Məhkəmə qərarları › İş №2(002)-656/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-656/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-656/2024 12.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X3 Hüseynovun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Cavabdeh iddia ərizəsi məhkəməyə təqdim edildiyi tarixdən (xx.xx.2024-cü il) xeyli əvvəl (xx.xx.2023-cü il tarixdə) vəfat etmişdir və məhkəməyə müraciət edildiyi tarixdə onun mülki işdə tərəf olması mümkün olmamışdır. Bu səbəbdən, mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməli, iddiaçı banka qanunamüvafiq qaydada vəfat etmiş borclunun vərəsələrini müəyyən etməklə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, iş materiallarında olan Qaradağ rayonu X2 xx.xx.2024-cü il tarixli 12/42 saylı arayışından və xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Musayev X1 vəfat edib və xx.xx.2023-cü il tarixdə Azərbaycana gətirilərək Səngəçal qəsəbəsi, Sofihəmid qəbirstanlığında dəfn olunub. İş materiallarında olan Almaniya Federativ Respublikasında verilmiş şəhadətnamənin və meyidin daşınmasına dair icazə sənədinin surətlərindən və tərcüməsindən görünür ki, Cavabdeh 27 may 2023-cü il tarixdə Almaniya Federativ Respublikasında Halver şəhərində yol qəzası nəticəsində ölmüşdür. Onun meyidinin Halver-Frankfurt-Bakı marşurutu üzrə daşınmasına xx.xx.2023-cü il tarixdə icazə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyətinə) malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 261 və 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar