Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-73/2021 17.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı “xxxx” bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, iddiaçı “xxxx” bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Fərəcova (Məmmədova) Arzu Hilal qızına, Cavabdeh3, X3 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair ilk iddiası, Cavabdeh1 iddiaçı “xxxx” bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kompensasiyanın ödənilməsi və qalıq borcun restrukturizasiya edilməsi tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Fərəcova (Məmmədova) Arzu Hilal qızına, Cavabdeh3, X3 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair ilk iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Fərəcova (Məmmədova) Arzu Hilal qızından, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 8220,23 ABŞ dolları əsas borcun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manatın, iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilin ilkin satış qiyməti 26000 manat müəyyən edilməklə açıq hərracda satılması, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilin hərrac keçirildikdən bir ay sonra boşaldılması və Cavabdeh1, Fərəcova (Məmmədova) Arzu Hilal qızının, X2 həmin mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddiaçı “xxxx” bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kompensasiyanın ödənilməsi və qalıq borcun restrukturizasiya edilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, onun 8220,23 ABŞ dolları borcunun 3716,42 ABŞ dollarının kompensasiya edilərək qalıq borcun beş il müddətinə restrukturizasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı “xxxx” bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, iddiaçı ilə Cavabdeh1 arasında 07 noyabr 2013-cü il tarixində AZBA-00008393 saylı kredit müqaviləsi bağlanmış və illik 16 faizlə 60 ay müddətinə 16600 ABŞ dolları kredit verilmiş və 60 ay ərzində aylıq 405 ABŞ dollarının ödənilməsi müəyyən edilmişdir. Bu müqavilədən irəli gələn kredit öhdəliklərinin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan 12 noyabr 2013-cü il tarixli AZBA-008393 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Eyni zamanda 07 noyabr 2013-cü il tarixdə Fərəcova (Məmmədova) Arzu Hilal qızı və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Borclu Cavabdeh1 kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuşdur. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün “xxxx” bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 26 fevral 2020-ci il tarixədək 8220,23 ABŞ dolları əsas kredit borcu yaranmış və ödənilməmişdir. İddiaçı hazırda həmin məbləğin tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir. Bundan əlavə, qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı təşkilat “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı və onun əsasında hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarına əsasən kreditin restrukturizasiya olunması barədə cavabdeh borcluya bildiriş və sms xəbərdarlıq göndərmiş, lakin cavabdeh borclu Qaydalarda müəyyən edilmiş vaxt ərzində restrukturizasiya ilə bağlı banka müraciət etməmişdir, restrukturizasiya üçün müəyyən edilmiş müddət bitdiyindən hazırda borcun restrukturizasiya olunması qeyri-mümkündür. Qeyd olunanlara əsasən, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, “xxxx” bank olmayan kredit təşkilatı MMC ilə aralarında bağlanmış AZBA-00008393 saylı 07.11.2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16 faiz olmaqla 60 ay müddətinə aylıq ödəniş 405 ABŞ dolları olmaqla 16 600 ABŞ dolları kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi 4 nömrəli binada yerləşən 40.88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12.8 kv.m yardımçı sahədən ibarət olan 2 otaqlı, 12 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan 12.11.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Eyni zamanda digər cavabdehlər Fərəcova (Məmmədova) Arzu Hilal qızı və Cavabdeh3 ilə zaminlik müqavilələri imzalanmışdır. İlk iddia üzrə iddiaçı təşkilat “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı və onun əsasında hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarına əsasən kreditin restrukturizasiya olunması barədə ona bildiriş və sms xəbərdarlıq göndərildiyini bildirsə də, onun qeyd olunan bildirişdən məlumatı olmamışdır. Ona görə də kredit borcunun azaldılmasını və qalıq borcunun restrukturizasiya edilməsini tələb edir. Belə ki, uşağı xəstədir, maddi imkanı ağırdır, lakin borc azaldılarsa ödəyə bilər. Ona görə də ilk iddia tələbinin rədd edilməsi, onun 8220,23 ABŞ dolları borcunun 3716,42 ABŞ dollarının kompensasiya edilərək qalıq borcun beş il müddətinə restrukturizasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “xxxx” bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh1 arasında imzalanmış 07 noyabr 2013-cü il tarixli AZBA-00008393 saylı kredit müqaviləsinə və ödəniş cədvəlinə əsasən həmin cavabdehə illik 16 faiz hesablanmaqla 60 ay ərzində qaytarılması şərtilə 16600 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 12.11.2013-cü il tarixli AZBA-008393 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzil kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 07 noyabr 2013-cü il tarixli, AZBA-008393 saylı zaminlik müqaviləsindən görünür ki, “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 07 noyabr 2013-cü il tarixli AZBA-00008393 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında öhdəliklərinin icrasının təminatı olaraq “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC ilə Fərəcova (Məmmədova) Arzu Hilal qızı arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 07 noyabr 2013-cü il tarixli, AZBA-008393 saylı zaminlik müqaviləsindən görünür ki, “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 07 noyabr 2013-cü il tarixli AZBA-00008393 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında öhdəliklərinin icrasının təminatı olaraq “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-nə ünvanladığı 19.04.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 4 saylı evin 12 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolu küçəsində istifadədə olan 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir və bu barədə 791 nömrəli reyestr kitabının 73865 nömrəli vərəqində 27.11.2013-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi 4, mənzil 12 Cavabdeh1nın xüsusi mülkiyyətindədir və “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə yüklü edilmişdir, bu barədə 791 nömrəli reyestr kitabının 73865 nömrəli vərəqində ********** nömrəsi ilə 12.12.2013cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan 127 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş Forma- 2 arayışından görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında yaşayır. Həmin mənzildə Cavabdeh1 özü, X7, X5, X8, X9, X4 qeydiyyatdadırlar. İş materiallarında olan “xxxx” bank olmayan kredit təşkilatı MMC-nin Cavabdeh1 ünvanladığı 18.09.2019-cu il tarixli bildirişin surətindən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı və onun əsasında AR MBNP tərəfindən hazırlanmış və 02.04.2019-cu il tarixdə qüvvəyə minmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarına əsasən kreditin restrukturizasiya olunması üçün borclunun 10 gün ərzində kreditora müraciət etməsi təklif olunmuş və 043779 saylı yol qaiməsinə əsasən həmin bildiriş 21.09.2019-cu il tarixdə cavabdeh borcluya təqdim edilmişdir. Həmçinin iş materiallarında olan 16.09.2019-cu il tarixli sms xəbərdarlıqdan görünür ki, kreditin restrukturizasiya olunması üçün kreditora müraciət etməsi cavabdeh borcluya təklif olunmuşdur. İş materiallarında olan 21.08.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 8220,23 ABŞ dolları məbləğində əsas borcu vardır. İş materiallarında olan “xxxx” MMC-nin 223 nömrəli, 24.03.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, bina 4-də yerləşən Cavabdeh1 məxsus 12 nömrəli mənzilin bazar dəyəri 28500 manat, bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 23751 manat müəyyən edilir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borclu müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də əsas borcun tutulması tələbi əsaslı hesab olunmalıdır. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminlərə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzil satıldıqdan bir ay sonra ipoteka qoyanın və ailə üzvlərinin çıxarılmaqla mənzilin boşaldılması ilə bağlı iddia tələblərini araşdıraraq müəyyən edir ki, həmin tələblər ilkin satış (likvid) qiyməti kimi ekspert rəyi ilə müəyyən edilmiş məbləğ əsas götürülərək qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən gec bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 06.08.2020-ci il tarixli Qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə ilk iddianın dövlət rüsumlarının cavabdeh borcludan və zaminlərdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclasında qarşılıqlı iddia tələbi ilə bağlı müəyyən edildi ki, ilk iddia üzrə iddiaçı təşkilat “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı və onun əsasında hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarına əsasən cavabdeh borcluya kreditin restrukturizasiya olunması barədə bildiriş və sms xəbərdarlıq göndərmiş, yol qaiməsinə əsasən həmin bildiriş borcluya təqdim edilmiş, lakin Cavabdeh1 bununla bağlı qanunvericiliklə müəyyən edilmiş vaxt ərzində kreditora müraciət etməmişdir, ona görə də qarşılıqlı iddia tələbi əsassız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.9-cu bəndinə əsasən, kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Həmin Qaydanın 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan hüquq normalarının tələblərini və məhkəmə iclasında müəyyən edilən halları nəzərə alaraq hesab edir ki, ilk iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ilk iddia qismən təmin olunduğundan və ekspert rəyi ilə müəyyən edilmiş likvid qiymətin iddia tələbindən fərqli olduğu müəyyən edildiyindən, ekspertiza xərci tərəflər arasında bərabər bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablaşma ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Fərəcova (Məmmədova) Arzu Hilal qızından, Cavabdeh3 müştərək qaydada 8220,23 ABŞ dolları məbləğində əsas borc (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla), iddia ərizəsinə görə 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə 30 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh1 məxsus, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilə yönəldilsin, həmin mənzil ilkin satış (likvid) qiyməti 23751 manat müəyyən edilməklə açıq hərracda satılsın və tutulmalı məbləğ həmin mənzilin açıq hərracda satışından əldə olunacaq vəsait hesabına iddiaçı “xxxx” bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə ödənilsin. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 4 nömrəli binada yerləşən 40,88 kv.m ümumi, 28,08 kv.m yaşayış və 12,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 12 nömrəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 (bir) ay sonra cavabdehlər Cavabdeh1, Fərəcova (Məmmədova) Arzu Hilal qızı, X4 həmin mənzildən çıxarılmaqla mənzil boşaldılsın. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə iddiaçı “xxxx” bank olmayan kredit təşkilatı MMCdən 150 manat, cavabdehlər Cavabdeh1, Fərəcova (Məmmədova) Arzu Hilal qızından, Cavabdeh3, X1 müştərək qaydada 150 manat məbləğində pul tutularaq “xxxx” MMC-nin aşağıdakı hesabına ödənilsin: “Kapital Bank” Hesab No AZ84AİİB********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-73/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-73/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver