Məhkəmə qərarları › İş №2(002)-7/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-7/2024

29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-7/2024 29.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X1 ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4577,59 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 4607,59 manat pul vəsaitinin məcburi qaydada tutularaq İddiaçı İB-nin (ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə Cavabdeh xx.xx.2021-ci il tarixdə ölməsi barədə şəhadətnamənin surəti təqdim edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-33/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərardadı ilə xx.xx.2021-ci il tarixdə ölmüş Cavabdeh hüquqi varisi müəyyən edilənədək, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-33/2022 saylı, 07 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat dayandırıldıqdan sonra məhkəmə tərəfindən mərhum Cavabdeh vərəsələrinə vərəsəlik haqqında şəhadətnamənin verilib-verilməməsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində xidmətlər baş idarəsinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində xidmətlər baş idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-5/2-11-4322/23 saylı məktubla müəyyən edilmişdir ki, mərhum Cavabdeh adına vərəsəlik işinin açılıb-açılmaması barədə müraciətə həmin idarədə baxılmış və “elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində adı çəkilən şəxsin adına vərəsəlik işinin açılması faktı aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə hüquq varisliyinə yol verilmədiyinə görə hazırkı iş üzrə icraata xitam verilməli, ödənilmiş 30.40 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 261.0.7, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 30.40 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar