Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-667/2021 05.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh1 iştirakları ilə İddiaçı “Bank Olmayan Kredit Təşkilatı «X7» MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması barədə” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı «X7» MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Borclularla BOKT “X7” MMC arasında bağlanmış,onlarla bağlanmış xx.xx.2015-ci il tarixli L-BK- 0036575-F nömrəli “Birgə Borcluluq, Kredit və BK-00011603 saylı Zaminlik müqavilələrinə əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ödənilməmiş 1.745,53 (bir min yeddi yüz qırx beş dollar 53 sent) ABŞ dolları məbləğində əsas məbləğ üzrə borcu, 394,56 (üç yüz doxsan dörd dollar 56 sent) ABŞ dolları faiz borcu və 102,41 (bir yüz iki dollar 41 sent) ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 2.242,50 (iki min iki yüz qırx iki dollar 50 sent) ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq BOKT “X7” MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı «X7» MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) “X7” MMC-nin Bakı filialına müraciət edərək ailə üzvlərindən ibarət birgə borclular qrupu yaratmaq istəklərini bildirmişlər və onlarla təşkilat arasında xx.xx.2015-ci il tarixili L-BK-0036575-F nömrəli X3 bağlanmışdır. Daha sonra X2 əsasən birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixili L-BK- 0036575-F saylı Kredit müqaviləsi bağlanmışdır.Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “İnvestisiya” məqsədilə birgə borclulara 24 ay müddətinə, aylıq 2.5 %, illik 30 % olmaqla 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə BK-00011603 saylı Zaminlik müqaviləsi bağlanmışdır.X7" MMC ilə cavabdehlər arasında xx.xx.2017-ci il tarixində imzalanmış rəsmi razılaşma-protokollarına əsasən kreditin faizi 12%-ə endirilərək, kredit və zaminlik müqavilələrinin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 3.254,47 (üç min iki yüz əlli dörd dollar 47 sent) ABŞ dolları, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 2.504,07 (iki min beş yüz dörd dollar 07 sent) ABŞ dolları və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 676,33 (altı yüz yetmiş altı dollar 33 sent) ABŞ dolları olmaqla cəmi 6.434,87 (altı min dörd yüz otuz dörd dollar 87 sent) ABŞ dolları məbləğində pul ödənilmişdir. Hal hazırda Cavabdeh1 təşkilata ödənilməmiş 1.745,53 (bir min yeddi yüz qırx beş dollar 53 sent) ABŞ dolları əsas məbləğ üzrə borcu və 394,56 (üç yüz doxsan dörd dollar 56 sent) ABŞ dolları faiz məbləğində faiz borcu var.Bundan əlavə, “X7” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, L-BK-0036575-F saylı Kredit Müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər(əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər(əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur.Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər(əldən çıxmış fayda) 102,41 (bir yüz iki dollar 41 sent) ABŞ dolları təşkil edir/ İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında borcu olduğunu qəbul etdi və qeyd etdi ki, imkanı olmadığı üçün ödəniş edə bilməyib. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasından bağlanmış xx.xx.2015-ci il tarixli L-BK- 0036575-F saylı Kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı «X7» MMC Cavabdeh1 24 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı «X7» MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2015-ci il tarixli L- BK-0036575-F nömrəli X1 görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 xx.xx.2015-ci il tarixli L-BK-0036575-F saylı Kredit müqaviləsinə görə kreditor qarşısında birgə borclular kimi birgə öhdəlik götürmüşlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli xx.xx.2015-ci il tarixli L-BK- 0036575-F saylı Kredit müqaviləsinə Devalvasiya ilə əlaqədar verilən Güzəştlərə dair Əlavədən (Razılaşma Protokolundan) görünür ki, xx.xx.2015-ci il tarixli L-BK- 0036575-F saylı Kredit müqaviləsinə görə faiz aşağı salınaraq, illik 12% müəyyən edilmişdir.xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2021ci il tarixinədək uzadılmışdır. Kreditor borclunun Ödəniş Cədvəlinə uyğun olaraq, ödənişi vaxtında və lazımınca ödəniləcəyi təqdirdə cari tarixə hesablanmış faiz borcu bağışlanmağı öz öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixindən xx.xx.2020-ci il tarixə qədər borcu aşağıdakı kimidir: - ödənilməmiş 1.745,53 (bir min yeddi yüz qırx beş dollar 53 sent) ABŞ dolları əsas məbləğ üzrə borcu və 394,56 (üç yüz doxsan dörd dollar 56 sent) ABŞ dolları faiz məbləğində faiz borcu və 102,41 (bir yüz iki dollar 41 sent) ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 2.242,50(iki min iki yüz qirx iki dollar əlli sent ) ABŞ dolları borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2015-ci il tarixli Ödəniş qrafikindən görünür ki , borclu Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı «X7» MMC-yə 5000 ABŞ dolları 24 aya illik 30 % ilə hər ay 281 manat( axırıncı ay 279,49) ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra müqavilənin müddətinin artırılması ilə əlaqədar olaraq yeni ödəniş cədvəlinə uyğun olaraq, borclu Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı «X7» MMC-yə qalıq borcu xx.xx.2021-ci il tarixinədək illik 12% ilə hər ay 107 manat ödəməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bank Olmayan Kredit Təşkilatı «X7» MMC-dən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-ci il tarixli məktubundan görünür ki , xx.xx.2015-ci il tarixli L-BK- 0036575-F saylı Kredit müqaviləsi üzrə kredit 360 gündən çox vaxtı keçmiş kredit kateqoriyasına aid edilmədiyindən borclunun kredit borcu üçün restruktruzasiya olunması üçün nəzərdə tutulmayıbdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, Bank Olmayan Kredit Təşkilatı «X7» MMC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdi”. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 oğlunun kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının Cavabdeh1 oğluna qarşı və birgə borclu olan Cavabdeh3 qarşı həmin kredit müqaviləsinin lazımınca icra edilməməsi ilə əlaqədar iddia tələbi əsas borc, faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış borc hissəsində tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.. Belə ki, iş materiallarında olan xx xxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinin məzmunundan aydın olur ki, xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh2 ilə Bank Olmayan Kredit Təşkilatı «X7» MMC-yə arasında xx xxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə Cavabdeh1 oğlunun öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Ona aid hissədə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən, cavabdeh tərəfindən imzalanmış iddianın etirafı barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30( otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilə BOKT “X7” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli L-BK-0036575-F nömrəli “Birgə Borcluluq, Kredit və BK-00011603 saylı Zaminlik müqavilələrinə əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1745 (bir min yeddi yüz qırx beş) dollar 53(əlli üç) sent məbləğində əsas borcu, 394 (üç yüz doxsan dörd) dollar 56(əlli altı) sent faiz borcu və 102 (bir yüz iki) dollar 41(qırx bir) sent müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 2.242,50 (iki min iki yüz qırx iki dollar 50 sent) ABŞ dolları məbləğində(ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumualınaraq BOKT “X7” MMC-ni xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1745 (bir min yeddi yüz qırx beş) ABŞ dolları 53(əlli üç) sent məbləğində əsas borcu, 394(üç yüz doxsan dörd) dollar 56(əlli altı) sent faiz borcu və 102 (bir yüz iki) dollar 41(qırx bir) sent müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər əvəzi olmaqla cəmi 2.242 (iki min iki yüz qırx iki) dollar 50 (əlli)sent (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq BOKT “X7” MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-667/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-667/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver