Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-616/2024 29.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh aldığı 1 ədədi 280 (iki yüz səksən) manat olan 10 ədəd İİR-da istehsal olunan peçləri cəmi 2800(iki min səkkiz yüz) manat dəyərində, 1 ədəd 800 (səkkiz yüz) manat dəyərində souducu, 1 ədəd 950 (doqquz yüz əlli) manat dəyərində Plazma televizor, 1700 (min yeddi yüz) manat dəyərində məişət əşyaları, 1 ədəd 290 (iki yüz doxsan) manat dəyərində peç, 1 ədəd 280 (iki yüz səksən) manat dəyərində peç, 2022-ci ilin noyabr ayının 25-də verilmiş 20 ədəd peç 1 ədədi 285 (iki yüz səksən beş) manat olmaqla cəmi 5700 manat dəyərində məyişət əşyalarını və ya onların ümumi dəyəri 12520 (on iki min beş yüz iyirmi) manat puldan cavabdeh tərəfindən ödənilmiş 1.750 (bir min yeddi yüz əlli manat) çıxılmaqla, ödənilməmiş 10.770 (on min yeddi yüz yetmiş) manat pulun və 122.31 (yüz iyirmi iki manat otuz bir qəpik) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində cehizlik mallar dükanı işlədir. Əvvəllərdə tanıdığı Cavabdeh (hamı onu Qədir kimi tanıyır) onun dükanına gələrək ondan müəyyən mallar almaq istədiyini bildirdi. Malları baxıb seçdikdən sonra pulunu isə sonra ödəyəcəyini bildirdi. O da ona inanaraq onun qeyd etdiyi malları 2022-ci ilin oktyabr ayında 1 ədədi 280(iki yüz səksən) manat olan 10 ədəd İİR-da istehsal olunan peçləri cəmi 2800(iki min səkkiz yüz) manat dəyərində, 1 ədəd 800(səkkiz yüz) manat dəyərində souducu, 1 ədəd 950(doqquz yüz əlli) manat dəyərində televizor, 1700(min yeddi yüz) manat dəyərində məyişət əşyaları, 1 ədəd 290(iki yüz doxsan) manat dəyərində peç, 1 ədəd 280(iki yüz səksən) manat dəyərində peç, noyabr ayının 25-də 20 ədəd peç 1 ədədi 285(iki yüz səksən beş) manat olmaqla cəmi 5700 manat dəyərində məyişət əşyalarını Cavabdeh verdi. Cavabdeh ona ümumilikdə 12520(on iki min beş yüz iyirmi) manat borcu yarandı. Həmin borcdan Cavabdeh 1750(bir min yeddi yüz əlli) manat ödəniş etdi. Lakin məyişət əşyalarının qalan dəyəri olan 10770(on min yeddi yüz yetmiş) manat borcunu ödəməkdən yayındı. Cavabdeh ona qısa bir zamanda malların pulunun ödənişini edəcəyini bildirsədə sonradan onu müxtəlif bəhanələr gətirərək, ona olan borcunu ödəmək istəmədi. Bundan sonra o Cavabdeh özünə və yaxınlarına dəfələrlə ona olan borcunu ödəməsini tələb etsə də cavabdeh X2 ona olan ödənişi ödəmək istəməmişdir. O Cavabdeh ondan aldığı malların pulunu ödəmədiyini gördükdə Qaradağ RPİ-nə şikayət ünvanladı. Qaradağ RPİ-nə şikayət ünvanladıqdan sonra Qaradağ RPİ-nin 10-cu Polis Bölməsi tərəfindən cavabdeh X2 dəvət edilərkən, cavabdeh bütün qeyd edilənləri təqsdiq edərək, həmin malları aldığını lakin ödənişi hazırda ödəyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası DİN-nin Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı Vüqar Eyyubov tərefimdən verilmiş şikayət üzrə araşdırma apararaq xx.xx.2023-cü il tarixdə HK-1- 1138 sayli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etməklə və mülki qaydada məhkəməyə müraciət etmək hüququmun olmasını bildirdi. Hal hazırda Cavabdeh ona ümumilikdə 12520 manat borcu olmuşdur ki, həmin borcdan 1750 manat ödəmiş qalan 10.770(on min yeddi yüz yetmiş) manat borcu isə ödəməmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 600.1, 427.2, 385.1, 442, 324.1, 324.2, 342.4, 324.5 və 3891-ci maddələrinə istinad etmişdir.
6. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsində qeyd etdiyi malları ona satdığını bildirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş edir.
8. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək bildirdi ki, cavabdehin polisdə olan izahatı və özünündə etiraf etdiyi məbləğdə borcu vardır və borcundan 1750 manat ödəniş etmişdir. İddiaçının vəkili göstərilənlərin nəzərə alınaraq iddianın tam həcmdə təmin edilməsini xahiş etdi.
9. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında ərizə yazaraq bildirdi ki, iddia tələbini tam həcmdə qəbul edir və ümumi borcundan 1750 manat ödəniş etmiş iddiaçıya cəmi 10770 manat borcu qalmışdır.
9. Cavabdehə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxış iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
11. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
12. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
13. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
14. 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
15. 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
16. 408.1-ci maddəsinə əsasən, müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.
17. 408.2-ci maddəsinə əsasən, şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır
18. 409.1-ci maddəsinə əsasən, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır.
19. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
23. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
25. 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
26. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
28. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
29. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
30. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
32. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
34. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
36. İddia əsaslıdır.
37. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı müraciəti ilə əlaqədar Qaradağ Rayon 10-cu Polis Bölməsində aparılan araşdırma zamanı vətəndaş Cavabdeh tərəfindən aşağıdakı məzmunda izahat yazılmışdır: “..yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Korgöz qəsəbəsində hər kəs onu Qədir olaraq tanıyır. Təqribən 3 ay öncə Qaradağ rayon Puta qəsəbəsində yaşayan Şəfayə və Ağaverdi adlı şəxslərdən ümumi dəyəri 10770 manat dəyərində televizor, soyuducu və qaz peçi götürmüşdür. Onun məqsədi malları satıb pul qazanmaq ailəsini saxlamaq istəyidir. Müəyyən çətinliklə üzləşdiyi üçün o həmin məbləği o şəxslərə ödüyə bilmədi. İzahatı özüm yazdım, düzgündür. Düzgünlüyünü imzamla təsdiq edirəm.”
38. İddiaçı hazırda cavabdehə satdığı məişət əşyalarının əvəzində ödənilməmiş pul vəsaitini tələb edir.
39. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, tərəflər arasındakı münasibətlər mahiyyət etibarilə şifahi nisyə alqı-satqı müqaviləsidir və hazırkı mübahisənin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 600-cü maddələri təşkil edir. Çünki, iddiaçı məişət əşyalarını cavabdehin mülkiyyətinə vermək, cavabdeh isə əşyaların qiymətini müəyyən müddət sonra ödəmək (nisyə satış) barədə şifahi razılığa gəliblər. Odur ki, hazırkı iddia tələbi müqavilədən irəli gələn tələbdir.
40. Həmin müqavilənin mövcudluğu üçün ilk növbədə oferta və aksept (Mülki Məcəllə 405.2), ikinci növbədə, forma tələblərinə riayət edilməsi, etibarlılığı (Mülki Məcəllə 406.1, 329.1, 329.3) yoxlanılmalıdır.
41. İddiaçının dükan işlətməsi işin mübahisəsiz halıdır və onun məişət əşyalarının satışı ilə bağlı təklifi Mülki Məcəllənin 408.2-ci maddəsinə uyğun olaraq ümumi ofertadır. Cavabdehin iddiaçıdan 1 ədədi 280 (iki yüz səksən) manat olan 10 ədəd İİR-da istehsal olunan peçləri cəmi 2800 (iki min səkkiz yüz) manat dəyərində, 1 ədəd 800 (səkkiz yüz) manat dəyərində souducu, 1 ədəd 950 (doqquz yüz əlli) manat dəyərində Plazma televizor, 1700 (min yeddi yüz) manat dəyərində məişət əşyaları, 1 ədəd 290 (iki yüz doxsan) manat dəyərində peç, 1 ədəd 280 (iki yüz səksən) manat dəyərində peç, 2022-ci ilin noyabr ayının 25-də verilmiş 20 ədəd peç 1 ədədi 285 (iki yüz səksən beş) manat olmaqla cəmi 5700 manat dəyərində məişət əşyalarını qəbul etməsi müvafiq olaraq etibarlı akseptdir.
42. Göstərilənlər cavabdehin polis bölməsinə verdiyi izahatı və məhkəmə araşdırması zamanı yazılı etirafı ilə təsdiq edilir. Bu səbəbdən, Mülki Məcəllənin 405.2-ci maddəsinə uyğun olaraq etibarlı alqı-satqı müqaviləsi bağlanmışdır, həmin müqavilə Mülki Məcəllənin 324.4, 329.3-cü maddələrin tələbinə əsasən etibarlıdır, etibarsızlığa səbəb olacaq hər hansı digər faktları tərəflər təqdim etməmiş və məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Göstərilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında etibarlı müqavilə münasibəti mövcud olmuşdur.
43. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh adı çəkilən məişət əşyalarını İddiaçı nisyə aldığını Qaradağ Rayon 10-cu Polis Bölməsində yazaraq imzaladığı izahatı ilə etiraf etmişdir. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq cavabdeh həmin izahatı azad iradəsi ilə yazdığını və ona hər hansı təsir və təzyiq edilmədiyini bildirmiş, eyni zamanda iddianı tam həcmdə qəbul etdiyini bildirmişdir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.
45. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir.
46. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
47. Məhkəmə cavabdehin iddianı qismən etiraf edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməsinə münasibətdə hesab edir ki, cavabdehin etirafı işin hallarının gizlədilməsi məqsədilə və ya aldatma, yanılma təsiri nəticəsində baş verməmişdir.
48. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
49. Göstərilənlər “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında da öz əksini belə tapmışdır ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.
50. Məhkəmə qeyd edilən halları əsas götürərək cavabdehin iddiaçı qarşısında nisyə aldığı əşyalara görə 10770 manat məbləğində pul öhdəliyinin yaranması halı aşkar olduğundan, iddia tələbi təmin edilməlidir.
51. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 122.31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş 122.31 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
52. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdehin iddiaçıdan tələbdə göstərilən əşyaları nisyə aldığını etiraf etməsini, sonradan həmin əşyaların və onların dəyərinin bir qisminin qaytarılması halını sübut edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10770 manat məbləğində pul vəsaiti və ödənilmiş 122.31 dövlət rüsumu tutularaq İddiaçınun xeyrinə ödənilməlidir.
53. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 10770 (on min yeddi yüz yetmiş) manat pul vəsaiti və ödənilmiş 122.31 (yüz iyirmi iki manat otuz bir) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova