həmin pul vəsaitinin bütövlükdə özü tərəfindən geri qaytarılacağı vədi vermiş olsa da, onun tərəfindən 2768 manat məbləğdə hissəsi ödənilmiş, yerdə qalan 1900 manat hissəsi isə onun tərəfindən ödənilmişdir. Qeyd edilməlidir ki, Cavabdeh ilə 2022-ci ilin aprel ayında rəsmi nikah bağlamış olsa da, bu nikah daim faktiki xarakter daşımış və aralarında heç bir zaman normal ailə münasibətləri olmamışdır. Birgə nikah dövründə əldə edilmiş kredit borcu üzrə pul vəsaitləri də cavabdeh tərəfindən heç bir şəkildə ailə məsrəfləri üçün xərclənməmiş, yuxarıda qeyd edilmiş, şəxsi məsrəfləri üçün sərf edilmişdir. Hal-hazırda aralarındakı münasibətlər daha da pisləşmişdir və boşanma ərəfəsindədirlər. Cavabdeh ona və digər şəxslərə olan bütün borc pul vəsaitlərinin məbləğlərini əks etdirən və cavabdehin öz xətti ilə yazmış olduğu vərəqlər, özünün etirafedici ifadələrinin əks olunduğu mesajlar və səs yazıları, onun Cavabdeh borcları və şəxsi məsrəfləri üçün digər şəxslərə və banka ödədiyi pul vəsaitlərini təsdiq edən ödəniş çekləri qoşma hissədə təqdim edilir. Həmin sübutlardan və digər faktlardan göründüyü kimi, Cavabdeh tərəfindən ondan götürülmüş ümumilikdə (bankdan götürülmüş kredit məbləğləri də nəzərə alınmaqla) 25.852 manat məbləğ pul vəsaitindən 6152 manat məbləğdə hissəsi cavabdeh tərəfindən ödənilmiş, sonuncu kredit borcu üzrə (11498 manat məbləğ pul vəsaitindən) hazırki tarixdən sonrakı tarixlərə bölünmüş, əlavə faiz məbləğləri ilə bərabər, ümumilikdə 9619 manat məbləğdə pul vəsaiti və qalan 10.081 manat məbləğdə borc pul vəsaiti ödənilməmiş qalmışdır. Bütün bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

8. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh onun həyat yoldaşıdır, aralarında olan nikah rəsmi qaydada pozulmasa da, onlar ayrılmışlar. Cavabdeh hazırda Türkiyəyə qaçmışdır. Belə ki, o, bir çox şəxsi aldadaraq pulunu mənimsəmiş, barəsində cinayət işi üzrə hökm də çıxarılmışdır. Cavabdehi tanıyandan həmişə borcu, problemləri olmuşdur, əl borcunu, üçüncü şəxslərə olan borclarını və işində yaranmış problemləri həll etmək məqsədilə daima ondan təkidlə borc istəmiş, onu kredit götürməyə vadar etmiş, həmin kreditləri, lombard borcunu qaytaracağını vəd etsə də, vədinə əməl etməmişdir və öhdəliklərini bu gün də icra etməkdən yayınır. Ona görə bankdan kreditlər götürüb, daha sonra ona əl borcu verib. Ödəniş qəbzləri var. Əvvəlcə nikahsız yaşadıqları dövrdə Elvin topazda pul uduzmuşdu, işə buraxmırdılar ki, borcunu ödə. İş yerində narazılıq etdikləri üçün o, öz qızıllarını lombarda qoyaraq pul götürüb Elvinin borclarını ödəmişdir. Daha sonra Elvin şəxsi problemlərinin həlli üçün onu bankdan kredit götürməyə vadar etmişdir. Bununla bağlı onunla telefon yazışmaları, səs yazıları var. Cavabdeh özü mesajlarda pulu qaytaracağını, yetim uşağın haqqını yeməyəcəyini, kreditlərin onun əvəzinə götürüldüyünü və kredit ödənişlərini banka ödəcəyini etiraf edir, işləri yolua düşənə qədər möhlət istəyir və qısa zamanda 4 illik kredit müqaviləsinin aylıq 343 manat ödənişlərini ödəyəcəyini vəd edir, bir neçə ay da kreditin aylığını ödəməsini ondan xahiş edir. Hətta cavabdeh ona mesaj yazıb ki, iddia tələbini geri götür, borcu ödəyəcək. Kredit ailə xərclərinə sərf edilməmişdir, belə ki, cavabdehin məhkəmə iclasında dediyi evin təmirinə və s çəkilən xərclər həqiqəti əks etdirmir. Onun evi Elvinlə ailə qurmamışdan əvvəl təmirli olmuşdur, kreditlər götürüləndə heç bir ev təmir edilməmiş, heç bir əmlak əldə edilməmişdir. Həm kredit, həm lombard müqavilələri sırf cavabdehin işdəki problemlərinə və üçüncü şəxslərə olan borclarının ödənilməsinə yönəlmişdir. Kredit müqaviləsindən əlavə o, Elvinə əl borcu da vermiş, iki dəfə onun avtomobilini cərimə meydançasından çıxarmışdır. Bir illik kredit borcunu banka ödəmişdir. 2022-ci il tarixdə götürülən kreditin bir qismini Elvin ödəsə də, 752 manatını o ödəmiş, daha sonra özünün adına 2023-cü ildə 11,498 manat məbləğində başqa kredit götürməklə 2022-ci ilin kreditini bağlamışlar, 11498 manatdan 2022ci ilin kreditini bağlayandan sonra bank tərəfindən ona nağd şəkildə 3498,98 manat pul verilmiş, o da həmin pulu olduğu kimi cavabdehə vermişdir. Belə ki, cavabdeh özü işində yaranmış qanunsuzluqlara görə prokurorluq orqanında araşdırma getməsi səbəbilə onu kredit götürməyə təkidlə vadar etmiş və 2022-ci ilin krediti bağlandıqdan sonra yerdə qalan 3498,98 manat pulu ondan borc götürüb getmişdir. Bunu təsdiq edən şahidlər də vardır. 2023-cü ilin krediti üzrə banka olan borc hələ bilməmiş, 9000 manat civarında borc qalmışdır, aylıq ödənişlər 342 manatdan olmaqla. Cavabdeh bir dəfə də işlədiyi gəmidən oğurluq etmişdi. Onun həbs olunmaması və işdən çıxarılmaması üçün oğurladığının qaytarılması üçün pulu da ödəmişdir. Məhz buna görə bankdan kredit götürmüşdür. Həm də cavabdeh ona bir neçə dəfə deyib ki, “ödəniş terminalına yaxınlaş, sənə bir neçə şəxsin bank kartının nömrəsini deyəcəm, sən də onlara pul göndər”. O da dəfələrlə onun dediyi kimi edib. O, pul göndərdiyi həmin şəxsləri tanımır. Xəstə uşağı var. Cavabdehin hərbi hissədəki hərbçilərə olan borcunu, qumar borcunu bağlayıb. Cavabdeh iş yerindən oğurluq etdiyinə görə həbs olunmuşdu və işdən çıxarılmışdı. İş yerinə olan borcunu da iddiaçı özü bağlayıb, daha sonra cavabdeh işə bərpa olunmuşdur. Cavabdehin bütün banklara kredit borcu olub. Ona görə də o, bankdan əlavə kredit götürə bilməmiş, onu vadar etmişdir. Ona görə özü cavabdehin adından bankdan kredit götürmüşdür. Cavabdehin iş yoldaşı Şəhriyara olan borcunu 1500 manat olmaqla lombarddan əldə etdiyi pul vasitəsilə bağlayıb, Şəhriyar məhkəmə iclasında buna şahidlik etmişdir. Cavabdehin onunla yazışmaları, səs yazıları var. O, borcunun olduğunu qəbul edir. Cavabdehin iş yoldaşlarına olan borcunu özü ödəyib. Cavabdeh üçün bankdan iki dəfə kredit götürüb. Birinci kredit müqaviləsində borcu qalmışdı. İkinci dəfə kredit götürən zaman birinci kredit müqaviləsi üzrə qalan 4822 manatı ödəyib. Cavabdeh üçün qızıllarını lombarda qoyub oradan 3500 manat götürmüşdür. Həmin məbləğin 1500 manatını cavabdehin borcuna görə Şəhriyara verib. Lombarddan olan borcunun 1900 manatını özü ödəyib. Bank borcundan cavabdehin 4822 manat ödəməli olduğu halda bir ildən çoxdur ki, aylıq kreditləri o özü ödəyir. borcu qalıb. Sonuncu dəfə bankdan cavabdehin həbs olunmaması üçün kredit götürüb. Cavabdeh işlədiyi gəmidən oğurluq etdiyinə görə həbs olunurdu. Oğurladığının əvəzini ödəmək üçün bankdan kredit götürüb. Cavabdeh borclarını ona qaytarmayıb. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş edir.

10. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, iddia tələbini müdafiə edir, tərəflər ər-arvaddır. Tərəflər arasında borc mübahisəsidir. Belə ki, cavabdeh iddiaçıdan daima borc pul götürmüş, çoxsaylı borcları olmuşdur. İki dəfə iddiaçı cavabdehin problemlərinin həlli məqsədilə kredit götürmüş, 2022-ci ilin krediti 2023-cü ilin krediti ilə bağlanmış, yerdə qalan 3498,98 manat pul cavabdehə əlbəəl verilmiş, eləcə də iddiaçı tərəfindən həmin kredit müqaviləsi üzrə bu günədək 4822,51 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bunu məhkəmə iclasında X1, X2 və X4 təsdiq edə bilər. Tərəflərin müvafiq yazışmaları bunu sübut edə bilər. Məhkəməyə təqdim edilən səs yazılarında, “Whatsapp” yazışmalarında cavabdeh iddiaçının onun əvəzinə kredit ödəməsini qəbul edir. İddia tələbi eyni zamanda cavabdehin borclarının lombard vasitəsilə ödənilməsi, eləcə də 2023-cü il tarixli kredit müqaviləsi üzrəgələcək ödənişlərin ödənilməsindən ibarətdir. Göstərilənlərə və təqdim edilmiş sübutlara əsasən iddianın təmin edilməsini xahiş edir. 11.Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə iştirak edərək izahatı dinlənilmişdir. Cavabdeh bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, iddiaçı həyat yoldaşıdır. Onunla hazırda ayrı yaşayırlar, özü hal-hazırda Türkiyədədir. İddiaçı bankdan iki dəfə kredit götürüb. O, həmin kredit borclarını ikisinin xərci üçün götürüb, onlar həmin puldan birlikdə istifadə ediblər, ümumi işlər görülüb. Belə ki, evi təmir ediblər, evlərin sahəsini artırıblar. 2022-ci il kreditini götürəndə evli deyildilər, lakin birlikdə götürüblər. Daha sonra 2023-cü il tarixdə kredit müqaviləsi üzrə yeni cədvəl açılaraq kredit götürdülər, ordan 8000 manat pul 2022-ci ilin kreditinin ödənilməsinə silindi, yerdə 3000 manatdan çox pul qaldı. 2023-cü ilin kreditindən 3498 manat pul ona verilməyib. Qızılları lombarda Kifayət tək aparıb, amma əldə edilən pulun hamısını yox yarısını ona verib. İddiaçı lombarddan aldığı pulun yarısını ona, yarısını isə bacısına verib, lombarddan əldə edilən məbləğin yarısını qəbul edir. İddiaçıya borcunu ödəyib, borcu qalmayıb. Belə ki onlar həmin vaxtı bir yerdə yaşayırdılar və maaş kartını evə qoyurdu, Kifayət də həmin kartdan hər ay pul çəkirdi. İddiaçıya olan borcunu ödəmək üçün avtomobilini satıb. Birinci kredit müqaviləsi üzrə verilən məbləğdən iddiaçı ona 800 manat pul verib. İddiaçı ikinci kredit müqaviləsi üzrə verilən puldan ona 3498 manat verməyib. İddiaçı dediyi məbləğdə ona əlbəəl pul verməyib. Onun iddiaçıya ümumilikdə 3800-4000 manat borcu var. Yuxarıda qeyd etdiyi 800 manat pul da 4000 manat borca daxildir. Onun barəsində prokurorluqda 2023-cü ilin fevral ayında cinayət işi açılıb. 2024-cü ilin fevral ayında hərbi xidmətdən tərxis olunub. Həmin müddətdə iddiaçıdan pul almayıb. Şəhriyardan borc aldığını qəbul edir. Lakin aldığı borcunun hamısına da özü ödəyib. Göstərilənlərə əsasən iddia tələbinin qismən təmin edilməsini xahiş edir.

12. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxış iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Prosesin digər iştirakçılarının ifadələri:

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, hər iki tərəfi tanıyır. Onlarla bir hərbi gəmidə birlikdə işləyib. Elvin onların hərbi gəmisinə komandir təyin edilmişdi. Bir müddət sonra Elvin ona dedi ki, “borcum var, 3000 manat pul ödəməliyəm. Həmin puldan 2000 manat çatmır”. Ondan borc istədi. Onda da pul yox idi. O da bankdan kredit almaq üçün banka müraciət etdi. 2021-ci ilin dekabr ayında 2000 manat bankdan kredit müqaviləsi üzrə 2500 manat ödəmək şərtilə borc aldı. Elvin İasgəndərov hər ay 250 manat ödəməli idi. Elvin İasgəndərov həmin pulu özünün ödəcəyini bildirsə də, borcdan ödəniş etmədi və borcunu ödəmək istəmirdi. Amma iddiaçının vəkili cavabdehin borcunu ödəməsində ona kömək etdi. O, bundan sonra ona 1000 manat ödədi. Qalan 1500 manatı Kifayət özü əlbəəl iş yerlərində gəmidə ödəmişdir. Buna gəmidə işləyənlər şahiddir. Kifayətin ona 1500 manatı nə vaxt qaytarması yadında deyil amma Elvinin borcunun pulu idi.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, Kifayət və Elvinlə bir yerdə hərbi dəniz qüvvələrində işləmişdir, həm də Kifayətlə yaxındır, qonşudurlar. Kifayətin övladı 2022-ci ildə əməliyyat olunub. Əməliyyatdan sonra həmin uşağa Kifayətin evində baxmışdır. Kifayət yenə bir dəfə ona zəng edib çağırdı ki, Elvinin borcları var gəl uşağa bax, gedək qızılı lombarda qoyaq onları ödəyək. O da Kifayətin evinə getmiş, Elvinlə Kifayət getmiş bir müddət sonra gələrək kimə nə verəcəklərini, nə pul köçürəcəklərini müzakirə etmişlər. Elvin dəstə pulu da Kifayətin əlindən almış, “hərbidə borclarım var onları ödəməliyəm” deyərək getmişdir. Bu hadisə iki dəfə olub. İkinci dəfə isə 2023-cü ilin yanvar ayında Elvini tuturdular. Kifayətin də uşağının qızdırması var idi, məni çağırdı ki, yenə uşağın yanında qalım. Mən evə getdikdən sonra ikisi getdilər bir yerdə və daha sonra evə qayıtdılar, sonra Kifayət evdən çıxıb harasa getdi, Elvin də tez-tez zəng edib təkidlə onu çağırırdı ki, “nə oldu pulu gətirmədin?”. Daha sonra Kifayət evə gəldi, Elvinə pulu verdi. Kifayət evə gələndə Elvin demişdir ki, “məni həbs edəcəklər, həbs olunmamağım üçün pul lazımdır”. Kifayət də Elvinə yenə pul verdi, Elvin pulu prokurorluğa apardığını bildirib tələsik evdən getdi. Özü bütün bunlara şahid olub, belə ki, həmin vaxt Kifayətin xəstə uşağında baxırdı. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

15. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

16. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

17. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

18. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

21. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

22. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

23. Maddə 406.1 Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

24. Maddə 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

28. Maddə 337.5 Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

29. Maddə 439.4 Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

30. Maddə 739.1 Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

31. Maddə 739.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

32. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;

33. Maddə 1091.2 Əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;

34. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır;

35. Maddə 1093.1 Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

36. Maddə 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

37. Maddə 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

38. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

39. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

41. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

42. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

43. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarı:

45. Əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini ifadə edir. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. 46.... Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024cü il tarixli 1/2024 nömrəli Qərarının:

47. 1.3-cü bəndinə əsasən, əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur.

48. 3.14-cü bəndinə əsasən, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun.

49. 3.15-ci bəndinə əsasən, qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür.

50. 6.40-cı bəndinə əsasən, ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2- ci maddəsi).

b) Əsaslandırma

51. İddia qismən əsaslıdır.

52. İşin faktiki halları bundan ibarətdir ki, tərəflər xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar, iddiaçı lombardda girov müqaviləsi və bankdan kredir müqaviləsi əsasında pul götürüb cavabdehə borc verdiyini, eləcə də onun yerinə kredit müqavilələri bağlayaraq əldə edilmiş vəsaitlərin tamamilə cavabdeh tərəfindən öz mənafeləri üçün xərcləndiyini iddia edərək qaytarılmasını xahiş edir. Cavabdeh iddianı qismən qəbul edərək 3800-4000 manat məbləğində borcunun olmasını etiraf edir, qalan hissədə iddianın rədd edilməsini xahiş edir.

53. Məhkəmə mübahisənin hərtərəfli və dəqiq araşdırılması üçün iddia tələblərinin hansı hissələrdən ibarət olmasını və hər bir hissədə tələbin qanuni əsaslarına ayrıca qiymət verməyi zəruri hesab edir. Beləliklə, iddiaçının tələbləri aşağıdakı hissələrdən ibarətdir: 1) iddiaçı tərəfindən 2022-ci ilin əvvəllərində cavabdehə verilmiş 2904 manat nağd pul vəsaitinin; 2) cavabdehin şəxsi ehtiyacları üçün götürülmüş xx.xx.2022-ci il tarixli kredit borcu üzrə cavabdehin əvəzinə iddiaçı tərəfindən ödənilmiş 752 manat pul vəsaitinin; 3) xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən girov qoyulmuş qızıllar üçün iddiaçı tərəfindən ödənilmiş 1900 manat məbləğdə pul vəsaitinin; 4) xx.xx.2023-ci il tarixli, EE000836058 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən mənimsənilmiş 3498 manat pul vəsaitinin və sonuncu kredit müqaviləsi üzrə tərəfindən ödənilmiş 4822 manat məbləğdə pul vəsaitinin; 5) xx.xx.2023-ci il tarixli, EE000836058 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlinə uyğun olaraq hər ay 343 manat 19 qəpik olmaqla, xx.xx.2027-ci il tarixədək ümumilikdə qalan 9042 manat məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması.

54. İddia tələbinin birinci hissəsilə bağlı məhkəmə ilk növbədə sübutetmə yükünə qiymət verərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırkı halda iddiaçı üzərinə düşən sübutetmə yükünü yerinə yetirməmiş, belə ki, 2022-ci ilin əvvəllərində cavabdehə 2904 manat nağd borc pul verməsini təsdiq edən hər hansı mötəbər sübutu təqdim etməmiş və cavabdeh tərəfindən tələb həmin hissədə etiraf edilməmişdir. Belə olan halda məhkəmə tələbin qeyd edilən hissəsini əsassız hesab edir.

55. İddia tələbinin ikinci və dördüncü hissələri ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********32 saylı kredit müqaviləsinə əsasən, iddiaçıya 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 10,000 AZN məbləğində kredit; xx.xx.2023-ci il tarixli EE000836058 saylı kredit müqaviləsinə əsasən, 48 ay müddətinə illik 18.9 faiz dərəcəsi ilə 11,498 AZN məbləğində kredit verilmişdir. İddiaçı ilə bank arasında xx.xx.2022-ci il tarixli müqavilə tərəflərin birgə nikahda olmadıqları, xx.xx.2023-ci il tarixli müqavilə isə birgə nikah dövründə bağlanmışdır.

56. Məhkəmə qeyd edir ki, iddiaçı ilə bank arasında bağlanmış kredit müqavilələri üzrə əldə edilən pul vəsaitinin İddiaçı şəxsi ehtiyaclarına, ya ailənin ümumi ehtiyaclarına xərclənməsinin, yoxsa iddiaçı tərəfindən həmin pul vəsaitinin Cavabdeh ehtiyacları üçün götürülməsinin aydınlaşdırılması tərəflər arasında mübahisəyə tətbiq ediləcək maddi hüquq normasının müəyyən edilməsi baxımından həlledicidir. Nə qədər ki, hər iki kredit müqaviləsi üzrə əldə edilmişlərin ailənin ümumi ehtiyaclarına sərf edilməsi və ya cavabdehə borc olaraq verilməsi sübut edilməyib həmin passivlər iddiaçının şəxsi borcu hesab edilməlidir.

57. Belə ki, mülki və ailə qanunvericiliyinin, eləcə də “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının göstərişlərinə əsasən, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir.

58. İddiaçı həmin kredit müqavilələrini məhz cavabdehin təkidi ilə bağladığını və əldə edilənləri bütünlüklə cavabdehin mənafeyi, şəxsi ehtiyacları, üçüncü şəxslərə olan borclarının ödənilməsi və digər problemlərinin həll edilməsi məqsədilə xərcləndiyini və cavabdehin bankın aylıq ödənişlərini icra edəcəyinə vəd etdiyini bildirir. Göstərilən halları sübutetmə yükü iddiaçıdadır və iddiaçı sübut qismində «whatsapp» platforması vasitəsilə cavabdehlə aralarında olan yazışmalara, səs yazılarına, eləcə də şahid ifadələrinə istinad edir.

59. Məhkəmə “Whatsapp” proqramı vasitəsilə göndərilmiş yazışmalara və səs yazılarına münasibətdə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarında göstərir ki, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

60. Odur ki, «Whatsapp» platforması vasitəsilə göndərilən yazışmalar və səs yazıları birbaşa tərəflər arasında və hüquqi mübahisə barəsində həyata keçirildiyi üçün qanuni əldə edilmiş və mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh həmin yazışma və səs yazılarının mötəbərliyini mübahisələndirməmişdir.

61. İşə əlavə edilmiş, “whatsapp” proqramı vasitəsilə tərəflər arasında baş vermiş yazışmaları aşağıdakı kimidir: E:- Kifayet, sənin haqqını ödeye bilmerem yadındadır 2022-de iyun ayında Naxçıvana getdim öz doğma anam bildi ki, borca düşmüşəm işə gedə bilmirəm mənə kredit götürmədi amma sən mənə on min krediti gözüyumulu götürdün”; “Düzdü onda rəsmi nikahımız yox idi ama sən mənə güvəndin o pulu götürdün Allah köməyin olsun mən sənə pul atmayacam vaxtlı vaxtında ödəyəcəm bir qəpik pul atmaycam; “2023-cü ildə isə yanvarın 17-i 11500 götürdün 4 illik onu mənim ehtiyacım üçün götürdün. Allah var başımın üstündə o puldan bir manatını sən xərcləmədin borcumu xərcimi prokurorun pulunu ödədim məhkəməyə görə. Aybaay 343 manat bankı ödəyəcəm sənə əl borcum 3800 manatdı ona söz vermirəm əlimdə olduqca 50-100 nə olsa ödəyəcəm. Borc mənim borcumdur nə danmıram nədə.. qəpiyinə kimi ödüyəcəm borcumu; K:-başa düşürəm səni amma sən ödəməyəndə məndən tutulur mən xəstə uşağın dərmanını ala bilmirəm. Sən Şəhriyarı da, Ceyranı da banka saldın onlara da ödəmədin mənim də qorxum odur. Bilirəm işdən çıxarıldın tərxis oldun amma bilsəm ki, işə düzələcəksən. E:-Mən sənə pul atmaram Nuray xəstə uşaqdı onun pulunu yeyə bilmərəm. Bir-iki ay sənə əziyyət verə bilərəm iş tapınca. Sonra görəcəksən qəpiyinə qədər qaytaracam. Təbrizin Nurayın canı dünya aləm qurban olsun onlara mən sənə pul atıb qaçmaram. Gecdə olsa ödəyəcəm. E:- Martın 15-nə kimi gözlə eger sene pul atmasam o zaman ne istesen edersen. Pislik elemek istemirem işlerim qaydasına düşür. Mehkemeni geri çek, insan kimi aylıq men de gücüm çatan kömek edim krediti ödeyek. “Ağlın olardı eləməzdin. Vermirəm get kimə istəyirsən de. Vermirəm, nə əl borcu, nə də krediti ödəməyəcəm verməzdin”. “Kifayət aç qulağını eşit məni məhkəməyə versən danacam o pulu, sən mənə götürməmisən amma belə insan kimi gözləsən işləyib 4 illik ödəyib canımı qurtaracam. Mən də sənə şər atacam ki, kartım səndə olub neçə aylar”.

62. «Whatsapp» platforması vasitəsilə tərəflər arasında aparılmış səs yazıları: “Mən bu ay sənə kömək edəcəm, köhnədən silərsən, gücüm çatanı kömək edəcəm. Nədən istəyirsən sil özün bilərsən. Məhkəməni geri çəksən yaxşı olar, aramızda pis olmasın. Qərar Culfaya gedəcək icraya, problem yaranacaq. Burdan krediti birbaşa ödəyə bilmirəm, yox. Adam var “tl” ilə pul verəcəm, pulu sənin kartına atacaq. Göndərəcəm, məhkəməni geri çək. “Aylıq kreditim 345 manatdır, indi ödəyə bilmirəm. Mən də sənə deyirəm bir ildir ödəmisən, bu qədər dözmüsən, bir az da ödə. Aylıq minimum mart və aprel ayını 150 manat verəcəm, amma ondan sonra aylıq 200-250 manat verəcəm. İşləyəndən sonra artıqlaması ilə verəcəm, bir qəpik də qalmayacaq. Aramızda çox şey olub, sən də çox şey dedin. Sənə yalan deyə bilmərəm, işim düzələndən sonra mən də istəmərəm, artıqlaması ilə ödəyəcəm. Bu iki ayı göndərə bilmərəm, çünki yerləşməyim var, xərc gün gündən artır. Sonra kart verərsən göndərəcəm. Köhnə nə var hamısını yazarsan”.“Bir iki ay sənə korluğum olar. Mən sənin hörmətini itirmirem tutulurdum o pulu götürdün prokurora verdim bilirəm ki sən mənə hər an əl tutmusan itirmərəm ama işləmədən necə verim?”

63. Bundan başqa şahid X3 ifadəsindən aydın olur ki, cavabdeh iddiaçını bankdan kredit götürməyə vadar etmiş və məhz özünün borcları, şəxsi ehtiyacları üçün bankla kredit müqavilələri bağlamağa iddiaçını sövq etmişdir.

64. Məhkəmə cavabdehin həm məhkəmədə iclasında kredit müqavilələrini iddiaçı ilə birlikdə götürərək ailənin ümumi ehtiyaclarına xərclədiklərini bildirməsini, həm də iddiaçıya ümumən 3800-4000 manat borcunun olmasını etiraf etməsi barədə ziddiyyətli izahatlar verməsini və kreditin ailənin ümumi xərclərinə sərf edilməsi barədə sübutları təqdim etməməsini nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd edilən səs yazıları və yazışmalar cavabdehin həqiqi və ilkin iradə ifadəsini əks etdirir.

65. Göründüyü kimi, yuxarıdakı sübutların məcmusu ilə təsdiq edilir ki, cavabdeh hər iki kredit müqavilələrinin onun mənafeləri üçün götürülməsini etiraf etmiş və 4 il ərzində aylıq 343 manatlıq krediti ödəcəyini vəd etmişdir.

66. Məhkəmə hesab edir ki, işin göstərilən hallarına tətbiq edilməli olan qanuni əsas qismində mülki hüququn öhdəliklərin verilməsi institutu çıxış edir. Mülki hüquqda öhdəliyin verilməsinin (üstlənməsi) daxili və xarici növləri vardır. Öhdəliyin xarici verilməsi (üstlənməsi) kreditor ilə öhdəliyin verildiyi üçüncü şəxs şəxs arasında borclunun dəyişməsi ilə nəticələnən müqavilə olmaqla Mülki Məcəllənin 522-ci maddəsi ilə tənzimlənir. Öhdəliyin daxili verilməsi (üstlənməsi) isə əsl borclu ilə öhdəliyin verildiyi üçüncü şəxs arasındakı müqavilə olmaqla, onların öz aralarındakı münasibətlərdən yaranır, borclunun dəyişməsi baş vermir. Burada kreditorun razılığı tələb olunmur, çünki, bu müqavilə kreditorun hüquqi vəziyyətində hər hansı dəyişikliyə səbəb olmur. Yalnız öhdəliyin verildiyi şəxslə borclu arasında hüquqi nəticələr yaradır. Borclu ilə öhdəliyi yüklənən arasında bağlanan bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənməmiş və qanunla zəruri forma şərti müəyyən edilməmişdir.

67. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390-cı maddəsində təsbit edilmiş müqavilə azadlığına görə, tərəflər bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə azadlığı müqavilənin növünü, məzmunu və şərtlərini müəyyən etmə sərbəstliyini əhatə edir. Bu səbəbdən, tərəflər qanunda tənzimlənən, tipik, “adlandırılmış” müqavilələrdən başqa müqavilələr bağlamaq azadlığına da sahibdirlər. Bu tip müqavilələr qanun tərəfindən deyil, tərəflərin iradələri ilə yaratdıqları və əsas şərtlərini müəyyən etdikləri müqavilələr kateqoriyasına aiddir.

68. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh arasında şifahi müqavilə əsasında öhdəlik hüquq münasibətləri yaranmışdır və iddiaçının tələbi qeyd edilən hissədə müqavilədən irəli gələn tələbdir. İşin müəyyən edilmiş hallarından aydın olur ki, tərəflər arasında öhdəliyin verilməsinin daxili növündə razılıq əldə edilmiş, yəni öhdəliyi yüklənən (hazırkı işdə cavabdeh), borclu (hazırkı işdə iddiaçı) qarşısında, onu kreditora (hazırkı işdə "xxxx" ASC) olan borcundan kreditləri faizi ilə birlikdə aybaay ödəməklə (belə ki, aylıq 343 manat krediti banka ödəməklə bağlı cavabdehin mesajları) qurtarmağı öhdəsinə götürmüşdür. Çünki iddiaçı kredit müqavilələri bağladığı zaman məhz cavabdehin öhdəliyi yüklənmə ilə bağlı vədinə güvənmişdir.

69. Həmin müqavilə Mülki Məcəllənin 405.2-ci maddəsinə uyğun olaraq və 324.4, 329.3-cü maddələrinin tələbinə əsasən etibarlıdır, etibarsızlığa səbəb olacaq və müqavilə azadlığının məhdudlaşdıracaq hər hansı digər faktları (əxlaqa, ictimai qaydaya, şəxsi hüquqlara zidd şərtlər və ya icrası mümkünsüz öhdəliklərin müəyyənləşdirilməsi və s.) tərəflər təqdim etməmiş və məhkəmə araşdırması zamanı aşkar edilməmişdir.

70. İddia tələbinin ikinci və dördüncü hissələrinin hansı həcmdə təmin edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış şifahi müqavilə üzrə cavabdehin öhdəliyin icrasından yayınması yuxarıda qeyd edilən sübutlara əsasən işin müəyyən olunmuş halıdır. Eyni zamanda, xx.xx.2022-ci il tarixli BPM**********32 saylı kredit müqaviləsi üzrə bir ilə yaxın ödənişlərin həyata keçirildikdən sonra 2023-cü il tarixli kredit müqaviləsi götürülərək 2022-ci il tarixli kredit müqaviləsi üzrə borcların ödənilməsi (7999,02 manat) hesabdan çıxarışdan aydındır və tərəflər arasında bununla bağlı mübahisə yoxdur.

71. İddiaçı 2022-ci il tarixli kredit müqaviləsinin bir ilə yaxın ödənişlərinin cavabdeh tərəfindən icra edildiyini qəbul etmiş, lakin 752 manat ödənişin məhz özü tərəfindən icra edilməsinə dair sübut təqdim etməmiş, cavabdeh də bu hissədə öhdəliyi icra etməməsini etiraf etməmiş, özünün kartının evdə olduğunu bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin ikinci hissəsinin təmin edilməsi üçün əsas yoxdur.

72. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış, xx.xx.2023-ci il tarixli EE000836058 saylı kredit müqaviləsinə gəldikdə isə, həmin müqavilə üzrə xx.xx.2023-xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan aydın olur ki, 11,498 manat pul vəsaitinin 7999,02 manatı yenidən maliyyələşdirmə əməliyyatı üzrə (2022-ci ilin kreditinin ödənilməsinə) silinmiş, qalan 3498,98 manatı isə nəğd kredit köçürməsi üzrə verilmişdir. Həmin kredit müqaviləsi üzrə kreditor tərəfindən verilmiş maliyyə arayışı ilə təsdiq edilir ki, xx.xx.2024-cü il tarixinədək ödənilmiş əsas borc 2516,96 manat, ödənilmiş faiz borcu 2305,55 manat olmaqla, cəmi ödənişlər 4822,51 manat təşkil etmişdir.

73. Cavabdeh yuxarıda qeyd edilən yazışmaları və səs yazılarında 2023-cü il tarixli müqavilə üzrə heç bir ödənişi etməməsini, bir ildən çox ödənişlərin İddiaçı tərəfindən icra edilməsini etiraf etmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı ilə aralarında bağlanmış öhdəliyin verilməsi barədə müqavilə üzrə öhdəliyi icra etməyərək xx.xx.2023-ci il tarixli EE000836058 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixinədək icra edilmiş əsas və faiz ödənişləri olan 4822,51 manat pul vəsaitini ödəməkdən yayınmışdır.

74. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-ci il tarixli EE000836058 saylı kredit müqaviləsi üzrə ödənilmiş 4822 manat pul vəsaitinin (tələbin həddi nəzərə alınmaqla) cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia təmin edilməlidir.

75. İddiaçı xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 11,498 manatın 7999,02 manatı ilə əvvəlki kredit ödəndikdən sonra yerdə qalan, 3498 manat pulu nağd qaydada cavabdehə borc verdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında bu halı inkar etsə də, «whatsapp» proqramında göndərdiyi “11,498 manatdan bir qəpiyin belə özün üçün götürmədin” məzmunlu yazıları ilə həmin halı etiraf etmişdir.

76. Bir halda ki, iddiaçı 3498 manat pul vəsaitinin “öhdəliyin verilməsi” müqaviləsi əsasında cavabdehdən banka aylıq ödəniş kimi ödənilməsini deyil, borc öhdəliyi kimi tutulmasını tələb edir məhkəmənin fikrincə, həmin hissədə iddia tələbinin qanuni əsasını əhəmiyyətsiz əqdin etibarsızlığından yaranan əsassız varlanma təşkil edəcəkdir.

77. Belə ki, tələbin qeyd edilən hissəsində məbləğ 3000 manatdan çox olsa da, tərəflər arasında qanunla müəyyən olunmuş qaydada yazılı borc müqaviləsinin bağlanmadığı işin mübahisəsiz halıdır. Mülki qanunvericilik Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdləri əhəmiyyətsiz olmaqla qanunun tələbinə görə bağlandığı andan etibarsız əqdlərə aid edir və əqd etibarsız olduğu halda əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəmək qaydasını müəyyən edir (Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələri).

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş rəsmi şərhə əsasən Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.

79. Məhkəmə hesab edir ki, borc müqaviləsinin lazımı forma və qaydasına riayət olunmadığı üçün, cavabdeh iddiaçıdan aldığı 3498 manat pul məbləğinə münasibətdə əsassız varlanmış şəxsdir və buna görə də, aldığını olduğu kimi ona qaytarmalı, yəni etibarsız əqd üzrə əsassız varlanma qaydaları tətbiq edilməklə iddia həmin hissədə təmin edilməlidir.

80. Məhkəmə burada onu da qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-ci il tarixli EE000836058 saylı kredit müqaviləsi üzrə gələcək ödənişlərin iddiaçı tərəfindən cavabdehdən tələb edilməsi halında 3498 manat məbləğ həmin ödənişlərdən çıxılmalıdır.

81. İddia tələbinin “xx.xx.2023-ci il tarixli EE000836058 saylı kredit müqaviləsi üzrə gələcək ödənişlərin hər ay 343 manat 19 qəpik olmaqla, xx.xx.2027-ci il tarixədək ümumilikdə 9042 manat məbləğdə cavabdehdən tutulması” ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış şifahi razılaşmadann və işin hallarından aydın olur ki, cavabdeh banka olan borcunu aylıq ödənişlər şəklində icra etməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı göstərilən kredit müqaviləsi üzrə iddia verilən tarixə yalnız 4822,51 manat ödənişin icra edilməsi barədə sübutlar təqdim edilmişdir. Belə olan halda, kreditor qarşısında icra edilməmiş öhdəliyin cavabdehdən alınaraq iddiaçıya verilməsinin qanuni və müqavilə əsası yoxdur. Odur ki, gələcək ödənişlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində tələbin təmin edilməsi üçün əsaslar yaranmır.

82. Nəhayət, iddia tələbinin girov müqaviləsi üzrə verilmiş borcun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022ci il tarixli 10210***-*******01L saylı müqaviləyə əsasən, İddiaçı 3500 manat pul vəsaitini qızıl-zinət əşyalarını girov qoymaqla, 18 ay müddətində hər ay 243.97 manat ödəmək şərtilə götürmüşdür. İddiaçı həmin məbləğdən 1900 manatı cavabdehə borc verdiyini iddia etmiş, cavabdeh lombard kreditindən əldə edilmiş vəsaitin yarısının (1750 manat) ona borc verildiyini məhkəmə iclasında etiraf etmişdir.

83. Məhkəmə göstərilən hissədə tələbin qanuni əsası qismində borc müqaviləsi ilə bağlı Mülki Məcəllənin normalarının tətbiq edilməli olmasını, cavabdehin etirafının Mülki Prosessual Məcəllənin 106.3 və 106.4-cü maddələrinin tələblərinə uyğun olmasını nəzərə alaraq hesab edir ki, borc müqaviləsi üzrə öhdəliklərini icra etməməsinə görə cavabdehdən onun etirafı həddində, yəni 1750 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

84. Məhkəmə şahid Şəhriyar Mahmudovun ifadəsinə hüquqi qiymət verərək qeyd edir ki, həmin şahid Cavabdeh 2000 manat borc verdiyini, həmin borcun 1500 manat hissəsinin İddiaçı tərəfindən Cavabdeh əvəzinə ödənildiyini bildirmişdir. İddiaçı isə məhkəmə iclasında Elvinin Şəhriyara olan borcunu bağladığı 1500 manatı lombard müqaviləsindən əldə edilənlər vasitəsilə ödədiyini bildirmiş, lakin tələbini 3400 manat (1900+1500) deyil, 1900 manat cavabdehə verdiyi borc həddində irəli sürmüşdür. Belə olan halda, məhəmə həmin şahid ifadəsinin işin mübahisə predmeti olmayan halını təsdiq təsdiq etdiyini tərəflərin diqqətinə çatdırır. Məhkəmə xərcləri

85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

86. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 180 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 120.21 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Nəticə

87. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh borclu olduğu 1750 manat məbləğində pul vəsaiti və xx.xx.2023-ci il tarixli, EE000836058 nömrəli kredit müqaviləsi üzrə ödənilmiş 4822 manatın əvəzi və 3498 manat məbləğində pul vəsaiti olmaqla cəmi 10,070 əsas borc pul vəsaiti və İddiaçı tərəfindən ödənilmiş 120.21 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınun xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

88. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 1750 manat məbləğində borc pul vəsaiti, xx.xx.2023-ci il tarixli, EE000836058 nömrəli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş 4822 manat pul vəsaitinin əvəzi, 3498 manat məbləğində borc pul vəsaiti olmaqla, cəmi 10,070 manat pul vəsaiti və ödənilmiş 120.21 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar