Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-716/2024 02.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 25000 ABŞ dolları və 50500 manat olmaqla, ümumilikdə 93000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı Rusiya Federasiyası vətəndaşıdır. Cavabdeh iddiaçının yaxın qohumudur. Tərəflər arasında münasibətlər əvvəllər yaxşı olmuş və aralarında heç bir mübahisə olmamışdır. Tərəflər hər zaman mehriban olmuşlar və iddiaçının cavabdehə inamı olmuşdur, aralarında qohumluqdan əlavə qarşılıqlı dostluq münasibətləri də olmuşdur. İddiaçı Azərbaycanda özünə ev almaq məqsədilə qohumu Eyvazla məsləhətləşən zaman Eyvaz əgər iddiaçı ona pul göndərərsə onun adına ev alacağını bildirmişdir. İddiaçı Eyvaza inandığı və tam etibar etdiyi üçün 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə olmaqla ümumilikdə 93000 manat pulu Eyvaza göndərmişdir. Həmin pulun bir hissəsini 25000 ABŞ dolları, bir hissəsini isə 50500 manat şəkilində vermişdir. İddiaçı həmin pulun bir hissəsini Eyvazın həyat yoldaşı X4 və Eyvazın qonşusu Əsgərov Hicran Xeybər oğlu vasitəsi ilə Cavabdeh göndərmişdir. X3 5000 ABŞ dolları və cavabdehin qonşusu Əsgərov Hicran Xeybər oğluna 20000 ABŞ dolları göndərmişdir. Onlar isə həmin 25000 ABŞ dollarını iddiaçıdan alaraq Cavabdeh verdiklərini bildirmişlər. Eyvaz iddiaçıya bildirmişdir ki, 93000 manata Qaradağ rayonu Ələt qəsəbəsində iki ədəd ev ala bilər. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçı Rusiyada olduğu üçün həmin evləri iddiaçının adına ala bilməz, lakin iddiaçı razılıq versə evləri öz adına alar və gələcəkdə iddiaçı Azərbaycana gəlsə evləri dərhal onun adına keçirər. İddiaçı cavabdehə inanmış və evlərin onun adına alınmasına razılıq vermişdir. Təxminən bir həftə sonra Eyvaz iddiaçıya zəng edərək bildirmişdir ki, iddaçının göndərdiyi 93000 manata 2 (iki) ədəd ev almışdır. 2022-ci ilin mart ayında iddiaçı Azərbaycana gəlmiş və Eyvazdan həmin evlərin öz adına keçirilməsini tələb etmişdir. Lakin Eyvaz iddiaçının ölkəyə qısamüddətli gəlməsindən istifadə edərək, sənədləşmə işini bilərəkdən uzatmış və iddiaçı işləri ilə əlaqədar Rusiyaya qayıtmaq məcburiyyətində qalmışdır. İddiaçı Rusiyaya qayıtdıqdan sonra Eyvaza zəng edərək onun iddiaçını aldatdığını anladığını bildirmiş və həmin evlərin satılıb pulunun ona qaytarılmasını tələb etmişdir. Eyvaz isə həmin anda etiraz etməmiş, evləri iddiaçı Azərbaycana gələndə satıb 93000 manatı ona qaytaracağını, amma alqı-satqı üçün çəkilmiş xərcləri həmin puldan çıxacağını bildirmişdir. İddiaçı isə bununla razılaşmış və xx.xx.2023-cü il tarixdə yenidən Azərbaycana qayıdarkən atası, anası və bacısı ilə birlikdə Eyvazgilə gedərək evlərin satılmasını və 93000 manatın geri qaytarılmasını tələb etmişdir. Lakin Eyvaz müxtəlif bəhanələr qətirərək evləri satmaqdan imtina etmiş, ümumiyyətlə iddiaçının ona pul verdiyini danmış və boynuna almamışdır. Eyni zamanda bununla bağlı istənilən yerə şikayət edə biləcəklərini bildirmişdir. İddiaçı dəfələrlə qohumları vasitəsilə 93000 manat pulu geri verməsini tələb etsə də, cavabdeh pulu qaytarmamışdır. Bu səbəbdən hesab edir ki, cavabdeh iddiaçının ona olan etibarından suiistifadə edərək iddiaçıya qarşı dələduzluq etmişdir. Aradan 2 (iki) il keçməsinə baxmayaraq, Cavabdeh nəinki 93000 manat pulu ödəmir, hətta telefon zənglərinə belə cavab vermir. Bu səbəbdən iddiaçı Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Şöbəsinə şikayət etmiş və Cavabdeh şöbəyə dəvət olunaraq izahatı alınmışdır. İzahatında Cavabdeh qeyd etmişdir ki, guya İddiaçı ona hissə-hissə olmaqla ümimilikdə 42000 manat pul vermişdir, geri qalan 51000 manatın ona verilməsini boynuna almamışdır. Əlavə olaraq, Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Şöbəsində ayrı-ayrı izahatları alınmış, Cavabdeh həyat yoldaşı X4 və Eyvazın qonşusu Əsgərov Hicran Xeybər oğlu izahat verərək bildirmişlər ki, İddiaçı X3 5000 ABŞ dolları və cavabdehin qonşusu Əsgərov Hicran Xeybər oğluna 20000 ABŞ dolları göndərmişdir. Onlar isə həmin 25000 ABŞ dolları məbləğində pulu Cavabdeh vermişlər. Beləliklə, 42000 manat pulun cavabdehdə olması barədə kifayət qədər sübut vardır. Bundan əlavə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məktubundan görünür ki, cavabdehin həyat yoldaşı X2 adına xx.xx.2018-ci il tarixli çıxarış ilə ünvan 5 qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Rusiyadan iddiaçının həyat yoldaşı və uşaqları gələndə həmin evdə yaşamışlar. Bu hallar isə bir daha təsdiq edir ki, qeyd olunan mənzil iddiaçının 2018ci ilə qədər göndərdiyi pul vəsaiti hesabına alınmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirdi ki, cavabdeh iddia tələbinə qəti etiraz edir. Belə ki, həqiqətən iddiaçı ilə cavabdeh arasında həm qohumluq, həm də dostluq münasibətləri olmuş, aralarında heç bir mübahisə olmamışdır. 2021-ci ilin dekabr ayının sonlarında iddiaçı cavabdehə zəng edərək ona pul göndərəcəyini və həmin pulu həyat yoldaşı Çinarəyə verməli olduğunu bildirmişdir. 2021-ci ilin 27-29 dekabr ayında hissə-hissə olmaqla iddiaçı ümumilikdə 42000 manat pulu cavabdehə göndərmiş, həmin pulun 5000 ABŞ dolları hissəsi cavabdehin həyat yoldaşının adına, 20000 ABŞ dolları hissəsi isə cavabdehin qonşusunun adına göndərilmiş, cavabdeh də həmin pulu aldıqdan sonra qəbzləri ilə birlikdə iddiaçının həyat yoldaşı Çinarəyə vermişdir. Tərəflər arasında bundan başqa pul münasibəti olmamışdır. Cavabdeh hal-hazırda İddiaçı heç bir borcu yoxdur və həm polis orqanında, həm də məhkəmədə tədqiq olunan bütün sübutlar bunu təsdiq edir. İddiaçı tərəf cavabdehin 42000 manatla bağlı polis orqanında verdiyi izahatını borcun etirafı kimi qələmə verir, halbuki cavabdeh öz izahatında həmin pulu aldıqdan sonra iddiaçının həyat yoldaşına verdiyini bildirmiş, iddiaçının həyat yoldaşı da öz izahatında bunu təsdiq etmişdir. Ona görə də iddiaçı tərəfin guya 42000 manata dair kifayət qədər sübutun olması barədə dəlili həqiqətə uyğun deyildir. Qalan məbləğlə bağlı isə iddiaçı tərəfin ümumiyyətlə hər hansı sübutu yoxdur. Belə ki, cavabdehin həyat yoldaşının adına 2018-ci ilin yanvar ayında qeydiyyata alınmış mənzilin guya iddiaçının vəsaiti hesabına alınması tamamilə yalandır. Nə polis orqanında verilən izahatlarda, nə də iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı pul vəsaitinin göndərilməsi ümumiyyətlə qeyd olunmamışdır. Həmçinin, iddiaçının həyat yoldaşı Rusiyadan gələndə yaşadığı mənzilin cavabdehin ailəsinə məxsus olduğunu, iddiaçıya heç bir aidiyyətinin olmadığını özü də təsdiq etmişdir. Hesab edir ki, iddia tələbi həqiqətə uyğun olmadığından və hər hansı mötəbər sübuta əsaslanmadığından əsassızdır. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, İddiaçı onun qardaşı, Cavabdeh isə atasının bibisi oğludur. Qardaşı 17 yaşından Rusiya Federasiyasında yaşayır və həmin ölkənin vətəndaşıdır. Qardaşı 2014-cü ildə X10 ilə ailə qurmuş və elə həmin il onlar birlikdə Rusiya Federasiyasına getmişlər, orada 3 (üç) övladları dünyaya gəlmişdir. Qafar Rusiyada yaşadığı dövrdə həmişə Azərbaycana gəlib ev alacağını deyirdi. Lakin ata-anasına, bacısına xəbər vermədən özünə ev almaq məqsədilə Cavabdeh 2017-ci ildən etibarən hissəhissə olmaqla 93000 manat məbləğində pul göndərmişdir. X20 etibarından sui-istifadə edərək biri öz adına, digəri həyat yoldaşı X2 adına olmaqla iki ev almışdır. O, atası və anası bu hadisədən sonradan xəbər tutmuşlar. Hətta atası Eyvaza təşəkkür etmişdir. X1 3 (üç) uşağı ilə birlikdə həmin evdə yaşamağa başlamış, qardaşı Qafar isə işlə əlaqədar Rusiya Federasiyasına qayıtmışdır. Qafar Rusiyaya qayıtdıqdan sonra 2021-ci ilin dekabr ayının sonuna kimi hissəhissə pul göndərməyə davam etmiş və Eyvaz 2022-ci ildə ikinci evi almışdır. Hətta Eyvaz həmin evə ləvazimatların alınıb evin kirayə verilməsi üçün əlavə 3000 manat da almışdır. Amma sonradan kirayə pulunu Qafara göndərməmişdir. 2022-ci il mart ayında Qafar gələndə Eyvaz evlərin hər ikisini onun adına keçirəcəyi barədə verdiyi sözlərdən yayınmağa başlamışdır. Qafar həmin evlərin satılıb 93000 manatın geri qaytarılmasını tələb etmişdir. Buna əməl etmədiyi üçün o, atası, anası və Qafar Eyvazın evinə getmişlər. Orada onların arasında mübahisə yaranmış, Eyvaz onları 102 qaynar xəttinə zəng edəcəyi ilə hədələmiş və evi tərk etmələrini tələb etmişdir. Onlar mübahisə böyüməsin deyə Eyvazin evini tərk etmişlər. Qafar atasına Eyvazdan borcunu tələb edə bilməsi üçün etibarnamə verib Rusiyaya qayıtmışdır. Hesab edir ki, qardaşı Qafar böyük səhv etmiş, Eyvaza həddən artıq etibar etmiş, öz yaxınlarına belə demədən ona ev alması üçün pul göndərmişdir. Hətta uşaqlarını bağçaya aparıb-gətirməyi belə Eyvaza etibar etmişdir. Bu məqsədlə Eyvazın avtomobil alması üçün ona 3000 manat kömək etmişdir. Bir müddət sonra qardaşı X19 arasında münasibət yaranmasından şübhə etmiş və bundan sonra Eyvazdan evlərin sənədlərini, pulunu tələb etməyə başlamışdır. Eyvaz ikinci evi satmış, lakin Qafarın pulunu yenə də qaytarmamışdır. Pulların Qafar tərəfindən Eyvaza göndərilməsində və verilməsində şəxsən iştirak etməsə də, həmin məbləğin Eyvaza verilməsinə tam əmindir. Hesab edir ki, həmin 93000 manat pul Eyvazdan alınaraq Qafara verilməlidir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, İddiaçı onun oğlu, Cavabdeh isə bibisi oğludur. Əvvəllər münasibətləri yaxşı olmuşdur. Oğlu Rusiyada yaşayır, oğlunun hissə-hissə olmaqla 93000 manat pulu Eyvaza göndərdiyini və Eyvazın onun üçün iki ev aldığını 2022-ci ildə öyrənmişdir. Hətta bunu eşidəndən sonra Eyvaza təşəkkür etmişdir. Bir müddət sonra Qafar televizor, soyuducu, mətbəx mebeli alınması və 2-ci evin kirayəyə verilməsi məqsədilə yenə pul göndərmişdir. Hətta bəxşiş kimi Eyvazın özünə avtomobil alması üçün pul da vermişdir. Lakin sonradan münasibətlər pisləşdiyi üçün Qafar evlərin satılaraq verdiyi 93000 manat pulun ona geri qaytarılmasını tələb etmişdir. Hətta o, qızı, yoldaşı və Qafarla birgə Eyvazın evinə getmişlər. Bir az söhbət edəndən sonra mübahisə yaranmış və Eyvaz polisə zəng edəcəyi ilə hədələyib onları evdən qovmuşdur. Evlərin alınması üçün Qafar pulu Eyvaza onun iştirakı ilə verməmişdir. Qafarın evləri almasından 2022-ci ildə xəbərdar olmuşdur. Oğlu Qafarın dediyinə görə, oğlu ona sürpriz etmək istəmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, İddiaçı ailəsi ilə 25 ildir ki, yaxın ailə dostudur, Eyvazı isə onların xeyir-şər məclislərində görmüş, şəxsən bir dəfə toyda üz-üzə gəlmişdir. Onun bildiyinə görə, tərəflər arasında münasibətlər çox yaxşı olmuşdur. 2022-ci ilin iyul ayında oğlu üçün ev almaq istədiyini Mirvariyə bildirmişdir. Mirvari isə qardaşı Qafarın ev satdığını demiş və məlumat üçün Qafarın telefon nömrəsini ona vermişdir. Qafarla telefon danışığı zamanı Qafar Eyvaza müraciət etməsini məsləhət görmüşdür. Eyvaza zəng edib evin qiymətinin 50000 manat olduğunu öyrənəndə bu məbləğin Ələt qəsəbəsi üçün çox yüksək olduğunu bildirmişdir. O isə cavabında evin Qafara məxsus olduğunu, qiyməti də onun müəyyən etdiyini demişdir. Növbəti gün Eyvaza telefon vasitəsilə zəng vuranda onun telefon nömrəsinə artıq zəng çatmamışdır. O, Qafar ilə Eyvaz arasında hər hansı pul məbləğinin alınıb-verilməsində iştirak etməmiş və bunun şahidi olmamışdır. Sadəcə Qafarla telefon danışıqları zamanı Qafar ona məxsus iki evinin olduğunu, birində ailəsinin yaşadığını, digər evi isə satmaq istədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Əsgərov Hicran Xeybər oğlu ifadə verərək bildirdi ki, Cavabdeh onun qonşusudur, İddiaçı isə Eyvaza görə tanımışdır. O, Eyvazla Qafarı bir dəfə öz maşını ilə Şirvan şəhərinə aparmışdır. Onlar arasında münasibətlər yaxşı olmuşdur. 2021-ci ilin dekabr ayında Eyvaz Rusiyada rus rublunun inflyasiyası səbəbindən Qafarın pul göndərəcəyini bildirmişdir. Eyvaz pandemiya dövründə peyvənd vurdurmadığı üçün evdən çölə çıxa bimirdi deyə, Qafar 27 və 29 dekabr 2021-ci il tarixlərində hissə-hissə olmaqla ümumilikdə 20000 ABŞ dolları məbləğində pulu onun adına göndərmişdir. O, həmin pulu Eyvaza təhvil vermişdir. Eyvaz isə həmin pulu Qafarın ailəsinə, yəni həyat yoldaşına çatdıracağını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, İddiaçı onun həyat yoldaşıdır. 2014-cü ildə ailə qurduqdan sonra Rusiyaya köçüb orada yaşamışlar. 2021-ci ilin avqust ayında Qafar onu və uşaqları Azərbaycana göndərmişdir. Qafarın Bakıda ev almaq fikri var idi, uşağı balaca olduğu üçün banka gedə bilmədiyindən Qafar telefonla ona Eyvaz əmi vasitəsilə pul göndərəcəyini demişdi. Onun uşağı həmin vaxt balaca olduğu üçün Qafar pulu Eyvaz əmiyə göndərir, Eyvaz əmi isə pulu qəbzləri ilə birlikdə ona təhvil verirdi. Dəqiq vaxtlarını deyə bilər, çünki qəbzlər hal-hazırda ondadır və qəbzləri məhkəməyə təqdim edir. xx.xx.2021-ci ildə 10000 dollar, xx.xx.2021-ci ildə 9990 dollar, xx.xx.2022-ci ildə 5000 dollar pulu Qafar Eyvaz əmiyə göndərmiş, Eyvaz əmi də ona təhvil vermişdir. Bunlardan başqa Qafar tərəfindən Eyvaz əmiyə hər hansı pul göndərilməmişdir. O, gündəlik xərclərini həmin pulla ödəyir, qalan məbləği isə saxlayırdı. 2022-ci ilin sentyabr ayında Azərbaycana gələn Qafar ondan 37000 manat məbləğində pulu götürüb Bakıda ev almışdır. Qalan məbləği Eyvaz əmiyə məxsus evdə kirayədə yaşadığı üçün hər ay 200 manat kirayə pulu vermiş, uşaqların bağça və sağlamlıq problemlərinə xərcləmişdir. Qafarın əslində ondan boşanmaq fikri yox idi. Ailəsi ona təzyiqlər göstərdikdən sonra münasibətləri bir qədər pozulmuşdur. Həmin vaxtlarda, daha dəqiq 2023-cü ildə Qafar onlara bir müddət ayda 700 manat pul göndərmişdir. Artıq uşaq bir qədər böyümüşdü və o, sərbəst surətdə özü banka gedib pulu qəbul edə bilirdi. O, 2021-ci ilə kimi bir neçə dəfə Azərbaycana gəlib yenidən Rusiyaya qayıtmış, o cümlədən 2018-ci ildə gəlib bir il qaldıqdan sonra Rusiyaya qayıtmış, 2021-ci ildən sonra isə getməmişdir. Əgər Qafar 2018-ci ildə Eyvazın vasitəsilə Bakıda ev alsaydı, onun bu hadisədən mütləq xəbəri olardı. O, Rusiyadan qayıtdıqdan sonra Eyvaza məxsus evdə kirayədə yaşamışdır. Qafarla Eyvazın münasibətlərinin pisləşməsinin səbəbi pul məsələsi deyil, şəxsi zəmində mübahisədir. Belə ki, Qafar onunla nikahı pozulmadan Eyvazın qohumu olan qadınla ailə qurmaq istəyirdi. Bu niyyətinin alınmaması səbəbindən onlar arasında münasibət kəskinləşmişdir. O, hal-hazırda ünvan 1 ünvanında yerləşən, Eyvazın ailəsinə məxsus evdə kirayədə yaşayır. Qafarın Eyvaza ev almaq məqsədilə guya 93000 manat pul göndərməsi və həmin pula Eyvaz tərəfindən ev alınması həqiqətə uyğun deyildir. Məhkəmə izahatları, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan P tipli 66№7749019 nömrəli pasportun surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Azərbaycanda doğulmuşdur, Rusiya Federasiyası vətəndaşıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1-1237 saylı material istintaq aidiyyəti üzrə Qaradağ RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, qohumu Cavabdeh ev alması üçün ümumilikdə 93000 manat pul vermiş, həmin pulun 12000 manatını 2022-ci ilin mart ayında Eyvazın evində vermişdir. Eyvaz onu aldadıb, həmin pula bir ev öz adına, bir ev həyat yoldaşının adına olmaqla iki ev almışdır. Hazırda nə evi, nə də pulu qaytarmadığına görə qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatının surətindən görünür ki, o, qohumu Eyvaza inandığı və tam etibar etdiyi üçün 2021-ci ilin dekabr ayının sonuna kimi hissəhissə olmaqla ümumilikdə 93000 manat pulu Eyvaza göndərmişdir. Daha sonra Eyvaz ona zəng edərək göndərdiyi 93000 manata 2 (iki) ədəd ev aldığını bildirmişdir. 2022-ci il mart ayında Azərbaycana gəlmiş və Eyvazdan həmin evlərin öz adına keçirilməsini tələb etmişdir. Lakin Eyvaz iddiaçının ölkəyə qısamüddətli gəlməsindən istifadə edərək, sənədləşmə işini bilərəkdən uzatmış və o, işləri ilə əlaqədar Rusiyaya qayıtmaq məcburiyyətində qalmışdır. Rusiyaya qayıtdıqdan sonra Eyvaza zəng edərək onu aldatdığını anladığını bildirmiş və həmin evlərin satılıb pulunun ona qaytarılmasını tələb etmişdir. Eyvaz isə həmin anda etiraz etməmiş, evləri satıb 93000 manatı ona qaytaracağını, amma alqı-satqı üçün çəkilmiş xərcləri həmin puldan çıxacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə yenidən Azərbaycana qayıdarkən atası, anası və bacısı ilə birlikdə Eyvazgilə gedərək evlərin satılmasını və 93000 manatın geri qaytarılmasını Eyvazdan tələb etmişdir. Lakin Eyvaz müxtəlif bəhanələr qətirərək evləri satmaqdan imtina etmiş, ümumiyyətlə ona pul verildiyini danmış və boynuna almamışdır. İş materiallarında olan Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatının surətindən görünür ki, İddiaçı onun qohumudur. Əvvəllər münasibətləri yaxşı olmuş, aralarında hər-hansı mübahisə olmamışdır. 2021-ci ilin dekabr ayının sonlarında Qafar ona zəng edərək, rus pulunun məzənnəsinin düşdüyünü, ona pul göndərəcəyini bildirmiş və göndərəcəyi pulları Qafarın həyat yoldaşına çatdırmasını tələb etmişdir. 2021-ci ilin dekabr ayının 27-29 tarixlərində Qafar ona hissə-hissə olmaqla, ümumilikdə 42000 manat pul göndərmiş, o isə həmin pulu Qafarın həyat yoldaşı Salahova Çinarəyə vermişdir. O, İddiaçı yalnız 42000 manat pul almışdır, həmin pulu da Qafarın həyat yoldaşı Çinarə xanıma vermişdir. bundan əlavə aralarında pul məsələsi olmamışdır. İş materiallarında olan X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatının surətindən görünür ki, o, həyat yoldaşı Cavabdeh və İddiaçı arasında olan danışıqlara qarışmamış, xəbəri olmamışdır. Təxminən 2021-ci ilin dekabr ayında Qafar onun adına 5000 ABŞ dolları göndərmiş, daha sonra göndərilən pulu Eyvazla bankdan götürdükdən sonra Eyvaza təhvil vermişdir. İş materiallarında olan Əsgərov Hicran Xeybər oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatının surətindən görünür ki, Cavabdeh onun qonşusudur. İddiaçı xx.xx.2021-ci il tarixdə onun adına 10000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə isə yenidən 10000 ABŞ dolları məbləğində pul göndərmişdir. Ümumilikdə göndərilən 20000 ABŞ dolları məbləğində pulu Eyvaza təhvil vermişdir. İş materiallarında olan X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-də verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatının surətindən görünür ki, o, 2014-cü ildə İddiaçı ilə ailə qurmuşdur və birgə nikahdan üç azyaşlı övladları vardır. Onlar ailə həyatı qurduqdan sonra Qafar RF-nin Yakutiya şəhərində işləyib yaşadığından onlar oraya yaşamağa getmişlər. 2017-ci ildə o, Azərbaycana qayıtmaqla 1 (bir) il Azərbaycanda yaşamış və yenidən həyat yoldaşının yanına qayıtmışdır. O, ikinci dəfə Yakutiyaya qayıtdıqda Qafarın orada başqa qadınla yaşadığını bilmişdir. Bir neçə il birtəhər dözüb, Qafarın ailəsinə qarşı diqqətsizliyini görüb 2021-ci ildə yenidən Azərbaycana qayıtmışdır. Qafar onu yola salanda hissə-hissə pul göndərəcəyini, həmin pulu toplayaraq ev alacaqlarını və birgə yaşayacaqlarını demişdir. O, həmin pulu müxtəlif adamların adından və öz adından qohumu olan Cavabdeh adına yollayırdı. Qafar pulu göndərən kimi ona zəng edərək hansı məbləğdə pul göndərdiyini deyirdi. Həmin gün, yaxud bir gün sonra Eyvaz da pulu götürüb qəbzi ilə birlikdə ona verirdi. Bildirir ki, onun 2021-ci ildə RF-dan Azərbaycana qayıtmağına səbəb o olmuşdur ki, Qafar orada saxladığı qadını artıq gətirib onunla bir evə salmışdır. O, qayıtdıqdan sonra boşanmaya ərizə verdi. Lakin həmin ərəfədə qohumlar onları boşanmağa qoymadı və onları barışdırdılar. Bir müddət sonra o, Qafarın artıq tüfeyli həyat sürüb yenidən öz əməllərinə davam etdiyindən bezmiş və ona son xəbərdarlığını etmişdir. 2023cü ilin mart ayında baldızı Mirvari onların yaşadıqları Ələt qəsəbəsinə gəlmiş və evdə münaqişə yaratmışdır. Həmin vaxt o, bilmişdir ki, Qafar Bakıda bacısının adına ev almışdır. Qeyd edir ki, Qafar iki dəfə Bakıya gəlib və həmin pulları onun əlindən alıb özü ilə aparmışdır. Qafarın göndərdiyi bütün pulları Eyvaz ona gətirib çatdırmış və sonra həmin pulları Qafar ondan almışdır. Qafar Azərbaycana gəldikdə Eyvazın bacısı qızı olan, boşanan qadınla ailə həyatı qurmaq və onunla bir evdə saxlamaq istəyirdi. Buna görə Qafarla mübahisə etmiş, Qafar onu döymüş və demişdir ki, Eyvazın da, onun da başına oyun açacaq. İş materiallarında olan Qaradağ RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovniki A.Mahmudovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda həmçinin qeyd olunmuşdur ki, İddiaçı müraciətində göstərdiyi fakt öz təsdiqini tapmamışdır. İş materiallarında olan “zolotaya korona” pul köçürmə sistemi ilə X6 adına göndərilmiş pul qəbzlərinin surətlərindən görünür ki, Rusiya Federasiyasından X8 xx.xx.2023-cü il tarixdə 725 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 724 manat, xx.xx.2023-cü il tarixdə 702 manat, xx.xx.2023-cü il tarixdə 710 manat pul göndərilmişdir. İş materiallarında olan İ-CH seriyalı, 668234 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı 02 iyun 2014-cü il tarixində rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 7 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(053)- 928/2023 saylı qərardadının surətindən görünür ki, iddiaçı X6 cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, qanunvericiliyə əsasən qeyri-bank hüquqi şəxslərə və fiziki şəxslərə Mərkəzi Bank tərəfindən bank xidmətləri göstərilmir və onların maliyyə əməliyyatları barədə məlumatlar Mərkəzi Bankda toplanmır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 4 ünvanladığı xx.xx.2024-cü il tarixli məlumatın verilməsi barədə məktubundan görünür ki, X2 adına ümumi sahəsi 51.55 kv.m, yaşayış sahəsi 30.15 kv.m təşkil edən, reyestr nömrəsi **********11-05101-093022 olan ünvan 5 ünvanı ********** qeydiyyat nömrəli, xx.xx.2018ci il tarixli çıxarış ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən, Cavabdeh adına xx.xx.2017-ci il tarixindən hal-hazıradək dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan “zolotaya korona” və “contact” pul köçürmə sistemləri ilə Əsgərov Hicran Xeybər oğlunun və X2 adına göndərilmiş pul qəbzlərindən görünür ki, Rusiya Federasiyasından Əsgərov Hicran Xeybər oğluna xx.xx.2021-ci il tarixdə 5000 ABŞ dolları, 5000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 5000 ABŞ dolları, 4990 ABŞ dolları, X3 xx.xx.2022-ci il tarixdə 5000 ABŞ dolları məbləğində pul göndərilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddia tələbinin əsaslandığı hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən və məhkəmə baxışı zamanı tədqiq olunan sübutlarla təkzib edildiyindən iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfin cavabdeh tərəfə Rusiya Federasiyasından “zolotaya korona” və “contact” pul köçürmə sistemləri ilə Əsgərov Hicran Xeybər oğlu və X4 vasitəsilə 42000 manat pul göndərdiyi tərəflər arasında mübahisə doğurmasa da, həmin pul vəsaitinin cavabdeh tərəfindən iddiaçının həyat yoldaşı Ç.Salahovaya təqdim edildiyi iş materiallarında olan yazılı sübutlar (o cümlədən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti, yazılı izahatların surətləri), şahid H.Əsgərovun ifadəsi, habelə iddiaçının həyat yoldaşı olan şahid Ç.Salahovanın ifadəsi və pul köçürmə qəbzlərinin əsillərinin sonuncu tərəfindən məhkəməyə təqdim edilməsi ilə birmənalı olaraq öz təsdiqini tapmaqdadır. Ona görə də 42000 manata dair hissədə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Bundan əlavə, məhkəmə müəyyən edir ki, iddia tələbinin qalan 51000 manata dair hissəsi ilə bağlı məhkəməyə ümumiyyətlə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu barədə iddiaçının atası şahid M.Miriyevin, bacısı şahid M.Miriyevanın, ailə dostu Ş.Hüseynovanın ifadələri onların iddiaçı tərəfə yaxınlığı və onlardan heç birinin tərəflər arasında hər hansı pul məbləğinin verilməsində bilavasitə iştirak etməməsi səbəbindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, iddiaçının hər hansı yazılı əqd bağlamadan, hər hansı pul köçürmə qəbzini qoruyub saxlamadan, uzun müddət ərzində yaxın ailə üzvlərinə belə bildirmədən cavabdehin vasitəsilə daşınmaz əmlaklar əldə etməsi barədə ifadələr inandırıcı və ağlabatan görünmür. İddia tələbinin əsaslandığı digər hallar (o cümlədən iddiaçı tərəfindən cavabdehə göndərilən pul vəsaiti hesabına iki evin alınması, cavabdeh tərəfindən həmin daşınmaz əmlaklarla bağlı öhdəliyin götürülməsi) barədə iddiaçı tərəfin dəlilləri də mülki qanunvericiliyə uyğun hər hansı mötəbər sübuta əsaslanmamaqla yanaşı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məktubları, eyni zamanda iddiaçının həyat yoldaşı Ç.Salahovanın ifadəsi ilə təkzib olunur. Həmçinin, iddiaçının polis orqanına verdiyi ərizəsində, yazılı izahatında, habelə məhkəməyə təqdim etdiyi iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı konkret pul məbləğinin göndərilməsi və məhz 2018-ci ilin yanvarında mənzilin alınmasına dair heç bir məlumat əks olunmamış, bu barədə hər hansı mötəbər sübuta istinad olunmamışdır. Göstərilənlərə əsasən, məhkəmə, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək və mülki qanunverciliyin tələblərini rəhbər tutaraq belə hesab edir ki, iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). Beləliklə, mülki iş üzrə sübutlara və yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-716/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-716/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver