Məhkəmə qərarları › İş №2(002)-624/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-624/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-624/2020 26.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, İlk iddia tələbi üzrə iddiaçının nümayəndəsi Mövsümov Rüfət Rauf oğlunun iştirakı ilə, İlk iddia tələbi üzrə İddiaçı MMC-nin ilk iddia tələbi üzrə Cavabdeh Əməd qızına qarşı alğı-satqı müqaviləsi üzrə borc tələbinə və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh "İddiaçı" MMC-yə qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia tələbi üzrə İddiaçı MMC İlk iddia tələbi üzrə Cavabdeh Əməd qızına qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Toshiba 49L5865 markalı televizor üçün, 1225 manat məbləğində əsas borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” MMC ilə aralarında bağlanılmış xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədn xahiş etmişdir. İlk iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, o ilə ilk iddia tələbi üzrə Cavabdeh Əməd qızı xx.xx.2019-cu ildə alqı-satqı müqaviləsi bağlamışdır. Bu müqaviləyə əsasən idddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh Əməd qızına 9 ay müddətinə ümumi qiyməti 1225 manat dəyərində olan Toshiba televizoru satmışdır. Cavabdeh alınmış malların dəyərindən ilkin ödəniş etmədən hər ay üçün 136.11 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan hazıradək 0 manat ödəniş etmiş, 1225 manat əsas borcu hələ də ödəməmişdir. Bununla da müqavilə üzrə mülki qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə ilk iddiaçının biznes fəaliyyətinə ciddi ziyan vurulmuşdur. Bağlanmış alqı-satqı müqaviləsinin 8.1 maddəsinə əsasən Alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1 % cərimə ödəməlidir, lakin ilk iddiaçı borclunun maddi vəziyyətini nəzərə alaraq cərimə borcunu tələb etmədən, yalnız aralarında bağlanmış müqavilə üzrə bu günə olan əsas borcun alınmasını xahiş etmişdir.Qeyd olunan halların nzəərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh Əməd qızı iddiasını onunla əsaslandırmışdır ki, müqavilə üzrə sifariş etdiyi televizorun xx xxxx 2019-cu ildə hazır olması barədə məlumatlandırılmış, bundan sonra o həmin malı Suraxanı rayonunda yerləşən “Smart Ramana” dükanından alaraq evə gətirmişdir. Lakin televizor quraşdırıldıqdan 2 gün sonra bütün kanallar silinmiş, televizor ustası bildirmişdir ki, rəqəmsalında problemlər vardır. Dəfələrlə şifahi şəkildə malın qüsuru olmasını, malın kefiyyətli olmamasını bildirsə də həmin mal satıcı tərəfindən qəbul edilməkdən və ya daha keyfiyyətlisi ilə əvəz edilməkdən imtina edilmişdir. Bundan sonra alıcı xx xxxx 2019 tarixdə müqavilədə göstərilən ünvana və Suraxanı rayonunda yerləşən “Smart Ramana” dükanına yazılı bildiriş ünvanlayaraq alınan malın geri qaytarılması və müqaviləyə xitam verilməsini xahiş etmişdir. Lakin heç bir nəticə olmamışdır. Mal alınarkən isə satıcı malın 14 gün ərzində qaytarmaq hüququnu nə şifahi, nə də yazılı izah etməmişdir. Buna görə də o müqavilənin ləğv olunmasını məhkəmədən xahiş etmişdir. İlk iddia tələbi üzrə cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi təqdime dərək, etirazını onunla əsaslandırmışdır ki, o, “xxxx” MMC-dən Toshiba 49L5865 modeeli televizor alınması barədə razılığa gəlmiş, malı sifariş vermişdir. Həmin əşyanın hazır olması barədə ona xx xxxx 2019-cu il tarixdə məlumat verilmiş, bundna sonra o, həmin malı Suraxanı rayonu Smart Ramana adlı dükandan alaraq quraşdrılmaıs üçün evə gətirmişdir. Televizor quraşdırıldıqdan sonra bütün kanllar silinmiş, televizor ustaası bildirmişdir ki, rəqəmsal problem var. Dəfələrlə şifahi olaraq alınan malın qüsurlu olması, malın keyfiyyətli olmammasını bildirilsə də, malı qəbul etməkdən, yenisi ilə əvəz etməkdən imtina etmişlər. bundan sonra xx xxxx 2019-cu il tarixdə müqavilədə göstərilən ünvana yazılı bildiirş ünvanlayaraq, malın geri qaytarılmaısnı və müqaviləyə xitam verilməsini xahiş etmişdir. lskin heç bir nəticəsi olmamışdır. Həmçinin, 14 gün ərzində malın qaytarmaq hüququ ona izah edilməmidşir. Alınan mal indiyədək işlədilməmiş, istehlak xassələri qorunmuşdur. bu halların nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında ilk iddia tələbinin dəlillərinə uyğun izahat verərək, ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə etiraz edərək, bildirmişdir ki, satılmış Toshiba markalı televizorda hər hansısa bir qüsurun sübut olunmadığını qeyd etdi. Belə ki, satıcı alıcının evinə texniki xidmət əməkdaşlarını göndərmiş, onlar malda heç bir qüsurun olmadığını tərtib etdikləri arayışda qeyd etmişlər. lakin indiyədək cavabdeh tərəfindən həmin malın dəyəri ödənilməmişdir. buna səbəb kimi malın qüsurlu olmasını qeyd etsə də, həmin hal öz təsdiqini tapmamışlar. Buna görə də ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İlk iddia tələbi üzrə cavabdeh əvvəlki məhkəmə iclaıslarında verdiyi izahatından aydın olur ki, o ilk iddia tələbini qəbul etməyərək, ilk iddia tələbinin təmin eidlməməisni, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaəsn işə ilk iddia tələbi üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ilk iddia tələbi üzrə iddiaçının izhatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, "İddiaçı" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı Toshiba 49L5865 markalı televizoru alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh ******* nömrəli müqaviləyə uyğun olaraq Toshiba 49L5865 markalı televizoru təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən, alıcı 9 ay müddətinə, aylıq 136.11 AZN məbləğində ödənişlər etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh İddiaçı MMC-yə alğı-satqı müqaviləsi üzrə 1225 manat məbləğində ödənilməmiş əsas borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2020 tarixli 10/3264 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfində verilmiş mühəndis-texniki ekspertizanın aparılması və rəy verilməsindən imtina barədə məlumata görə Toshiba markalı televizorun ekspertizası ilə bağlı mühəndis fəaliyyət göstərmir və bu barədə rəy verilməsi ekspertizanın fəaliyyətinə uyğun deyildir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli bildirişin məzmunundan aydın olur ki, Cavabdeh tərəfindən “xxxx” MMC-yə malın qüsurlu olması barədə məlumat verilmiş və bu əsasla alqı-satqı müqaviləsinə xitam verilməsini və malın geri qaytarılmaıs xahiş edilmişdir. İş materiallarında olan 001266 №-li aktın məzmunundan aydın olur ki, sifarişçi Cavabdeh televizorda yaranmış qüsurla bağlı müraciətinə uyğun olaraq həmin əşyaya baxış keçirilmiş və qüsur və nasazlığın aşkar edilməməsi müəyyən eidlmiş, müştəri qismində həmin akt Cavabdeh tərəfindən imzalanmışdır. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasənn əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 589.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Həmin Məcəllənin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Həmin Məcəllənin 595.1-ci maddəsinə əsasən alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Həmin Məcəllənin 596.1-ci maddəsinə əsaəsn alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Həmin Məcəllənin 596.3-cü maddəsinə əsaəsn alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər Həmin Məcəllənin 423.2.-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlanılmış, həmin müqavilənin predmeti Toshiba 49L5865 markalı televizor çıxış etmişdir. Müqavilənin predemti qimsində çıxış eədn əşyanın dəyəri 1225 manat olduğu qeyd olunmuşdur.Müqaviləyə əsasən ilk iddia tələbi üzrə iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı ilk iddia tələbi üzrə cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsullarınn dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, ilk iddia tələbi üzrə iddiaçı tərəfindən müvafiq müqavilənin predmeti qismində çıxış edən əşya alıcı qismində çıxış edən ilk iddia tələbi üzrə cavabdehə təhvil verilmiş, cavabdeh isə həmin malı təhvil alsa da, həmin malın dəyərini indiyədək ödəməmişdir, ilk iddia tələbi üzrə cavabdeh təhvil aldığı malın dəyərini indyidək ödəməməsini həmin malın qüsurlu olması halı ilə əsaslandırmışdır. İlk iddia tələbi üzrə iddiaçı ilk iddia tələbi üzrə cavabdeh tərəfindən müvafiq müqavilə üzrə alınmış malın dəyərinin ödənilməsi tələbini, qarşılıqlı iddia tələbi üzrə iddiaçı isə ilk iddia tələbi üzrə iddiaçı ilə onun arasında bağlanılmış müvafiq alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qarşılıqlı iddia tələbini irəli sürmüşdür. Məhkəmə ilk növbədə qarşılıqlı iddia tələbi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, mülki qnaunvericilikdə alıcının alqı-saqtı müqaviləsinin icrasından imtina etmək hüququna malik olmasının əsasları dəqiq, aydın və birmənalı şəkildə qeyd olunmuşdur. Həmin əsaslardan biri də əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının alqı-satqı müqaviləsinin icrasından imtina etmək hüququna malik olması qeyd olunmuşdur. Göründüyü kimi, alıcı malın keyfiyyəti ilə bağlı yalnız qeyd olunan əsas olduğu halda alqı-satqı müqaviləsinin icrasından imtina etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilk iddia tələbi üzrə cavabdeh müvafiq alqı-satqı müqaviləsi üzrə malın qüsurlu olması əsas ilə geri qaytarılması və müqaviləyə xitam verilməsi barədə ilk iddia tələbi üzrə iddiaçıya xx xxxx 2019-cu il tarixdə yazılı şəkildə bildiriş göndərmişdir. Həmçinin, məhkəmə araşdırması zamnaı məüyyən edilmişdir ki, xx xxxxx 2019-cu il tarixdə qarşılıqlı iddia tələbi ürzə iddiaçının müraciəti əsasında həmin əşyaya mütəxəssislər tərəfindən baxış keçirilmiş və həmin əşyada hər hansı qüsur və çatışmazlığın olması halı aşkar edilməmişdir və buna dair akt tərtib eidlmiş, Cavabdeh tərəfindən həmin akt imzalanmışdır. Bundan əlavə, ilk iddia tələbi üzrə cavabdeh müvafiq alqı-satqı müqaviləsinin predmeti olan əşyanın qüsurlu olması, ona qüsurlu əşyanın satılmaısnı əsas gətirərək həmin alqı-satqı müqaviləsinə xitam verilməsinə dair qarşılıqlı iddia tələbini irəli sürsə də, iddia tələbinin əsası kimi istinad olunan hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı qarşılıqlı iddia tələbinin əsası kimi istinad olunan hallar öz təsdiqini tapmamış, alqı-satqı müqvailəsinin predmeti qismində çıxış edən əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulmasına dair halların, habelə mülki qanunvericiliyin tələbinə əsaəsn alıcının əşyanın keyfiyyəti ilə bağlı alqı-satqı müqvailəsinin icrasından imtina etmək hüququna malik olan əsasın müəyyən edilməsi mümkün olmamışdır. Bu halda məhkəmə hesab eidr ki, mülki qnaunvericiliyin tələbinə əsasən alıcı təhvil aldığı əşyanın müqvailə ilə müəyyənləşdirilmiş əşyanın dəyərini satıcıya ödəmək öhdəliyi daşıdığından, habelə hazırki mülki iş üzrə alıcının müvafiq alıq-satqı müqaviləsindən imtina etmək hüququnun olmasına əsas verən hər hansı hal müəyyən edilmədiyindən, müvafiq alqı-satqı müqaviləsi üzrə əşyanı təhvil almış alıcı Cavabdeh həmin əşyanın müqavilə ilə şərtləşdirilmiş 1225 manat məbləğində olan dəyərini ödəmək öhdəliyini daşımaqla, malın dəyərini ilk iddia tələbi ürzə iddiaçıya ödəməlidir. Qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İlk iddia tələbi üzrə iddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar ilk iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ilk cavabdehdən tutularaq ilk iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia təmin edilməli, ilk iddia tələbi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 1225 manat məbləğində əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq ilk iddia tələbi üzrə iddiaçı "İddiaçı" MMC-nin xeyrinə ödənilməli, qarşılıqlı iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi təmin edilsin. İlk iddia tələbi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 1225 manat məbləğində əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq ilk iddia tələbi üzrə İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qarşılıqlı iddia tələbi ürzə iddiaçı Cavabdeh “alqı-satqı müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar