Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-70/2021 27.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının, Cavabdeh2 iştirakları ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 27R000004128 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 1619.09 ABŞ dolları məbləğində kredit borcu, 1841.53 ABŞ dolları məbləğində faiz borcu və 396.1 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3856 ABŞ dolları 72 sent məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli 27L000001636 saylı kredit xətti müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh2 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh2 veriləcək məbləğ və müddət Kredit razılaşması ilə müəyyən olunur. xx.xx.2014-cü il tarixli 27R000004128 kredit razılaşmasının surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 24 ay müddətinə aylıq 2.25 faiz ödəmək şərti ilə 9000 (doqquz min) ABŞ dolları məbləğində kredit verilmişdir. maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2020-ci il tarixə əsas məbləğ üzrə 1619.09 ABŞ dolları məbləğində kredit borcu, 1841.53 ABŞ dolları məbləğində faiz borcu və 396.1 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3856 ABŞ dolları 72 sent məbləğində borcu vardır. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 27R000004128S saylı, xx.xx.2015-ci il tarixli 27R000004128SA saylı, xx.xx.2016-cı il tarixli 27R00000412SB saylı, xx.xx.2016-cı il tarixli 27R000004128SC saylı, xx.xx.2016-cı il tarixli 27R000004128SD saylı, xx.xx.2016-cı il tarixli 27R000004128SE saylı, xx.xx.2016-cı il tarixli 27R000004128SF saylı, xx.xx.2017-ci il tarixli 27R000004128SH saylı, xx.xx.2017-ci il tarixli 27R000004128SH saylı, xx.xx.2017-ci il tarixli 27R000004128Sİ saylı, xx.xx.2018-ci il tarixli 27R000004128SJ saylı, xx.xx.2018-ci il tarixli 27R000004128SK saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 götürdüyü kredit borcundan 7380.91 ABŞ dolları ödəmiş, onun 1619.09 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. xx.xx.2014-cü il tarixli 27S000004122 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. AR MPM və MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddianın qismən təmin edilməsini xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-cü il tarixli 27L000001636 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh2 veriləcək məbləğ və müddət Kredit razılaşması ilə müəyyən olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-cü il tarixli 27R000004128 kredit razılaşmasının surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 24 ay müddətinə aylıq 2.25 faiz ödəmək şərti ilə 9000 (doqquz min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixə əsas məbləğ üzrə 1619.09 ABŞ dolları məbləğində kredit borcu, 1841.53 ABŞ dolları məbləğində faiz borcu və 396.1 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3856 ABŞ dolları 72 sent məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 27R000004128S saylı, xx.xx.2015-ci il tarixli 27R000004128SA saylı, xx.xx.2016-cı il tarixli 27R00000412SB saylı, xx.xx.2016-cı il tarixli 27R000004128SC saylı, xx.xx.2016-cı il tarixli 27R000004128SD saylı, xx.xx.2016-cı il tarixli 27R000004128SE saylı, xx.xx.2016-cı il tarixli 27R000004128SF saylı, xx.xx.2017-ci il tarixli 27R000004128SH saylı, xx.xx.2017-ci il tarixli 27R000004128SH saylı, xx.xx.2017-ci il tarixli 27R000004128Sİ saylı, xx.xx.2018-ci il tarixli 27R000004128SJ saylı, xx.xx.2018-ci il tarixli 27R000004128SK saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-cü il tarixli 27S000004122 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC pretenziya qaydasına riayət edərək, cavabdehlərdən borcu ödəmələrini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/4281 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 xx xxxxx 2020-ci il tarixə İddiaçı QSCyə olan borcu 2320.10 ABŞ dolları məbləğində kimi müəyyən edilir: əsas borc üzrə 1619.09 ABŞ dolları və faiz borcu üzrə 701.01 ABŞ dollarıdır. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilən hallarından göründüyü kimi, Cavabdeh2 yuxarıda qeyd olunan müqavilə üzrə kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Cavabdeh1 zaminlik müqaviləsinə əsasən kredit xətti müqaviləsi üzrə Cavabdeh2 iddiaçı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüş, cavabdehl\r kredit müqaviləsi və zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onların banka pul borcları yaranmışdır. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin kredit müqaviləsinin lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467.1-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilə üzrə 80 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuşolur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 80 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020ci il tarixli 9/4281 nömrəli ekspert rəyi nəzərə alınaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 27R000004128 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 1619 ABŞ dolları 09 sent məbləğində əsas borcu, 701.01 ABŞ dolları məbləğində faiz borcu və 80 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 2400 ABŞ dolları 10 sent məbləğində borc (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. İş üzrə 145 (yüz qırx beş) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq müvafiq hesab üzrə dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 27R000004128 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 1619 (min altı yüz on doqquz) ABŞ dolları 09 (doqquz) sent məbləğində əsas borc, 701 (yeddi yüz bir) ABŞ dolları 01 (bir) sent məbləğində faiz borcu və 80 (səksən) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 2400 (iki min dörd yüz) ABŞ dolları 10 (on ) sent məbləğində borc (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. İş üzrə 145 (yüz qırx beş) manat ekspertiza xərci tərəflərdən müştərək qaydada tutularaq müvafiq hesab üzrə dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-70/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-70/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver