Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-701/2022 28.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızınınsədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 (on min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2020-ci ilin noyabr ayında borc müqviləsinə əsasən Cavabdeh 10000 (on min) manat,borc vermişdir.Cavabdeh aldığı borc məbləğini tez bir vaxtda qaytarmağı öhdəsinə götürmüşdür.Cavabdeh işləyir və yüksək əmək haqqı alır.Ancaq,cavabdeh borc aldığı pulu qaytarmaqdan yayınmışdır.Bir müddət onun pulu gətirib ödəyəcəyini gözləmişdir.Ancaq,ondan heç bir xəbər çıxmadığı üçün dəfələrlə ona zəng edərək,borcunu ödəməsini xahiş etdi.Cavabdeh yenə də onu aldadaraq borcunun qaytaracağına söz versə də bu günə qədər müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən imtina edir.Belə olan halda başa çıxış yolu qalamdığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Ancaq,Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi bu vaxta qədər müxtəlif bəhanələrlə icra etməmiş və müqavilə üzrə heç bir ödəniş etməmişdir.Cavabdeh ondan aldığı 10000 manat borc məbləğini qaytarmaqdan əsassız olaraq imtina edir.Cavabdeh 10000 manat alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, özünün Qaradağ rayonunda hərbiçi kimi qeydiyyatda olduğunu,iddiaçının dediyi tarixdə heç orda olmadığını,ondan pul almadığını,onun İbrahimov Rəşaddan pul aldığını, Bəxtiyardan heç bir məbləğdə pul almadığını, belə bir müqaviləyə imza atmadığını, bunu ekspertiza keçirməklə də müəyyən etmək olar ki, o imza ona məxsus deyildir, müqavilənin bağlanma tarixi kimi qeyd eidlmiş14 noyabr 2020-ci il tarixdə onun hərbiçi kimi Qubadlı rayonunda olduğunu, bununla bağlı hərbi komandirin əmrinin olduğunu, həmin əmrdən çıxarış almaq üçün komandirə mürcaiət etdiyini, lakin hələ ona təqdim edilmədiyindən məhkəməyə verə bilmədiyini, alan kimi təqdim edə biləcəyini, iddiaçının dedikləri heç bir halı qəbul etmədiyini, ondan heç bir manat da pul almadığını, borclu olduğu şəxsin adının ibrahimov Rəşad olduğunu bildirərək, bu halların nəzərə alıanraq iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasə əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Qanunvericiliyin qeyd olunan normalarının təhlilindən aydın olur ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəliklərinin yaranması əsası qismində məhz borc (kredit) müqaviləsi çıxış edir ki, həmin müqaviləyə əsasən borc verən müvafiq məbləğdə pul vəsaitini borc alanın mülkiyyətinə verməyi, borc alan isə aldığı pul məbləğini müqavilə ilə şərtləşdirilmiş qaydada borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 10000 manat pul verdiyini, lakin indiyədək cavabdeh tərəfindən həmin pul vəsaitinin ona qaytarılmadığını əsas gətiərək, belə bir iddia tələbi irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir.Qeyd edilən halla bağlı yeganə sübut vasitəsi qismində yazılı formada tərtib eidlmiş 14.11.2020-ci il tarixli borc müqaviləsini təqdim etmişdir.Cavabdeh iddia tələbinə etirazın əsası kimi iddiaçı ilə belə bir müqavilə bağlamaadığını, imzanın ona məxsus olmadığını,iddiaçı tərəfindən ona heç bir məbləğdə borc pul veirlmədiyini, aralarında heç bir borc münasibətinin olmadığını bildirmişdir Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı ilk növbədə tərəflər arasında bağlanılmış yazılı borc müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyin-müqavilənin predmeti qimsində çıxış edən müvafiq məbləğdə pul vəsaitini cavabdehin mülkiyyətinə verilməsinə dair öhdəliyini icra etməsinə dair halı sübut etmək vəzifəsi daşıyır. Cavabdeh isə iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halları sübutetmək öhdəliyi daşıyır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qeyd edilən halın müəyyən edilməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı cavabdehin onun qarşısında borc öhdəliyinin (10000 manat məbləğində) yaranması halını yalnız tərəflər arasında bağlanılmış yazılı borc müqaviləsinə istinad etmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, borc müqaviləsinə görə borc verən müqavilənin predmetini təşkil edən pul vəsaitini borc alanın mülkiyyətinə verməyi öhdəsinə götürür, pul vəsaiti daşınar əşya olmaqla, onun digər şəxsin mülkiyyətinə verilməsi məhz həmin pul vəsaitinin borc alanın sahibliyinə istifadəsinə verildiyi halda, həmin müqavilə üzrə öz öhdəliyini icra etmiş sayılır. İndiki halda isə iddiaçı tərəfindən həmin müqavilə premdetini təşkil eədn müvafiq məbləğdə pul vəsiatinin cavabdehin sahibliyinə verilməsi halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, hazırki mülki iş üzrə müvafiq borc müqaviləsi üzrə pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə verilməsi, cavabdeh tərəfindən həmin pul vəsaitinin təhvil alması, onun sahibliyinə və istifadəsinə keçməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə məhkəmə cavabdehin iddia tələbinə dair etirazın əsası kimi istinad etdiyi müqavilənin onun özü tərəfindən imza edilməməsi, müqavilənin bağlanılmaması kimi hallarla bağlı onu qeyd edir ki, cavabdeh tərəfindən həmin hallara dair heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, qeyd edilən halların məhkəmə araşdırması zamanı müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, hazırki mülki iş üzrə Azərbaycan Respublikası MM-in 1091-ci maddəsinin dispozitiv şərtlərinin də müəyyən eidlməsi mümkün olmamışdır. Ona görədə məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübuta hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia tələbi təmin olunmamalı, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-701/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-701/2022
28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver