Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-67/2022 31.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Salmanova Könül Xasay qıznın katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı “Azərmaş MMC”-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yol nəqliyyat hadisəsi nəticəsində maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yol nəqliyyat hadisəsi nəticəsində maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD 832661 seriyalı, 2020-ci il buraxılışlı, ban Na NVAW01HHFLE220593, mühərrik N° null, göy rəngli) avtomobilə və avtomobilin potensial mülkiyyətçisi olaraq ona dəymiş 16.090,32 manat məbləğində maddi zərərin cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, 28 fevral 2021-ci il tarixdə saat 13:30 radələrində cavabdeh X6 Bakı-Xocasən yolunun Abşeron rayonu ərazisindən keçən 5-ci kilometrində idarə etdiyi BMW 535 minik markalı, 10SS812 dövlət qeydiyyat nişanlı avtomobillə 2 zolaqlı yolun sağ zolağı ilə 75 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən hərəkət üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, həmçinin hərəkət istiqamətlərini ayıran ağ qoşa bütöv üfüqi nişanlanma xəttini kəsməməli olduğu halda bunu etməmiş, “X11” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməmiş, qarşısında eyni istiqamətdə hərəkətdə olan avtomobili ötmək üçün sol zolağa manevr etmiş, avtomobili ötmək istədiyi anda idarə etməni itirərək avtomobil əks hərəkət zolağına çıxmış, nəticədə idarə etməsində olan KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanad hissəsi ilə toqquşmuş, nəticədə onun sağlamlığına yüngül zərər vurulmuş və avtomobilə əzilərək maddi ziyan dəymişdir. Hadisə yerinə baxış protokolu, sxemi, fotoşəkilləri və izahatlar ilə qeyd olunanlar öz əksini tapmışdır. Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi polis mayoru X2 HK-1/154 Ne-li, 28 mart 2021-ci il tarixli qərarı ilə yol nəqliyyat hadisəsi sürücü X3 təqsiri nəticəsində baş verməklə başqa şəxslərin sağlamlığına az ağır və ya ağır zərər tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd olunmuş, həmçinin cavabdeh“X11” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1 -ci bəndinin tələblərini pozaraq ehtiyatsızlıqdan ərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurdğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Bildirmək istəyir ki, KHAZAR SD minik markalı, 99PX039 dövlətqeydiyyat nişanlı avtomobili “AZƏRMAŞ MMC” ilə aralarında bağlanmış 17.07.2020-ci il tarixli MAS- 2543 saylı “X8”nə əsasən, 24 ay müddətinə, illik 19% həcmində mükafat məbləği hesablanmaqla 13300 manata lizinqə gğtürmüşdür. Aylıq lizinq ödənişinin məbləği 670.43 AZN təşkil edir. Beləliklə, qiyməti 13300 manat olan avtomobil lizinq ödənişlərini ödədikdən sonra ona 16.090,32 manata başa gələcəkdi. Lakin cavabdehlərdən Cavabdeh2 mülkiyyətindəı olan, X3 idarə etdiyi BMW 535 minik markalı, 10SS812 dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydası pozulması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsinin nəticəsində lizinqə aldığı avtomobil tam yararsız vəziyyət düşmüş və nəticədə ona 16.090,32 manat məbləğində ziyan dəymişdir.. Ona lizinqə verilmiş KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD 832661 seriyalı, 2020-ci il buraxılışlı, ban N° NVAW01HHFLE220593, mühərrik N° null, göy rəngli) maşın 2020-ci il buraxılışlıdır, maşın lizinqə götürəndən 7 ay sonra hadisə baş vermiş və ona ziyan dəymişdir. O, hazırda da lizinq ödənişlərini ödəyir.Hazırda cavabdehlər yol nəqliyyat hadisəsi törədərək ona vurduğu maddi ziyanı könüllü ödəməkdən boyun qaçırdığı üçün ona qarşı iddia tələbi ilə ərazi aidiyyəti üzrə Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. 16.08.2021-ci il tarixli məhkəmə iclasında X10 ərizə ilə verilərək iddiaçı X5 əsl iddiaçı “Azərmaş MMC” ilə əvəz edilməsinə razılığını bildirmişdir . 16.08.2021-ci il tarixli məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərmaş MMC”-nin nümayəndəsi X9 tərəfindən vəsatət(ərizə) verilərək iddiaçı X5 əsl iddiaçı “Azərmaş MMC”( KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olduğu üçün) ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə(hakim) tərəfindən vəsatət təmin edilmişdir İddiaçı “Azərmaş MMC”nun X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yol-nəqliyyat hadısələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinə verilmiş 01.03.2021-ci il tarixli Cavabdeh1 izahatından görünürki, 28 fevral 2021-ci il tarixdə saat 13:30 radələrində etibarnamə ilə idarə etdiyi BMW 535 minik markalı, 10SS812 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Xocasən yolunun Abşeron rayonu ərazisindən keçən 9-ci kilometrində Bakı şəhəri istioqamətində 2 zolaqlı yolun sağ zolağı ilə 75 km/saat sürətlə hərəkət ediridi.Qarşıda eyni istiqamətdə Mercedes markalı avtomobili ötmək üçün sol zolağa manevr etmiş və həmin avtomobil də sola doğru manevr etmişdir.Bu halda toqquşmamaq üçün tormioz etmiş və idarəetməni itirmiş və avtomobili əks hərəkət zolağına çıxaraq, əks istiqamətdıə olan KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanad hissəsi idarə etdiyi avtomobilin sol qanad hissəsi ilə toqquşdu və zərbədən idarə etdiyi avtomobil firlanaraq toqquşma yerində dayandı Həmin avtomobil isə yolun sağına istiqamətlənib hərəkət hissədən kənara çıxıb dayandı.hadısə zamanı maşında yük və sərnişin olmamaışdır.Ona və maışınına ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 28 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünürki,toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh1 barəsində İXM-nin 337.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X16 İdarəsinin 10.05.2021-ci il tarixli arayışından görünür ki, BMW 535 minik markalı, 10SS812 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına qeydiyyatdır və arayışa əlavə olunmuş kompyuter çıxarışından görünürki, həmin avtomobil 30.08.2020-ci il tarixdən 05.03.2021-ci il tarixədək etibarnamə əsasında Cavabdeh1 sahibliyinə verilmişdir. İş materiallarına əlavə olunmuş MAS-2543 saylı 17 iyul 2020-ci il tarixli X8nin surətindən görünür ki, İddiaçı MMC ilə X10 arasında müqavilə bağlanmış və müqaviləyə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə 48 ay müddətinə lizinq ödənişlərini cədvələ əsasən ödəməyi öz öhdəsinə götürür. Müqaviləyə əsasən əmlakı 24 ay müddətinə, illik 19% həcmində mükafat məbləği hesablanmaqla 13300 manata lizinqə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 10.03.2021-ci il tarixli Azərmaş MMC-nin aktından görünür ki, KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı avtomobilinə ümumi texniki baxış zamanı aşkar olundu ki,avtomobil tam yararsızdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki,“ KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “Azərmaş MMC”dur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AC-N-313434 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki BMW 535 minik markalı, 10SS812 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 30.08.2020-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, Cavabdeh2 tərəfindən BMW 535 minik markalı, 10SS812 dövlət qeydiyyat nişanlı avtomobilinin idarə edilməsi 6 ay 5 gün müddətinə(05.03.2021-ci il tarixədək) Cavabdeh1 etibar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17.02.2021-ci il tarixli etibarnamədən görünür ki, Azərmaş MMC” tərəfindən X7 aralarında bağlanmış 17.07.2020ci il tarixli “Daxili lizing müqaviləsi”əsasəında verilmiş KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı avtomobilinin ölkə daxilində idarə edilməsinə səlahiyyət verilmişdir(etibar edilmişdir). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2021-ci il tarixli 9/6560 nömrəli rəyindən görünür ki, KHAZAR SD minik markalı, 99PX039 dövlət qeydiyyat nişanlı mühərrikin iş həcmi 1650 kub santimetr avtomobilin təyinatı üzrə istifadəyə yararlı(normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 14000(on dörd min) manat müəyyən olunur. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostiika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalıq dəyəri müəyyən edilə bilır.Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş işin mübahisəsiz hallarından görünür ki, Cavabdeh1 28.02.2021-ci il idarə etdiyi avtomobil ilə manevr etmə qaydasını pozmaqla, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, nəticədə inzibati protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, “Azərmaş MMC”-yə məxsus avtomobilin zədələnməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin Cavabdeh1 təqsiri ilə baş verməsi və həmin hadisə nəticəsində iddiaçıya maddi ziyan dəyməsi halı məhkəmə iclaında tədqiq edilmiş sübutlarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin miqdarını müəyyən edərkən Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2021-ci il tarixli 9/6560 nömrəli rəyi nəzərə alınmalıdır. Həmçinin, məhkəmə iddia tələbini Cavabdeh2 aid hissədə əsassız hesab edərək qeyd edir ki, Cavabdeh2 qeyd edilən avtomobilin mülkiyyətçisi olsa da, həmin avtomobili digər cavabdehə (Cavabdeh1) etibarnamə əsasında verdiyindən iddia tələbinin ona dair hissəsində rədd edilməlidir. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 dəymiş ziyanın əvəzi olaraq 14000 manat məbləğində pul alınaraq iddiaçı “Azərmaş MMC”na ödənilməli, 50 manat ekspertiza xərci Cavabdeh1 tutularaq müvafiq hesab üzrə Dövlət büdcəsinə ödənilməli, iddianın qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 dəymiş ziyanın əvəzi olaraq 14000( on dörd min) manat məbləğində pul alınaraq iddiaçı “Azərmaş MMC”-yə ödənilsin. 50(əlli) manat ekspertiza xərci Cavabdeh1 tutularaq müvafiq hesab üzrə Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-67/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-67/2022
31.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver