Məhkəmə qərarları › İş №2(002)-710/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-710/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-710/2024 14.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öhdəlikləri üzrə ödədiyi 600 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh birdəfəlik olaraq alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh verdiyi baş etibarnamə ilə sonuncunun mülkiyyətində olan «Daewoo Nexia» markalı minik avtomobili ona etibar edilmişdir (alğı-satqı adı ilə). Cavabdehə avtomobilin pulu təqdim edildikdən sonra (3.200 manat və 3.000 manat təmir xərci) avtomobili sənədləşdirmək istədikdə avtomobilin üzərinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərardadı ilə üzərinə qadağalar qoyulmuşdur və cavabdehin bu günkü günədək 500 manat həcmində borcu vardır. Bu səbəbdən, avtomobili sənədləşdirə bilməmişdir. Məcbur olub cavabdehin adına olan 429 manatı ödəmişdir və bu barədə qəbz alınmışdır. Bu barədə cavabdehə müraciət etsə də, heç bir nəticə hasil əldə edilməmiş, ödədiyi pulları ala bilməmişdir. Artıq məhkəmə qaydasında olmadan aralarındakı mübahisənin həll edilməsi mümkün deyil. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, iddiaçı həqiqətən onun adına olan 429 manatı ödəmişdir. Lakin iddianı qalan hissədə qəbul etmir. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 3 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 13 oktyabr 2022-ci il tarixli ƏN-Vİİİ seriyalı, 480739 saylı «Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında» Etibarnamədən görünür ki, Cavabdeh özünə məxsus olan «Daewoo Nexia» markalı, **- CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair sadalanan səlahiyyətlərin həyata keçirilməsini İddiaçı etibar etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli (saat 16:12-də ödəniş edilmişdir) və xx.xx.2023-cü il tarixli (saat 16:17-də ödəniş edilmişdir) terminal üzərində ödənişlər aparılmasına dair qəbzlərdən görünür ki, Loğmanov X1 Arzu Ziyad oğlunun "xxxx" ASC-yə olan borcundan 420 manat və 9 manat olmaqla, cəmi 429 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, iddiaçı cavabdehin əvəzinə 429 manat borc ödənişi icra etməsi nəticəsində cavabdeh iddiaçı hesabına həmin həcmdə əsassız varlanmışdır. Cavabdehlə iddiaçı arasında həmin borc məbləğinin iddiaçı tərəfindən ödənilməli olmasını təsbit edən (öhdəliklər götürməsini təsdiq edən) hər hansı müqavilə və yaxud digər qanuni əsas yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 429 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehin üçüncü şəxs (şəxslər) qarşısında olan borclarının əvəzinə daha artıq ödəniş etməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iddia qismən təmin edildiyindən, cavabdehdən dövlət rüsumu iddiaçının tələb etdiyi məbləğdə deyil, iddianın təmin edilmiş hissəsinə münasib olaraq tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 429 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar