Məhkəmə qərarları › İş №2(002)-64/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-64/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-64/2021 29.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 oğlunun katibliyi, İlk İddiaçı, İlk iddiaçının vəkili və nümayəndəsi Vəkil2, Qarşılıqlı iddiaçı Cavabdeh, Qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlk İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddiası, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 10000 manat pulun,əldən çıxmış faydaya görə 8000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun,cəmi 18030 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh həyat yoldaşının dayısı Dadaş Mehdiyevin vasitəsilə tanımışdır. Belə ki, 2012-ci ilin may ayında həyat yoldaşının dayısı Dadaş Mehdiyev bildirmişdir ki, bir nəfər dostunun Ələt qəsəbəsində bina evində 5 otaqlı mənzili vardır. Həmin mənzili 25000 manata satmaq istəyir. Ev sahibi işə düzəlmək istəyir, buna görə ona ilkin olaraq 10000 manat pul lazımdır. Əgər 10000 manat verilsə qalan pulu isə hissə-hissə müəyyən müddətə ödənilməsinə razıdır. O də həmin şərtlə razı olmaqla müxtəlif banklardan kredit olaraq pul götürdü və 2012-ci ilin may ayında mərhum yoldaşı ilə birlikdə cavabdehin yaşadığı Bakı şəhəri, Qobustan qəsəbəsindəki evinə getdi. Həmin vaxt cavadehin ailə üzvləri də evdə olmuşdur. Onlar əvvəlcə 7000 manat, iki gün sonra isə 3000 manat olmaqla cəmi 10000 manat pulu aparıb Fidailə vermişdirlər. Bundan sonra Fidail Ələt qəsəbəsində yerləşən 1 saylı binanın 4-cü mərtəbəsində yerləşən 16 saylı mənzilin açarlarını onlara vermişdir. Həmin vaxt cavabdehlə onların arasında hər hansı bir yazılı müqavilə olmamamışdır, yalnız şifahi razılaşmışdıq ki, 10000 manat nağd verilsin, qalan 15000 manat pulu isə hissə-hissə ödəsinlər. Onlar mənzili Fidaildan alandan sonra həmin mənzilin pəncərələrini təzələmiş, su və kanalizasiya xətlərini təmir etdirmişlər. Həmin vaxtdan iki-üç ay keçdikdən sonra həmin mənzildə təmir işləri aparmaq üçün mənzilə getdikdə mənzilin kilidinin dəyişdirilməsini görmüşdürlər. Bu barədə Fidaillə əlaqə saxladıqda Fidail bildirmişdir ki, qalan pulu da verəndən sonra mənzili verə biləcəkdir. O müəyyən məbləğ düzəldərək bu barədə Fidailə məlumat versə də Fidail müxtəlif bəhanəlrlə onunla görüşmək istəməmişdir. Bundan sonra Fidail bildirmişdir ki evə satmağa qoymuş, satdıqdan sonra onun 10000 manat pulunu verəcəkdir. O bu barədə Qaradağ rayon Polis bölməsinə şikayət vermişdir. Polis Bölməsinə cavabdeh öz izahatında həqiqətən də evi satmaq üçün onlardan 10000 manat alması ev satıldıqdan sonra onların pulu qaytaracağını bildirmişdir. Həmin vaxtdan uzun müddət keçsə də cavabdeh bu gün kimi onların pulunu qaytarmır və hər dəfə evin satılmamasmı bəhanə edir. Lakin son vaxtlar cavabdehin artıq onların pulunu vermək fikiri olmamasını bilməklə bu barədə məhkəməyə müraciət etməli oldu. Onun 10000 manat pulu uzun müddət cavabdehdə qalmaqla ondan istifadə etməklə fayda götürmüşdür. Cavabdehin ötən müddət ərzində onun pulunu qaytarmaması səbəbindən 8000 manat fayda əlimdən çıxmışdır. Belə ki, cavabdeh borcu ödəməli olduğu müddətdən uzun müddət keçməklə Azərbaycanda ikinci dəfə devalivasiya baş vermiş, nəticədə manat 50 faizə qədər dəyərini itirmişdir. Cavabdeh ödəməli olduğu pulu geçikdirməklə mənə 8000 manat zərər vurmuşdur.Bütün bunların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməməyə müraciət edərək, cavabdeh İddiaçı evin ilkin vəziyyətə qaytarılması üçün 5000 manat pulun, əldən çıxmış faydaya görə 14000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 19030 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinin həcminin artırılması barədə yazılı ərizə təqdim edərək,Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Sülh küçəsi, 1 nömrəli evin 16 saylı mənzilinin yarasız hala salınması nəticəsində mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması və ilkin vəziyyətə qayatrılması üçün 8496 manat pulun, əldən çıxmış faydaya görə 18400 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 26926 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmaısnı xahiş etmişdir. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmədə mənə qarşı iddia qaldıraraq məndən 10000 manat pulun, əldən çıxmış faydaya görə 8000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumun, cəmi 18030 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Bakı şəhəri, Ələt qəsəbəsi, Sülh küçəsi ev 1,mənzil 16 mənə məxsusdur. Maddi tələbatım olduğuna görə həmin evi satmaq qərarına gəlmişdi və bu məqsədlə elan vermişdi. Əvvəllər tanıdığı Dadaşdlı şəxs təxminən 2012-ci ilin may ayında ona zəng edərək evi bacısı oğlu Bəşirə almaq istədiklərini bildirmişdir. Dadaş Bəşirlə birlikdə gəlib evə baxmş və həmin vaxt evi onlara 25000 manata satmağa razaılaşdı. Bəşir ona bildirdi ki, evin 10000 manatını əvvəl, qalan hissəsini isə bir aydan sonra verəcəkdir. Bəşir arvadı ilə gəlib evə baxması üçün evin açarlarım ondan istəmiş və o bu səbəbdən də evin açarlarını ona vermişdi.Bir necə gündən sonra Bəşir arvadı Şamama ilə birlikdə onların evinə gəlib 6000 manat pul vermişlər, bir necə gündən sonra isə 4000 manat təqdim edərək ona cəmi 10000 manat pul vermişlər. Qalan 15000 manat pulu isə bir aya gətirəcəklərini bildirmişdilər. Aradan bir aydan sonra o, Şamamanın məhrum ərinə zəng edib qalan pulu istədikdə yaxın vaxtlarda verəcəklərini bildirsələr də üç aydan artıq vaxt keçdikdən sonra ona zəng edərək pulun qalan hissəsini deyil, cəmi 4000 manat vermək istədiklərini bildirlər və o buna etiraz etdi. O, evə gedəndə gördü ki, evin oboyları sökülmüş, hamamda və mətbəxdə əl üz yuyan çıxarılmış, evin lionimlərini söküb aparmış, evin su matorunu söküb aparmış, evin sanitariya hissəsi dağıdılmış və istilik sistemi xətləri kəsilmişdir. Şamamaya və ərinə nə üçün evin pulunu tam ödəmədən evdə təmir işləri apardıqlarını bildirdi və evin açarlarını dəyişdi. Pulun qalan hissəsini gətirməsini tələb etsə də onlar müxtəlif bəhanələrlə evin pulunun qalan hissəsini ödəmədilər.O, onlarda 10000 manat pulu alsam da cavabdeh aramızda olan şifahi razılaşmaya əməl etməmiş və bu səbəbdən də aramızda olan razılaşma onun təqsiri üzündən pozulmuşdur.Həmçinin cavabdeh tərəfindən ona maddi ziyan vurulmuşdur. Belə ki, həmin vaxt mən gəlir eldə etmək üçün həmin evi satmışdı ki, əldə edilmiş pulla müəyyən işlər görüm. Lakin cavabdeh pulun qalan hissəsini ödəmədiyimdən həmin pulla etdiyim işlər yarımçıq almış və mən 10000 manat pul ziyan etmişdir.Həmçinin cavabdeh mənə məxsus evin oboylarını, mətbəx və hamam hissəsini dağıdaraq bərbad hallara salmış, evin istilik xətlərini kəsməklə nəticədə mənə xeyli miqdarda ziyan vurmuşlar. Cavabdehin mənim evimi bərbad hala salması nəticəsində bu müddət ərzində evi kirayə verməklə müəyyən məbləğdə pul qazana bilərdim. Belə ki, hər ay evi 200 manatdan kiarəy verə bilərdi, 2012-ci ildən hal-hazıradək cavabdeh təqsiri ucbatından o təxmini olaraq 14000 manat pul itirmişdir. Qeyd edilən halların nəzərə alınaraq, qarşılıqlı iddia tələbinin təmi edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk İddiaçı məhkəmə iclasında ilk iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə etiraz edərək, öz izahatında qarşılıqlı iddia tələbində qeyd edilən halların heç birini qəbul etmədiyini, həmin evə heç bir ziyan vurmadığını, orada ancaq yaxşılaşdırma işlərini gördüyünü, ona görə də heç bir məbləğdə pul vəsaitinin ödənilməsinə razı olmadığını, əksinə onun 10000 manat pulunun cavabdehdə qaldığını, indiyə kimi həmin pulla bir çox iş görə biləcəyini bilirərək, ilk iddia tələbinin təmin eidlməsi, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlk iddiaçının vəkili məhkəmə iclaısnda ilk iddia ərizəsinin və ilk iddiaçının izahatının məzmununa və dəlillərinə uyğun izahat verərək, ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə etiraz edərək, öz izahatında ekspert rəyi ilə razı olmadıqlarını, bütün bu halların nəzərə alınaraq, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddiaçı məhkəmə iclasında qarşılqlı idida tələbinin məzmununa və dəlillərinə uyğun izahat verərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, ilk iddia tələbinə etiraz edərək, öz izahatında ilk ididaçının onun evini bərbad hala saldığını, həmin evi əvvəlki vəziyyətə qyatarmaq üçün ona nəqədər vəsait tələb edildiyini, bütün bunlara görə isə məhz ilk ididaçının cavabdeh olduğunu, ekspert rəyi ilə razı olduğunu, ilk iddiaçının onun evini əvvəlki vəziyyətinə qaytarmağını, onun da onda olan 10000 manat məbləğində pul vəsaitinin ödəməyə razı olduğunu bildirmiş, bu halların nəzərə alınaraq ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın isə təmin eidlməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiaçının vəkili məhkəmə iclaısnda qarşılıqlı iddia tələbinin məzmununa və dəlillərinə, qarşılıqlı iddiaçının izahatının məzmununa uyğun izahat verərək, ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclaısnda şahid qismində dindirilmiş X1 öz ifadəsində ilk iddiaçının qudası olduğunu, mübahisəli evdə təmir-tikinti işlərini apardığını, razılıq olmuşdur ki, 10000 manat əvvəlcədən verilsin, daha sonra üç dəfəyə olmaqla qalan hissə ödənilməli idi, cavabdeh özü açarı çıxartdı veridki, gedib həmin evdə təmir eləsin, pəncərələri dəyişdiyini, divarı sökdüyünü, hamamdan vanna götürdyünü və s., həmin dəyişdirdiyi əşyaları onun veində olduğunu, qarşı tərəf istədiyi halda verə biləcəyini, qalan pulun ödənilməsi üçün müddət qoyulmadığını bildirmişdir. Məhkəmə iclaısnda şahid qismində dindirilmiş X2 öz ifadəsində ilk iddia üzrə cavabdehin açarı çıxardıb ona veridyini, evi təmir etmək üçün, bir neçə müddət sonra isə evin açarının dəyişildiyini bildirdi. İş materialalrında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2021-ci il tarixli 10/3966 saylı rəyinin məzmunundan görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, Sülh küçəsi 1 nömrəli binanın 16 saylı mənzilində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırılma işlrənin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1370,0 manat məbləğində olduğu müəyyən edilir. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Sülh küçəsi, 1 nömrəli binanın 16 saylı mənzilində aparılmış təmir-tikinti işləri nəticəsində mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün və ilkin vəziyyətə qaytarılması üçün yerinə yetirilməli olan müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 8496,0 maat məbləğində olduğu müəyyən edilir.Qeyd olunur ki, mənzildə aparılmış təmir-tikinti işləri nəticəsində əmələ gələn qüsurların, nədən ibarət olması, görülməli işlərin ayrı-ayrılıqda növləri, həcmi dəyəri, smetada və rəyin tədqiqat hissəində ətraflı göstərilmişdir.Aparılmış tədqiatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir.Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Sülh küçəsi ev 1 mənzil 16 xüsusi mülkiyyət hüququ əsasında qarşılıqlı ididaçıya məxsusdur.Həmçinin, tərəflər arasında evin alq-satqısı barədə şifahi razılaşma olması halları, ilk iddiaçının bunun müqabilində qarşılıqlı ididaçıya 10000 manat pul ödəməsi, qarşılıqlı iddiaçının həmin məbləğdə pulu qəbul etməsi, ilk iddiaçıya indiyədək qaytarmaması, ilk iddiaçının həmin evdə bəzi təmir-tikinti işlərinin aparılması halları da işin mübahisəsiz halları qismində çıxış edir. Həmçinin, ilk iddiaçı qarşılıqlı iddiaçı tərəfindən həmin mənzilin şifahi razılaşma əsasında ona satıldığını, bunun müqabilində ilkin olaraq 10000 manat pul vəsaiti ödədiyini, həmin evdə təmir işlərini aparmağa başladığını, sonradan qarşılıqlı iddiaçının həmin evin açarını dəyişdiyini, evi ona satmaqdan imtina etdiyini, ona görə də qarşılıqlı ididaçıya ödədiyi 10000 manat pulun ona geri qayatrılması, həmçinin, əldən çıxmış faydaya görə də 8000 manat pulun ona ödənilməsi tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Qarşılıqlı iddiaçı ilk iddiaçı ilə ona məxssus evin satılmaıs ilə bağlı razılaşma əldə ediliyini, ilk iddiaçıdan 10000 manat pul vəsiatini təhvil alıdğını, evin açarını ona veridyini, qalan pulu 1 ay ərzində ödəyəcəyini bildirsə də, ödəmədiyini, ilk iddiaçının ona məxsus evdə təmir-tikinti işlərini apardığını, sonradan pulu ödəmədiyinə görə aralarında olan razılaşmanı ilk iddiaçının pozdiuğunu, ilk iddiaçının ödədiyi 10000 manat pulu qaytarmağa razı olduğunu bildirmiş, habelə onun evinin də əvvəlki vəziyyətə qayatarılması üçün ona dəymiş ziyanın ilk iddiaçı tərəfindən ona ödənilməsi tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Məhkəmə ilk növbədə tərəflər arasında bağlanılmış şifahi daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarlı olub-olmaması, yəni mülki qanunvericiliklə müəyyən edilmiş şərtlərə əməl edilməklə bağlanılıbbağlanılmaması məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə tərəflər arasında şifahi formada bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə razılaşma ilə bağlı onu qeyd edir ki, tərəflər arasında bağlanılmış qeyd edilən razılaşma üzrə əqd Mülki qanunvericiliklə müəyyən edilmiş forma və məzmun tələblərinə əməl edilmədən bağlandığından, əhəmiyyətsiz əqd olmaqla, etibarsız əqd olmuşdur. Belə ki, mülki qnaunvericiliyin tələbinə əsasən daşınmaz əmlakın alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməli və bu hüquq daşınmaz əmlakın dövlət reyestr xidmətində qanunvericiliklə müəyyən eidlmiş qaydada qeydiyyata alınmalıdır. İndiki halda isə tərəflər qeyd edilən şərtlərə əməl etməmişdir. Həmçinin, işin mübahisəsiz hallarından görünür ki, qeyd edilən mənzil qarşılıqlı iddiaçıya (mənzilin sahibinə) qaytarılsa da, həmin mənzilin alqı-satqısına görə ilk iddiaçı təərfindən qarşlıqlı iddiaçıya öədnilmiş 10000 manat məbləğində pul vəsaiti ona qaytarılmamışdır. Bu halda, məhkəmə hesab edir ki, ilk iddiaçının qeyd edilən məbləğdə pul vəsiatini tələb etmək hüququnun olub-olmaması məhz Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtləri baxımından yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, qarşılıqlı ididaçı tərəfindən evin alqı-satqısına görə ilk iddiaçı tərəfdən 10000 manat məbləğində pul vəsaiti alması və ona geri qaytarmaması halı işin mübahisəsiz halı olduğundan, habelə qeyd edilən razılaşma mülki qanunvericiliyin tələbinə əsasən əhəmiyyətsiz əqd olduğundan, qarşılıqlı iddiaçı qeyd edilən razılaşma üzrə əldə etdiyi ilk iddiaçıya məxsus olan 10000 manat məbləğində pul vəsaitini ilk iddiaçıya geri qaytarmalıdır. Ona görə də məhkəmə hesab edir ki, ilk iddia tələbi məhz qeyd edilən hissədə əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə ilk iddia tələbinin əldən çıxmış faydaya görə 8000 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, ilk iddia tələbi qeyd eidlən hissədə əsassız olmaqla, təmin edilməməldir. Belə ki, ilk iddiaçı ona məxsus pulun bu müddət ərzində ona qaytarılmaması nəticəsində 8000 manat fayda əlindən çıxdığını bildirsə də, həmin hala dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı, ilk iddiaçıya məxsus pul vəsaitinin məhz qarşılıqlı iddiaçının təqsiri ucbatından qanunsuz əsassız olaraq özündə saxlanılması ilə qaytarılmasının gecikdirilməsi halları, habelə məhz qarşılqlı iddiaçının təqsilri hərəkətləri nəticəsində qeyd eidlə məbləğdə maddi ziyan vurulması halları müəyyən edilməmişdir (həmin pul vəsaitinin qaytarılmamasının səbəbi məhz qarşılıqlı iddiaçının evinin əvvəlki vəziyyətə ilk iddiaçı tərəfindən qaytarılmaması ilə bağlı hal səbəb olmuşdur).Bununla da, məhkəmə araşdırması zamanı hazırki mülki iş üzrə ilk iddia tələbinə dair Mülki Məcəllənin 449-cu maddəsinin və 1097-ci maddəsinin dispozitiv şərtlərinin müəyyən eidlməsi mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, ilk iddia tələbi əldən çıxmış faydanın ödənilməsi hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı hesab edir ki, ilk iddiaçı tərəfindən qarşılıqlı iddiaçıya məxssu mənzildə təmir-tikinti işlərini aparması halı işin mübahisəsiz halı olduğundan, habelə həmin təmir-tikinti işlərinin aparılması nəticəsində mənzildə qüsurların əmələ gəlməsi (ziyan vurulması) halı müəyyən edildiyindən, qarşılıqlı iddia tələbi evin ilkin vəziyyətə qaytarılması üçün zəruri olan işlərin dəyərinin ödənilməsi hissəsində əsaslı olmaqla qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı təyin eidlmiş müvafiq ekspert rəyinin məzmunundan aydın olur ki, mənzildə görülmüş təmir-tikinti işlərinin ümumi dəyəri 1370 manat olduğu, evin ilkin vəziyyətə qaytaarılması üçün görülməsi zəruri olan işlərin ümumi dəyəri isə 8496 manat olduğu müəyyən edilmişdir. Bu halda, məhkəmə müvafiq ekspert rəyini əsas götürərək, habelə ilk ididaçı tərəfindən görülmüş təmirtikinti işlərinin dəyərini nəzərə alaraq, hesab edir ki, qarşılıqlı iddia tələbi evin əvvəlki vəziyyətə qayatrılması üçün zəruri olan pul vəsaitinin tutulması ilə bağlı 7126 manat məbləğində olan hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin əldən çıxmış fayda qismində 18400 manat pul vəsaitinin tutulması hisəssi ilə bağlı hesab edir ki, qarşılıqlı iddia tələbi qeyd edilən hissədə əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddiaçı tərəfindən qeyde dilən məbləğdə əldən çıxmış fayda qismində ona ziyan vurulması hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşıdrması zamanı qarşılıqlı iddiaçıya ilk iddiaçının təqsirli hərəkətləri nəticəsində qeyd eidlən məbləğə əldən çıxmış fayda qismində maddi ziyan vurulması halının aşkar eidlməsi , habelə hazırki mülki iş üzrə Mülki Məcəllənin 449-cu maddəsinin və 1097-ci maddəsinin dispozitiv şərtlərinin müəyyən eidlməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əldən çıxmış faydanın tutulması hisəssində əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, iş materiallarından görünür ki,ilk iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, ilk iddia tələbi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddiaçıya ödənilməli, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya öədnilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia qismən təmin edilməli,qarşılıqlı iddia qismən təmin eidlməli, ilk iddia tələbi üzrə Cavabdeh 10000 manat məbləğində pul vəsaiti və öədnilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq ilk İddiaçı xeyrinə ödənilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 7126 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq, qarşılıqlı iddiaçı Cavabdeh xeyrinə ödənilməli, ilk iddia tələbi və qarşılıqlı iddia tələbi qalan hissədə təmin eidlməməlidir,iş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 100 manat məbləğində pul vəsaiti ilk iddiaçı və qarşılıqlı iddiaçıdan müştərək qaydada tututalraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. İlk iddia tələbi üzrə Cavabdeh 10000 manat məbləğində pul vəsaiti və öədnilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq ilk İddiaçı xeyrinə ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı 7126 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq, qarşılıqlı iddiaçı Cavabdeh xeyrinə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pul vəsaiti ilk İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh müştərək qaydada tututalraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar