Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-71/2023 25.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçının Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona ödənilmiş 3000.0 (üç min) manat pulun və mənzilə və təmir materiallarına vurulmuş zərərin əvəzi olaraq 3758.0 (üç min eddi yüz əlli )manat pulun, ödənilmiş 87.50 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla fiziki şəxs Cavabdeh (VÖEN: **********) arasında “Təmir Xidmətlərinin göstərilməsi haqqında” xx.xx.2022 tarixli Müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən ona məxsus mənzildə santexnik-elektrik, arakəsmə hörgüsü, malyar, alçıpan, kafelmetlax, pol, oboy, emulsiya xidmətlərinin göstərilməsi icraçı Cavabdeh həvalə edilmişdir. Qeyd olunan təmir işləri icraçı tərəfindən əvvəldən 1 aya görülməli olduğu halda, sonradan qarşı tərəfin təkidi ilə ə təmir prossesinin ləngiməsi səbəbindən dəyişilərək 53 gün müəyyn edildi. Həmin nüddətdə bütün işlər tam şəkildə icra edilib qurtarmalı idi. Görülən işlərə görə isə onun tərəfındən ümumilikdə 3500.0 (üç min beş yüz) manat pul ödənilməli idi. Qeyd olunan məbləğ işlər görüldükcə hissə-hissə olaraq 4 dəfəyə onun tərəfindən müqavilədə qeyd olunan tarixlərdə ödənilməli, və işlər də həmin hissədə təhvil verilməli idi. Lakin, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vicdanla və lazımi şəkildə yerinə yetirməmişdir. Müxtəlif vaxtlarda mənzilə müxtəlif qeyri-peşəkar ustalar göndərmiş, görülən işlər isə keyfiyyətinə görə qənaətbəxş deyildir. Belə ki, Cavabdeh ustaların haqqını ödəmədiyi üçün onlar onun mənzilində müqavilədə qeyd olunan görülməli olan təmir işlərinin bir hissəsini pis-yaxşı həyata keçirdikdən sonra işləməkdən imtina etmişlər. Bu barədə cavabdehə və özünün işçisi kimi təqdim etdiyi Nərminə adlı xanıma dəfələrlə şikayət və iradlarımı bildirsə də, hər dəfə ona problemin tez bir zamanda həll ediləcəyini, digər ustalar göndəriləcəyini bildirmişlər. Buna baxmayaraq ödənişləri ondan tələb etmişlər. xx.xx.2022-ci il tarixli Müqaviləyə əsasən onun tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixində 500 manat, xx.xx.2022-ci il tarixində 1000.0 azn olmaqla iş yerində, sonradan göndərdiyi ustalar vasitəsilə isə daha 1500.0 olmaqla cəmi 3000.0 (üç min) manat ödəniş etmişdir. Bu ödənilən məbləğ müqavilə dəyərinin 85%-ni təşkil edir. Halbuki Müqavilədə görülməsi nəzərdə tutulan işlərin heç yarısı görülməmişdir. Həyata keçirilən təmir işləri isə bərbad vəziyyətdə olmaqla yenidən görülməsi zərurəti vardır. Bu azmış kimi onun həmin təmir işlərinin aparılması üçün nəzərdə tutulan tikinti-təmir materiallarını da israf edərək xarab etmiş, həmçinin mənzildə olan digər materiallara da zərər vurulmuşdur. Belə ki, hər dəfə usta adı ilə adi fəhlələri mənzilə gətirib bütün mal-materialrı xarab ediblər. Bu gün ümumilikdə onun mənzilinin təmirinə və vurulmuş zərərin aradan qaldırılmasına 6758.0 manat vəsait tələb olunur.Belə olan halda, hesab edir ki, cavabdeh tərəfindən təmir üçün ödənilmiş 3000.0 manat vəsaiti geri qaytarmalı, həmçinin ona vurulmuş 3758.0 manat zərərin əvəzini də edəməlidir.Onunla cavabdeh fiziki şəxs Cavabdeh arasında bağlanmış “Təmir Mdmətlərinin göstərilməsi haqqında” xx.xx.2022 tarixli Müqavilənin 6.1-ci maddəsinə əsasən, “İcraçı” müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, İcraçının təqsiri nəticəsində təsadüfən xidmət göstərməsi nəticəsində “Sifarişçi”nin əmlakının məhv olması və ya zədələnməsi riski “Sifarişçi”yə təhvil verdiyi vaxtadək İcraçının üzərinə düşür. Qeyd etd ki, mənzili aralarında yaranmış münaqişə zəminində 01-02 iyun 2022- ci aralarında yaranmış mübahisənin mülki xarakter daşıması bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddia tələbinə qarşı etiraz verilərək, İddiaçıyla xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında santexnik-elektrik, arakəsmə hörgüsü, malyar,alçiban, kafelmetlax, pol, oboy, emusya xidmətlərinin göstərilməsiylə bağlı 3500(üç min beş yüz ) manatlıq təmir müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən bütün xidmətlər həyata keçirilmiş ,bir tək malyar ustasının oboy işiylə,elektrik ustasının oboydan sonra razetkalan yerinə bağlamağı qalmışdı.İş yekunlaşmaq üzrə ikən sifarişçi İddiaçı usta X1 iş alətlərini axrana verərək,axrana tapşırmışdı ki ustanı mənzilə buraxmasın. Müqaviləni ləğv etmək,işi dayandırmaq haqqında isə onunla heç bir danışıq etməmişdir. Mülki məcəllənin 421.1 maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi ,əgər bu məcəllədə və ya müqavilədə ayn qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.İddiaçı müqavilənin şərtini pozmuş,heç bir xəbərdarlıq etmədən işçiləri mənzilə buraxmamış ,işin icrasım yekunlaşdırmağa imkan şərait yaratmayaraq bağladığı təmir müqaviləsinin 3.1.1 .xidmətin icra olunması üçün tələb olunan şəraiti yaratmaq maddəsini pozmuşdur.Sifarişçi müqaviləsi imzalayıb,sifarişi verdikdən sonra sifarişinə yeni dəyişikliklər əlavə etmək istərsə ,icraçıya yenidən müraciət edib sifarişini dəyişdirməyi bildirməli ,nə əlavələr olunacaqsa icraçı o əlavələri yenidən qiymətləndirməli və əlavə vaxt da tələb olunarsa əlavə vaxtı da yeni bir müqaviləyə əlavə etməli və yeni müqavilə bağlanmalıdır. Sifarişçi İddiaçı alçibanın kənarlardan 40 sm dərinlik,ortalardan 10 sm çıxıntıyla yığılmasım, 2 ədəd tv stend sifariş verdiyi halda otaqlara 2 mərtəbə və üç mərtəbə alçiban,3 ədəd tv stend yığdırmış ,işıq xətlərini də artırmışdır.Bütün bunlar əlavə vaxt və pul itkisidir.Lakin ,İddiaçı nəinki əlavə ödəniş,hətta müqavilədə razılaşdırılmış məbləğin tam qismini ödəməmiş ,ustanı mənzilə qoymamışdır. Cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixdə iddia tələbinə qarşı etiraz verilərək İddiaçıyla müqavilənin 1.1 bəndinə əsasan görüləcək işlər santexnik-elektrik, arakəsmə hörgüsü,malyar,alçiban,kafel-metlax,pol,oboy,emusya, əlavə olaraq 2.2 bəndi ilə isə 2 ədəd Tv Stend yığılması da qeyd edilmişdir,Müştəri isə 3 ədəd Tv stend yığdırmışdır.Müştəri İddiaçı mənzilində 20 kv-lıq qalınlığı 25 sm beton örtüyü işlənmişdir. Müqavilədə göstərilən işlərdən əlavə olunduğu üçün-bu da ekspert tərəfindən hesablanmışdır. Müqaviiədə 1 qat alçıbanı göstərilib, tavanda müştəri isə ikiqat alçıban yığdırıb. İşıq xətləri yataq otağında 3 nöqtə, qonaq otağında 4 nöqtə müqavilədə göstərilmiş öhdəlikdən iş zamanı sifariş vermişdir.Müqavilə müştərinin əlavə verdiyi işlərə görə bir ay artıq uzanmış,işi bitirmələrinə icazə verməmiş və telefonlarına da cavab verməməyərək, ustaları evdən çıxararaq polisə şikayət vermiş daha sonra vurulan ziyna tələbi ilə məhkəməyə şikayət vermişdir. Sifarişçi Camalov podrat müqaviləsinin 3.1 maddəsini pozaraq işi yekunlaşdırmağa icazə verməmiş ustaları evdən çıxarmışdır,Azərbaycan Respublikasının Müıki Məcəlləsinin 752-cİ maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi,sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür, lakin İddiaçı işi tam yekunlaşdırıb təhvil verməyə şərait yaratmamış üstəlik də razılaşdırılmış məbləğin çox az qismini ödəniş etmişdir. işi niyə dayandırdığı haqqında xəbərdarlıqda ona 6758 ziyan vurduğu haqqında xəbərdarlıq göndərəndə ,ona dəymiş ziyanı məhkəmə yolu ilə alacağını bilirib.Halbuki, o evdə 6000 azn-lik material işlənməyib. Cavabdeh iddiaçı olan İddiaçı mənzilinə ziyan vurmamışdır.İddiaçı İşini bitirməyə imkan yaratmayıb.Lazım olarsa şahidi də var.Dindirə bilərsiz. İddiaçı Vəleh oğlu müqavilənin şərtlərinə əsasən ödəməli olduğu ödənişi ödəmədiyi halda,o, qanuna müvafiq qaydada məhkəmədən Suraxanı rayonu Yeni Günəşli D massivi mənzil 145-i necə təhvil götürmüşdüsə o vəziyyətə gətirər,çəkdiyi zəhməti qarşı tərəfdə saxlamamaqla, evin əvvəlki vəziyyətinə gətirilməyini,çəkilən xərc 2570 manat ekspert əyinə görə hesablanaraq aylıq 50 manat ödəniş olunsun.vergi ödəyicisidir.Muştəri ödənişi etmədiyi uçun vergi ödənişlərini ödəyə bilməmiş, qarşıdan isə mənfəət vergi hesabatları yaxınlaşır. İddiaçı X4 ödənişdən yayınmaq üçün İşi dayandırıb,məhkəməyə müraciət edib.Podrat müqaviləsində bir tərəf müqaviləyə xitam verərsə digər qarşı tərəfi razı salmazsa ,əlavə işlər gördürürsə əlavə ödəniş etməli və əlavə vaxt verməlidir. İddiaçı iddiasını aralarında bağlanan müqavilənin şərtlərini kobud şəkildə pozduğuna görə rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək, cabadehə 3000.0 (üç min) manat pul ustalar üçün və mənzilə və təmir materiallarına vurulmuş zərərin əvəzi olaraq 3758 ödədiyini, evin təmirinə xərclənmiş pulla bağlı ekspert rəyi ilə razı olduğunu bildirərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, iddiaçının ona 1500 manat verdiyini bildirmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli təmir xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, icraçı Cavabdeh İddiaçı məxsus mənzildə 53 gün ərzində santexnik-elektrik, arakəsmə hörgüsü, malyar, alçıpan, kafel-metlax, pol, oboy, emulsiya xidmətlərinin göstərilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 416973******0008(Narmin Babayeva məxsus) saylı kart hesabına 400 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixli müqavilədən irəli gələrək yaranmış mübahisə mülki mübahisə predmeti olduğundan məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli podrat müqaviləsinə əlavə edilmiş ödəniş qrafikindən(səh 19) görünür ki , İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə iə 1000 manat olmaqla, cəmi 1500 manat məbləğində ödənişlər edilmişdir və bunu hər iki tərəf imzaları ilə təsdiqləmişdir. İş materiallarına tərəflər arasında olan vatsap yazışmaları əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 10/5302 №-li ekspert rəyinin məzmunundan aydın olur ki, podratçı qismində çıxış edən Cavabdeh tərəfindən tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli təmir xidmətlərinin göstərilməsi haqqında müqavilədə nəzərdə tutulmuş təmir-tikinti işləri tam icra olunmamışdır. Eyni zamanda icra edilib və edilməmiş işlərinin dəyəri sifarışçi ilə podratçı şirkət arasında görülməli təmir-tikiti işlərinə dair razılaşmış qiymət cədvəli və ya smeta əsasında müəyyən oluna bilər.Lakin bağlanmış müqaviləyə qiymət cədvəli və ya smeta əlavə olunmadığı üçün, icra edilib və edilməmiş işlərinin dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmadı. Cavabdeh tərəfindən tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli təmir xidmətlərinin göstərilməsi haqqında müqavilədə nəzərdə tutulmuş təmir-tikinti işlərinin icrası nəticəsində Yeni Günəşli qəsəbəsi D massivi Şəms Rezidens, mənzil 145 ünvanında yerləşən mənzildə aparılmış təmir-tikinti işlərin görülməsi nəticəsində döşəmənin altının taxtasının düzgün yığılmaması, hamamda kafel-metlağ işlərinin keyfiyyətli vurulmaması, şpaklyovka işlərinin nahamar və yarımçıq görülməsi nəticəsində ziyan vurulmuşdur. Tədqiq olunan mənzildə keyfiyyətsiz aparılmış təmir işlərinin aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 3437,0 manat məbləğində müəyyən olunmuşdur.Cavabdeh tərəfindən Yeni Günəşli qəsəbəsi D massivi Şəms Rezidens, mənzil 145 ünvanında yerləşən mənzildə icra edilmiş işlər tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli təmir xidmətlərinin göstərilməsi haqqında müqavilədə nəzərdə tutulmuş şərtlərə cavab vermir. Belə ki, baxış zamanı cavabdeh Cavabdeh tərəfindən tərəfindən tədqiq olunan mənzildə görülmüş təmir işləri yarımcıq qalmış və həmin görülmüş işlər qüsurlu olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən tərəfindən tərəflər aarsındalanılmış xx.xx.2022-ci il tarixli təmir xidmətlərinin göstərilməsi haqqında müqavilədəzərdə tutulmuş təmir-tikinti işlərinin icrası zamanı istifadə edilmiş tikinti materialları təmir-tikinti normalarına və keyfiyyət normalarına (standartlarına) cavab verib-verməməsinin iəyyən olunması tikinti-texniki ekspertinin səlahiyətinə aid deyildir.Eyni zamanda həmin müqavilə üzrə təmir-tikinti işlərinin icrası zamanı istifdə eidlmiş tikinti materiallarının (ayrı-ayrılıqda hər bir işin görülməsində istifdə edilmiş tikinti materiallarının ümumi dəyəri) dəyəri 2570 manat təşkil edir. Həmçinin mənzildə mövcud olan və təmir-tikintidə istifdə olunmamış tikinti materialları təqdim olunadığı üçün dəyərini müəyyən etmək mümkün olmadı.Qeyd: tədqiq olunan mənzildə aparılmalı və aparılmış tikintitəmir işləri nəticəsində ifadə olunmalı (olunmuş) materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada və rəyin tədqiqiat hissəsində ətraflı göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Cavabdeh eyni zamanda xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının protokolundan göründüyü kimi, məhkəmə iclasında X2 onun işçisi olduğunu və onunla birgə evin təmirində iştirak etdiyini bildirərək, iddiaçı tərəfindən ona yalnız 1500 manat məbləğində ödənişin edildiyini etiraf etmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli protokoldan göründüyü kimi, həmin məhkəmə iclasında Cavabdeh işi tam razılaşdıqları vəziyyətdə təhvil verə bildmədiklərini və onun ustaları tərəfindən evin təmirində lax yumurtadan istifadə edildyini bildirmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından göründüyü kimi, tərəflər arasında təmir xidmətlərin göstərilməsi üzrə podrat müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmış, müqavilə mövcud olmuş, lakin təmir tam həyata keçirilməmiş, həmçinin iddiaçı tərəfindən “usta pulu” kimi 1500 manat pulun cavabdehə ödənilməsi iş üzrə mübahisəsiz haldır, belə ki tərəflərin hər ikisi tərəfindən imzalanmış qəbzlə təsdiq edilir, həmçinin evin təmirinin müqavilədə göstərilmiş vaxt ərzində təhvuil verilməməsi tərəflərin məhkəmə iclasında verdikləri ifadələrlə təsdiq olunur və evin həyata keçirilən təmir işlərinin keyfiyyətsiz olması həm tərəflərin məhkəmə iclasında verdikləri ifadələr, həmçinin iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 10/5302 №-li ekspert rəyi ilə təsdiq olunur. Tərəflər arasında mübahisəli hal, iddiaçı cavabdeh tərəfindən müqavilə şərtlərinin pozularaq, ona qüsurlu iş təhvil verildiyindən ona dəymiş zərəri tələb edir, cavabdeh isə iddiaçı tərəfindən ona ödənilən pu məbləğini mübahisələndirir, həmçinin işin qüsurlu təhvil verilməsinin əsası kimi iddiaçı tərəfindən müvafiq şəraitin yaradılmamasını əsas gətirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 771-ci maddəsinə əsasən podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Həmin 772.1-ci maddəsinə əsasən görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla(tərəflərin izahatı, ekspertiza rəyi, iş materiallarına əlavı edilmiş qəbzlər) zamanı müəyyən olunmuşdur ki, İddiaçı ona məxsus Bakı şəhəri, Suraxanı rayonu,Yeni Günəşli D Massivi, Şəms Rezidens 145 saylı mənzilin təmir olunması ilə bağlı Cavabdeh ilə müqavilə üzrə razılığa gələrək, Cavabdeh iddiaçıya məxsus mənzili təmir etməyi, iddiaçı isə görülmüş işin müqabilində şərtləşdirilmiş haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öhdəsinə götürdüyü öhdəliyi icra edərək, şərtləşdirilmiş muzd qismində cavabdehə ümumilikdə 1500 (cavabdehin məhkəmə iclasında izahatında və məhkəməyə təqdim etdiyi ərizədə etiraf etmiş və həmçinin bu məbləği müqaviləyə əlavə edilmiş hər iki tərəfin imzaladığı ödəniş qrafiki də təsdiq etmişdir) manat pul vəsaitini ödəmiş , iş materiallarına əlavə edilmiş “votsap” danışıqlarından, həmçinin 400 manat pulun göndərilməsi barədə qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin işçisi tərəfindən göndərilmiş karta təmir üçün 400 manat məbləğind oul göndərilmiş, cavabdeh isə öz üzərinə götürdüyü iddiaçıya məxsus mənzili təmir etməkdən ibarət işin görülməsinə dair öhdəliyi keyfiyyətsiz(bunu cavabdeh məhkəmə iclasında öz ifadəsində qismən etiraf etmişdir ki, ustalar evin təmirində lax yumurtadan istifadə etmişdilər, həmçinin məhkəmə iclasında tədqiq edilmiş ekspertiza rəyi iləə işin podratçı tərəfidən qüsurlu təhvil verilməsi təsdiq olunmuşdur) icra etmiş, nəticədə iddiaçıya ziyan vurmuşdur,ona görə də iddiaçı ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən görülmüş işlərin müqabilində 1500 manat məbləğində iddiaçı tərəfindən cavabdehə ödənilməsi halını cavabdeh etiraf etmiş və həmçinin də bu məbləği müqaviləyə əlavə edilmiş hər iki tərəfin imzaladığı ödəniş qrafiki də təsdiq etmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Whatsapp yazışmalarından və ödəniş qəbzindən də görünür ki, iddiaçı tərəfindən 400 manat məbləğində pul vəsaiti cavabdehin işçisinin(onun işçisi olduğunu və bu təmir işində birgə çalışdıqlarını cavabdeh öz izahatlarında təsdiqləmişdir) adına olan kart hesabına köçürülmüşdür. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzildə cavabdeh tərəfindən müqavilə ilə şərtləşdirilmiş görülümüş keyfiyyətsiz işlər nəticəsində vurulmuş ziyanın miqdarı müəyyən edilərkən ekspert rəyi əsas götürülməli və Tədqiq olunan mənzildə keyfiyyətsiz aparılmış təmir işlərinin aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 3437 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə hazirki iş üzrə iddiaçının evində podratçı tərəfindən görülmüş işlərrin tamamilə qüsurlu olmasını nəzərə alaraq hesab edir ki, hazırkı mülki iş üzrə iddia tələbi qismən təmin edilərək, 1900(1500+400) manat ödənilmiş xidmət haqqı və 3437 manat (ekspertiza rəyinə əsasən) mənzilə dəymiş zərər olaraq, ümumilikdə 5337 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə rədd edilməli, beləki iddiaçı iddia tələbinin qalan hissəsinin təsdiq olunmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə bununla əlaqədar qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Həmçinin, iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 87,50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Hazır kı iş üzrə ödənilmiş 87,50 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 73,37 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutlmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5337(1900+3437) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 73,37 manat məbləğində dövlət rüsumu və 100 manat məbləğində ekspertiza xərci cavabdehə aid edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ümumilikdə 5337(beş min üç yüz otuz yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 73(yetmiş üç) manat 37(otuz yeddi) qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-71/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-71/2023
25.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver